ŞƏFƏQ ŞƏRQİYYƏ LƏTİFLİ (1966) Qarabağ, Müsabiqə 9 февраля 2024 1589 100 1 2 3 4 5 Şəfəq Lətif qızı Məmmədova - 8 yanvar 1966-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Nüsnüs kəndində ziyalı ailəsində anadan olub. Təxəllüsü Şəfəq Şərqiyyə Lətiflidir. Ana və atası yetətincə tanınmış peşəkar müəllim olublar. 1983-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib. Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Bakı Slavyan Unversitetinin) Rus dili və ədəbiyyatı fakültəsinin əyani şöbəsinə qəbul olub. 1988-ci ildə onu bitirib. Orta məktəbdə müəllimə, uşaq bağçasında tərbiyyəçi, Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetındə laborant, hazırlıq kurslarında müəllim işləyib. Hazırda modelyer dərzi kimi biznes sektorunda çalışır. Fəal ictimayətçidir. 2 övladı var. Həyat yoldaşı Birinci Qarabağ döyüşündə qazi olub, aldığı yaradan vəfat edib. Allah rəhmət eləsin. Ruhu şad, məkanı cənnət olsun! Amin!Şəfəq xanım həm də bədii yaradıcılıqla məşqul olur. Şeirlər, hekayələr, elmi publisistik məqalələr yazır. "Qəm Pərisi" adlı kitabın müəllifidir. "Qızıl Qələm" Media Mükafatı lauriatıdır. Bir neçə antologiyalarda şeirləri çap olunub. "Zirvədədir", "Qəhrəman Şuşam", "Sevgilim yuxumu dənizə danış", "Həyat bizi səsləyir"...Şeirləri mətbuatda mütamadi olaraq dərc olunur. Biz də Şəfəq xanıma uğurlar arzulayır və aşağıda onun yaradıcılığından nümunələri dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az ...BİR SIĞAL ÇƏKİM...Nisgilli ürəyim elə istəyir,Dağların başına bir sığal çəkim.Öpüm qayaların soyuq üzündən,Dağların başına bir sığal çəkim. *****Çoban tütəyinin şirin səsiyləDağın gözəlliyin rəssam əliylə,Tək arzum o mənim, mevlana söylə,Dağların başına bir sığal çəkim. *****Gah telli sazımda, gahda sözümdə,Nəğmə bəstələyim özüm özümdə,Göylərdə baxışan qəmli gözümdə,Dağların başına bir sığal çəkim. *****Təbiət qoynunda gözəl dincəlib,Ruhumun könlündə ilim, incəlib,Göydən ulduzları toplayıb, gəlib,Dağların başına bir sığal çəkim. *****İlk səfər etdiyim dağlar şahidim,Ruhumu incidib, dərdinlə dəldim,Uzaq yaylalardan seyrinə gəldim,Dağların başına bir sığal çəkim.Şəfəq Şərqiyyə Lətifli SƏMƏD YARADANA ASİ OLMADI...(Xocalı soyqrımının qurbanlarına ithaf edirəm)Sanki ana təbiət onunla söhbət etmək istəyirdi. Bu səs, insanı vahimiyə salacaq qədər qorxuluydu. Bu səsdən sonra düşünən bir beyin sanki tutulmuşdu. Bu, təbiətin öz səsiydi. Bir düşün, düşün deyirdi...Ətrafındakı nadanların Səmədə qarşı olan laqeyidliyi baş verməsəydi, o, necə düşünmüşdüsə həyatını eləcə də quracaqdı. 5 yaşındaykən atasını itirmişdi. Anasıyla birgə məşəqqətli günlər yaşamışdı. Yenicə həddi-buluğa şatmışdı. Çox istəyirdi ki, işləsin, anasına yardımçı olsun. Amma müvafiq iş tapa bilmirdi. ...Erməni terrorçuları Səmədgilin yaşadığı Xocalı kəndini bir neçə dəfə və hər tərəfdən mühasirəyə alsalar da, cürət edib içəri daxil olmamışdılar. Silah-sürsatla gələn dığalar 1988-ci il sentyabr ayının 18-də böyük izdihamla Xocalıya hücüm edəndə yerli sakinlər zirək tərpənmiş, daşnak tör-töküntülərinin burunlarını ovmuşdular. Arxalı köpək qurd basar, deyiblər. Saqqallı ermənilər Xankəndi şəhərində yerləşən, Rusiyaya məxsus 366-cı alayın köməyindən istifadə etmək qərarına gəldilər. Araq, konyak, pul və s. ilə rus zabit və əsgərlərini ələ aldılar. Əməliyyat planı qurulmuşdu: Mühüm əhəmiyyətə malik Xocalı aereportu, habelə, yenicə yenicə şəhər və rayon statusu verilmiş bu kənd zəbt olunmalıydı. Azərbaycanın dövlət və hakimiyyət orqanlarının qarabağın taleyinə cavabdeh olan şəxsləri isə deyirdilər -"Evinizdə rahat əyləşin. Ermənilərin atdıqları güllələrə cavab verməyin. Biz Moskvadakı dostlarımızın köməyi ilə daşnak erməniləri Dağlıq Qarabağdan çıxaracaq, xocalıda normal yaşayışı təmin edəcəyik. "Bu, ruslar tərəfindən qurulan növbəti tələydi. Əksər rəhbər işçilər. bilərəkdən və ya bilməyərəkdən bu tələyə düşmüşdülər. Səmədin 18 yaşı yenicə tamam olmuşdu. O, bu təklifi 70 yaşlı ağsaqqal kimi beynində götür-qoy etdi. Azərbaycan Hökuməti tərəfindən verilən təklifə inanmadı, kəndinçağırdı başbilənlərini də inanmamağa çağırdı. Çünkü son 200 ildə indi Ermənistan adlanan ərazidən yüz minlərlə azərbaycanlı deportasiya edilmiş, Azərbaycana pənah gətirən dinc əhalinin başların olmazın müsibət gətirmişdilər. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə də belə olmuşdu. Üstəlik azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası keçmiş SSRİdövləti tərəfindən həyata keçrilmişdi. Lakin kim kim idi "ağzından süd iyi gələn uşağa qulaq asan? 1992-ci il fevralın 25-i vahiməli halda içəri daxil olan Səlimə xala ağlaya-ağlaya bunları deyə bildi: -"Erməni rus hərbi birləşmələri Xpcalıya daxil olub. Səməd, Aynur. Həsən durun tez çıxaq buradan..." Ahisxa türkləri yaşayan məhəllə od içindəydi. Şəhərə hər tərəfdən güllə yağır, caamatın qışğırığından qulaq tutulurdu. Sanki, Allahın qəzəbi tutmuşdu bu insanlara. Səmədgil qonşularla birləşib, qaçmağa başladılar. Amma, hara qədər qaçacaqlarını, harada qalacaqlarımıbilmirdilər. Ermənilərin girov götürdüyü insanlar ağlasığmaz işgəncələrə məruz qalmışdılar. Xocalı camaatının bir hissəsi yaxınlıqda olan Kətik dağına tərəf qaçmağa başladı. Camaat bir neçə addım atıb dağın bu sürüşkən yerində dayandı. Bura çox hündür bir yer idi. Bizim insanlar erməni gülləsinə tuş gəlməkdənsə, özlərini o hündür yerdən aşağı üstün tutdular. Sağ qalacaqlarına ümüdləri olmayan insanlar, daşlara, ağaclara dəyə-dəyə yuvarlanıb dərənin dibinə düşürdülər. Aşağı düşəndən sonra Səməd gördüklərindən az qala dəli olacaqdı Gördüyü mənzərəyə inana bilmədi: - burda meyidlər üst-üstə qalanmışdı. Göz yaşlarını saxlaya bilməyən Səməd üzünü Allaha tutdu: "Ey yoxdan var Yaradan; ey səruri-mümkün Varlıq: ey şərtsiz mövcud olan İlahi-bizə canı verən Sənsən, bizim Sənə ehtiyacımız vardır..."Sən qoyma, Səni, özlərini dərk etməyənlər; özlərinə, heç qal kimə rəhm etməyənlər dünyamızı yıxalar, deyərək ölülərə tərəf dan gedirdi. Çılpaq halda təhqir edilərək, öldürülmüş qadın da meyitlərini görəndə iki dizi üstə yerə oturdu, nəsə bir şey tapıb onların üstünü örtmək istədi. Ətrafda para-para edilərək iş, səpələnmiş qanlı paltarlardan başqa bir şey görmədi, tez bir zamanda çılpaq ölülərin üstünü qanı paltarlarla örtüb, o biri ölülərə yaxınlaşdı. Bədənləri hər cür ələ salınmış meyidləri görən Səməd huşunu itirmək dərəcəsinə çatmışdı. O daha orda dura bilmədi.Ölülərə başı qarışan Səmədi yanındakı qohumlarının səsi oyatdı. Yaşlı qadınlardan biri hönkürə-hönkürə dedi: Erməni əsgərlərini görüb ağlaşan uşaqları heç cür sakitləşdirmək olmur. Ermənilər bizə yaxınlaşıb: -"kimin bahalı nəyi varsa soyunub bizə versin" - deyə, qarət etməyə başladılar. Ağzımdakı qızıl dişləri görən bir erməni dığası, mənə yaxınlaşdı, üzümə bir yumruq vurandan sonra zorla ağzımdakı dişləri qoparmağa başladı. Huşumu itirmişdim, ayılıb özümü ağdamlıların içində gördüm...Bütün yaşadığı bu dəhşətləri gözünün qabağından bir lent kimi keçirən səməd üzünü yenə göyə tutmaq istəyəndə, göydəki qara buludlar elə bil ki, ona nəsə demək istəyirdi. Üzüyuxarı durub, göylərə baxan Səməd heçnə anlamadı. Qara buludu yararaq ona baxanqədim əcdadlarımızın simasını xatırladan bir varlıq onun gözünə görünməyə başladı. Bu bir ruhla mələyin qarışığına bənzəri olan varlıq, elə bil Səmədə "getmə" deyə, yalvarırdı. Səməd özü də başa düşmədən qeyri-iradi olaraq o varlıqla danışmaq istəyirdi. Səmədin qulağına gələn, çox qəribə səslənən, suyun şırıltısı qədər nəfis, musiqi qədər gözəl olan bu sözləri eşidirdi:"...Getmə-getmə-ə-ə-deyən o varlıq Səmədi buraxmaq istəmirdi. O yalnız qulaq as, qulaq as deyirdi... "Başlanğıcsız sonluq yoxdur. İnsanların etdiyi hər bir hərəkət dəyişən, sonradan isə əmələ gələn dəlil mövcud olduqdan sonra, yoxa çıxması və yox olduqdan sonra mövcudluğundadır. Hər bir əmələ gələn hərəkət O, Yaradana aiddir"-deyən, o varlıq Səmədə gülümsəyərək-davam etdi: - Allah hər şeyi eşidən, biləndir. Pis işlərin əvəzi cəza, yaxşı işlərin cavabı yaxşılıq olacaq!..Bir az bundan əvvəl hər şeyə nifrətlə baxan Səməd qəribə baxışlarla göylərə baxırdı.Bayaqdan gecənin özü qədər qara olan buludları, bir anda ağappaq olmuşdu. Günəş şəfəqlərini özündən buraxmağa başlamışdı. Qarın özü qədər, o ağ buludlar da Səmədin üzünə gülümsəyirdi...ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.