"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13 MƏDƏD ÇOBANOV

NƏTİCƏ


Azərbaycan antroponimikasının əsaslarını müasir dil­çi­lik elminin inkişaf səviyyəsinə və nailiyyətlərinə uyğun ola­raq sinxronik və dioxronik aspektdə dərindən təhlil et­dik­dən sonra aşağıdakı nəticəni çıxarmaq olar:

1. Azərbaycan dilindənki antroponimlərin, yaxud şəxs ad­larının səciyyəsi məsələlərini - təbiətini nəzərə çarp­dır­dı­ğı şəxsin daxili keyfiyyətinə uyğun olub-olmamasını, on­ların mahiyyətini, əmələ gəlməsini, törəməsini, mənşə­yi­ni, məna əsasını, yayılma dərəcəsini və yayılma regio­nunu, qu­ruluşunu, inkişafını və təkmilləşməsinji, dəyiş­mə­sini və səlisləşməsini, təsnifini, üslubi imkanlarını, orfo­epik və or­foqrafik normalarını, bir dildən başqa bir dilə transli­tera­si­ya­sı və s. problemlərini öyrənən antropo­nimika dilçilyin nəzəri şöbəsi “Onomalogiyanın əsas və aparıcı yarımşö­bə­sidir”. Çünki dilin lüğət tərkibinin geniş bir sa­hə­sini təşkil edən antroponimlər də dilin inkişafı baxı­mından taixi ka­te­qo­riyadır. “Belə sözlər tarixin yaddaşına ilişib qalır” və mik­­rokitabə kimi tarixin müəy­yən mər­hə­ləsində xal­qı­mızın malik olduğu ictimai-siyasi görüşləri, mədəniy­yəti, məişəti, iqtisadiyyatı, adət-ənənəsi, bu və ya dfigər xalq­lar­la olan əlaqəsi; dilimizin ilk forma­laşma döv­ründən baş­la­mış bu günə aədər davam edib gələn sə­ciy­yəvi linqvistik xüsusiyyətləri haqqında olan məlumatı mü­hafizəkarcasına qoruyub bizə çatdırı. Bu baxımdan xalqın ta­rixini, dil və mədəniyyətinin inkişaf yolunu öy­rən­mək nöq­teyi-nəzərdn əvəzsiz əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, ant­ro­ponimika müasir dilçili­yin son onillik­lə­rində sürətlə, həm də hərtərəfli tədqiq olunan müs­təqil elm şöbəsinə çevril­mək­dədir.

2. Mikrokitabələr kimi antroponimlər də istər müasir dil­lərin tədqiqinə, istərsə də ayrı-ayrı qədim yazılı abi­də­lərin öyrənilməsində və hansı xalqa mənsubluğunu müəy­yənləşdirməsində, həmçinin müxtəlif xalqlar və onlara ünsiyyət vasitəsi kimi xidmət edən dillərin tarixən yayılma arealının dəqiqləşdirilməsində böyük rol oynayır.

3. Antroponimlərin tədqiqi Azərbaycan dilinin qədim ta­rixini, onun tarixi leksikasını, o cümlədən, tarixi antro­po­nimiyasını; antroponimiyamızda bu dövrə qədər gəlib çıxan şəxs adları sistemində dilimizin özünü qoruyub sax­lamış olan bir sıra səciyyəvi arxaik fonetik, leksik və se­mantik cəhətlərini tədqiqi nöqteyi-nəzəri və təcrübi əhə­miyyət kəsb edir.

4. Antroponimlər linqvistik hadisə olmaq etibarilə özün­­­­­­də leksik və müəyyən dərəcədə qrammatik xüsusiy­yətləri birləşdirən, məzmun və fonetik tərkibcə tarixən sabit və toxunulmaz kateqoriyadır. Buna görə də ümumi dilçilik baxımından antroponimlərin semantik səciyyəvi cəhətlərinin, lüğət tərkibində yeri və ünsiyyət zamanı əhə­miyyətinin tədqiqi xüsusi dərəcədə zərurirdir.

5. Antroponimlərin konkret bir dilin (burada Azər­bay­can dilinin) materialı üzrə sinxronik və dioxronik as­pekdə tədqiqi dilçilikdə öyrənilməmiş qalan lüğət tərkibi və dilin tarixi (tarixin leksikası) ilə bağlı bir çox mə­sə­lələrin şər­hinə və onun sərhədinin müəyyənləşdirilməsinə yaxın­dan kömək edir. Antroponimlər məna və quruluşu, ümumi və fərqli cəhətləri, semantik məna qrupları və ümu­mi dil va­hidlərinin öyrənilməsi etibarilə sözlərlə sıx surətdə bağ­lı­dır. Bu mənada antroponimlərin tədqiqi mühüm elmi əhə­miyyətə malikdir.

6. Əsərin onomalogiya və onun yarımşöbəsi olan ant­ro­­ponimika anlayışını və onun səddini; onomaloji va­hidlərin meyarını, məna müxtəlifliyini, tipi və funksi­yasını, ono­maloji vahidlərin sözlərlə olan ümumi və fərqli cəhətlə­rini; onomalojivahidlərin lüğət tərkibi ilə ümumi əlaqə­lə­rini; antroponimlərin əsasında duran ümumişlək sözlərin və ad düzəldən şəkilçilərin mənşəyini və bir sözlə, ono­maloji terminlər sisteminin dəqiqləş­diril­məsini müəy­yənləşdirmək üçün böyük əhəmiyyəti var­dır. Əsərin bir də əhəmiyyəti ondan ibarətdir ki, ant­ropo­nimikanın nəzəri əsasları ilk dəfə ayrıca tədqiqat obyekti olmuş, zəngin və rəngarəng faktlar ilə təsdiq edilmişdir.

7. Antroponimlərin hərtərəfli tədqiqi bir daha təsdiq edir ki, xüsusi adları leksik kateqoriya kimi tədqiq etmək lazımdır. Hətta vacibdir.

8. Əsərdə antroponimlərin maddi xarakteri, onun in­ki­şafı və təkmilləşməsi, məna ahəngdarlığı və estetik gö­zəlliyi araşdırılmışdır ki, bu da müasir cəmiyyətin tələbi nöqteyi-nəzərdən əhəmiyyətlidir.

9. Əsər istər ümumi dilçilik və istərsə də xüsusi dil­çilik nöqteyi-nəzərdən son dövrə qədər ayrıca öyrənil­mə­miş mü­­hüm bir sahəyə (dilçiliyin yarımşö­bəsinə) həsr olundu­ğu üçün böyük əhəmiyyət kəsb edir. Əsərin təd­qiqat ma­terialının və ya obyektinin çoxsahəliliyinə və elmi isti­qa­mətinə görə nəinki Azərbaycan dilçiliyində, hətta türko­lo­giyada mühüm əhəmiyyəti vardır. Əsərin ümumi məz­mu­nundan irəli gələn elmi-nəzəri və təcrübi nəticələri, on­dakı tədqiqat prinsiplərini nəinki Azərbaycan dilçili­yinə, hətta türkologiyaya və ümumi dilçiliyə (hər bir kon­kret dilin antroponimikasına) da şamil etmək olar.

10. Azərbaycan antroponimlərinin öyrənilməsinin, ilk növ­bədə, ən böyük əhəmiyyəti xalqımızın soykökünü (mən­­­­­şəyini), etnogenezisini, onun dilinin təşəkkülü, yayıl­ma regionu və formalaşması tarixinin, son dövrlərə qədər qaranlıq qalan bir sıra məsələlərinin araşdırılıb üzə çıxarıl­masında və xalqa çatdırılmasındadır. Antropo­nimlərin öy­rənilməsi xalqımızın özünəməxsus qədim milli mədəniy­yətə və geniş əraziyə malik olduğunu təsdiq edən avto­etnonimik dil faktlarıdır. Məhz əsər də bu baxımdan əhə­miyyətlidir.

11. Əsərin materialları Azərbaycan dilinin tədrisi za­ma­nı ali məktəblərin filologiya fakültələrində yardımçı vəsait kimi də istifadə edilə bilər. 1976-1977-ci tədris ilin­dən 1995-1996-cı tədris ilinə kimi A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutu­nun (sonralar S.S.Orbelani adına Tbilisi Döv­lət Pedaqoji Universitetinin) Azərbaycan dili və ədə­biyyatı fakültəsində müəllifin tərtib və nəşr etdirdiyi proqram və dərs vəsaiti əsasında “Xüsusi kurs” aparılıb. Kurs müsbət nəticə verib. Əsər, həmçinin Azər­bay­can dil­çiliyinin müvafiq sahələrinə aid yazılan çox­cildlik əsərin və ya ali məktəblərin filologiya fakül­tələri üçün hazırlanan dərsliyin bir hissəsi və ya elmi mənbəyi ola bilər.

12. Kitabı ikinci - təcrübi hissəsi isə xüsusi adların coğ­­­rafiya lüğətinin tərtibində, başqa dilə transliterasiya­sını göstərən lüğətlərin hazırlanmasında, həmçinin, rəsmi döv­lət idarələrində, Vətəndaşların Aktlarının Qeydiyyatı Bü­ro­sunda, pasport şöbələrində; ailədə yeni doğulanlara ad­qoyma mərasimlərində və s. istifadə oluna bilər. Həm­çinin ya­zıçılara öz bədii əsərlərində personajlara ad seç­mək üçün yardımçı vəsait ola bilər.

13. Əsər onomalogiyanın, xüsusilə, onun yarımşöbəsi olan antroponimikanın ümumi və xüsusi nəzəri məsə­lələ­rini müasir elmin tələbi nöqteyi-nəzərdən tədqiq etməkdə böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də antro­po­nimikanın ümumi nəzəri və təcrübi məsələlərini hərtərəfli tədqiq etmək, öyrənmək vacibdir. Çünki hər bir adda xal­qın isti nəfəsi duyulur, hər bir ad xalqın varlığıdır, xalqın ca­nıdır, xalqın tarixidir. Hər bir xüsusi adda xalqın keç­mi­şi, bu günü və gələcəyi - tarixi öz əksini tapır. Xal­qın ta­ri­xini isə hər bir vətəndaş göz bəbəyi kimi qo­ru­malıdır. Bunun üçün birinci, onomalogiyanın şöbələri üz­rə ono­mas­tik material (vahidlər) toplamaq və onun karto­tekini ha­zırlamaq, ikinci, toplanmış onomastik vahidlərin lü­ğət­lərini tətib və nəşr etmək (onomalogiyanın ayrı-ayrı şöbə­ləri üzrə), üçüncü, tərtib olunmuş onomastik vahidlər lü­ğəti əsasında dilimizin onomaloji xüsusiy­yət­lərini nəzəri cəhətdən tədqiq etmək, dördüncü, nəşr olun­muş onomastik lüğətlər əsasında dilimiz üçün səciy­yəvi olan xüsusi adla­rın orfoqrafik qaydalarını hazırlamaq, beşinci isə dili­mizdə işlənən onomastik vahidlərin başqa dillərə (o cümlədən, rus, gürcü və başqa dillərə) transli­terasiyası məsələlərini ha­­­­zırlayıb nəşr etmək dilçiliyimizin qarşısında duran ən vacib məsələ olmalıdır. Çünki ono­mastik vahidlərin, o cüm­­­­­­­lədən də antroponimlərin sabit orfoqrafik qaydada ya­zılması və sabit orfoepik normada tələffüz olunmasının mü­­hüm elmi, nəzəri və təcrübi əhəmiyyəti vardır. Apar­dı­ğımız tədqiqatlar bizi belə bir qənaətə gətirdi ki, bu prob­lemlərin həll edilməsi həyata keçirilmədən vahid ono­mas­tik qanunlardan bəhs etmək çətindir. Əsərdə yuxarıda qeyd olunan bütün problemlər həm nəzəri, həm də təcrübi cə­hətdən həll edilmişdir.


Bax:
Mədəd Çobanov. Azərbaycan antroponimiyasının əsasları. Bakı, 2017, səh. 409-413.

ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 1

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının  ...

Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Elmi Məqalələr, ADPU

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 2

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Mədəd Çobanov

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 10

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 11

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov

"AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ" İLƏ BAĞLI MÜBAHİSƏLƏRƏ ELMi-NƏZƏ ...

Humanitar elmlər, Elmi Məqalələr

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 3

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU

AzTU

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 12

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir

Mədəd Çobanov Türkoloqların Ümumittifaq konfransında məruzə etmişdir

Turan, Orta Asiya, Borçalı, Bolus, Darvaz, Mədəd Çobanov
İlkin Əsgər:

İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti"

Elmi Məqalələr, ADPU
Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər

Akademik Mədəd Çobanovun kitabları haqqında yazılmış rə'ylərdən sətirlər

Yeni nəşrlər, Tiflis, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
AMEA-da

AMEA-da "Azərbaycan folklorunun funksional strukturunun multidissiplinar p ...

"Zirvə", Folklor
Türkoloq Məhəbbət Mirzəliyevanın elmi irsi

Türkoloq Məhəbbət Mirzəliyevanın elmi irsi

Humanitar elmlər, Elmi Məqalələr
Rəy yazın: