BORÇALI ŞƏHIDLƏRI

Arıxlı şəhidləri

Qardaş Azərbaycan və Gürcüstan respublikalarının ərazisində 6-7 ildir ki, milli münaqişələr, birləşmələr, katalizator rolunu oynayan bir sıra quldur dəstələri, əsrlərdən bəri bir-birinə arxa durub, dostluq, qardaşlıq edən bir vaxtda toqquşmalara yer verildi. Belə münaqişələr zamanı Borçalı oğulları quldur dəstələrinə (svan, gürcü, erməni, rus və s.) qarşı çox amansız olmuşlar. Həmişə öz igid, cəsur oğulları ilə fərqlənən Arıxlı camaatı bu illərdə də doğma torpağın, müqəddəs yurdun və xalqın rifahı uğrunda dörd cavan şəhid vermişdir:

1. Yusifov Tapdıq Suleyman oğlu 1954-cü ildə Arıxlı kəndində müəllim ailəsində anadan olmuş, 1993-cu ildə isə quldur gülləsinə tuş olmuşdur. Tapdıq Arıxlı kəndinin ilk şəhididir. Qəbri nurla dolsun!

2. Yusifov Nəsib Əhməd oğlu 1958-ci ildə Arıxlıda kəndli ailəsində anadan olub. 1993-cü ilin dekabrında şəhid olmuşdur. Allah ona rəhmət etsin!

3. Əhmədov Arif Əhməd oğlu 1963-cu ildə Arıxlıda anadan olub, 1993-cu ildə şəhid olmuşdur. Allah ona rəhmət etsin!

4. Əliyev Tengiz Məhəmməd oğlu 1972-ci ildə anadan olub, 1994-cü ildə şəhid olub. Allah ona rəhmət etsin!

Bir kənddən dörd şəhid. Əlbəttə, dözülməz dərddir. Şəhidlik Borçalı bölgələrində Azərbaycan türklərinin svan-gürcü-erməni-yezdi kürd və s. quldur birləşmələri arasındakı toqquşmalar nəticəsində baş vermişdir. Şəhidlərin dəfn mərasimində onların ruhuna and içən Arıxlı camaatı söz vermişdir ki, belə quldur dəstələrinə qarşı son nəfərə kimi vuruşub amansız olacaqlar. Ağsaqqallığı öhdəsinə götürmüş Arıxlının cəsur oğlu Məhəmməd (ona el arasında Mamoş da deyirlər) Suleyman oğlu Yusifov - kəndin 70 yaşlı ağsaqqalı, ziyalı Mustafa Şamil oğlu Aslanovla birlikdə camaata yol göstərib, ağsaqqallıq edirlər. Onların istək və arzularını dəstəkləyənlərdən bir neəə nəfəri də Bakı, Türkiyə və başqa şəhərlərdə yaşayıb-yaradırlar. Belə Arıxlı oğullarından Ramiz Süleyman oğlu Yusifovu (Qarapapaq), Məmmədəlini, Sabiri (ona el arasında "əkə" də deyirlər) və s. qeyd etmək olar. Borçalının digər bölgələrində də belə ağsaqqallar vardır. Belələrindən Zəkəriyyə Təhməz oğlu Hacıyev (onu Rafiq çağırırlar), Tahir Əlibala, Elman Cəfərli, Eldar Yusibov, Paşa və b. qeyd etmək olar.

İgid və mərd borçalılar Borçalıda, Azərbaycanın Qarabağ bölgələrində və Bakıda 19-20 Yanvar faciələrində verdiyi şəhid oğulları ilə fəxr edir.

Bütün şəhidlərə rəhmət olsun, qəbirləri nurla dolsun!







Cəlil Səfərov

Deyirlər ki, insanların bu dünyası olduğu kimi, o dünyası da vardır. Bu dünyamızı bəzən yalançı dünya da adlandırırlar. O dünyanın həm cəhənnəmi, həm də cənnəti olduğu barədə də az söhbət açılmır. Deyilənlərə görə, o dünyanın isti və soyuq bucaqları da vardır. Mən bu barədə mübahisə etmək fikrinə də düşməmişəm.

Bu yazıda yuxarıda qeyd edilənlərə yalnız bir şey əlavə etmək niyyətindəyəm. O da ondan ibarətdir ki, mənə görə həm o dünyanın, həm də bu fani dünyanın bir bucağı da vardır. Bu bucaq altına düşmək isə hər insan oğluna qismət olmur. Mənə elə gəlir ki, ölümün labüdlüyünü sakitliklə, təmkinlə qəbul edən, elinin, obasının, xalqının yolunda, Vətən uğrunda, torpağının bütövlüyü uqrunda canını fəda edən şəhidlərimizin hamısı qeyrət bucağı altına düşür. Bu bucağa qovuşanların heç biri ölmür, dünyalarını dəyişsələr də əbədiyyətə çevrilir, ən yüksək zirvə olan şəhid adına layiq görülür.

Azərbaycanın sinə daqı ağrısı olan Qarabağ uğrunda döyüşlərdə Borçalı balaları, tək Borçalı deyil, Gürcüstanın azərbaycanlılar yaşayan digər bölcələrindən olan ərənləri erməni təcavüzünə qarşı igidliklə döyüşürlər. Həmyerlilərimizin bəziləri keçmiş SSRİ-nin müxtəlif respublikalarında yaşasalar da, gedən bu qanlı-qadalı müharibəyə, torpaqlarımıza edilən təcavüzə laqeyd qala bilmədilər. Belə qeyrətli oğullardan biri də Səfərov Cəlil Əziz oğlu olmuşdur. Çəlil Qazaxıstanda hərbi hava qüvvələrindən müdafiə qoşunlarında xidmət edirdi. Kapitan rütbəsinədək yüksəlmişdi.

Cəlil Əziz oğlu Səfərov 1962-ci ildə Marneuli rayonundakı Lejbəddin kəndində anadan olmuşdur. Sonralar ailələri Sumqayıta köçmüş, burada səkkizinci sinfi bitirdikdən sonra Bakıdakı C.Naxçıvanski adına hərbi məktəbə daxil olmuş, 1980-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. Məktəbi bitirən ili Saratov vilayətində xidmət etmiş, sonra isə Qazaxıstana gəlmişdir. Bakıda, Qarabağda baş verən hadisələr yaşadıqları yerdən-yurddan asılı olmayaraq, bütün qeyrətli oğlanlar kimi ona da rahatlıq vermirdi. Və nəhayət, 1992-ci ilin aprel ayında Azərbaycanın Müdafiə Nazirliyinə müraciət edir. Hərbi mütəxəssis kimi onu mayın 9-dək nazirlikdə saxlayırlar. Lakin Cəlil döyüş nöqtələrində erməni quldurlarına qarşı vuruşmaq niyyətində olduğunu bildirərkən qeyd edir ki, mən kabinetlərdə işləməyə deyil, cəbhəyə getməyə gəlmişəm. Onun bu təkidləri nəticəsiz qalmır, Laçın-Şuşa bölgəsində, sonra isə Turş-su istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak edir, yoldaşlarını döyüşə ruhlandırır, tezliklə qələbə çalacaqlarını bildirir. May ayının 15-də yenə də erməni dəstələri ilə qarşı-qarşıya, göz-gözə dayanan əsgərlər ölüm-dirim vuruşu apararkən hamı bir şeyə inanırdı: Allah bu haqsızlıqları xain qonşulara bağışlamayacaqdır. Azərbaycan əsgərinin haqq işi qalib gələcəkdir. Həmin gün Cəlil yoldaşlarını yenə də qələbəyə ruhlandırmışdı. Onlar da bu qısa müddətdə yaxşı bilirdilər ki, Cəlil sözünün sahibidir, əməli həmişə sözünü tamamlayandır. Nə isə... Cəlil bilmirdi ki, bugünkü döyüş onun axırıncı dəfə əlinə silah götürdüyü gün olacaqdır. Lakin mən əminəm ki, belə oğullar ölümlərini qabaqçadan bilsələr belə, yenə də sinələrini doğma Azərbaycan torpağına, arxada qoyub gəldikləri ata-analarına, bacı-qardaşlarına, körpələrinə sipər edərlər. Mayın 15-də Cəlil də sinəsini sipər etdi, ağır yapalandı, qanaxma onu taqətdən saldı...

Həmin gündən çox da keçmədi. Cəlil Əziz oğlu Səfərovun komandirləri onun göstərdiyi şücaətlər barədə yüxarı təşkilatlara raportlar göndərdilər. Və nəhayət, 1992-ci il iyunun 7-də Azərbaycan respublikası prezidentinin fərmanı ilə bir qrup Azərbaycan əsgərinə, o cümlədən Cəlilə də Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi. Həmyerlimiz Cəlil özünün ölümü ilə ölməzlik, əbədiyyət qazandı. Bakının Şəhidlər xiyabanında uyuyan Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov yalnız borçalıların, təkcə Azərbaycan respublikasının deyil, dünyada yaşayan butun azərbaycanlıların fəxrinə çevrilənlərdən biridir.





Ələsgər Qayıbov

Ələsgər Yusif oğlu Qayıbov 1966-cı ildə Qaraçöp nahiyəsində anadan olmuşdur. 1973-cü ilin payızında Yor-Muğanlı orta məktəbinin birinci sinfinə gedən Ələsgər 1983-cü ildə orta məktəbi bitirdi. Bir müddət təsərrüfatda çalışdıqdan sonra sənədlərini 1987-ci ildə Xarkov Politexnik İnstitutuna təqdim etdi. Lakin Ələsgər müvəffəqiyyət qazana bilmədi. O, Bakıya qayıtdı və 1988-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yol-inşaat fakültəsinə daxil oldu. Lakin o buranı bitirə bilmədi...

1990-çı ilin 20 Yanvar gecəsi "Gənçlik" metrosunun yaxınlığında əliyalın camaat gülləbaran ediləndə yaralılara kömək əli uzadan Ələsgər də burada idi. Sən demə, onun da öz gülləsi varmış o güllələrin içində.

... Qaraçöpdə bir heykəl var. Buz kimi yerindəcə donub qalıb. İndi həmin daş heykəl azadlıq uğrunda şəhid olmuş Ələsgər Qayıbovun adını yaşadır. Bütün qaraçöplülərin qeyrət rəmzi kimi qoruduğu o daş heykəlin üstündə dolaşır Ələsgərin ruhu.





Yusif Şirinov

Yusif İsa oğlu Şirinov Qaraçöp nahiyəsində anadan olmuşdur. Həddi-büluğa çatanda o keçmiş sovet ordusunda xidməti də yadelli təcavüzünün qurbanı olan bir məmləkətdə-Əfqanıstanda keçmişdir.

Əfqanıstandan sağ-salamat qayıdan Yusif Şirinov bir müddət Qazaxıstanda yaşadı. Semipalatinsk Texnologiya İnstitutuna daxil oldu. Təhsilini başa vurub bir müddət orada işlədikdən sonra Bakıya qayıtdı. Qarabağda, sərhəd rayonlarımızda gedən müharibə Yusifin də qəlbində əks-səda verirdi. 1993-cü ilin noyabrında ordu sıralarına çağırış vərəqəsi alanda bir an da fikirləşmədi. Yusifin bölüyü (dəstəsi) Kəlbəcər dağlarında quduzlaşmış erməni birləşmələri ilə vuruşmalı oldu. 1993-cü il yanvarın 16-da Yusifgil Yanşaq kəndinə daxil olmuş, burada ermənilərin qəfil hücumuna məruz qalmışdılar. Məhz həmin o döyüşdə özü də, onun əsgərləri Natiq və Azər Novruzov qardaşları da həlak oldular.

Şəhid olmuş leytenant Yusif Şirinovdan işıqlı bir xatirə, həyat yoldaşı Mahirə ilə Fərhad adlı bir oğlu yadigar qaldı. Qəhrəmanı Bakının Şəhidlər xiyabanında dəfn elədilər.

Yusif Şirinov göstərdiyi igidliyə görə respublika prezidentinin fərmanı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə layiq görüldü.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992)

ŞƏHİD YAŞAR VAHİD oğlu BƏDƏLOV - KƏPƏNƏKÇİ (1966-1992)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitab təkrar nəşr olunacaq -- DİQQƏT, DİQQƏT!..

Əsas xəbər, ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Gürcüstan, Borçalı, Elanlar, Müşfiq Borçalı

"BORÇALI ŞƏHİDLƏRİ" adlı kitabın yeni nəşri işıqüzü görüb

ŞƏHİDLƏRİMİZ, Yeni nəşrlər, Borçalı, Darvaz, Haqqımızda, Müşfiq Borçalı
ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ƏSLƏN BORÇALIDAN OLAN QƏHRƏMANLARIMIZ...

ŞƏHİDLƏRİMİZ, Gürcüstan, Borçalı, UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI  (1975-1994)

ŞƏHİD AKİF EYVAZ oğlu MUSTAFAYEV YIRĞANÇAYLI (1975-1994)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)

Şəhid Şəmsi Məhəmməd oğlu Həmidov (1967-1993)

ŞƏHİDLƏRİMİZ, Qarabağ, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

ŞƏHİD Cəfərov Ruslan Elman oğlu (1975-1994)

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

SARAÇLI ŞƏHİD Fuad Mürvət oğlu Mirzəyev (1974-1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994)

Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

RUHUN ŞAD OLSUN, DARVAZLI ŞƏHİD QARDAŞIMIZ SAHİB MƏMMƏDOV!..

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Şəhid Mahmud Xasiyev Başkeçidli (1960-1992)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
23 il unudulan qəhrəman oğul anıldı

23 il unudulan qəhrəman oğul anıldı

Qarabağ, "Şərqin səsi"
ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
MİNNƏTDARLIQ

MİNNƏTDARLIQ

Qaraçöp
DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

DARVAZLI ŞƏHİD Ədalət Cahangir oğlu Əlləzov (1965-1992)

ŞƏHİDLƏRİMİZ, Darvaz, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: