Professor Novruz İsa oğlu Musayev (1937)

Professor Novruz İsa oğlu Musayev (1937) ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..

Doğma Azərbaycanımızın bu günkü sərhədlərindən ayrı düşsə də, qəlblərdəki vahid vətənimizin ayrılmaz bir parçası olan Ulu Borçalının, bu müqəddəs torpağın yetişdirdiyi övladların səsi-sorağı ölkəmizin və dünyanın bir çox önəmli yerlərindən gəlir.
Bu qədim türk diyarının bir parçası olan, adı hələ “Kitabi-Dədə Qorqud”da çəkilən Tumanis bölgəsi dağların qoynunda, bulaqlar başında, çiçəkli çəmənliklərdə yerləşmişdir. Hələ 1728-ci ildə Osmanlı dəftərdarlarının tərtib etdikləri “Tiflis əyalətinin müfəssəl dəftəri”nə əsasən deyə bilərik ki, bu əyalətdə çoxlu-çoxlu məşhur nəsillər yetişmişdir. Gözəl Tumanis (indiki Dmanisi) sevimli vətənimiz Azərbaycan üçün bir çox alimlər, dövlət xadimləri, hüquqşünaslar, idmançılar və başqa görkəmli şəxsiyyətlər vətənpərvər, vətəni sevən, vətənə sadiq ziyalılar yetişdirmişdir.
Bu görkəmli şəxslərdən biri də qırx ildən çoxdur Azərbaycan Tibb Universitetində çalışan, pedaqogika üzrə elmlər doktoru, professor Novruz İsa oğlu Musayev-dir.


Universitet tələbələrinin sevimlisi, tədris müəssisəsinin kollektivi arasıda böyük hörmətə malik olan Novruz müəllim 1937-ci ildə qədim Borçalı mahalının Başkeçid bölgəsində, indiki Gürcüstanın Dmanisi rayonunun gözəl güşələrindən biri olan Lök-Candar kəndində dünyaya gəlmişdir.
O, Lök-Candar səkkiz illik məktəbini əla qiymətlərlə bitirdikdən sonra, Dmanisi rayonunun Hamamlı kənd orta məktəbini gümüş medalla başa vurmuş və 1961-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riaziyyat fakültəsini bitirmişdir.
İnstitutu bitirdikdən sonra dörd ay orta məktəbdə fizika müəllimi, sonra “Neft-kimya xüsusi konstruktor bürosu”nda mühəndis-texnoloq işləmişdir. 1962-ci tədris ilindən 1964-cü ilin noyabr ayına qədər Azərbaycan Politexnik İnstitutunun fizika kafedrasında asistent işləmiş və 1965-ci ildə imtahan verərək “bərk cismlər” fizikası ixtisası üzrə aspiranturaya qəbul olunmuşdur.1964-cü ilin noyabr ayında Moskvaya SSRİ Elmlər Akademiyasının akademik Nesmeyanov adına “Element üzvi birləşmələr” institutuna ezam edilmiş və həmin institutda görkəmli fizik-alim A.İ. Kitayqorodski-nin rəhbərliyi ilə “Üzvi kristallarda polimorf faza keçidləri” mövzusu üzrə dissertasiya işi üzərində işləmişdir.1968-ci ildə dissertasiya işini müvəfəqiyyətlə başa çatdırmış, 1969-cu ilin əvvələrində Moskvada, akademik Bartenevin rəhbərlik etdiyi və Şpolski, Pyorışkin, Mayans, Kargin, Kitayqorodski və s. kimi görkəmli alimlərin şura üzvü olduğu elmi şurada dissertasiya işini müvəfəqiyyətlə müdafiə edərək, “Bərk cismlər” fizika-riyaziyyat elmləri namizədi alimlik elmi dərəcəsi adını almışdır.
Bakıya qayıdaraq 1969-cu il yanvarın 6-dan 1971-ci il martın 29-dək Azərbaycan SSR Elmlər Akademiyasının Akademik Y. Məmmədəliyev adına Neft Kimya Prosesləri Elmi Tədqiqat Institunda “Elektron mikroskopu” qrupunun rəhbəri rəhbəri vəzifəsində çalışmışdır.1 aprel 1971-ci il tarixində müsabiqə yolu ilə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinin fizika kafedrasına müəllim vəzifəsinə keçmişdir. 14 mart 1974-cü il tarixində müsabiqə yolu ilə həmin kafedrada dosent vəzifəsinə seçilmiş və 30 aprel 2015-ci ilədək həmin vəzifədə çalışmışdır. 30 aprel 2015-ci ildə Azərbaycan Tibb Universitetinin Böyük Elmi Şurasında professor vəzifəsinə seçilmişdir. Novruz İsa oğlu Musayev hal-hazırda da bu vəzifədə çalışır.
Azərbaycan Tibb Universitetində işlədiyi dövrdə elmi fəaliyyətini dayandırmamış, fiziki nəaliyyətlərin tibbi diaqnostika və müalicədə tətbiqi istiqamətində “Kəskin zəhərlənmənin fiziki ülullarla müalicəsi” mövzusu üzrə doktorluq dissertasiyası üzərində işləmişdir. Dissertasiya işi Moskvanın Sklifasovski adına elmi tədqiqat təcili tibbi yardım institutunun zəhərlənmə mərkəzində və Moskvanın Botkin adına Mərkəzi klinik xəstəxanasında yerinə yetirilmişdir. Dissertasiya işi 1989-cu ilin axırına yekunlaşdırılmışdır. Dissertasiyaya aid elmi məqalələr yerli və xarici jurnallarda dərc edilmişdir. Dissertasiyaya aid “Неотложные состояния в клинической токсикологии” adında monoqrafiyası çapdan çıxmışdır (Bakı, Azərnəşr 1980, 210 s.).
Dissertasiya işi başa çatdırılıb müdafiəyə hazırlaşılan vaxt, 1989-cu ildə “Qarabağ” hadisələri başlamış və müdafiəni başa çatdırmaq mümkün olmamışdır. 20 yanvar 1990 cı il hadisələri baş verdikdən sonra Moskva ilə əlaqələr tamamilə kəsilmişdir. Beləliklə, müstəqilliyimizin illərində Rusiya ilə elmi əlaqələr tamamilə kəsilmiş, və dissertasiya işi başa çatdırılmamış qalmışdır.
N.Musayev tibb universitetində işlədiyi dövrdə fizikanın ixtisas fənləri ilə əlaqəli tədrisinin yaxşılaşdırılması probleminə xüsusi maraq göstərmişdir. Ona görə işlədiyi müddətdə pedaqoji təcrübəsinə və nəzəri tibbi ixtisas fənlərini dərindən öyrənərək topladığı təcrübəsinə əsaslanaraq “Ali tibb təhsil müəssisələrində tibbi və bioloji fizikanın tədrisinin təkmilləşməsi istiqamətləri” mövzusunda doktorluq dissertasiyasını yerinə yetirməyə başlamışdır.
Dissertasiyaya aid yerli və xarici jurnallarda 29 elmi məqalə və iri həcmli “Tibbi və bioloji fizikanın ixtisas fənləri ilə əlaqəli tədrisinin elmi-metodiki əsasları” monoqrafiyası (Bakı, Hüquq Ədəbiyyatı nəşriyyatı 2010, 520 səh.) hazırlanıb çap etdirilmişdir. Məqalələrdən 3-ü Rusiya Federasiyası, 5-i Qazağıstan Respublikasının jurnallarında, qalanları ilə yerli jurnallarda dərc olunmuşdur.
Dissertasiya işi Azərbaycan Respublikası Təhsil Nazriliyinin Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş, tamamlanaraq 9 iyul 2010-cu il tarixində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun ali və orta peşə ixtisas təhsilinin nəzəri problemləri şöbəsində məruzə edilmiş (09 iyul 2010-cu il tarixli iclasın 06 nömrəli protokolu) və 2010-cu ilin avqustunda bütün sənədlərlə Ali Attestasiya Komissiyasına Təhvil verilmişdir.
28 fevral 2013-cü ildə Novruz Musayev Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji institunda təşkil edilmiş birdəfəlik elmi şurada dissertasiya işini müdafiə edərək Pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
30 aprel 2015-ildə Azərbaycan Tibb Universitetinin böyük elmi şurası Novruz İsa oğlu Musayevə Professor adı vermişdir.
Novruz müəllim görkəmli alim olmaqla bərabər, həmdə gözəl ailə başçısıdır. Həyat yoldaşı Samirə isa qızı Musayeva Mingəçevir şəhərində anadan olmuş, orta məktəbi gümüş medalla bitirmişdir. 1972-ci ildə Samirə xanım Musayeva Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini bitirmiş və əlli ilə yaxındır ki, Ə. Qarayev adına Mərkəzi kliniki uşaq xəstəxanasında doğma Azərbaycanımızın körpə balalarına xidmət göstərir.
Novruz müəllim dörd evlad atasıdır:
• Elçin Novruz oğlu Musayev ali təhsillidir, bir oğul atasıdır. Moskva şəhərində yaşayır və Rusiya Federasiyasının Gömrük nazirliyində çalışır.
• Elşad Novruz oğlu Musayev orta məktəbi qızıl medalla, iki ali məktəbi fərqlənmə ilə bitirib, iki evlad atasıdır, ingilis, türk, rus dillərini təmiz bilir. Elşad Musayev həm stomatoloqdur, həm də əczaçıdır. Hazırda Elşad Musayev Bakı şəhərində Respublika xəstəxanasında üz-çənə cərrahiyəsi şöbəsinin müdiri vəzifəsində çalışır.
• Nigar Novruz qızı Musayeva-Şamilova orta məktəbi qızıl medalla, Azər¬bay¬can Tibb Universitetinin Müalcə-profilaktika fakultəsini qırmızı diplomla bitirib. Nigar xanım üç uşaq anasıdır, hazırda həyat yoldaşı və üç uşağı ilə Moskvada yaşayırlar. Nigar Musayeva Moskva şəhərində mərkəzi Mama-Ginekalogiya elmi-tədqiqat institutunda əvvəlcə kliniki ordinaturanı, sonra isə aspiran¬turanı bitirmiş, dissertasiya müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Hazırda Moskva şəhərində həkim-ginekoloq vəzifəsində çalışır. Həyat yoldaşı Müşviq Pənah oğlu Şamilov Bakıda Texnki Universiteti, sonra isə Moskva-da Hüquq Akademiyasını bitirib
• Elnur Novruz oğlu Musayev orta məktəbi qızıl medalla, Xəzər Universitetinin Beynalxalq Əlaqələr fakultəsini və Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirib, ailəlidir, iki uşaq atasıdır. Rus, ingilis, türk dillərini təmiz bilir, fransız,alman və ərəb dillərində sərbəst danışır. Hazırda Bakıda Baş Prokurorluğun Baş Korrupsiya idarəsində Böyük prokuror vəzifəsində çalışır, həm də Avstriyanın Vyana şəhərində Hüquq Akademiyasında təhsilini davam etdirir.

Hazırda Novruz Musayev Azərbaycan Tibb Universitetində müəllimlik fəaliyyətini davam etdirir, elmi işlə məşğul olur-elmi məqalələr yazır, dərsliklər və dərs vəsaitləri hazırlayıb çap etdirir.

Elmi məqalələri:
1. Əczaşılıq fakültəsi üçün ali riyaziyyat fənninin proqramı, Bakı , 2005, 9 səh.
2. Dərsdən kənar məşğələlər, onların tibbi və bioloji fizikanın tədrisində rolu // Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2007, № 3(11), s. 118-121
3. Tələbələrin olimpiadalara hazırlanmasının bəzi məsələləri // Azərbaycan məktəbi, 2007, № 6, s. 77-81
4. Tibbi elektron cihaz və avadanlıqların əsas qrupları, onların elmi-texniki-praktiki imkanları barədə // Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 2007, № 18, s. 45-48
5. Tibbi elmi-tədqiqat mərkəzlərinin yaradılması, texniki təminatı və onlardan istifadənin müasir problemləri // Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Elmi əsərləri, 2007, № 2-3, s. 119-122
6. Tibbi və bioloji fizikanın və ixtisas fənlərinin tədrisində auditoriyadan kənar məşğələlərin rolu // Azərbaycan Dövlət Pedaqoji Universitetinin xəbərləri, 2007, № 5, s. 77-80
7. Tibbin inkişafında fizika elminin rolu // Azərbaycan Dövlət Pedaqoji Universitetinin xəbərləri, 2007, № 2, s. 198-199
8. Tibbi kadrların hazırlanmasında İKT-dən istifadə // Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2007, № 1(9), s. 80-84
9. Эффективность ультразвукового исследования в диагностике повреждений и заболеваний коленного сустава / Əməkdar elm xadimi, professor Həsən Musa oğlu İsazadənin anadan olmasının 95 illiyinə həsr olunmuş elmi konfransın materialları, Bakı, Nurlan, 2007, с.373-374
10. Tibbi və bioloji fizikanın əczaçılıqda və fənlərarası əlaqənin qurulmasında rolu // Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun. Elmi əsərləri, 2007, № 4, s. 221-226
11. Tibbi və bioloji fizikanın tədrisində modelləşdirmədən istifadənin imkanları // Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin Elmi əsərlər məcmuəsi, 2007, № 2 (9), s. 47-50
12. Tibbi və bioloji fizikanın tədrisində tətbiqi xarakterli xüsusi kursların rolu // Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 2008, № 24, s.127-132
13. Fakultativ kursların təşkili və tibbi və bioloji fizikanın tədrisinin təkmilləşdirilməsində onların rolu // ADPU-nin xəbərləri, 2008, №5, s. 279-283
14. Fiziki modelləşdirmə, onun tibbi və bioloji fizika və fiziologiyanın tədrisində rolu // Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 2008, № 26, s. 113-119
15. Tibbi və pedaqoji təhsilin inteqrasiyasının bəzi məsələləri // ARTPi-nin. Elmi əsərlər, 2008, №1, s. 36-42
16. Modelləşdirmə, onun tibbi və bioloji fizikanın tədrisində və fənlərarası əlaqədə rolu // Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2008 №1 (13), s. 112-117
17. Tibb yönümlü məsələlərin tərtibi, praktiki təbabətdə rolu və həlli xüsusiyyətləri //Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 2008, № 23, s. 54-59
18. Tibbi təhsilin keyfiyyətinin yüksəldilməsində tibb avadanlıqlarının istifadəsinin öyrənilməsinin rolu // Pedaqoji Universitet xəbərləri, 2008, №4, s. 302-305
19. Tibbi və bioloji fizikadan məsələ həlli dərsi aktiv öyrənmə üsulu və fənlərarası əlaqə vasitəsi kimi // Fizika, riyaziyyat və informatika tədrisi, 2008, № 1, s. 29-34
20. Tibbi təhsil müəssisələrində tibbi və bioloji fizikanın mükəmməl öyrədilməsi ilə əlaqədar tələbэlərlə kompleks tədbirlərin həyata keçirilməsi yolları // Pedaqoji Universitetinin xəbərləri, 2009, №6, s. 171-177
21. Tibbi və bioloji fizikanın məzmununun təkmilləşdirilməsi istiqamətləri // Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 2009, №28, s. 112-117
22. Tibbi təhsildə tədris-təlim prosesi və bu prosesdə müəllim əməyinin psixologiyası // Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri, 2010, №2, s. 108-112
23. Tibbi təhsil sistemində müəllim qarşısında qoyulan pedaqoji tələblər // Pedaqoji Universitetinin xəbərləri, 2010, №3, s. 335-339
24. Tibbi və bioloji fizikanın ixtisas fənləri ilə əlaqəli tədrisinin elmi-metodiki əsasları (monoqrafiya). Bakı: Hüquq ədəbiyyatı, 2010. 509 s.
25. Tibbi təhsil müəssisələrində fizika kursunun tədrisi metodikasının yeniləşdirilməsi üzrə işin sistemi //Azərbaycan Müəllimlər İnstitutu xəbərlər, 2010, №1, s.120-126
26. Tibbi təhsil müəssisələrində tələbələrin tibbi və bioloji fizikadan bilik, bacarıq və vərdişlərinin yoxlanılması, düzgün qiymətləndirilməsi üçün meyarlar // Naxçıvan Müəllimlər İnstitutunun xəbərləri, 2010, № (21), s.111-115
27. Tibbi və bioloji fizikadan məşğələ dərslərinin pedaqoji , psixoloji və texniki xüsusiyyətləri /Ümummilli liderimiz Heydəh Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş Gənc tədqiqatşıların ümumrespublika elmi konfransı, Bakı, 2010, 06-07 may
28. Тibbi təhsildə fizikanın rolu və onun tədrisin təkminləşdirilməsi istiqamətləri // Аzərbaycan Milli Akademiyasının Milli Elmlər Akademiyasının məruzələri, Bakı, 2010, №3, səh. 117-122
29. Тibbi təhsil müəssisələrində fizika elminin tədrisinə verilən müasir tələblər // Аzərbaycan Milli Elmlər Akademiyasının məruzələri, Bakı, 2010, №4, səh. 127-131
30. Тibb təhsil müəssisələrində tədrisin aktual problemləri / Doktorantların və gənc tədqiqatçıların ХВ respublika elmi konfransı, Bakı, 2010
31. Роль педагога в современном медицинском образовании и воспитании // “Бıлıм” (образование) Алматы, 2009, №6 (48), с. 87-92
32. Биологический и социальный факторы воспитания молодого медика // Казакстан кэсыпкери – профессионал Казахстана, Алматы, Желтоксан, 2009, №12 (79), с. 41-42
33. В направлении личностно-ориентированного образования в медицинских учебных заведениях // Вопросы гуманитарных наук. İSSN 1684-2626, Москва, 2010, №1, с. 207-211
34. Некоторые вопросы интеграции медицинского и педагогического образования // Журнал научных публикаций аспирантов и докторантов, Курск, 2010, № 2 (44), с.114-117
35. Физиолого-психологические аспекты учебно-воспитательного процесса // “Kaзакстан жоfapы мектебы” Высшая школа Казахстана, 2010, № 3 (1) с.94-99
36. Роль интеграции медицины и естественных наук в учебно-образовательном процессе // «Yлт тafылымы» Достояние нации, Казахстан, 2010, № 4. с.108-113
37. Роль интеграции медицины, педагогики и физики в формировании личности // Актуальные проблемы гуманитарных и естественных наук, 2010 № 3. с. 236-240
38. Человеческий фактор - в педагогике и медицине// «IЗДЕНIC» Поиск, Казахстан, 2010, №4 (1). c. 277-281
39. Учебно-образовательный процесс-интеграции педагогики и физики / Азярбайжан Тибб Университетинин 80 иллик йубилейиня щяср олунмуш бейнялхалг елми конфрансын материаллары, Бакы, 2010, 12-14 сентйабр, с. 464-465
40. Эффективность сонографии в оценке степени дисплазии тазобедренного сустава у детей в возрасте до одного года / Azərbaycan Tibb Unuversitetinin 80-illil yubileyinə həsr olunmnuş beynəlxalq elmi konfransın materialları. Bakı, 2010, 12-14 sentyabr, s. 166-167
41.Zübeyid Haqverdi oğlu Tağıyevin rəhbərliyi ilə ATU-nun “Tibbi fizika və informatika” kafedrasının əməkdaşları professorlar Z.H.Tağıyev, F.K.İsayev, dosentlər N.A.Həsənova, G.T.Əhmədli, N.İ.Musayev, C.Ə.Rəhimov, T.A.Əliyev, F.S.Sadıxov və Y.H.Həsənov tərəfindən hazırlanmış “Tibbi və bioloji fizika” dərsliyi. Bakı, 2014, 563 səh.
42. Musayev N.İ. Müasir həkim hazırlığının aktual problemləri. Azərbaycan Resp. Səhiyyə Nazirliyi. Azərbaycan Tibb Universiteti. T.e.d., professor Ə.M.Əlizadənin anadan olmasının 100-illiyinə həsr olunmuş elmi-praktik konfransın materialları, Bakı, 2015, səh.95-96.
43. Musayev N.İ. Ali təhsildən sonra həkimlərin texniki baxımdan maariflənməsinin zəruriliyi. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı Slavyan Universiteti. Humanitar elmin öyrənilməsinin aktual problemləri. № 3, 2015, səh.141-143.
44. N.İ.Musayev, S.K.Rüstəmova. Ali təhsil pedaqoji kadr hazırlığında keyfiyyətin yüksəldilməsinə kompleks yanaşma. Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Bakı Qızlar Universiteti. Elmi əsərlər. Bakı, № 3, 2016, səh.55-58.
45. N.İ.Musayev, S.K.Rüstəmova. Keyfiyyətli tibbi kadrların hazırlanmasına kompleks yanaşma. Azərbaycan Respublikasının Təhsil Problermləri İnstitutu. Elmi əsərlər. Bakı, № 4, 2016, səh.292-295.

Biz də ZiM.Az-ın bütün yaradıcı heyəti adından dəyərli ziyalımız,
qırx ildən çoxdur ki Azərbaycan Tibb Universitetində şərəflə çalışan
tanınmış alim, xeyirxah insan, pedaqogika üzrə elmlər doktoru,
professor Novruz İsa oğlu Musayevə uzun ömür, möhkəm cansağlığı
və yeni-yeni uğurlar arzulayırıq!..



ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Əməkdar elm xadimi, professor Sahib Musayev (1952)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Borçalı
GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

GÖRKƏMLİ ALİM ƏLİŞİR MUSAYEV VƏFAT EDİB

Səhiyyə, Başkeçid, Nekroloqlar
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
Vüqar MEHRABOV - 50

Vüqar MEHRABOV - 50

BDU, "Elm və Təhsil", Bolus, Təbriklər
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Professor Vidadi Musayev vəfat edib

Professor Vidadi Musayev vəfat edib

AzTU, Nekroloqlar
GƏNC ƏRƏBŞÜNAS ALİM

GƏNC ƏRƏBŞÜNAS ALİM

BDU, Başkeçid, Təbriklər
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ TALEH MÜƏLLİM!..

Təbriklər
Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

Taleh Şirinov AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fak ...

AzTU, Təbriklər
İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

İ.M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialına rekto ...

Səhiyyə, "Elm və Təhsil"
Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Fiziologiya İnstitutu beynəlxalq əlaqələrini genişləndirir

Biologiya və tibb elmləri
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
Rauf Nəbizadə

Rauf Nəbizadə

Səhiyyə, Darvaz
Müdriklik zirvəsi - 70 yaş...

Müdriklik zirvəsi - 70 yaş...

Biologiya və tibb elmləri, Təbriklər
AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU-nun kafedra müdiri, İqtisad elmləri doktoru, professor Ramiz Kamal oğl ...

AzTU, İqtisadiyyat
Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

Almaniyada professor adını qazanmış ilk azərbaycanlı: Pərvanə Hacıyeva əslə ...

"SAZLI-SÖZLÜ BORÇALI", "XXI əsrin Ziyalıları", Avropa
TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

TƏBRİK EDİRİK, HÖRMƏTLİ PROFESSOR M.DƏMİRÇİYEVA!..

BDU, Hüquq
Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbərovun anım gü ...

Borçalının tanınmış təhsil işçisi və içtimai xadimi Qəmil Əkbərovun anım gü ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Orxan Əfəndiyev (1946)

Orxan Əfəndiyev (1946)

AzTU, "XXI əsrin Ziyalıları", Tiflis, Bolus
Rəy yazın: