ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993) Ana Vətənimizin ərazi bütövlüyü uğrunda
qəhrəmancasına şəhid olmuş
cəsur döyüşçülərindən biri də
Azərbaycan Respublikası Daxili Qoşunlarının
sabiq sıravisi Aydın Zeynalovdur.


Sıravi Aydın Nəbi oğlu Zeynalov 1973-cü ildə
qədim Borçalı mahalında - indiki Gürcüstanın
Marneuli rayonundakı Sadaxlı kəndində
anadan olub. Orta təhsilini doğma Sadaxlı kənd orta məktəbində başa vurub.
Hələ uşaq yaşlarından elektrik ustası sənətinə böyük maraq göstərərən Aydın elə bu arzusu ilə də, 1990-cı ildə Bakıya üz tutub. Texniki peşə məktəbini bitirib.
Bakı İxtisaslaşdırılmış Elektrik Quraşdırma
İdarəsində elektrik mantyoru kimi işə də başlayıb...

Az sonra 1992-ci ilin iyun ayında Bakı şəhərinin Nizami rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılanda, Aydın tərəddüd etmədən doğma Vətəninin əsgəri olmağa hazır olduğunu bildirib.
Aydın istəsəydi Gürcüstan Resublikasından olduğunu qabardıb xidmətdən imtina edər və cəbhəyə yollanmazdı. Ən azı onun bunu etmək hüququ vardı. Lakin içində yuva salmış bu sevgisinin önündə heç nə dayana bilməzdi. Dayana bilmədi də...

A.Zeynalov iki gün sonra Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin əsgəri kimi torpaqlarımızın müdafiəsinə yollanıb. Qısa müddətdə Ağdərə, Ağdam istiqamətində gedən döyüşlərin fəal iştirakçısına çevrilib.

Evlərində komandirləri tərəfindən imzalanmış raportların surətləri, döyüşçü dostlarının məktubları, xatirələri olan bir neçə əlyazma memuar var. Ağdərə rayonunun erməni silahlı quldur dəstələrindən təmizlənməsində yaxından iştirak edən Aydını bacarıqlı pulemyotçu kimi qiymətləndiriblər.

Sıravi A.Zeynalov şərəfli bir döyüş yolu keçib. O, 1992-93-cü illərdə Ağdərənin Mohrataq, Kasapet kimi iri yaşayış məntəqələri və Ağdamın Sırxavənd yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Bu barədə ailəsinə və müvafiq orqanlara ünvanlanmış rəsmi sənədlərdə də qeyd olunub.
Belə ki, 67987 saylı hərbi hissə komandiri (mayor M.Hacıyev) tərəfindən 13.07.1993-cü il tarixdə şəhidin qardaşı Möylə Zeynalova verilmiş arayışda, həmçinin 21.07.1993-cü il tarixdə Bakının Nizami Rayon İcra Hakimiyyətinə və Hərbi Komissarlığına göndərilmiş rəsmi məktublarda sıravi A.Zeynalovun Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrundakı döyüşlərdə fəal iştirak etməsi öz əksini tapıb:

“... sıravi A.Zeynalov 1992-ci ilin iyul ayından respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda Ağdərə və Ağdam rayonları ərazisində döyüş bölgələrində fəal iştirak edirdi. O, 1992-ci ilin iyul ayında Ağdərə rayonunun erməni quldurlarından təmizlənməsində öz rəşadəti və qorxmazlığı ilə fərqlənmişdir. Ağdərə rayonunun Möhrataq, Kasapet kimi yaşayış məntəqələri ətrafında gedən döyüşlərdə əl pulemyotundan məharətlə istifadə edərək, öz silahdaşları arasında dərin hörmət qazanmışdır.
1993-cü ilin yanvar-fevral aylarında Sırxavənd yaşayış məntəqəsi və ona yaxın strateji əhəmiyyətli yüksəkliklərin erməni quldurlarından təmizlənməsində misilsiz cəsurluq göstərmişdir...”.


21 iyun 1993-cü il tarixdə Ağdamın Boy Əhmədli yaşayış məntəqəsi uğrunda gedən döyüşlər isə
Aydın Zeynalovun son döyüşü olub... Qeyd edək ki, onun xidmət etdiyi batalyon həmin döyüşlərdə xüsusilə fərqlənib. Bu döyüş haqqında batalyon komandirinin DİN-nin Daxili Qoşunlarının komandirinə ünvanladığı raportda yazılıb:

"67**** saylı Hərbi hissə.
DİN-nin Daxili Qoşunlarının komandiri Fəhmin Hacıyevə.
İyulun 20-si axşam batalyon Qartal dağını və yüksəkliyi almışdı. 23 nəfər idilər. 45 erməni quldurunu öldürmüşdülər. 21 iyulda Aydın minaatanlardan qəlpə yarası almışdır. Yaralananda yanında heç kəs yox idi. I batalyonda vuruşurdu. Batalyon Salahlı kəndində yerləşirdi...
I Batalyonun komandiri Rüstəm Dəmirov, III Rotanın komandiri Aytək Abbasov."


Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olmuş, düşmən tərəfindən başına böyük pul mukafatı qoymuş komandir Fəhmin Hacıyevin döyüşçüsü olmaq Aydının necə cəsur bir döyüşçü olduğunun ifadəsidir.

Pulemyotla düşmənə aman verməyən Aydının sərrast atəş nöqtəsini susdurmaq üçün, düşmən qüvvələri onu minaatanlardan atəşə tutub. Çoxsaylı qəlpə yaraları alan Aydını Qaradağlı 1 saylı Hərbi Səhra Cərrahiyə Hospitalına gətiriblər. Dörd gün ölümlə çarpışan dəyərli eloğlumuz sıravi A.Zeynalov, 25 iyun 1993-cü il tarixdə Qaradağlı səhra qospitalında gözlərini əbədi yumub...

Şəhid Aydın Zeynalov Ana Vətəni olan doğma Borçalı torpağında - Sadaxlı kəndində dəfn olunub.


Mərhum şair Yetim Mahmud şəhid Aydın Zeynalovun xatirəsinə şeir həsr etdiyi şeirində yazıb:

Mən vətən oğluyam, vətəndir ana
Ana, öz laylamı çalıb yatıram.
Qeyrət meydanında, namus yolunda
Xalqımın şəhidi olub yatıram.

Tülək-tərlan idim dağlar belində,
Qoy adım yaşasın dostlar dilində,
Ağdərə, Xocalı, Ağdam elində,
İzim o yerlərdə qalıb yatıram.

Güllələrə sinə gərdim özümü,
Eldə qoydum söhbətimi, sözümü
Zalım əcəl vaxtsız yumdu gözümü,
Şəhid yuxusuna dalıb yatıram.


Anası Rüxsarə xanım danışırdı ki, Ağdama təzəcə gələn vaxtı atası Nəbini dalınca yollamışdım. Gedib balamı öz gözlərilə görsün. Mənə bir təsəlli versin. Nəbi kişiyə komandirləri deyib ki, - ağsaqqal, belə vəziyyətdə mənə bu sözü demək çətindi, amma, bir hərbiçi kimi deyirəm ki, - əgər Aydını aparmağa gəlmisənsə, apara bilərsən. Gürcüstanlı valideyn kimi bu sizin qanunauyğun haqqınızdır. Nəbi kişi sevinsə də, amma Aydın sözündən dönmədi ki, dönmədi. Gedə bilməyəcəyini söyləyib, sonradan atasının könlünü almaq üçün - sən, get, mən özüm yaxın vaxtda otpuska (ezamiyyət) alıb gələcəm, - demişdir. Amma balam gəlmədi, Onu Azərbaycan bayrağına bükülmüş tabutda gətirdilər. Şəhid balamın cənazəsini Bakıda Şəhidlər Xiyabanında dəfn etməyə atası razı olmamışdır. Mənim indən belə təsəllim onun qəbrini ziyarət etməyim olacaq, - demişdir.
Elə buna görə də Borçalıda, doğma eli Sadaxlıda vətən torpağına əmanət etdilər Aydını...


Anası Rüxsarə xanım da, Atası Nəbi kişi də, Aydının yoxluğuna dözə bilməyib az sonra dünyalarını dəyişdilər. Hərəsi Aydının məzarının bir tərəfində dəfn olunmaqla, Aydını əbədi qolları üstünə aldılar...

Allah hər üçünə rəhmət eləsin... Ruhları şad osun...


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Şəhid Əvəz Elnur oğlu Məmmədov Sadaxlı (01.06.2001-07.10.2020)

Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Şəhid kapitan SAHİB DAŞDƏMİROV SARAÇLI (06.05.1995-20.09.2023)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Şəhid Alı Həsənli Başkeçid (22.06.1995-20.10.2020)

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Müdafiə nazirinin keçmiş müavini, polkovnik MEHMAN SƏLİMOV dünyasını dəyişi ...

Başkeçid, Nekroloqlar
Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusu doğulduğu Bolni ...

Azərbaycan, Bolus, Nekroloqlar
Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Şəhid Səlimxan Vüqar oğlu Bayramov QARAYAZI (13.07.1998-19.10.2020)

Qarabağ, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
İgid döyüşçü Zahid Gülməmmədov

İgid döyüşçü Zahid Gülməmmədov

Qarabağ
Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Şəhid leytenant Elzar Süleyman oğlu Yusubov - Qəmərli (09.01.1989-08.10.202 ...

Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Cəbhədə vəziyyətlə bağlı SON MƏLUMAT

Əsas xəbər, Qarabağ
MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

MİLLİ QƏHRƏMANIM SAMİR XASİYEV

ŞƏHİDLƏRİMİZ
ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİD QƏLƏNDƏR ALIYEV (31.10.2001-10.10.2020)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Qazi Elxan Şirxan oglu Abbasov

Qazi Elxan Şirxan oglu Abbasov

Qarabağ
Polkovnik ELMAN HACIYEV (1970)

Polkovnik ELMAN HACIYEV (1970)

Darvaz
Rəy yazın: