"Mənim könlüm deyir ki..."

"Mənim könlüm deyir ki..."
Hər şey gözəldir həyatda,
Sən bu gözəlliyi anlaya, duya bilsən...


Gözəl bir mahnıda səslənən bu müdrik misralar məntiqi, fəlsəfi düşüncəyə əsaslanmaqla çox ibrətamizdir. Həqiqətən gözəllik məfhumu çox genişdir. Həyatın gözəlliyini şərtləndirən amillər çoxdur. Bunu hərə müxtəlif cür anlayıb, müxtəlif cür duyur. Mən isə belə yanaşıram ki, həyatda ən gözəl varlıq İnsandır. Əxlaqi cəhətdən qüsursuz, saf, təmiz, mənəviyyatı pak, “aydan arı, sudan duru” olan İnsan. Bu cür insanlarla ünsiyyətdə olarkən düşünürsən ki, bu işıqlı dünyaya gəlməyə də dəyər və bu işıqlı dünyada yaşamağa da.

Haqqında söhbət açacağım insan - Azərbaycan Yazıçılar Birliyininin üzvü, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov özünə yurd-yuva, məskən saldığı o şərəfli sıranın ləyaqətli sakinlərindəndir.Onunla ünsiyyətdə olduqda insanın düşüncə meydanında belə bir fikir cövlan edir: İlahi, Sən insanlara nə qədər yüksək, ali bir varlıq olmaq imkanları vermisən və yazıq o kəslərə ki, bu imkanlardan yararlana bilmir.

Əvvəllər, yəni şəxsi tanışlığım olana qədər Buludxan Xəlilov mənim üçün filologiyamızda xüsusi yeri olan alim, dilçilik sahəsində yazılan bir çox qiymətli əsərlərin müəllifi və nəhayət, Azərbaycan Dövlət Pedaqoji Universitetində filologiya fakültəsinin dekanı kimi əziz idi. Çünki o, uzun müddətdir ki, mənim bir vaxtlar (1980-1984) təhsil aldığım fakültənin dekanıdır. Bu baxımdan universitetin özü qədər mənə orada çalışan hər kəs əzizdir, doğmadır. Sonralar Buludxan Xəlilovu yaxından tanıdıqda ona olan rəğbətim qat-qat artdı, yüksəldi. İnsanı yaşadan, həyata bağlayan da gözəl ünsiyyət, xoşrəftar münasibətdir. Bu cür münasibətlərdir ki, insanı pillə-pillə ucaldır, yüksəldir, yaşamağa sövq edir, ona güc-qüvvət verir, onun qurub-yaratmaq həvəsini artırır.

Tanıdığım andan mənim Buludxan müəllimlə səmimi münasibətim yaranıb və artıq bu münasibət dostluğa çevrilib. O, hər bir işdə məsuliyyəti, yüksək intizamı ilə fərqlənir. Sadəlik, təvazökarlıq, öz doğma yurduna, dədə-baba ocağına bağlılıq Buludxan müəllimin canındadır, bu duyğular onun qanına hopmuşdur. Dönə-dönə söhbətlərində ata-baba yurdundan – Qərbi Azərbaycanda yerləşən Amasiyadan, onun cazibədar təbiətindən, füsunkar gözəlliyindən, səfalı yerlərindən ürək dolusu danışar, həsrətdən köz alan bir yanğı ilə oralara – o torpaqlara, o doğma məkana dönmək arzusunu dilə gətirər.

Buludxan müəllimlə söhbət əsnasında insan özü saflaşır, durulaşır. Çünki yaxşı insanların əhatəsində olmaq insanı cilalayır. Müqəddəs sözün imkanlarından o, çox məharətlə yararlanır. Sözlər onun simasında öz yerini, məkanını tapıb, sanki rahatlanır; onun nitqində sözlər, ifadələr ciyər dolusu nəfəs ala bilir. “Dilimizdə obrazlılıq, ifadəlilik çox güclüdür” fikri ilə tam olaraq razılaşa bilmirəm. Çünki dildəki sözlər ilkin mənasında adi, sadə səslənən ünsürlərdir. Onlara həyat verən, onları qüdrət sahibi edən, ucaldan, şöhrətləndirən isə sözdən məharətlə, ustalıqla, peşəkarcasına istifadə edənlərdir. “Torpaq deyir: Öldür məni, dirildim səni!” Söz də deyir ki, cilala məni ki, parlayım, qəlblərə nur saçım, fikir və düşüncələri işıqlandırım, bu işığın parıltısında bütün bəşəriyyət nura qərq olsun. Buludxan müəllim sözə bu cür yanaşır, sözdən bu cür istifadə edir. Onun nitqində sözlər maneəsiz gəlir, biçimlənmiş, qəlibə salınmış formada, ahəngdar ritm alaraq axıb gəlir; sanki bulaq suyu tək saf, təmiz, pak.

Buludxan müəllimdə mənim diqqətimi çəkən ən mühüm amil onun əsl azərbaycanlı olmasıdır. O, milli-mənəvi dəyərlərə, bəşəri dəyərlərə möhkəm tellərlə bağlı bir insandır. Tez-tez televiziya və radio efirlərində müxtəlif səpkili verilişlərə dəvət alır. Orada səsləndirdiyi fikirlər, düşüncələr çox dəyərlidir. Hər bir fikirə yanaşması xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, təbliğinə, aşılanmasına hesablanıb. Dəfələrlə şahidi olmuşam ki, xalqımızın “bostanına daş atılanda”, milli-mənəvi dəyərlərimizə (O dəyərlər ki, onlar əsrlərin dərin qatların-dan süzülüb gəlib; süzüldükcə də saflaşıb, durulaşıb. Onlara toxunmaq, onların ruhunu incitmək olmaz.) laqeyd münasdibət göstərildikdə o, nə qədər gərginlik keçirir və möhkəm hiddətlənir.Çünki o, öz milli mənsubiyyəti ilə qürur duyan,“Mənsub olduğu xalqın eşqini müqqədəs bir məşəl kimi öz qəlbində yandıran” (S.Vurğun) əsl vətənpərvərdir.

Buludaxan müəllim işgüzardır, əməksevərdir, öz peşəsini dərindən sevənlərdən biridir. Güclü potensialı var, dərin biliyə malikdir, yaradıcı alimdir. Hər bir fikrə öz meyarları çərçivəsində yanaşmağı bacarır, hər bir nəzəri fikirləri dərin, tutarlı faktlara, dəlillərə söykənir. O, alim tək özünü ölməz söz xiridarımız Hüseyn Arifin “Alim var, ağsaçlı Qoca Qafqazın çeşmə tək durulub dibindən çıxır” düsturuna biçimləmişdir. Həqiqətən Buludxan müəllim filologiya sahəsində görkəmli tədqiqatçıdır, məhsuldar alimdir, çoxlu sayda elmi məqalələrin, publisistik yazıların, dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların müəllifidir. Hüseyn Arifin poetik dünyasından süzülüb gələn “Alim kimdir? Kitaba bax, Şair kimdir? Xalqdan soruş...” hikməti həqiqətin ifadəsidir. O, filıoloji sahədə dərin araşdırmalar aparmış və bu fəaliyyəti uğurla davam etdirməkdədir. Onun yaradıcılığında diqqət çəkən əsas cəhət odur ki, hər bir bədii, elmi-mənəvi və intellektual yanaşması sağlam düşüncəyə, sağlam təfəkkürə əsaslanır. Bu da onun geniş, əhatəli mütaliəsindən bəhrələnir. Söhbət əsnasında bir dəfə o qeyd elədi ki, nə qədər işdən yorğun gəlsəm belə, axşamlar mütaliə etməmiş, hər hansı yeni bir materialı nəzərdən keçirməmiş gözümə yuxu getmir. Bu yanaşma ziyalılığın təcəssümüdür, elmin, biliyin ziyasından yetərincəyə qədər nur, işıq almaq naminə aparılan fədakarlığın bariz nümunəsidir. Bu dəm dahi mütəffəkirimiz Naizami Gəncəvinin müdrik bir kəlamını xatırlamaq yerinə düşərdi:

Hər gecə biliyə qapı açmadan,
Başımı yastığa qoymadım bir an
.


Bu haşiyədən də göründüyü kimi, Buludxan müəllim dahi Nizaminin insan barədə düşüncələrini ömrünün həyat fəlsəfəsinə çevirmişdir. Bu fəlsəfənin nurundan qidalanmış olan onun həyat idealı ömrünün hər səhifəsini mənalı yaşamaq, ürəyinin odunu, alovunu, istisini ətafındakılardan heç vədə əsirgəməmək, onları hər zaman şirin-şirin duyğularının, gözəl-gözəl hisslərinin, xoş təəssüratlarının ağuşuna almaqdan ibarətdir. O, alicənab, nəcib, insanpərvər və qayğıkeşdir. Xalqına, ətrafındakılara, dost-tanışlarına layiqincə göstərdiyi xidməti ilə başdan-ayağa xeyirxahlıq təcəssüməsidir.

Hər bir insan bu dünyada etdiyi əməllərlə yaşayır. Kimisi yaxşı, kimisi pis əməlləri ilə yaddaşlarda qalır. Xalq şairi Səməd Vurğunun qeyd etdiyi kimi, “Tarix yaxşılığı yaxşı salamlar!” İnsanın xoş əməllərlə yaşaması, etdiyi yaxşılıqlar onun dünyaya bəxş etdiyi gözəlliklərdir. Buludxan müəllim də yaxşı bir insan kimi, nəcib, ləyaqətli bir varlıq tək onu yaxından tanıyanların təfəkküründə dərin izlər buraxmaqdadır.

Milli-mənəvi dəyərlərimizin təhlükəli həddə olduğu bir zamanda, Buludxan müəllim, Sizin tək ziyalılara, vətəncanlı insanlara ehtiyacımız daha çoxdur. Alim var, görəndə gözlərin gülür,

Deyirsən: - Nə gözəl, nə mehribandır.

Buludaxan müəllim, Hüseyn Arifin fikir dünyasından Sizə şamil oluna buləcək yuxarıda səslənən bu hikməti də dilə gətirmək istədim. Həqiqətən Sizinlə söhbət edərkən gözəl duyğular, hisslər aləminə düşürsən. Çünki Siz hisslərinizi, duyğularınızı tərəf müqabilinizə aşılaya bilirsiniz. Onlar da ki, sevinc notları üzərində köklənib, nikbin zəmində nəşət edir. Bu xüsusiyyət də elə müəllim şəxsiyyətini səciyyələndirən ən mühüm əlamətlərdəndir.

"Mənim könlüm deyir ki..." Hörmətli Buludxan müəllim! Sizi 50 yaşınız münasibəti ilə ürəkdən, səmimi qəlbdən təbrik edirəm! Sizə cansağlığı, uzun ömür, Azərbaycan naminə yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Hər zaman əhvalınız bahar təravətli, yaz nəfəsli olsuin!

Əziz qardaşım, “gün o gün olsun ki” nisgilləriniz ərisin, həsrətləriniz ovun-sun, vüsalınız oyansın! Qədim türk diyarı olan doğma ata-baba yurdunuza qayıda-sınız! Axı o yerlər Sizlər üçün çox qəribsəyib... Elini, obasını səsləyən o dağlar... həsrətlə gözlərini yollara dikib qayıdışınızı gözləyir... Allahdan arzu edirəm ki, Sizləri – qədim türk elini o yurda, o məkana daşıyan yollar qoy açıq olsun!


Sonda ata-baba yurdum, böyüyüb boya-başa çatdığım Yardımlının havası, suyu, insanları tək saf, pak, təmiz olan, ürəyimdən qopub gələn bir sədanı, səmimi bir səslənişi Sizə ünvanlamaq istərdim:
“Çox hörmətli Buludxan müəllim! Siz filologiya elminə çox yaraşırsınız, filologiya elmi də Sizə.”


Həbib Mirzəyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Texniki Universitetinin “Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Tarix yaxşılığı yaxşı salamlar!”

“Tarix yaxşılığı yaxşı salamlar!”

Elm
Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

Professor Buludxan XƏLİLOV - 50 * * * TƏBRİK EDİRİK!.. ZiM.Az/Tv-nin qonağı ...

ADPU, Tv
Buludxan Xəlilov:

Buludxan Xəlilov: "Azərbaycan dili qədər təqibə, təzyiqə qalan dil yoxdur ...

ADPU
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
ALTMIŞDAN YÜZƏ DOĞRU...

ALTMIŞDAN YÜZƏ DOĞRU...

Humanitar elmlər, Təbriklər
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib

ADPU
GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

AzTU
Professor Siyavuş Talışlı - 80

Professor Siyavuş Talışlı - 80

"SALDO"
AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU-da Səməd Vurğunun 110 illik yubileyi qeyd olunub

AzTU
“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

ADPU
AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

AĞSAQQAL İNSAN, BÖYÜK ALİM - AKADEMİK MƏDƏD ÇOBANOV

Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Təbrik edirik, VÜQAR ƏHMƏD!...

Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev
Şərəfli həyat yolu - Qələmşah İdrisov

Şərəfli həyat yolu - Qələmşah İdrisov

ADPU, "XXI əsrin Ziyalıları"
Mənim idealım...

Mənim idealım...

Köşə yazılar
ƏLİ HACIYEV:

ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV"

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Ağarəhim Rəhimov - 70

Ağarəhim Rəhimov - 70

Humanitar elmlər, Təbriklər
“Alqış varlığını duyan insana!”

“Alqış varlığını duyan insana!”

AzTU
Gəncləri döyüşə, qələbəyə səsləyən kitab

Gəncləri döyüşə, qələbəyə səsləyən kitab

Yeni nəşrlər
Rəy yazın: