Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan dili" dərslik kitabları haqqında mətbuatda dərc olunmuş rəylərdən parçalar Yeni nəşrlər, Tiflis, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov 17 августа 2024 2557 100 1 2 3 4 5 Professor Mədəd Çobanovun orta məktəblərin yuxarı sinifləri üçün yazdığı "Azərbaycan dili" /X və XI sinif üçün dərsliklər, Tbilisi, 1992, 1993/ dərslik kitabları haqqında mətbuatda dərc olunmuş rəylərdən parçalar: * * * "Ölkəmizin daxilində orta məktəb şagirdləri kitab sarıdan korluq çəkdiyini görəndə gözlərimin önünə respublikamızdan kənarda, xüsusilə Gürcüstan Respublikasında yaşayan soydaşlarımız gəlir... Məhz bu baxımdan filologiya elmləri doktoru, professor M.N.Çobanovun Gürcüstanın "Qanatleba" /Maarif/ nəşriyyatında çap etdirdiyi "Azərbaycan dili" dərslikləri /X-XI siniflər üçün/ diqqəti cəlb edir. Hər iki kitabın biri digərini tamamladığı üçün onlar haqqında fikirlərimizi birlikdə bildirmək istəyirik... Hər iki kitab Gürcüstan Respublikası Təhsil Nazirliyində təsdiq edilib.Bu əsərlərin meydana çıxması obyektiv zərurətdən doğulmuşdur. Belə ki, Gürcüstandakı orta məktəblərdə rus dilinə ayrılan saatlar azaldılanda filol.elm.doktoru, prof. M.Çobanovun şəxsi sə'yi, milli qeyrəti və vətəndaşlıq borcu nəticəsində X və XI siniflərə "Azərbaycan dili" dərsi salınmışdır. Lakin, ilk növbədə Gürcüstan Təhsil Nazirliyində onun qarşısına belə bir şərt qoyulmuşdu: proqram və dərslik hazır olmasa həmin saatlar ləğv ediləcək. /O dövrdə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin X-XI siniflərində "Azərbaycan dili" dərsləri keçilmirdi.-M.Ç./. Odur ki, M.Çobanov çox qısa vaxtda proqram və dərslik yazıb çap etdir-mişdir...X sinif üçün nəzərdə tutulmuş "Azərbaycan dili" dərsliyində, əsasən savad tə'limi ilə bağlı problemlər öz əksini tap-mışdır... Burada maraq doğuran cəhətlərdən biri sözün sətir-dən-sətirə keçirilməsinin elmi izahıdır. Çünki orta mək-təblərimiz üçün Azərbaycan dilinə aid yazılan kitablarda sözün sətirdən-sətirə keçirilməsinin sadə yolu göstərilir. Lakin müəllif sözün sətirdən-sətirə keçirilməsi qaydaları üzərində dayanır və bunu üç mühüm prinsiplə əlaqələndirir: 1. heca vahidliyi prinsipi; 2. söz kökü vahidliyi prinsipi; 3. qrafik vahidliyi prinsipi."Azərbaycan dili" kitabının əsas məziyyətlərindən biri də əməli yazılar haqqında ilk dəfə sistemli mə'lumatın verilməsi və əməli yazılara aid müxtəlif səpgili nümunələrin kitabda öz əksini tapmasıdır. Aydın bir həqiqətdir ki, orta məktəbi bitirən şagirdlərin 90-95%-i ərizə, arayış, müqavilənamə, protokol, xasiyyətnamə, tərcümeyi-hal və s. yaza bilmirlər. Məhz bu baxımdan kitabda əməli yazılara aid verilən nümunələrin şagirdlərin ehtiyacını ödəyəcəyinə zərrəcə şübhə yeri qalmır. Orta məktəb təcrübəmə istinad edərək qeyd etmək istəyirəm ki, orfoepiyaya dair mə'lumatın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Çünki orta məktəb şagirdləri orfoepik normanı mənimsəməkdə çətinlik çəkirlər... Orta məktəb şagirdlərinin əksəriyyəti savadlı yaza bilmirlər... Bunları nəzərə alan M.Çobanov yazı, orfoqrafiya haqqında şagirdlərə kitabında ətraflı mə'lumat verir..." /Professor İbrahim Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil", N:21/52/, 17.XI. 1993/.* * * "Azərbaycan-türk dili" /XI sinif üçün dərslik, Tbilisi, 1993/ kitabı haqqında: "XI sinif üçün dərslik isə 6 bölmədən ibarətdir: 1.Dil haqqında ümumi mə'lumat, 2.Dünya dilləri, 3.Azərbaycan ədəbi dili, 4.Azərbaycan ədəbi dilinin üslubları, 5.Azərbaycan-türk dilinin ləhcələri, 6.Nitq mədəniyyəti və onun ümumi məsələləri. Müəllif hər bir bölməni görkəmli şəxsiyyətlərdən /Ş.İ.Xətai, Ə.H.Bəhmənyar, G.Sönməz, Nizami və b./ götürdüyü epiqraflarla başlayır ki, bu da inanırıq ki, şagirdlərin marağına səbəb olacaqdır".M.Çobanov şagirdlərin maraq dairəsinə uyğun formada di-lin ictimai mahiyyətini izah edir, ümumxalq əhəmiyyətindən geniş danışır... Azərbaycan dilinin türk dillərindən biri olduğu mə'lumdur. Lakin orta məktəbi bitirən şagirdlərin əksəriyyəti, demək olar ki, bundan xəbərsiz olur. M.Çobanovun türk dilləri ailəsindən söhbət açması kitabın müsbət cəhətlərindəndir... Azərbaycan dili haqqında klassik yazıçılar və alimlərin mülahizələri də dərslikdə verilir ki, bu da xüsusi maraq doğurur. M.Çobanov Azərbaycan dilinin tarixən Qafqazda və Yaxın Şərqdə ünsiyyət vasitəsi olduğunu, görkəmli tarixi şəxsiyyətlərin diqqətini cəlb etdiyini göstərir və X.Təbrizidən, M.F.Axundovdan, F.Köçərlidən, N.Nərimanovdan, eləcə də dünya korifeylərindən F.Bodenşteddən, Şarden, B.Meynardan, Y.Vaydenbaumdan və b. misal gətirərək fikirlərini əsaslandırır.Kitabda orta məktəblər üçün yazılmış Azərbaycan dili dərs-likləri üçün xarakterik yenilik nitq mədəniyyətinə xüsusi yerin verilməsidir " /Professor İbrahim Bayramov, Dilin öyrənilməsi qrammatika dərsliyindən başlayır, "Təhsil",N:21/52/,17.XI.1993/.* * *"Azərbaycan dili" /X sinif üçün dərslik, Tbilisi, 1992/ kitabı haqqında: "Prof.M.Çobanovun bu yaxınlarda "Qanatleba"/Maarif/ nəşriyyatı tərəfindən buraxılmış "Azərbaycan dili" dərsliyi Gürcüstandakı azərbaycandilli ümumtəhsil məktəblərinin X sinif şagirdləri üçün nəzərdə tutulmuşdur. Dərsliklə yaxından tanış olduqda aydınlaşır ki, müəllif qrammatik təhlillərə, fonetik, orfoqrafik, leksik, semasioloji, morfoloji, sintaktik təhlillərə geniş yer ayırmış və onları şagirdlərə hərtərəfli aşılamaqdan ötrü kitaba külli miqdarda çalışma salmış və bu çalışmaların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün nümunələr göstərmiş, onların şagirdlər üçün daha anlaşıqlı olmasına çalışmışdır. Bu, kitabın dərslik kimi qiymətini daha da artırır..." /filol.elm.namizədi Razim Məmmədli, "İlk Azərbaycan dili" dərsliyi, "Axtarış", N:8/64/,13.III.1993/. * * * "S.S.Orbeliani adına TDPİ-nin əməkdaşı filol.elm.doktoru, prof.M.N.Çobanovun hazırladığı və Gürcüstan Respublikasının Təhsil Nazirliyinin X sinif üçün dərslik kimi təsdiq etdiyi "Azərbaycan dili" kitabı bu günlərdə Tbilisinin "Qanatleba" /Maarif/ nəşriyyatında işıq üzü görmüşdür. Azərbaycan ümumtəhsil məktəbləri üçün nəzərdə tutulmuş bu ilk dərslikdə savad tə'limi ilə bağlı problemlər, o cümlədən fonetika, orfoepiya, yazı və orfoqrafiya, həmçinin linqvistik təhlilin aparılması qaydaları geniş şəkildə işıqlandırılmışdır. Kitabda əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər də ətraflı şərh olunmuşdur"./Müşfiq Çobanlı, Gürcüstanda çap olunmuşdur, "Səhər", N:50/587/, 17.III.1993/. * * *"İkinci ildir ki, Gürcüstan Respublikasında yaşayan soydaşlarımızın təhsil aldıqları məktəblərin X-XI siniflərində Azərbaycan/türk/ dili tədris edilir. S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol. elm.doktoru, prof.M.Çobanovun X və XI siniflər üçün tərtib etdiyi "Azərbaycan dili" proqramı Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Bu yaxınlarda "Qanatleba" nəşriyyatı müəllifin həmin proqramlar əsasında hazırladığı "Azərbaycan dili" dərsliyini çapdan buraxmışdır... Dərslik savad tə'limi və əməli yazı hissələrindən ibarətdir. Orada savad tə'limi ilə bağlı problemlər; fonetika, orfoepiya; yazı və orfoqrafiya məsələləri ətraflı işıqlandırılmışdır. Müəllif hər bir məsələ haqqında ümumi mə'lumat verir və onu nümunələrlə izah edir. M.Çobanov linqvistik təhlilin 6 nümunəsinin ayrı-ayrılıqda şərhini vermiş, təhlilin aparılması qaydalarını nümunələrlə izah etmişdir. Kitabın ikinci bölməsində əməli yazıların xarakteri, növləri və onlara verilən tələblər ətraflı şərh olunmuşdur".../Mətanət Fərzəliyeva, "Azərbaycan dili", "Azərbaycan müəllimi", 1,VI.1993/.* * *"Müasir dövrün tələbləri səviyyəsində yazılan və Gürcüstan Respublikasının Azərbaycan dilində olan ümumtəhsil məktəb-lərində dərslik kimi istifadə olunan belə kitablardan biri də S.S.Orbeliani adına TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının əməkdaşı, filol.elm.doktoru, prof. M.N.Çobanovun "Azərbaycan dili" dərsliyidir...Yeri düşmüşkən qeyd etmək lazımdır ki, M.Çobanov ümumtəhsil məktəblərinin müxtəlif siniflərində, eləcə də ali məktəblərdə Azərbaycan dilinin tədrisi üçün bir sıra proqramlar tərtib etmişdir. Gürcüstan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş həmin proqramlardan hal-hazırda respublikanın azərbaycandilli ümumtəhsil məktəblərində müvəffəqiyyətlə istifadə edilməkdədir... Əməli yazıların hər növünün ən kiçik detallarını da nəzərdən qaçırmayan müəllif onların mahiyyəti, məzmunu və daşıdığı xarakteri e'tibarı ilə müxtəlif olduğunu qeyd edir... Müəllifin gərgin əməyinin məhsulu olan bu dərslik Gürcüstan Respublikasında Azərbaycan dilində olan ümumtəhsil məktəblərinin X sinfində müvəffəqiyyətlə tədris olunur". /Professor Buludxan Xəlilov, filol. elm. namizədi R.Məmmədli, "Azərbaycan dili", "Qurtuluş", 24-30.VII.1993/.* * *"Azərbaycan dili" kitabı haqqında filol.elm.namizədi Şurəddin Məmmədlinin rə'yi çap olunub. /"Gürcüstan",9.IV.1993/.* * *"Azərbaycan dili" kitabı haqqında rə'y çap olunub. /M.Fərzəliyeva, "Gürcüstanda tədris olunur. Bəs bizdə?", "Qarabağ", N:5/138/,4.II.1993/.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.