Professor Həmid Vəliyevin 80 yaşı tamam olur

Professor Həmid Vəliyevin 80 yaşı tamam olur TƏBRİK EDİRİK!..

Həmid Alı oğlu Vəliyev - 15 iyul 1939-cu ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub.
1966-cı ildə ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsinin Jurnalistika şöbəsini, 1978-ci ildə isə
Moskvada Sov. İKP MK yanında Ali Partiya Məktəbinin
jurnalistika fakültəsi
ni bitirib.

Əmək fəaliyyətinə 1958-ci ildə Marneuli rayon qəzetində başlayıb. İlk oçerk və hekayələri yerli mətbuatda
çap olu­nub.
Uzun illər Tbilisidə Azərbaycan dilində nəşr olunan
"Sovet Gürcüstanı" (indiki "Gürcüstan") qəzetində işləyib; korrektor, baş korrektor (1960-1968), şöbə müdiri (1968-1972), məsul katib və redaktor müavini (1973-1991) vəzifələrində çalışıb.

Həmid Vəliyev 1990-cı ilin məlum olaylarından sonra ailəliklə Ba­kıya köçməyə məcbur olub.
Əvvəlcə Azərbaycan Prezidentinin himayəsi ilə nəşr olunan "Yurd" jurnalının Azərbaycan buraxılışına
rəhbərlik edib (1991-1995), sonra "El qəzeti"nin, "Mübarizə""Şəfqət" qəzetlərinin redaktoru,
"Borçalı" jurnalının baş redaktoru olub.

Daha sonralar isə Azərbaycan respublikası Səhiyyə Na­zirliyində
Mətbuat xid­mətinin rəhbəri
vəzifəsində işləyib.

Həmid Vəliyev artıq 40 ilə yaxındır ki, həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur.
Ötən əsrin 80-90-cı illərində A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun
(sonralar S.S.Orbeliani adına TDP Universitetinin) Azərbaycan bölməsində dərs deyib.
1992-ci ildən isə elmi-pedaqoji fəaliyyətini BDU-da davam etdirir.
Neçə-neçə elmi məqalələrin müəllifi, filo­lo­giya elmləri namizədidir.
2004-cü ilin dekabrından BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri vəzifəsində çalışır.
Jurnalistika fakültəsinin elmi şurasının üzvüdür.
Azərbaycanda beynəlxalq jurnalistika üzrə ilk dosent kimi rəhbəliyi altında
20-dən çox magistr dissertasiyası yerinə yetirilib;
3 nəfər doktorantın elmi rəhbəri olub.

2011-ci ilin iyul ayında BDU-nun professoru elmi adını alıb.

"Əməkdə fərqlənməyə görə" (1970) və "Tərəqqi" (2005) medallarına,
"Gürcüstan SSR-in əməkdar jurnalisti" (1988), "Azərbaycan Respublikasının
qabaqcıl təhsil işçisi"
fəxri adları
na (2009), Gürcüstan SSR Ali Soveti Rəyasət Heyətinin
Fəxri fərmanı
na (1972), Azərbaycan Mətbuat Şurasının Fəxri diplomuna (2013) və
digər mükafatlara layiq görülüb.

Neçə-neçə elmi və publisistik məqalələrin müəllifi, filo­logiya elmləri namizədi Həmid Vəliyev
Tbilisidə və Bakıda çap olunmuş bir neçə kitabın, 400-ə yaxın elmi və elmi-publisistik məqalənin,
"Azərbaycan folkloru və ədəbiyyatı gürcü mənbələrində" monoqrafiyasının (B.,1984),
"Dünya informasiya agentlikləri" (B.,2003), "Beynəlxalq jurnalist təşkilatları" (B.,2005) adlı
dərs vəsaitlərinin, "Xarici ölkələrin jurnalistikası tarixi" (B., 2012; B., “Poliqrafiya”, 2014, 640 səh.)
dərsliyinin, "Mark Tven jurnalist kimi" (B., “Qanun”, 2014) kitabının müəllifidir.
Professor Həmid Vəliyev həm də "Azərbaycan dilində təhrif olunmuş şəkildə işlənən əcnəbi
coğrafi adların düzgün variantları"
(“Yeni medianın humanitar aspektləri”. H.Əliyevin 90 illik
yubileyinə həsr olunmuş konfransın materialları. 07 may 2013-cü il, səh.16-22.),
"Xudu kişi təkcə sazbənd yox, həm də sözbənd idi..." (“Sazbənd... Saza bənd...”.
“Elm və təhsil” Bakı-2013., səh 52-54.), "Azərbaycan dilində işlənən əcnəbi toponimlərdə təhriflər"
(Təfəkkür Universitetinin elmi xəbərlər jurnalı. №1/2013., səh.102-110), "Sadaxlınım alim övladı"
(Bakı, “Müntərcim”2015 .11 ç. v.) və s. məqalələrin müəllifidir.

Azərbaycan-gürcü ədəbi əlaqələrinin tədqiqi və inkişaf etdirilməsi sahəsində də Həmid Vəliyevin
böyük xidmətləri var. Belə ki, o, hələ 40 il əvvəl - “Sovet Gürcüstanı"
(indiki "Gürcüstan”) qəzetinin 18 noyabr 1980-ci il tarixli sa­yında dərc olunmuş
“A.Sereteli və Azərbaycan” sərlövhəli mə­qa­ləsində dost və qonşu olan
iki xalqın ədəbi əlaqələrinə xüsusi önəm vermişdir.

1984-cü ildə Bakıdakı «Yazı­çı» nəşriyyatı tərəfindən işıq üzü görmüş
«Azərbaycan folkloru və ədəbiyyatı gürcü mən­bələ­rində» kitabı isə
Azərbay­can-gür­cü ədəbi əlaqələrinin az öyrənilmiş bir hissəsinə həsr olun­muş­dur.
Müəllif XIX əsrin sonu XX əsrin əvvəllərinə aid materiallar əsasında bu iki xalqın
tarixi mənəvi birliyini əks etdirən və bu gün üçün də əhəmiyətli olan bir sıra yeni
və maraqlı faktlar gətirir, araş­dırmalar aparır.
Kitab iki fəsildən ibarətdir.
“Azərbaycan şifahi xalq ədə­biy­yatı məsələləri” adlanan birinci fəsil
folklorumuzun el­mi şəkildə toplanması, tədqiqi tarixi, başqa dillərə tərcüməsi işi və s.
haqqında söhbət açılır. “Koroğlu”, “Leyli və Məc­nun”, “Aşıq Qərib”, “Şah İsmayıl” dastanları,
Molla Nəs­rəd­din lətifələri, nağıllar, atalar sözü və məsəllər, tapmacalar, ba­ya­tılar və nəğmələr,
aşıq yaradıcılığı və s. haqqında araş­dı­r­malar, mülahizələr şərh olunur.
“Gürcü ədəbiyyatında Azərbaycan mövzusu” adlanan ikin­­ci fəsildə isə
G.Dvanadzenin “Qarabağlı qaçaq Aslan­bəy” poe­ması, İ.Mçedlişvilinin “Qaçaq Kərəm” dramı,
Q.Qvi­­­niaşvilinin “Qaf­qazda qaçaqçılıq haradan meydana çıx­mışdır” irihəcmli məqaləsi,
L.Kipianinin “Tar”, “Kabab” və b. şeirləri, V.Saataş­vilinin “Fatma nənə”, “Bədbəxt ana” he­­­ka­yələri,
V.Mikalad­zenin “Müəllim borcu­nu ödədi” he­ka­yəsi, eləcə də həmçinin İ.Çavçavadzenin, A.Se­retlinin,
R.Kris­tavinin, İ.Yevdoşvilinin, M.Cavaxaşvilinin və başqa­larının əsərləri, məqalələri və s. haqqında
məlumat ver­miş­dir.

Ümumiyyətlə, kitab şifahi xalq ədəbiyyatımız, folklorumuz, xüsusilə də, aşıq sənəti, onun tarixi
və milli in­kişafı, o cümlədən, milliyətcə qeyri-azərbaycanlı olub Azərbay­can aşıq məktəbi əsasında
formalaşaraq qonşu xalqlar arasın­da mənə­vi körpü yaratmış aşıqlar haqqında və ədəbi əlaqələrimizin
bir sıra digər ilk mənbələri haqqında külli miqdarda yeni və maraqlı məlumat verən san­ballı tədqi­qat əsəridir.
O, eyni zamanda, son vaxtlarda ədəbi əlaqələr sahə­sində yazılmış ən yaxşı əsərlərdən biri kimi də qiy­mət­li­dir.
Az bir vaxtda oxucuların diqqətini cəlb et­miş həmin kitab haqqında müxtəlif mətbuat orqanlarında müsbət rəylər dərc edilmişdir. (Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi məktəbi. B., "Azərbaycan" nəşriyyatı, 1994, səh.190-191.)

Professor Həmid Vəliyevin bir sıra elmi əsərləri, publisistik məqalələri və tərcümələri Azərbaycanda,
Gürcüstanda, Türkiyədə, Rusiyada, Ukraynada, Qazaxstanda, Özbəkistanda
və digər ölkələrdə çap olunmuşdur.

Gürcü, rus və digər xalqlardan etdiyi tər­cümələri ilə ge­niş oxucu kütləsinə öz imzasını
təcrübəli tərcüməçi kimi yaxşı tanıtmış H.Vəliyevin özünün orijinal əsər­ləri ilə yanaşı,
bədii və publisistik tər­cümələri də bir neçə kitab və ədəbi məcmuələrdə özünə yer tapıb.
Dünya publisistikasının incilərindən sayılan Amerika yazıçısı Deyl Karneginin "Dostu necə qazanmalı" əsərini Azərbaycan dilinə ilk dəfə tərcümə edib və kitab 1993–cü ildə "İşıq" nəşriyyatı tərəfindən kütləvi tirajla işıqüzü görüb. 312 səhifəlik həmin kitab 2014-cü ildə "Dost qazanmaq və adamlara təsir göstərmək sənəti" adı ilə “Qanun” nəşriyyatında təkrar nəşr olunub.
Həmid Vəliyev 2015-ci ildə isə Şerl Sendberq Nell Skovelin “Fəallıqdan qorxma” adlı kitabını
ana dilimizə çevirib və nəşr etdirib.

Fürsətdən istifadə edərək, biz də,
ZiM.Az-ın bütün yaradıcı heyəti adından,
xalqımızın dəyərli ziyalısı, sevimli el ağsaqqalı,
tanınmış ədəbiyyatşünas alim, təcrübəli qələm sahibi,
"Gürcüstan Respublikasının Əməkdar jurnalisti",
"Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi"
BDU-nun Beynəlxalq jurnalistika kafedrasının müdiri,
çox hörmətli professor Həmid Alı oğlu Vəliyevi
doğum günü - daha dəqiq desək,
anadan olmasının 80 illik Yubileyi münasibətilə
ürəkdən və səmimi qəlbdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında,
yaradıcılıq işlərində, eləcə də. elmi-pedaqoji və
ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az



Mənbə:
Bax: Müşfiq Mədədoğlu (Çobanlı). Çağdaş Borçalı ədəbi məktəbi.
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.190-191.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub

Professor Həmid Vəliyevin 80 illik yubileyi qeyd olunub

BDU, MEDİA
Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

Doğum gününüz mübarək, hörmətli professor MAHMUD KAMALOĞLU (1954)

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Təbriklər
M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

M.P.Vaqifin anadan olmasının 300 illik yubileyinə dəyərli töhfə

Yeni nəşrlər, Müşfiq Borçalı
NAİLƏ CƏLİL-XOCA (1959)

NAİLƏ CƏLİL-XOCA (1959)

Tiflis, Təbriklər, Müşfiq Borçalı
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TƏBRİK EDİRİK, ELMAN KƏLƏYEV!..

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Tiflis, Borçalı, Təbriklər
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

“Gürcüstan” qəzetinin redaktor müavini Elman Kələyev vəfat edib

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", Borçalı, Nekroloqlar

"Gürcüstan" qəzetinin Baş redaktoru, Əməkdar jurnalist İslam Əliyev vəfat ...

Nekroloqlar
Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbrik edirik, NİZAMİ MƏMMƏDZADƏ!..

Təbriklər
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ PROFESSOR ASİF RÜSTƏMLİ!..

Humanitar elmlər, Təbriklər
Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

Əflatun Amaşov “Xalq qəzeti”nə baş redaktor təyin olunub və “Azərbaycan Res ...

MEDİA, Bolus, Təbriklər
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Əsas xəbər, Borçalı, Darvaz, Arxiv
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ ADİLXAN MÜƏLLİM BAYRAMOV!...

Mədəniyyət, Borçalı, Təbriklər
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

Yubileyiniz mübarək, əziz və hörmətli professor Telman QULUYEV!...

TDPİ-nin Azərbaycan bölməsi, Gəncə, Təhsil, GDU, Bolus, Təbriklər
BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU jurnalistika fakültəsinin Televiziya və radio kafedrasına yeni müdir se ...

BDU
“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

“İNFORMASİYA YARADICILIĞI: STANDARTLAR VƏ YENİ YANAŞMALAR” KİTABI OXUCULARI ...

Yeni nəşrlər, Digər bölmələr
Rəy yazın: