Polkovnik NAZİM QASIMOV (1952) MEDİA » "XXI əsrin Ziyalıları" 5 октября 2020 QARABAĞ QAZİS, VƏTƏNPƏRVƏR, CƏSUR KOMANDIR, MƏRD VƏ XEYİRXAH INSAN, VƏTƏNINİ VƏ XALQINİ CANINDAN ÇOX SEVƏN POLKOVNİK NAZİM QASIMOVUN KEÇDİYİ ŞƏRƏFLİ HƏYAT YOLUNA NƏZƏR SALAQ: - Nazim Davud oğlu Qasımov - 29 oktyabr 1952-ci ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasına (ADBTİA) qəbul olub. 1973-cü ildə ADBTİ Akademiyasını bitirib. 1973-cü ildə Neftçala rayonunun uşaq gənclər idman məktəbinin direktor müavini vəzifəsində çalışıb, eyni zamanda Neftçala rayonunun yunan roma güləşi üzrə baş məşqçisi vəzifəsində işləyib. 20 ilə qədər yunan roma güləşi ilə məşğul olub. Yunan Roma güləşi üzrə SSRİ idman ustasıdır. SSRİ çempionatlarının iştirakçısıdır. Tələbələrin Ümumrespublika spartakiadasının qalibidir. Respublika miqyaslı güləş yarışlarının bir çoxunun qalibi və mükafatçısıdır. SSRİ tələbələrinin Ümumittifaq universiadasının iştirakçısıdır. SSRİ çempionatlarının və SSRİ Kuboku yarışlarının iştirakçısıdır. 1974-cü ildən 1975-ci ilə qədər SSRİ silahlı qüvvələrində xidmət edib. Yunan Roma güləşi üzrə ordu çempionu olub. Zaqafqaziya silahlı qüvvələrinin güləş yarışlarında bürünc medala layiq görülüb. 40 ilə qədər DİO rəhbər vəzifələrdə xidmət edib. Xətai rayon polis idarəsinin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, Nizami rayon polis idarəsinin Qərargah rəisi, Nərimanov və Sabunçu rayon polis idarələrinin rəis müavini vəzifələrində xidmət edib. 2002-ci ildə Bakı şəhər Baş Polis İdarəsi rəisinin baş köməkçisi vəzifəsinə irəli çəkilib, polkovnik rütbəsinə layiq görülüb. Yunan Roma güləşi üzrə bir neçə dəfə DİN çempionu olub. Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə görə medallarla mükafatlandırılıb. Qarabağ müharibəsi başlayanda Nazim Qasımov “Babası və atası müharibə veteranları olan bir övlad ancaq müharibədə erməni işğalçılarına qarşı döyüşməlidir” – deyə düşünüb, bir dəqiqə belə tərəddüd etmədən könüllü olaraq müharibəyə gedib və erməni işğalçılarına qarşı mübarizəyə başlayıb. 1991-ci ilin may ayında Ağdamın Polis şöbəsinin həyətində şəxsi heyətin təlimatını keçirirlər. Təlimatda Azərbaycan Respublikasının sabiq daxili işlər naziri general mayor Məhəmməd Əsədov, nazir müavini general mayor Ramiz Məmmədov və DİN məsul işçisi polkovnik Abdulla Allahverdiyev iştirak edirdilər. Həmin təlimatda Nazir Məhəmməd Əsədov Nazim Qasımovu 100 nəfər polis əməkdaşlarının üzərində komandir təyin edir. Komandir Nazim Qasımov Döyüşçülərini götürüb Xocavənd rayonuna gedir. Məqsədləri erməni yaraqlılarını və separatçılarını axtarıb tapmaq və həbs etmək idi. Qarabağ torpaqlarını erməni terroristlərindən təmizləmək idi. O gündən etibarən Nazim Qasımov və döyüşçüləri erməni işğalçılarına qarşı amansız döyüşlərə başlayırlar. Döyüşlərin birində Xocavənd rayonunun sahə inspektoru kiçik leytenant Məmmədov Arif Köçəri oğlu şəhid olur. Arifin qanı yerdə qalmır. Nazim və döyüşçüləri Arifin qisasını alırlar. Komandir Nazim Qasımov Fizuli, Martuni, Xocavənd, Çartar, Herher, Seruşen və Qırmızı bazar uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşçü dostları ilə birlikdə 75 nəfər erməni yaraqlılarını və separatçılarını yaxalayaraq həbs etmişlər. 1991-ci ildə üstünlük Azərbaycan polislərində idi. Erməni yaraqlıları və separatçıları Azərbaycan polisləri ilə bacara bilmirdilər. Bölgəyə Azərbaycan polisləri nəzarət edirdilər. Erməni yaraqlıları və separatçıları qaçıb dağlarda və meşələrdə gizlənirdilər. Nə qədər ki, polkovnik Nazim Qasımov döyüşçüləri ilə Qarabağda döyüşürdü, erməni yaraqlıları qaçıb meşələrdə və dağlarda gizlənirdilər. Erməni separatçıları Nazim Qasımovun başına küllü miqdarda pul ayırmışdılar. Lakin Nazim Qasımov döyüşçüləri ilə ehtiyatlı davranaraq erməni yaraqlılarının əlinə keçmirlər. Nazim Qasımov döyüş bölgəsində göstərdiyi igidliyə görə və daxili işlər orqanlarında qüsursuz xidmətlərinə görə Polkovnik rütbəsinə qədər yüksəlib və medallarla mükafatlandırılmışdır. Müharibədən qayıtdıqdan sonra Bakı şəhər Baş Polis idarəsinin rəisi polkovnik Bəxtiyar Əliyevin əmri ilə Qarabağ müharibəsində göstərdiyi şücayətə görə qiymətli hədiyyələr ilə mükafatlandırılmışdır.Nazim Qasımov müharibə veteranı olmağı ilə fəxr edir. Deyir ki, mən vətənimi qorumaqla doğma vətənimə və xalqima xeyrim dəyib.Qazi Nazim Qasımov ailəlidir, üç övladı və dörd nəvəsi var. Övladlarının hamısı ali təhsil alıblar. Oğlanları Zahd və Şövqi memardılar. Qızı Günel universiteti fərqlənmə diplomu ilə bitirib. Qarabağ qazisi Polkovnik Nazim Qasimov Neftçala rayonunun ilk polis polkovnikidir.Nazim Qasımov bütün şüurlu həyatını idmanın inkişafina, cinayətkarlıqla mübarizəyə və Qarabağ müharibəsində erməni işğalçılarına qarşı döyüşlərə sərf etmişdir.Polkovnik Nazim Qasımovyn babası vətənpərvər, xeyriyyəçi tacir Məşədi İslam Məşədi Gülqasım oğlu Qasımov Neftçala rayonunda 1918-ci ildə erməni daşnak və bolşevik hərbi birləşmələrinə qarşı döyüşlərdə iştirak edib. Erməni daşnak və bolşevik hərbi birləşmələri Neftçala rayonunda əhaliyə qarşı qırğınlar törədiblər. Böyük çətinliklərlə erməni daşnak hərbi birləşmələrini Neftçala rayonundan qovublar. Polkovnik Nazim Qasımovun atası, vətənpərvər, xeyirxah insan, cəsur döyüşçü Davud Qasımov 1941-ci ildən 1945-ci ilə qədər alman faşistlərinə qarşı döyüşlərdə iştirak edib. Berlinin və Reyxstaqın alınmasında iştirak edib. SSRİ ordusunun nasist Almaniyası üzərində qələbə qazanmasına öz töhfəsini verib. Müharibədən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Dörd rayonda rayon xalq məhkəmələrinin sədri vəzifələrində işləyib. 50 ilə qədər ədliyyə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Dövlətin müxtəlif orden və medalları ilə mükafatlandırılıb. Ailəli olub. Beş övladı və doqquz nəvəsi var. Övladlarının hamısı ali təhsil alıblar və hamısı dövlət orqanlarında xidmət ediblər. Davud Qasımov 1991-ci ildə dünyasını dəyişib. Qəbri Bakı şəhəri Köhnə Əhmədli qəbirstanlığındadır. Allah rəhmət eləsin! Məkanı cənnət olsun. Tahirə QARABAĞLI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.