Xaqani QAYIBLI (1964) "XXI əsrin Ziyalıları", Diaspora, Qaraçöp, Təbriklər 1 марта 2024 2201 TƏBRİK EDİRİK!..Bu gün tanınmış şair, tərcüməçi, istedadlı publisist, Fin-Ugor dilləri üzrə ilk azərbaycanlı alim, Tartu Universitetinin professoru, dəyərli soydaşımız Xaqani Qayıblının Ad günüdür...Daha doğrusu, Yubileyidir!..Anadan olmasının 60 illik Yubileyi!.. Xaqani QAYIBLI (1964)Xaqani İsmayıl oğlu Qayıblı - (1991-ci ilə qədər Xaqani Qayıbov, Türk Dünyasında isə Hakani Gayıblı və Hakan Kayısoy kimi də tanınır) - 1 mart 1964-ci ildə Gürcüstanda, Aran Borçalıda - qədim Qaraçöp mahalının Ləmbəli kəndində anadan olub. Səkkizillik məktəbi doğma elində, orta ixtisas məktəbini Azərbaycanın Qazax rayonunda fərqlənmə ilə bitirib. 1989-cu ildə Azərbaycan Yazıçılar Birliyi tərəfindən Moskvaya Qorki adına Ədəbiyyat İnstitutuna, həmin ilin sonunda Azərbaycan Təhsil Nazirliyinin xətti ilə Yazıçılar Birliyi nəzdindəki Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi tərəfindən Estoniyaya, Tartu Universitetinə göndərilib.Eyni müddətdə həm filologiya, həm də jurnalistika fakültələrində təhsil alaraq, Tartu Universitetini eston dilində bitirən ilk azərbaycanlı tələbədir.2004-cü ildə ekstern yolu ilə Ankara Universitetini bitirib.1987-ci ildən Azərbaycan, Türkiyə, Gürcüstan və Estoniya mətbuatında vaxtaşırı şeir və publisistik yazıları ilə çıxış edir.1997-ci ildən Estoniya prezidentinin şəxsi tərcüməçisidir.1998-ci ildən Tartu Universiteti Türk Dili Mərkəzi müdiridir.2000-ci ildə Estoniya hökuməti tərəfindən Türkiyə və Estoniya arasında diplomatik və mədəni əlaqələrin inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə fəxri Estoniya vətəndaşlığı alan ilk türkdür."Eston və türk dillərində feil quruluşlarının müqayisəsi" (elmi rəhbəri akademik Ago Künnap) adlı elmi işi ilə dünya dilçiliyində Fin-Uqor və Türk-Tatar dilləri arasındakı qohumluq əlaqələrini araşdıran ilk azərbaycanlı alimdir.Əsərləri eston, gürcü, rus, latış, alman dillərinə və tatar, qazax, qaqauz, Türkiyə türkcəsinə çevrilib. Müxtəlif illərdə 30-dan çox ictimai-siyasi, tarixi, elmi-mədəni məqalənin və 1 monoqrafiyanın müəllifidir. "Sənsiz ömrün bir ili" (1999), "Türkcə-estonca, estonca-türkcə turist sözlüyü" (2000), "Türkcə-estonca, estonca-türkcə danışıq kitabçası" (2004), "Qırx yaşım qırx sözüm" (2004) və "Yenə canım söz gəzir" (2014) adlı kitabları işıq üzü görüb.Bir çox beynəlxalq simpozium və konfransların məruzəçisi və iştirakçısıdır.Eston dilinə tərcümə etdiyi əsərlərdən "Danabaş kəndinin əhvalatları" (Cəlil Məmmədquluzadə), "Kim dedi ki, Simurğ quşu var imiş!" (Kamal Abdulla), "Mən burdayam İlahi" (Vaqif Səmədoğlu), "Dualar qalıcıdır" (Tuna Kiremitçi), "Halarvadı" (Bəhlul Abdullayev), eləcə də redaktoru olduğu bir çox kitablar, o cümlədən, "Türk Dünyası Yer Adları" (1997), "Nağıllar körpüsü" (Baltik xalqları nağılları, 2005), "Estonca-azərbaycanca sözlük" (2005) və s. oxucular tərəfindən böyük maraqla qarşılanıb.Xaqani Qayıblı istedadlı şair-tərzüməçi-alim olmaqla yanaşı, həm də fəal ictimaiyyətçidir. Daha döğrusu, ictimai xadimdir, desək, yəqin ki heç də səhv etmərik. Çünki o, Azərbaycan Yazıçılar Birliyinin, Estoniya Akademik Şərqşünaslar cəmiyyətinin, Estoniya Jurnalistlər Akademiyasının, Estoniya Ana Vətən və Respublikaçılar Birliyi partiyasının üzvüdür, Estoniya-Azərbaycan cəmiyyətinin və Tartu Universiteti Türk Dili Mərkəzi "Ərgənəkon" yayınları redaksiya heyətinin sədridir.O, eyni zamanda, Estoniya-Türkiyə Mədəni Əlaqələr cəmiyyəti İdarə Heyətinin üzvü, "Ulduz" jurnalı redaksiya heyətinin üzvü, Dünya Azrbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və sədr müavini kimi böyük nüfuza malikdir.Əziz dostumuz-qardaşımız hörmətli Xaqani Qayıblını Ad günü - anadan olmasının 60 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi və bədii yaradıclığında yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.P.S.:AŞAĞIDA XAQANİ QAYIBLININ BİR NEÇƏ ŞEİRİNİ OXUCULARIMIZA TƏQDİM EDİRİK: Məni bu sevdaya öyrətmə…Bu giley bu nazı ödəyən deyil,Gəl, məni nahaqdan göynətmə gülüm.Onsuz da bu həsrət gödələn deyil,Məni bu sevdaya öyrətmə, gülüm! Bu kirpik bu yaşı saxlaya bilməz,Günüm günlərini haxlaya bilməz,Mənim ürəyimi oxlaya bilməz,Məni bu sevdaya öyrətmə, gülüm! Ömrüm hoyur-hoyur əriyib gedər,Baxt məni dalınca sürüyüb gedər…Ürəyin birtəhər kiriyib gedər,Məni bu sevdaya öyrətmə, gülüm! Hayıf, gözləriyin yaşına, vallah,Bu sevda yaraşmır yaşıma, vallah,Hava gələcəkdir başıma, vallah,Məni bu sevdaya öyrətmə, gülüm! Və bir gün... Və bir gün beləcə çıxıb gedəcəm,Ürəyin sonuncu qan damlasını –olub-qopanımı sıxıb gecəmağ kağızlara... Və bir gün bir şeirin son misralarınöqtələr olacaq... uzun nöqtələr.Uzana-uzana gedən yollarınson ucu bir qəbir başına gələr,bir şair şəklinin çərçivəsinəçəkilər qara! Və bir gün bu torpaq açacaq ağzın,Sərçə balısıdək yumub gözünüdən istəyəcək.Bir qarabuğdayı, qaragöz gözəlyanıb yaxılacaq bir itik üçünkimisə dərdinə tən istəyəcək.Pənah gətirəcək hər cümə günütənha məzara. ... Və bir gün, beləcə çıxıb gedəcəm,Mənim bu dünyada nəyim qalacaq!?Bir qarabuğdayı, qaragöz gözəl,bir də son misrası nöqtələr olanyarımçıq yazılmış şeirdən özgə. Çiçəyi burnunda açılan gözəl Bu qızın gözündən sevgi tökülür,Bu qızın yaşından çəkinir adam.Bu qızın gözündən qorxuram, atam,Bu yaşda bu sevgi hardandı belə?!Bu yaşda bu sevgi yarana bilməz.Daha bu qaş-gözlə, bu boy-buxunlaBu qız yad gözlərdən qoruna bilməz. Daha yad gözlərdən qoruya bilməzBu qız öz biçimli ayaqlarını,Hər sözdən allanan yanaqlarını,‘‘Sevirəm’’ kəlməsi dilinə gəlsəbəyaz bir gecədə şirinliyindənnar kimi çatlayan dodaqlarını. Nə yaxşı, bu qızın öz sevgisindən –Hələ öz-özündən xəbəri yoxdu,Ovsunlu gözündən xəbəri yoxdu.Yoxsa sevgisindən bu qız, bu yaşdakəpənək olardı, xallı kəpənək.Elə bu geyimdə, bu əyin-başdaelə bu görkəmdə... donlu kəpənək. Bu qızın gözündən sevgi tökülür...Bu qızın gözündən qorxuram, atam.Bu yaşda bu sevgi hardandı belə?!Çiçəyi burnunda açılan gözəl,Də, hardan verilib sənə bu sevgi?... Bu qızın yaşından adam çəkinir,Bu yaşda bu istək – ilahi vergi! * * *Sahil qumlarından evcik quran qız,Dəlisoy dalğalar yadına düşməz.Sahil qumlarından yüz ev tikəsən,Vallah, bircəciyi adına düşməz. Dənəvər qumlara güvənmə, gülümÇuxuru bilinmir, düzü bilinmir...Dalğalar yalayır yanaqlarını –Odlu bir öpüşün izi bilinmir. Sahil qumlarından evcik quran qız,Dalğalar yuyacaq evini sənin.Hələ ki başında sevda havası...Unut bu dünyanı, kəfindi sənin. Unut bu dünyanı, unuda bilsənYadına düşmərəm nə vaxtsa mən də.Sən evcik qurursan min bir həvəslə,Mən şeir yazıram ləpədöyəndə. Bilmirəm nəyimə vuruldun mənim Bilmirəm, nəyimə vuruldun mənim,Bilmirəm, bu duyğu hardandı səndə.Bilmirəm, sən məni necə gördün ki,Bu istək, bu sevgi yarandı səndə. Hələ ki mən sənə allaha şükür,çiçək deməmişəm, gül deməmişəm,gövhər deməmişəm, ləl deməmişəm.Bəs mənim nəyimə umudlusan ki?Baxtıma güvənmə...onu da çoxdamsöykəyib divara güllələmişəm.Sən mənim nəyimə vuruldun axı!.. Ağrılı-acılı şair taleyimAdımı gözündə dörd eləməsin.Mənim şeirlərim durna lələyi...Hər lələk bir payız fəslidir, gülümOlmaz ki, bu səni pərt eləməsin.Sən mənim nəyimə vuruldun axı? Mən sənin ömrünə sonuncu dəfəXeyirsiz, bəhrəsiz yağan yağışam.Daha mənə yaddır o naz, o işvədaha sevməyi də yadırğamışam...Bilmirəm, nəyimə vuruldun mənim? Bilirəm, ürəyim aldadıb səniVallah, qaçacaqsan cibimi görsən.Eh, mənim günümün kirpiyi nəmli –Çox şeydən kasadam dilə gətirsəm...Bilmirəm, nəyimə vuruldun mənim,Bilmirəm, bu duyğu hardandı səndə.Bilmirəm, sən məni necə gördün ki,Bu istək, bu sevgi yarandı səndə!? Bakı - Nədirbulaq yaylağı, 01-13.08.1988Qaçıram dalınca bir qatar sözün...Bu gecə ürəyim quş ürəyidir –bir az yuxularım gözümdən qaçıb,bir az rəngim-ruhum üzümdən qaçıb...Qaçıram dalınca bir qatar sözünBu gecə vaxtında özümdən qaçıb. Qaçıram, mən sözə çata bilmirəm,Söz məndən başını götürüb qaçır.Qaçıram, torpağa dəymir ayağımdərə baş götürüb qaçır əlimdən,düz məndən başını götürüb qaçır. Bu gecə vaxtında ağzı köpüklü,ayağı torpağa dəyməyib qaçan –quş olan özümə yazığım gəlir.Qovuşa bilməyən kirpiklərimə,böyüyən gözümə yazığım gəlir.... bəlkə də qaçıram ölümə qənşərağaran bənzimə yazığım gəlir. Məni bu görkəmdə anam tanımaz,atam inanmaz ki, balası mənəm.Bu gecə bir qatar sözün dalıncayüyürüb-yüyürüb çatana kimibir qələm əlində qalası mənəm. Düşəcəm torpağa arxası üstəO bir qatar sözün çatıb dalından –əlində qaldığım qələmdən keçib!Düşəcəm torpağa arxası üstəQənşər yüyürdüyüm ölümdən keçib. ... Bxıram, böyrümdə qardaşım yatıb,Üzümə qoxusu dəyir gündüzün.Bu gecə vaxtında qan-tərə batıbQaçıram dalınca bir qatar sözün... * * * Yaza bilməyəndə Əynimə geydiyim pəncəyim sıxır,Əlimə geydiyim əlcəyim sıxır,Çəkməlrim sıxır ayaqlarımı –Bu dünya üstünə götirmür məni. Asılıb qalıram öz ürəyimdənAğlaya bilmirəm, gülə bilmirəm,Könlüm istəyəni bilə bilmirm,Bilmirəm özümü, lələ, bilmirəm...Ağzımdan çıxnı bilmirəm, vallah! Asılıb qalıram öz ürəyimdən,Ayağım altında son umud yerim –Qəfildən dartılan kətildi dünya.Ruhumu oxşamır ulu göyləri,Ruhumu oxşamır – şəkildi dünya. Oxşamaz ruhumu ulu göyləri,Bu şəkil dünyada mən key oluram,Hirsimdən, hikkəmdən gömgöy oluram,Solaxay oluram, köntöy oluram...Yaxşı ki, sözümdən inciyən olmur. ... Əynimə geydiyim pəncəyim sıxır,Əlimə geydiyim əlcəyim sıxır,Dünya sıxır məni gecələrindəCanımda, qanımda dözüm qalmayır.Asılıb qalıram öz ürəyimdən...Elə sıpqarılır söz ürəyimdənsıxıla-sıxıla nə vaxtsa bir dəqələm götürməyə üzüm qalmayır. Asılıb qalıram öz ürəyimdən...Ayağım altında son umud yerim –Qəfildən dartılan kətildi dünya.Mən duya bilmirəm ulu göyləri,Yaza bilməyəndə – şəkildi dünya! * * * Qətl İçimdə qurd ulayır, gözlərimin dibi boş…Gözlərimin ağrısı dırnağımın ucunda.Bu gecə başım üstə bədrlənmiş Ay – sərxoş,… Bu gecə bir cüt mələk asılacaq saçından. Təpimiş dodağımın pıçıltısı duyulmaz,Ulu bir hənirtiylə oxşaram mələkləri.Mələkləri asan Div yuxusundan ayılmaz…Mağaranın küncündə şüşə gəzir gözlərim! Gözlərimin dibi boş… can atıram şüşəyəQulağımda Ağatlı bir igidin nərəsi.Dırnağımın ucundan ağrı ucalır göyə,İçimdə bir yanğı var – tənha Yalquzaq səsi… * * * İtən günlərimin gecələrində Dilim sözə yatmır, əlim qələməGözüm ulduzların qaravulçusu.Ürəyə nə qədər təsəlli verim,Nə qədər deyim ki, dözümün olsun?! Bu qərib gecənin sonu görünmür,Bu günüm ömrümə nə verdi, Allah?Günləri beləcə ötürər olsamBəlkə yaşamağım hədərdi, Allah?! Bəlkə yaşamağım hədərdi elə,Bu mənasız günün, qərib gecəninmən adda danışıb-güləni yoxsa,olub-keçənindən biləni yoxsa,yada ki, yada ki, bir yetiminingözünün yaşını siləni yoxsa... Məni bağışlamaz bu torpaq, bu daş –Bu günüm boyumdan min dəfə qısa.Yaxşı ki, sabah var... ‘‘Allah-Kərimdi!’’Beləcə gözətçi oluram, qardaş,Bu lal kainata, aya, ulduzaİtən günlərimin gecələrində.* * * Akvarium Hüseyin Cavid Əfəndinin unudulmaz xatirəsinə Xırda balıqların vecinə deyilİstər dəniz olsun, istər göl olsun,İstər ovuc tutmuş qoşa əl olsun,Başını sallayıb üzər beləcə.Ürəyi bulanmaz, gözü yorulmazÖzü öz gününə dözər beləcə. Xırda balıqların xəbəri olmazİri balıqların üzgəclərindən,su altı, su üstü iştəklərindən.Xəbəri olmaz ki, iri balıqlarbilməz tor dadını, qarmaq dadınıkiçik akvariumda böyük səbrini,uşaq şıltağını yormaq dadını. Eh, xırda balıqlar, sızə nə var ki,Hara istəsəniz yığışırsınız.Hərdən akvariuma, hərdən ovucahərdən.... bir ləpirə sığışırsınız. Hərdən akvariuma, hərdən ovuca,Hərdən.... bir ləpirə sığmaq gərəkmişömrünü bir təhər yaşamaq üçün.Quşlar balıqlara həsəd çəkərmiş,Balıqlar ölərmiş quş olmaq üçün! İri balıqların yurdu-yuvasıgərək dənız ola, okean ola.Okean ömrünü, dəniz ümrünüverməz akvarium bircə an ola. Akvarium ömrünü yaşaya bilməzOkean sevdalı iri balıqlar.Ya akvarium iyinə ürəyi dözməz,Yada ki...yada ki, akvarium sınar! * * * Amanat Cahan daimidir, ömür amanat!.. S.Vurğun. ‘‘Gələcəyinə ümidlə, inamla baxdığım şair qardaşımız Xaqani, bizim ümidimiz amanatı! Öpürəm səni. İsa İsmayılzadə 5 oktaybr 1989’’ ‘‘Bir ömürlük gecə’’ kitabına müəllif sözü Çox şeyi amanata almışam elə,Babam qeyrətini amanat verib,Dağlar heyrətini amanat verib...Babama, dağlara sədaqət üçünMən elə bilirdim ömrüm bəs elər. Umudu amanat saxlaya bilsəm...Bu fikir daş olub çiynimi əzir.Mənim ürəyimin etibarı yox,Mənim bir umudluq ömrüm nə gəzir?! Mənim bir umudluq ömrüm nə gəzir?!İndi hər addıma ömür satındır.... Bəlkə yaşadığım ömür də eləkimdənsə aldığım amanatımdır! ... Yaşar məndən sonra adım, soyadımAğlar bir ürəyi kiridə bilsəm.Kimdənsə amanat aldığım ömrübir umud yolunda əridə bilsəm. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.