Nəciblik mücəssəməsi

Nəciblik mücəssəməsi Ötən illər ərzində qələm əhli kimi dahilərlə, müdriklərlə, müxtılif xarakterli, əqidəli insanlarla qarşılaşmışam. Bunların arasında elələri olub ki, onunla olan görüşün, söhbətin, təsirindən uzun müddət çıxa bilməmişəm. Həmin insan yalnız peşə fəaliyyətinin dolğunluğu ilə deyil, həm də mənəvi zənginliyi ilə qəlbimdə dərin izlər buraxıb.

Bakı şəhərinin Pirallahı rayonundakı 168 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Xırdaxanım Əmirova da, bu qəbildən olan insanlardandır.


Nəciblik mücəssəməsi 1970-ci il iyulun 27-də əslən Azərbaycanın dilbər guşələrindən biri olan Qazax mahalında nəcibliyi ilə seçilən, Ağa-Koxa nəslinin davaçmılarından biri - Paşa kişinin ailəsində üçüncü qız övladı dünyaya gəldi. Atası qızına Xırdaxanım adı verdi. Arzu etdi ki, qızı gələcəkdə soy-kökünə layiq olan xanımlığı, kübarlığı ilə seçilsin, əsasən də, elmli, bilikli, davamçısı kimi yetişsin.

İllər keçirdi... Bakı şəhəri 168 nömrəli orta məktəbdə təhsil alan Xırdaxanımın istedadı, elmlərə olan hədsiz marağı, müəllimlərinə verdiyi düşündürücü sualları çoxlarında ona qarşı qibtə hissi yaradırdı. Onun əsasən riyaziyyata marağı çox idi. Düşünürdü ki, riyaziyyatı mükəmməl öyrənməklə qalan digər elmləri dərindən mənimsəyə bilər. Çünki riyaziyyat məntiqi yaddaşı formalaşdırmaqla bərabər insanın zehni qabiliyyətini də inkişaf etdirir. O, bu düşüncə ilə eyni vaxtda mental arifmetikanın sirrlərinə də yiyələnməyə çalışırdı. Və bu cür çalışma ona riyazi məsələri, məntiqi tapşırıqları daha tez və sürətli həll etməyə imkan yaradırdı...
Xırdaxanım orta təhsilini 1987-ci ildə əla qiymətlərlə başa vurdu. O, sevimli müəllimlərinə bənzəmək, riyaziyyat müəllimi olmaq, şagirdlərinin sonsuz məhəbbətini qazanmaq arzusunda idi. Elə bu istək, bu arzu onu Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə çəkib gətirdi. Ali məktəbi fərqlənmə diplomu ilə bitirdi. Təcrübəli pedaqoqlardan aldığı bilik, müxtəlif məktəblərdə keçdiyi pedaqoji təcrübələr onun gələcəyin tanınmış müəllimi kimi yetişməsinə zəmin yaratdı.
İlk əmək fəaliyyətinə müəllim kimi başlayıb. 1992-2002-ci illərdə Bakı şəhəri 2 nömrəli Yeniyetmələrim Yaradıcılıq Mərkəzinin nəzdindəki 138 nömrəli orta məktəbdə əyləncəli riyaziyyat dərnəyində əvvəl müəllim, sonra metodist işiləyib. Daha sonra N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində bir il ixtisasdəyişmə kursunu bitirib. 2003-cü ildən bu günədək isə orta təhsil aldığı 168 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləyir.

X.Əmirova düz 25 ildir ki, ilk müəllimlik ömrünün unudulmaz anlarını, günlərini yaşayır. Hazırda III “a” sinfinə dərs deyir. 25 şagirdinin hamısı əla və yaxşı qiymətlərlə oxuyurlar. Gələn tədris ilində bu sinif müəllimənin IV buraxılış sinfi olacaqdır.

Onun xatirələrindən:
-Müəllimlik fəaliyyətimə başladığım ilk gün ömrümün ən mənalı, ən unudulmaz günlərindəndir. Həmin gün ikiqat sevinc içərisindəydim. İllər ötdü... Sonradan tale belə gətirdi ki, sevimli peşəmi orta təhsil aldığım məktəbdə davam etdirməli oldum. Yadımdadır... Hərdən elə bilirdim ki, sinif rəhbərimiz Nəzifə müəllimə kənardan dayanıb dərsimi izləyir. İlk müəllimim Zərifə müəllimə isə mənə təmkinli, səbrli, iradəli olmağı tövsiyyə edir. Uşaqlarla təkcə müəllim kimi yox, həm də, ana kimi davranmağı məsləhət görür. O vaxtdan indiyədək unudulmaz müəllimlərimin nəzərini üzərimdə hiss edirəm.
Xırdaxanım müəllimə hər bir dərsini yüksək yaradıcılıqla keçir. Dərsi keçdikdən sonra uşaqlara mövzu ilə bərabər müxtəlif suallar verir. Kim daha çox suala cavab verirsə, həmin şagirdin dərsə hazırlığını, çalışqanlığını yüksək qiymətləndirir. Bu da şagirdləri yaxşı oxumağa həvəsləndirir.
Eyni zamanda dərsinin daha maraqlı və yaddaqalan olması üçün keçdiyi mövzularla əlaqədar çoxlu əyani vəsaitlərdən istifadə edir. Müəyyən mövzularla bağlı uşaqları ekskursiyalara aparır. Bakının görməli yerlərinə - Qız qalasına, Şirvanşahlar sarayına, Şəhidlər Xiyabanına, Miniatür Kitab Muzeyinə, dənizkənarı parka, teatra, zooparka və s. yerlərə kütləvi gəzintilər təşkil edir. Şagirdlərə paytaxtımız haqqında ətraflı məlumat verərək, bildirir ki, Bakı Yaxın Şərqdə, Orta Şərqdə və ümumiyyətlə, bütün dünyada ən qədim şəhərlərdən biri kimi tanınıb. Təkcə qədimliyinə görə yox, həm də təkrarolunmaz bənzərsizliyi, tarixi memarlıq abidələri və möhtəşəm incəsənət nümunələri ilə dünyanın ən gözəl şəhərlərindən biri hesab olunur.
Bütün bunlarla yanaşı şagirdlər il boyu məktəbin akt zalında milli bayramlarımızı da qeyd edirlər. Yeni ildə, Novruz bayramında milli geyimlərdə rəqs edir, şeir deyir, kiçik səhnəciklər göstərirlər. Birlikdə ürək dolusu şənlənirlər.
Müəllimə çalışır ki, keçdiyi dərslərinin əksəriyyətində milli vətənpərvərlik mövzusunu da ön planda saxlasın. 20 yanvar, Xocalı faciəsi və erməni vəhşiliyi barədə ətraflı danışır. Düşmən tapdağına çevrilmiş torpaqlarımız barədə əhatəli söhbətlər aparır. Qaçqın-köçkün soydaşlarımız haqqında geniş məlumatlar verir. O, bu zaman müxtəlif fotoşəkillərdən, rəsm materiallarından istifadə edir. Bütün bunlar müəllimənin söhbətlərini əyaniləşdirir, tamamlayır, şagirdlərdə düşmənə nifrət hissini artırır. Və körpə qəlblərə vətənpərvərlik toxumları səpir. Bununla yanaşı dərslərində ibrətamiz atalar sözlərinə, zərb məsəllərə və faydalı söhbətlərə də geniş yer verir.
Xırdaxanım müəllimənin dərs dediyi şagirdləri yuxarı siniflərdə də, əla qiymətlərlə oxuyurlar. Və heç vaxt sevimli müəllimlərini yaddan çıxarmırlar.
Müəllimə onu da qeyd edir ki, ilk ibtidai sinfimi 2003-cü ildə götürmüşəm. Şagirdlərim fitri istedadları ilə seçilirdilər. Həmin sinifdən bir yetirməm Ervin Mahmudov 2013-cü ildə məktəbi qızıl medalla bitirdi. Onu da qeyd edim ki, 1992-ci ildən indiyədək məktəbdə qızıl medal uğrunda çalışan şagird olmayıb. Hazırda Ervin Mahmudov Azərbaycan Diplomatik Akademiyasında (ADA) təhsil alır. Qürur hissi ilə qeyd edim ki, bu gün yetirmələrimin içərisində neçə-neçə müəllim, həkim, mühəndis, iqtisadçı, hüquqşünas və digər peşə sahibləri var. Onların xoş sorağını eşidəndə sevinirəm, qəlbim iftixar hissi ilə dolur, sabaha nikbin baxıram. Çünki çəkdiyim zəhmət bəhrəsini verir. Bax, budur həyatın mənası! Budur müəllimin xoşbəxtliyi!

Müəllimədə maraqlı bir cəhəti də müşahidə etdim:
Peşəsini sonsuz məhəbbətlə sevən Xırdaxanım müəllimə aşağıdakı ifadələri ilə müəllim əməyini, şəxsiyyətini ümumiləşdirərək bu cür dəyərləndirir:
Əlimizə qələm verib bizə elm, bilik öyrədən, həyat yollarımızda həyat dərsi keçən, eləcə də, hamımıza dostluğun, sədaqətin, mərhəmətin, məhəbbətin, səxavətin, dəyanətin mənasını öyrədən və öyrətdikləri bir ömürlük yolumuzda çıraq kimi yanan, gözlərinin nurundan – nur paylayan, hər kim mənə bircə hərf öyrətsə, o kəsə ömürlük qul olaram sözlərinin ünvanı sayılan bir müqəddəs varlıq, bir kamil insan var - bu dünyada... O böyük şəxsiyyət, o böyük düha –məhz adı hər yerdə böyük hərflərlə yazılan müəllimdir. Kim billir... Bəlkə elə müəllimin təmiz mənəviyyatından, işıqlı simasından, gərgin əməyindən, ülvilik, gözəllik, zəriflik kimi nəcib dəyərlərindən, mehri-məhəbbətindən başlanır Vətən, Torpaq, Millət sevgisi... Bəlkə elə bu ali hisslər - aldığımız hava, içdiyimiz su, yediyimiz çörək kimi – ruhumuza, canımıza, qanımıza hopur ömürlük...

Xırdaxanım müəllimə ailəsində də xoşbəxt tale payı qazanıb. Ömür-gün yoldaşı Elçin Əmirov polis orqanlarında çalışır. Oğlu Mehrab ali təhsilli hərbçidir. Qızı Günel Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, hazırda ixtisası üzrə çalışır. Əmir isə məktəblidir.

Həyatın dolanbac yollarında yenilməz iradəsi, dözümü ilə irəliləyən, ailədə böyüdüb ərsəyə yetirdiyi övladları ilə, məktəbdə təlim-tərbiyə verdiyi şagirdləri ilə fərəhlənən, tükənməz arzularla yaşayan Xırdaxanım müəlliməyə gələcək ömür yollarında sevinc dolu günlər, müqəddəs peşəsində isə yeni-yeni uğurlar arzulayırıq!..

Fürsətdən istifadə edib illərin qovuşuğunda əməkdaşlarımız adından Azərbaycan müəllimlərini - bütün təhsil fədailərini və fədakar peşə sahiblərini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə böyük səmimiyyətlə təbrik edir, onlara möhkəm cansağlığı, işıqlı gələcək və müqəddəs işlərində yorulmazlıq arzulayırıq!...


Xanım Sultanbəyli
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Peşəsinin vurğunu - Pərvanə Əliyeva

Məktəblər
Müəllim, həmişə ucadır adın!..

Müəllim, həmişə ucadır adın!..

Məktəblər
Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Şərəfli peşə sahibi - Sahilə Nəhmədova

Məktəblər, "Elm və Təhsil"
ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

Məktəblər, "Mən Şirvanın səsiyəm"
Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Ata yolunun layiqli davamçısı - Səkinə Niftaliyeva

Məktəblər, "Elm və Təhsil"
ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

Regionlar, Məktəblər
5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

Məktəblər, Təbriklər
Şagirdlərin sevimlisi  - Elza Xəlilova

Şagirdlərin sevimlisi - Elza Xəlilova

Məktəblər, "Elm və Təhsil"
ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

ÖMÜRLƏRƏ SÜZÜLƏN İŞIQ

"Şərqin səsi"
Hər kəsə öz qədərində dəyər verək

Hər kəsə öz qədərində dəyər verək

Məktəblər, Köşə yazılar
ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

ÜRƏYİN HÖKMÜ İLƏ - Samirə Yolçuyeva

Regionlar, Məktəblər, "Elm və Təhsil"
Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagird ...

Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbin istedadlı şagird ...

Məktəblər, "Elm və Təhsil", Gənc istedadlar
MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR

MÜƏLLİM PEŞƏSİ VƏ YA ŞƏRƏFLİ ÖMÜR

Məktəblər, "Elm və Təhsil"
TƏHSİLƏ BAĞLI ÖMÜR

TƏHSİLƏ BAĞLI ÖMÜR

Regionlar, Məktəblər, "Elm və Təhsil"
Peşəyə məhəbbət olanda

Peşəyə məhəbbət olanda

Məktəblər, "Elm və Təhsil"
PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

PEŞƏYƏ MƏHƏBBƏT OLANDA

Regionlar, Məktəblər
Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Məktəblər
ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

ŞƏRƏFLİ PEŞƏ SAHİBİ - Aidə Əsədova

Regionlar, Məktəblər, "Elm və Təhsil"
Bu günün istedadlı şagirdləri

Bu günün istedadlı şagirdləri

Məktəblər, Gənc istedadlar
Onda peşəsinə məhəbbət çox güclüdür

Onda peşəsinə məhəbbət çox güclüdür

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
Rəy yazın: