“XARIBÜLBÜL” FESTİVALI - QARABAĞIMIZA ƏBƏDİ QAYIDIŞIMIZIN NİŞANƏSİ VƏ YENİ BİR HƏYATIN BAŞLANIĞICININ RƏMZİ MƏNADA İFADƏSİ...

“XARIBÜLBÜL” FESTİVALI - QARABAĞIMIZA ƏBƏDİ QAYIDIŞIMIZIN NİŞANƏSİ VƏ YENİ BİR HƏYATIN BAŞLANIĞICININ  RƏMZİ MƏNADA İFADƏSİ... 44 günlük Vətən müharibəsi, əldə etdiyimiz möhtəşəm Qələbə və həmin Zəfər günündən sonra bir-birinin ardınca baş qaldıran qürurverici hadisələr bizim üçün bir çox mətləblərə aydınlıq gətirdi...
Bu məqamda, təbii ki, müstəqilliyimizin ilk illəri yada düşmüş olur; 90-cı illərin əvvəllərində xalqın düçar olduğu əzablar, şil-küt edilmiş ümidlər, yurdumuzun başı üzərinə çökmüş qara buludlar, ölkədə yaşanan gərginliklər fonunda hakimiyyəti ələ keçirmək uğrunda iyrənc şəkil almış siyasi çəkişmələr, qorxunc bir kabusa çevrilmiş dövlət çevrilişləri və daha nələr.. nələr... Bu ağrılı hadisələrdən xalq yorulmuş, bezikmiş, tamamilə gücünü və taqətini itirmiş vəziyyətə düşmüşdü. Qan bahasına qazandığımız dövlətçiliyimiz gözümüzün önündə kiçikləşir, tarixi nailiyyətimiz olan müstəqilliyimiz üçün ciddi təhlükə yaranır və bu minivalla da xalqın sabaha olan inamı sarsılmaqda, ümid çırağı isə sönməkdə davam edirdi. Ancaq həqiqətən də bir hikmətdə deyildiyi kimi, “Gün doğmadan nələr doğar”.


Nəhayət, xalqın nəinki arzuladığı, hətta çox böyük ehtiyac belə duyduğu həmin gün gəlib yetişdi. Sanki ölkəmizin səmasında Günəş doğdu, Vətən torpağına nur ələndi... İlahinin qüdrətli nəfəsi ilə xalqın ruhu tazələndi, qəlblərdə ümid çırağı şölələndi... Siyasət aləminin böyük dühası kimi tanınan Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycan dövlətinin başına keçdi və o, canından artıq sevdiyi xalqına sahibləndi; bununla da millətin sönməkdə olan çırağı alovlandı, yeni duyğular baş qaldırdı, gələcəyə inam gücləndi. Fırtına qopmuş okeanda sahibsiz yelkənə bənzər Azərbaycan adlı dünyamızın sükanı arxasında görkəmli dövlət və ictimai-siyasi xadim, dünyaca məşhur siyasətçi Heydər Əliyev inamla özünə yer aldı. Bu gedişlə də Azərbaycanı parçalayan, qanına qəltan edən, ölkənin və xalqın axırına çıxa biləcək vətəndaş müharibəsinin – qardaş qırğının qarşısı alındı; bir sözlə, daxildən və xaricdən vətənimizə uzanalı qara əllər kəsildi, o iyrənc caynaqlar parçalandı.

Bu qayıdışla bir düşünsək, görərik ki, daha nələr baş vermədi; dövlətin özünə gəlməsi və güc toplaması üçün 1994-cü ilin 12 may atəşkəsi (hansı ki, bugünkü qələbəmiz üçün bu bizə hava-su kimi lazım imiş) elan olundu, mahiyyət etibarilə möhtəşəmlik kəsb edən “Əsrin müqaviləsi” imzalandı və bu sırada iqtisadi müstəqilliyimizin, iqtisadi təhlükəsizliyimizin etibarlı təməli qoyuldu. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında iştirak etmək imkanı əldə edərək, bununla da dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzinə çevrildi və beynəlxalq əhəmiyyət kəsb edən Respublika statusu qazandı.
Deməli, gələcək uğurlarımıza yetişmək üçün hələ görüləsi işlər çox idi... Ulu öndərimiz müdrikliyin, uzaqgörənliyin bariz nümunəsi kimi ölkə iqtisadiyyatının gücləndirilməsi və bu zəmində gerçək Milli Ordunun yaradılması, dövlətin vətəndaşın güc yerinə, etibarlı dayaq nöqtəsinə çevrilməsi istiqamətində fədakarlıq sərgiləyir və bu yöndə inamla addımlayırdı. Hələ müdavimlər qarşısında çıxışı zamanı “Sizi görərək, mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm” deməsi də bugünkü reallıqlar baxımından bu dahi şəxsiyyətin öz yürütdüyü siyasətə inam dərəcəsinin yüksək göstəricisi kimi səslənir. Bütün bu həyati əhəmiyyətli işlərin əsasında ərazi bütövlüyümüzün təmin edilməsi, təcavüzə məruz qalmış əzəli-əbədi yurdumuzun – müqəddəs Qarabağımızın işğaldanm azad olunması, dövlət sərhədimizin bərpa edilməsi dayanırdı. Bu yolda biz Heydər Əliyevin dünyanın ən qüdrətli dövlətləri ilə səbr və dözüm dolu gərgin Qarabağ danışıqlarının şahidi olduq. Bütün bu proseslərdə Heydər Əliyev böyük inam nümayiş etdirirdi. O heç vaxt inamını itirmədi, ümiddən düşmədi. Elə son əlamətdar hadisə kimi qürurla, iftixarla, ən böyük bir vüqrla müşayiət etdiyimiz, özündə möhtəşəmlik və əzəmət kəsb edən “Xarıbülbül” festivalında Ulu öndərin ekranda nümayiş etdirilməklə Cıdır düzünə, müqəddəs Şuşa mahalına yayılan gözəl, cazibədar, məlahətli nitqi və dərin mənalı düşüncələri ruhumuzun dərin qatlarına işləyirdi: “Arzu edirəm ki, Sizinlə birlikdə gedək Şuşaya... Gedəcəyik... İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür... Hər bir Azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamımız üçün əzizdir.” Bu səsdə bir əzəmət var idi, bu səs-sədada böyük inam var idi, həm də müqəddəsliyi özündə ehtiva edəsi bir vəsiyyət var idi; özü qədər inandığı övladı İlham Əliyevə ünvanlanmış bir vəsiyyət... Bu məqamda cənab Prezidentin kövrəlməsinin səbəbləri də elə həmin ata vəsiyyətindən doğan duyğusal anların qanadlarında ulu öndərlə keçirdiyi o xoş anların xatırlanması və o böyük insanın Azərbaycan naminə bütün fədakarlıqlara ölümdən belə çəkinməyərək qol qoymaq iradəsinin, mübarizlik əzminin nə qədər güclü olduğunun unudulmaz anlarına şahidlik edilməsinin yada salınması idi. Həm də bu kövrəklikdə ata vəsiyyətini yerinə yetirmiş bir oğul kimi özünü xoşbəxt saymasının, bu zəmində Ulu öndərin müqəddəs ruhunun şad olmasına əminliyinin nişanəsi var idi...
Bəli, Heydər Əliyev həm ömrünü xalqına bağışladı, həm də özündən sonra müəyyənləşdirdiyi yolla inamla irəliləməyimiz naminə bizə İlham kimi bir oğul bəxş elədi. Hansı ki, o, Ulu öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasəti uğurla davam etdirdi, Azərbaycan naminə çarpışdı-vuruşdu, mücadilə etdi, mübarizlik sərgilədi, böyük dözüm nümayiş etdirdi, mətinlik göstərdi; bütün yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi məsələsi heç vədə müzakirə mövzusu ola bilməz. Ciddi təzyiqlərə, sıxıntılara, iyrəncliklə müşahidə edilən siyasi gedişlərə, eybəcərlik zəminində baş qaldıran müzakirələrə fədakarcasına sinə gərdi, əsl dövlət xadimi necə olar qarşılığını verməklə bütün dünya siyasətçilərini mat qoydu, aparıcı dövlətlərin rəhbərlərini pat vəziyyətinə saldı, dünyanın aparıcı informasiya angentliklərinin nümayəndələrinə bəlkə heç fəaliyyətləri boyu rastlaşmadıqları dərsi verdi.
Bütün bunlar İlham Əliyev siyasətinin parlaq təntənəsi idi; istər ölkə prezidenti kimi, istərsə də müzəffər ordumuzun Ali Baş Komandanı kimi əldə etdiyi uğurların əzəməti idi.
Mənfur düşmən tapdağından qurtulan hər bir kəndimiz, rayonlarımız, 8 noyabr Zəfəri, 10 dekabr Qələbə paradı, 12 aprel Hərbi Qənimətlər Parkının açılışı – bütün bunlar hər biri o qədər böyük və əlamətdar tarixi hadisələrdir ki... Eyni zamanda sanki bütün bunlar bir nəhəng hadisənin hədəfləri kimi görünür. Bu hədəf isə müqəddəs Şuşamızda, Cıdır düzünün köksündə baş tutan “Xarıbülbül” festivalı oldu. Bəli, “Xarıbülbül” son dövr hadisələrin yekunu kimi səslənir; özü də ki, möhtəşəmliyi və əzəməti özündə ehtiva etməklə dərin bir rəmzi mənanın mücəssəməsi kimi... Himnimiz, milli marşımız, Qələbəmizin uvertürası kimi... Təbii ki, bu Qələbə qəhrəman şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Nə qədər vətənpərvər oğullatrımız göz qırpmadan belə öz yaşamaq hüququndan keçərək canlarını vətən naminə qurban verdilər; ən uca məqama – Şəhidlik zirvəsinə ucaldılar... Nə qədər igid oğullarımız qazi oldular... Onların fədakarlığı Azərbaycan tarixinin ən şanlı bir səhifəsi olaraq zaman-zaman xatırlanacaq və bugünkü Zəfərimizin təminatçıları kimi bu mübarizlər ordusunun mərd döyüşçülərinə hər vaxt böyük ehtiram duyulacaq, onların hər birini qürur hissi ilə yad edəcəyik.
Elə Cıdır düzündən yayımlanan festivalda alovlu nitq söyləyən cənab prezident İlham Əliyev bir daha hamını şəhid və şəhadət ucalığına təzimə dəvət edirdi: “Bu il uzun fasilədən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Biz bu günü qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq. Xalq birləşdi, xalq həmrəylik göstərdi; bir yumruq kimi birləşdi və bu qələbəni Azərbaycan xalqı qazandı. Bizim hamımızın qələbəsidir. Mən xahiş edirəm ki, Vətən müharibəsində həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin!” Prezidentin çıxışı daxili və xarici auditoriyaya hesablanmış bir bəyanət xarakteri daşımaqla, həm də keçmiş günlərin sonu, xoşbəxt bir gələcəyin başlanğıcının mədəniyyət dilində ifadəsi idi.
Festivalda ən maraq doğuran məqamlardan biri də bu idi ki, “Xarıbülbül”ün Azərbaycanda yaşayan müxtəlif xalqların, millətlərin, etnik qrupların nümayəndələrini əhatə etməsi idi. Bunun da öz mühüm səbəbləri var ki, həmin səbəbləri də cənab Prezident qürur və iftixarla bəyan etdi: “Bugünkü festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edəcəkdir. Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əlyev Fonduna mən vermişəm. Çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir də onu göstərdi ki, Azərbaycanda yaşayan bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayıblar və bu 44 günlük müharibə bir də onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır...” Deməli, mövcud festivalda Azərbaycanda yaşayan xalqların nümayəndələrinin çıxış etməsi heç də təsadüfi deyilmiş.
Bu festivalda nələr duyulmadı, hansı hisslər baş qaldırmadı... Səslənən hər bir musiqi parçasından nəşət edən duyğusal anların qanadlarında xəyalən vətən torpağının seyrinə daldıq; ruhumuz pərvazlandı, Azərbaycanlı olmağın ən xoş anlarını yaşadıq və Ulu öndərin qeyd etdiyi kimi, bir daha Azərbaycanlı olmağımızdan qürur duyduq. Cıdır düzünü ağuşuna alan, Şuşa mahalını cənginə bürüyən musiqi nömrələrinin ünvanlarına baş vurduqca kimlər xatırlanmadı... Şuşanın səmasında sayrışan rəmzlər kimi Azərbaycanın ölməz bəstəkarlarının hamısı göz önündə canlandı; Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Niyazi, Müslüm Maqomayev burada – Şuşada, Cıdır düzündə idi. Bu müqəddəslərin elə müqəddəs ruhları qanad açıb dövrə vururdu Şuşamızın təmiz və aydın səmasında... Xanın, Seyidin, Bülbülün zəngulələri yenə də müqəddəs torpaqları öz ağuşuna almış, həzin layla kimi bütün vücudumuzu sarmışdı.

Prezidenti kövrəldən nəqamlardan biri də kiçik Kənan balamızın “Bayatı-Şiraz”ı idi ki, bu səsin, bu avazın qüdrətindən isə sanki dağa, daşa, suya, torpağa, ümumiyyətlə füsunkar təbiət ocağının bütün guşələrinə yeni bir nəfəs yayılırdı. Bu da müqəddəs Şuşamıza, əzəli dədə-baba yurdumuz olan Qarabağımıza əbədi qayıdışımızın nişanəsi və yeni bir həyatın başlanığıcının rəmzi mənada ifadəsidir.

Həbib Mirzəyev
Azərbaycan Texniki Universitetinin
“Humanitar fənlər” kafedrasının müdiri,
filologiya üzrə fəlsəfə doktoru, dosent


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
BU QAYIDIŞLA NƏLƏR BAŞ VERMƏDİ...

BU QAYIDIŞLA NƏLƏR BAŞ VERMƏDİ...

AzTU
HƏRBI QƏNIMƏTLƏR PARKINDA  DAĞIDILMIŞ VƏ QƏNIMƏT KIMI GÖTÜRÜLMÜŞ DÜŞMƏN TEX ...

HƏRBI QƏNIMƏTLƏR PARKINDA DAĞIDILMIŞ VƏ QƏNIMƏT KIMI GÖTÜRÜLMÜŞ DÜŞMƏN TEX ...

AzTU, Köşə yazılar
DUYĞUSAL ANLARIN QANADLARINDA...

DUYĞUSAL ANLARIN QANADLARINDA...

AzTU, Köşə yazılar
Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var!

Müsabiqə, Köşə yazılar
DÜNYAYA  SƏS SALAN  SƏRKƏRDƏ

DÜNYAYA SƏS SALAN SƏRKƏRDƏ

"Elm və Təhsil", Köşə yazılar
“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

“QARABAĞ AZƏRBAYCANDIR!” - dilimizin şüarıdır

"Mən Şirvanın səsiyəm", "Elm və Təhsil"
AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU-nun rektoru Vilayət Vəliyevin Silahlı Qüvvələr Günü münasibətilə təbri ...

AzTU

"OT ÖZ KÖKÜ ÜSTƏ BİTƏR"

Köşə yazılar
AZƏRBAYCAN - TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ YENİ BİR TƏKANIN BARİZ NÜMUNƏSİ KİMİ...

AZƏRBAYCAN - TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ YENİ BİR TƏKANIN BARİZ NÜMUNƏSİ KİMİ...

YAP, AzTU
Azərbaycan onun bizə əmanətidir

Azərbaycan onun bizə əmanətidir

Regionlar, Məktəblər
Həbib Mirzəyev:

Həbib Mirzəyev: "Azərbaycan xalqı və ölkənin siyasi partiyaları yekdillikl ...

Qarabağ, AzTU
Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Tarixə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin iştirakçısı ol ...

Məktəblər
Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi  bütövlüyümüz bərpa edildi

Rəhbər, Ordu və Xalq birliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi

AzTU, Köşə yazılar
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr - Zəfər gü ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “8 noyabr - Zəfər gü ...

Biologiya və tibb elmləri
Şikar QASIMOV:

Şikar QASIMOV: "Ulu öndər Heydər Əliyevin bənzərsiz ömür yolu, tariximizin ...

YAP, AzTU
Vətən müharibəsində qələbə xalqımızın bir neçə yüzillik yüksəliş istiqamətl ...

Vətən müharibəsində qələbə xalqımızın bir neçə yüzillik yüksəliş istiqamətl ...

AzTU, Köşə yazılar
Elm xadimləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Elm xadimləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib

Əsas xəbər, Elm
AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU-nun rektoru Vilayət Vəliyevin 2 fevral - Gənclər Günü münasibətilə mür ...

AzTU
Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində “Zəfər Günü” qeyd olunub

Qardabahi Təhsil və İnteqrasiya Mərkəzində “Zəfər Günü” qeyd olunub

Qarayazı
Parlament seçkiləri ölkəmizdə yeni mərhələyə təkan verəcək

Parlament seçkiləri ölkəmizdə yeni mərhələyə təkan verəcək

Biologiya və tibb elmləri
Rəy yazın: