AZƏRBAYCANDA KOORDİNAT METROLOGİYASI: REALLIQLAR VƏ PERSPEKTİVLƏR

AZƏRBAYCANDA KOORDİNAT METROLOGİYASI:  REALLIQLAR VƏ PERSPEKTİVLƏR Hal-hazırda dünyanın inkişaf etmiş sənaye ölkələrində koordinat ölçmə maşınları mürəkkəb konfiqurasiyalı səthlərin həndəsi ölçülərinin və forma xətalarının ən dəqiq və perspektivli ölçmə vasitəsidir.
İqtisadi cəhətdən inkişaf etmiş ölkələrin modern istehsalında ölçmə əməliyyatlarının 80%-dən çoxu yüksək dəqiqlikli koordinat ölçmə maşınlarında həyata keçirilir.
Müasir təyyarələrin, raket-kosmik komplekslərin, silahların, avtomobil sənayesinin, nanoməhsulların, xüsusi təyinatlı dişli çarxların və digər yüksək dəqiqlikli məhsulların və detalların ən yüksək dəqiqliklə ölçülmələri yalnız koordinat ölçmə maşınları vasitəsi ilə həyata keçirilə bilər.
Mürəkkəb formalı detalların yüksək texnologiyalı istehsalı zamanı koordinat ölçmə əməliyyatlarının xərclərinin payı məhsulun ümumi dəyərinin 50% -nə çatır.
Hal-hazırda Avropada 20000-dən çox, ABŞ-da 15000-dən çox, Rusiyada 1000-dən çox, Türkiyədə 500-ə qədər koordinat ölçmə maşınları istifadə olunur.


Azərbaycan Respublikasında koordinat metrologiyası müəyyən səbəblərə görə əfsuslar olsun ki, çox gec formalaşmışdır. Azərbaycan Texniki Universitetinin “Metrologiya və standartlaşdırma” kafedrasının Türkiyənin “Hexagon Metrology” şirkəti ilə sıx qarşılıqlı əməkdaşlığının nəticəsi olaraq universitetimizə “Hexagon Tigo SF” ilk koordinat ölçmə maşını alınmış və müasir “Hexagon” koordinat metrologiyası laboratoriyası qurulmuşdur. Bunun ardınca Müdafiə Sənayesi Nazirliyinin İqlim Elm-İstehsalat mərkəzinə “Global S” koordinat ölçmə maşını alınaraq istehsalata tətbiq olunmağa başlamışdır.
Bir müddət sonra bu siyahıya Sumqayıt Texnologiyalar Parkı da əlavə olunmuşdur.
“Hexagon” koordinat metrologiyası laboratoriyası ilə qısa müddət ərzində bir sıra beynəlxalq əməkdaşlıq əlaqələri yaradılmış, əldə olunan nəzəri və praktik təcrübə elmi-tədqiqat, istehsalat və tədris prosesinə geniş tətbiq olunmağa başlamışdır.
Hal-hazırda kafedranın “Türkiyə Hexagon Metrology”, Rusiya Federasiyasının Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu, Türkiyə Standartlaşdırma İnstitutu, İstanbul Texniki Universiteti, N.Bauman adına Moskva Dövlət Texniki Universiteti, ABŞ-ın Boston Universiteti, Masaçusi Texnologiya İnstitutu və digər koordinat metrologiyası ilə məşğul olan təşkilatlarla qarşılıqlı əlaqələri mövcuddur.
Xüsusi ilə “Hexagon Metrology Türkiyə” və Rusiya Federasiyasının Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığı çox effektiv hesab etmək olar.
Belə ki, Rusiya Federasiyasının Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu ilə 2016-cı ildə imzalanmış qarşılıqlı əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycanda koordinat metrologiyasının inkişafı sahəsində xeyli addımlar atılmışdır.

Hal-hazırda bu əməkdaşlıq çərçivəsində kafedranın 3 nəfər doktorantı həmin təşkilatın görkəmli alimləri ilə birgə elmi rəhbərlik altında koordinat metrologiyası üzrə dissertasiya işlərini uğurla yerinə yetirir, beynəlxalq sərgi və konfranslarda iştirak edir, etalonların hazırlanmasında birgə fəaliyyət göstərirlər.
Koordinat metrologiyası kafedrada həm bakalavr həm də magistratura səviyyəsində geniş tədris olunur, mühazirə və laboratoriya dərsləri keçirilir, buraxılış və dissertasiya işləri yerinə yetirilir.
Koordinat metrologiyası üzrə 2 dərslik və 2 metodik vəsait hazırlanıb.
Kafedrada koordinat metrologiyası üzrə prioritet sahə Müdafiə Sənayesi Nazirliyinin müəssisəlrinin istehsal etdiyi hərbi silah və sursatların mürəkkəb formalı detallarının həndəsi ölçülərinin və forma xətalarının tədqiq olunmasıdır.

Kafedramızın alimləri və tədqiqatçıları tərəfindən indiyə qədər aparılmış müxtəlif markalı silahların mürəkkəb formalı detallarının metroloji tədqiqinə aid aşağıdakı işləri diqqətinizə çatdırırıq:
- 7,62 mm PKM pulemyotunun çaxmaq çərçivəsinin həndəsi ölçülərinin və forma xətalarının koordinat metrologiyası ilə “Hexagon Tigo SF” maşınında tədqiqi.
- AK-74M avtomat silahının lüləsinin həndəsi ölçülərinin və forma xətalarının koordinat metrologiyası ilə “Hexagon Tigo SF” maşınında tədqiqi.
- AK-74M avtomat silahının tətik mexanizminin həndəsi ölçülərinin və forma xətalarının koordinat metrologiyası ilə “Hexagon Tigo SF” maşınında tədqiqi və s.
Nəticədə bu detalların “Hexagon Tigo SF” maşınında tədqiqindən aydın olmuşdur ki, əgər AK-74M Avtomat silahının və 7,62 mm PKM pulemyotunun bütün mürəkkəb detalları koordinat maşınında yoxlanılıb istifadəyə verilərsə, yüksək dəqiqlikli nəticələr əldə olunar və daha keyfiyyətli silah istehsal edilmiş olar.
Eyni zamanda koordinat metrologiyasını geniş tətbiq etməklə ölkəmizdə aşağıdakılara nail olmaq olar:
- milli məhsullarımızın dəqiqliyini və etibarlılığını artırmaqla həmin məhsulların keyfiyyətinin regional və beynəlxalq səviyyədə tanınmasına;
- Ümumdünya Ticarət Təşkilatının tələblərinin yerinə yetirilməsinə və ticarətdə texniki maneələrin aradan qaldırılmasına;
- Xüsusilə, hərbi-sənaye məhsullarımızın dəqiqliyinin və etibarlılığının yüksəldilməsinə.
Təbii ki, bu məsələlərə nail olmaq üçün prioritet məsələdən biri koordinat metrologiyası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

Elçin İSGƏNDƏRZADƏ
AzTU-nun “Metrologiya və standartlaşdırma” kafedrasının müdiri,
texnika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Professor Elçin İsgəndərzadənin Moskvada 2 monoqrafiyası çap olunub

Professor Elçin İsgəndərzadənin Moskvada 2 monoqrafiyası çap olunub

Yeni nəşrlər, AzTU
AzTU ilə Ümumrusiya Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu arasında saziş ...

AzTU ilə Ümumrusiya Metroloji Xidmət Elmi-Tədqiqat İnstitutu arasında saziş ...

AzTU
Nadir Atayev:

Nadir Atayev: "OPTİK KOMMUTATORLAR"

Elmi Məqalələr, AzTU
AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

AzTU-da “Enerji istehsalı və effektliyi” mövzusunda beynəlxalq elmi seminar ...

Əsas xəbər, AzTU
Silah mütəxəsislərimizdən ilk məzunlar

Silah mütəxəsislərimizdən ilk məzunlar

AzTU
Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

Allah rəhmət eləsin, NAZİM SULTANZADƏ!..

"Şərqin səsi", Nekroloqlar
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Professor Tofiq Mansurovun yeni uğurları

Professor Tofiq Mansurovun yeni uğurları

Yeni nəşrlər, AzTU
Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Biologiya və tibb elmləri
ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

Borçalı, Bolus, Nekroloqlar
AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU-nun dekanı Hüseynqulu Quliyev beynəlxalq elmi-texniki jurnalın redaksi ...

AzTU, Təbriklər
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib

Elm
Mədət Quliyevin Sudan Respublikasının “MASAD” Hərbi Sənaye Sistemlərinin ba ...

Mədət Quliyevin Sudan Respublikasının “MASAD” Hərbi Sənaye Sistemlərinin ba ...

Dünya
AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texniki Universiteti arasın ...

Digər bölmələr, AzTU
TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

BMU, Təbriklər
Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Botanika İnstitutu əməkdaşlığa dair memorandum imzalayıb

Biologiya və tibb elmləri
Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Texnologiya Universiteti ara ...

Əsas xəbər, Gəncə, AzTU
Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

Professor Tofiq Mansurovun 65 yaşı tamam olur

AzTU, Təbriklər
AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında  ...

AzTU ilə ABŞ-ın Kaliforniya Ştatında yerləşən Berkli Universiteti arasında ...

AzTU, Amerika
Rəy yazın: