Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayevin 100 illik yubileyinə həsr olunan kitab işıqüzü görüb

Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayevin 100 illik yubileyinə həsr olunan kitab işıqüzü görüb HƏMKARIMIZIN
YENİ KİTABI ÇIXIB


Dəyərli həmkarımız,
"Şərqin səsi" qəzetinin
şöbə müdiri,
AYB və AJB-nin üzvü,
“Qızıl qələm” mükafatçısı,
istedadlı yazıçı-publisist,
tanınmış meşəçi,
çox hörmətli el ağsaqqalı
Əlləz Ormeşənlinin
sayca dördüncü olan
“Mehdi Mustafayev -100.
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi”
adlı
yeni kitabı çapdan çıxıb.


ZiM.Az xəbər verir ki, yazıçı-publisist Əlləz Vəliyevin böyük məhəbbətlə tərtib etdiyi bu kitabda
Azərbaycanda meşə təsərrufatının gorkəmli təşkilatcısı, tanınmış dovlət xadimi,
meşəçilərin yaxın dostu, Sosialist Əməyi Qəhrəmanı Mehdi Həsən oğlu Mustafayev
in
həyat və fəaliyyətindən bəhs edilir.

Kitabda M.Mustafayevin 1936-cı ildə Azərbaycan Kənd Təsərrufatı İnstitutunu bitirməsi,
1936-cı ildən 1942-ci ilə kimi Şamaxı rayonunda torpaq şobəsində aqronom, Samux rayonunun
2 nomrəli Qarayeri sovxozunda şobə mudiri, direktor vəzifələrində calışması, İkinci Dunya muharibəsi
illərində dovlət tərəfindən xususi tapşırıqla İrana gondərilməsi, oradan qayıtdıqdan sonra
Azərbaycan KP MK-da bir sıra məsul vəzifələrdə, o cumlədən ərzaq və kənd təsərrufatı
şobəsi mudirinin muavini vəzifəsində işləməsi haqqında ətraflı məlumatlar verilib.

Kitabda həmcinin 1947-1948-ci illərdə Mehdi Mustafayevin Tovuz rayon Partiya Komitəsinin birinci katibi
təyin olunması, həmin dovrdə rayonun kənd təsərrufatı məhsullarının istehsalında, üzümçülüyün
inkişaf etdirilməsində əldə etdiyi yuksək nailiyyətlərə gorə ən yuksək ada – Sosialist Əməyi Qəhrəmanı adına
layiq görülməsi, 1948-ci ildən 1979-cu ilədək respublikada meşə təsərrufatına rəhbərlik etməsi ilə bağlı
dolğun məlumatlar da öz əksini tapıb. Böyük sevgiylə qələmə alınmış coxsaylı yazıları və xatirələri oxuduqca
aydın olur ki, Mehdi Mustafayev həmişə, hər yerdə işguzarlığı, bacarığı, təşkilatcılığı, yenilik hissi,
insanlara diqqət və qayğısı, xalqa və torpağa bağlılığı ilə fərqlənib. O dovrdə Azərbaycanda meşələrin
muhafizəsi və bərpası, yeni yaşıllıq massivlərinin və tarlaqoruyucu meşə zolaqlarının salınması,
kənd təsərrufatına yararsız torpaqlarda, dərə-yarğanlarda meşəsalma, dağ yamaclarında terras usulu ilə
eroziya əleyhinə qoruyucu meşələrin yaradılması, subtropik və qərzəkli bitki cinslərindən istifadə edilməsi,
meşə-bağlarının və plantasiyalarının salınması, yeni-yeni ağac cinsləri əkməklə meşələrin növ tərkibinin
zənginləşdirilməsi və məhsuldarlığının artırılması bilavasitə Mehdi Mustafayevin adı ilə bağlıdır.
Həmin illərdə yaradılmış yaşıllıqlar, qoruyucu meşə zolaqları, eroziya əleyhinə meşəliklər, meşə-bağları
Mehdi Mustafayevin sağlığında ozunə ucaltdığı mohtəşəm abidələrdir.

Mehdi muəllim respublikanın bəzi rayonlarında eroziyaya uğramış dağ yamaclarının muhafi zəsinə xususi fikir verirdi. Bu məqsədlə onun təşəbbusu ilə qoruyucu meşə zolaqları yaradılır, Orta Asiyadan quraqlığa davamlılığı ilə secilən pustə və digər ağac cinsləri gətirilir, eroziya ilə mubarizədə sumax, itburnu kimi kol cinslərindən istifadə olunurdu.
Bir sözlə, onun adı ilə bağlı olan butun nəcib əməllər kitabda ətraflı işıqlandırılıb.

Geniş oxucu kutləsi ucun nəzərdə tutulan bu kitabda gorkəmli dovlət xadimi, gozəl insan,
Sosialist Əməyi Qəhrəmanı, respublikada 31 il meşə təsərrufatına fasiləsiz rəhbərlik etmiş
Mehdi Mustafayevin həyat və fəaliyyəti ilə bərabər, həm də onunla ciyin-ciyinə calışmış insanların,
onun rəhbərliyi altında işləyərək formalaşmış mutəxəssislərin, onu tanıyıb sevənlərin,
doğma və əzizlərinin xatirələri verilib.

Mehdi Həsən oğlu Mustafayevin unudulmaz xatirəsinə hörmət və
ehtiram əlaməti olaraq hazırlanmış bu kitab onun 100 illik yubileyinə həsr edilib.
Allah sizə qəni-qəni rəhmət eləsin, Mehdi muəllim!..
Siz qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaqsınız!...



P. S. : - Xatırladırıq ki,
Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı və Dövlət xadimi Mehdi Mustafayevin 100 illik yubileyinə həsr olunan kitab işıqüzü görüb
Əlləz Vəliyev (Ormeşənli) - 1952-ci ildə Ulu Borçalımızın qədim Başkeçid
(indiki Gürcüstanın Dmanisi) rayonundakı Ormeşən kəndində anadan olub.
1966-ci ildə Ormeşən 8 illik məktəbi, 1968-ci ildə Darvaz orta məktəbini,
1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunun meşəçilik fakültəsini bitirib.
Uzun müddət Ormeşən meşəçiliyində müxtəlif vəzifələrdə işləyib.
O, işlədiyi müddətdə doğma elinə, təbiətə, o, yerlərin insanlarına daha çox bağlanıb. Bu məhəbbətin təzahürü olaraq “Borçalıda qədim Ormeşən eli” kitabını yazmışdır. Həmin kitaba görə müəllif “Qızıl Qələm” mükafatı laureatı adına layiq görülmüşdür.
“Xalqa – elə məhəbbətin bəhrəsi” toplusu ikinci, meşəçilər haqqında yazmış olduğu “Təbiətdə izi qalan meşəçilər” kitabı isə müəllifin üçüncü,
“Mehdi Mustafayev -100. Meşə Təsərrüfatının Görkəmli Təşkilatçısı
və Dövlət xadimi”
kitabı isə dördünçü kitabıdır.

Əlləz Vəliyev (Ormeşənli) hazırda "Şərqin səsi" qəzetinin şöbə müdiridir.

Biz də çox hörmətli Əlləz müəllimi yeni kitabının işıqüzü görməsi münasibətilə
ürəkdən təbrik edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
Əlləz Vəliyev (Ormeşənli)  =  “Təbiətdə izi qalan meşəçilər”

Əlləz Vəliyev (Ormeşənli) = “Təbiətdə izi qalan meşəçilər”

Borçalı, Başkeçid
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ  MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ƏLLƏZ MÜƏLLİM!..

Başkeçid, Təbriklər
PEŞƏSİNİN VURĞUNU,  MEŞƏÇİ  BƏYBALA  ALLAHYAROV

PEŞƏSİNİN VURĞUNU, MEŞƏÇİ BƏYBALA ALLAHYAROV

Regionlar
Ormeşənin qeyrətli oğlu

Ormeşənin qeyrətli oğlu

Başkeçid
MEŞƏ  TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT  XADİMİ -MEHDİ  MUSTAF ...

MEŞƏ TƏSƏRRÜFATININ GÖRKƏMLİ TƏŞKİLATÇISI VƏ DÖVLƏT XADİMİ -MEHDİ MUSTAF ...

Azərbaycan
Allah rəhmət eləsin, Bəhrəm  Bəy oğlu Tarverdiyev!..

Allah rəhmət eləsin, Bəhrəm Bəy oğlu Tarverdiyev!..

Azərbaycan, Nekroloqlar
XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

XUDAT BƏLƏDİYYƏSİNİN SƏDRİ ELMAN ALLAHYAROV

Regionlar
TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

TƏBİƏT VURĞUNU TEYYUB AXUNDOV

Elm, Nekroloqlar
GÖRKƏMLİ  MEŞƏÇİ  ALİM  KƏRƏM  ƏSƏDOV

GÖRKƏMLİ MEŞƏÇİ ALİM KƏRƏM ƏSƏDOV

"Şərqin səsi"
ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN VƏLİ MÜƏLLİM!!!...

Başkeçid, Nekroloqlar
Əlləz Ormeşənli:

Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV"

Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov
QOCAMAN MEŞƏÇİ - ƏLİ  ABDULƏLİ  OĞLU ORUCOV

QOCAMAN MEŞƏÇİ - ƏLİ ABDULƏLİ OĞLU ORUCOV

"Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Şair, tədqiqatçı Bəhram Mehdi ilə görüş

Şair, tədqiqatçı Bəhram Mehdi ilə görüş

Tv, Bolus
Bəhram Mehdi: Nəriman Nərimanovun Tiflisdəki Ev muzeyini xalqa qaytarın!

Bəhram Mehdi: Nəriman Nərimanovun Tiflisdəki Ev muzeyini xalqa qaytarın!

Tv, Tiflis
ALLAH RƏHMƏT ELƏSİN, NANƏXANIM MUSTAFAYEVA!..

ALLAH RƏHMƏT ELƏSİN, NANƏXANIM MUSTAFAYEVA!..

Qarayazı, Nekroloqlar
ÇOX HÖRMƏTLİ ZİYALIMIZ MƏLEYKƏ XANIM ABBASZADƏ, YUBİLEYİNİZ MÜBARƏK!..

ÇOX HÖRMƏTLİ ZİYALIMIZ MƏLEYKƏ XANIM ABBASZADƏ, YUBİLEYİNİZ MÜBARƏK!..

Azərbaycan, Təbriklər
ELDAR NƏBİYEV (1948-2009)

ELDAR NƏBİYEV (1948-2009)

"XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

“İsmayıllı rayonu meşə bitkilərinin çöl bələdçi kitabı”nın təqdimatı keçiri ...

Biologiya və tibb elmləri
TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TANINMIŞ ZİYALI BƏKİR SƏMƏD OĞLU QARALOV

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid
Rəy yazın: