AFƏT ŞAHMƏRDANOVA (1983) Səhiyyə, Başkeçid 17 октября 2023 2688 100 1 2 3 4 5 Afət Akif qızı Şahmərdanova - 1983-cü ildə qədim Borçalı mahalının Başkeçid rayonunun Səfərli kəndində anadan olmuş-dur. İbtidai təhsilini Səfərli kəndində almışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Gürcüstanda milli ayrı-seçkilik zəmində zərbələr almış Başkeçidlilər oğul-uşağı qanlı qaranlıqdan qorumaq üçün ara-sıra köçməyə başladılar. Bu xoşa gəlməyən olaylar müstəqillik illərində də davam etdiyindən, millətlər arasında toqquşmalar təkrarən baş verdiyindən, soydaşlarımıza qarşı sonsuz təqib və təzyiqlərdən sonra ellərimizə, xüsusilə də Başkeçiddə yaşayan bir çox ailələr arasına köçkünlük düşmüşdür. Başkeçiddə yaşayan yüzlərlə ailə kimi, Şahmərdanovlar ailəsi də məcburi şəkildə öz isti ocaqlarından, doğma yurd-yuvalarından köməyə məcbur olmuşlar. Onlar Ana Vətənimiz Azərbaycanın paytaxtı Bakı şəhərinə pənah gətirmişlər.Afət təhsilini Bakıdakı 208 saylı orta məktəbdə davam etdirmişdir. Məzun olduqdan sonra isə “Loğman” Tibb kollecinə daxil olmuşdur. Arzusu tibb bacısı olmaq idi. Ona görə də kollecdə səylə çalışıb, yaxşı oxuyurdu. Yaxşı tibb bacısı olmaq üçün nəzəriyyəni mükəmməl öyrənirdi, praktiki prosedurları heyranlıqla mənimsəyirdi... Artıq 20 ildən çoxdur ki, Bakı şəhəri Sabunçu rayon Klinik Xəstəxanasında “anesteziya tibb bacısı” kimi çalışır. Bacarıqlı tibb bacısı kimi böyük hörmət və nüfuz sahibidir...İkinci Qarabağ müharibəsi başlayanda iki körpə uşağını evdə qoyaraq, yaralı əsgərlərimizə yardım etmək üçün könüllü olaraq ön cəbhəyə yollanmış, cəbhə bölgəsinin yaxınlığında yerləşən Naftalan şəhər Mərkəzi Xəstəxanasına 5 günlük ezam olun-muşdur. Vaxtı bitəndən sonra, geri dönməmiş, “Mən yaralı qardaşlarımı bu vəziyyətdə qan içində qoyub, Bakıya qayıda bilmərəm”, - demişdir. Elimizin vətənpərvər qızı Afət Şahmərdanova 44 günlük Qarabağ savaşının 37 gününü cəbhə bölgələrində tibb bacısı kimi əlindən gələn yardımı və köməyi yaralı əsgərlərimizdən əsirgəməmiş, ermənilər tərəfindən Gəncə şəhərinə, Bərdə şəhərinə raketlər atılanda yardım briqadasının tərkibində olmuşdur. Döyüş bölgələrinə yaxın çöllərdə, səhralarda qurulan səyyar təcili yardım məntəqələrində, o cümlədən, Ağca kənddə, Tapqaraqoyunluda gecə-gündüz çalışan tibb bacılarından biri olmuşdur.Afət xanım həmin günləri ağlaya-ağlaya belə xatırlayır:-Əli, qolu, ayağı, gözü şikəst oan yaralılarımızı gördükcə, çöllərdə yan-yana düzülən dağ boyda vətən oğullarına baxdıqca canımdan alov qalxırdı. Gecə-gündüz uğultudan, gurultudan yerlə-göyün arası sanki birləşirdi. Gecəsi-gündüzü bilinməyən cəbhə zonasında, şəhidlərə ana, yaralılara bacı olmaq çox çətindir, - deyib yenidən hönkürür. Yaxşı ki, 44 günlük Qarabağ savaşı Azərbaycan ordusunun və Ali baş komandan İlham Əliyevin zəfəri ilə başa çatdı. Buna ancaq sevinmək lazımdı. Bu savaşda 2783 nəfər Şəhidimiz olsa da, yaxşı ki, savaş tez bitdi.III Qarabağ savaşı başlamasa da Qarabağı tam azad etmək üçün antiterror əməliyyatları başladı. O zaman bizə də “Hazır olun!” əmri verilmişdi. Biz sentyabrın 19-da hazır vəziyyətdə olan “yardım briqadamız”la Şuşaya yola düşdük. Şuşaya çat-mağımıza az qalmış, “Geri dönün!” əmri aldıq. Dedilər ki, sentyabrın 19-da Şuşa yolunu dayanmadan vururlar. Bizi oradan Füzuliyə apardılar, 5 gün orada hazır dayanaraq əmr gözlədik. Amma şükürlər olsun ki, bu dəfəki Zəfərimiz əvvəlkindən təcili və sürətli oldu: cəmi 23 saat 43 dəqiqə çəkdi...Bütün Azərbaycan xalqının, Müzəffər Sərkərdəmiz cənab Prezidentimiz İlham Əliyevin və Azərbaycan Silahlı Qüvvələrinin gözü aydın olsun!Axır ki, gözəl Qarabağımız erməni quldur birləşmələrindən azad oldu.Dədə-baba yurdlarımızın hər şəhərində Azərbaycan bayrağı dalğalanır. Şükür Allaha.Allah Vətən uğrunda canını əsirgəməyən Şəhidlərimizin hamısına rəhmət etsin. Qazilərimizə isə şəfalar versin. Sevgül SƏFƏRLİ,“Borçalı” qəzetinin Baş redaktor müaviniZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.