HƏYATIN TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf Dimitri YERMAKOV...

HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... Qədim Tiflis deyəndə ilk növbətə Rus fotoqraf, şərqşünas, etnoqraf Dimitri Yermakov yada düşür. Çoxlu səyahət edən bu sənətkar Qafqazın və Güney Qafqazın bir sıra maraqlı etnik fotosunu lentə alaraq həyatda əbədilik möhürünü vurub. Bizim üçün maraqlı haldır ki, Borçalı mövzusu da onun yaradıcılığında özünə yer tutub. Qədim Tiflisin ayrı-ayrı guşələri bir anın içində tarixin yaddaşına həkk olunub. Onun fotolarının köməkliyi ilə hazırda uçurulmuş və ya dağdılmış bəzi tikililər, binalar, məbədlər barədə insanda müəyyən təəssürat yaranır. Məsələn, şah Abbas məcidinin bir neçə yerdən görünüşü, eləcə də hazırda mövcud olan Tiflis Cümə məscidinin yenidənqurulmasından əvvəl bir neçə fotosu, indiki Rustaveli prospektində parlamentin binasnının yerind o vaxtlar Qünib meydanı adlanan yerdə Aleksandr Nevski məbədinin fotoları bizə qədər gəlib çatmışdır. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərini onun foto obeyktivsiz təsəvvür etmək çətindir. Bu peşəkar fotoqraf Gürcüstanda fotoqrafiyanın pioneri hesab olunur və Tiflisin görkəmli yerləri ilə tanış olmaq üçün bizə böyük imkanların verilməsi onun xidmətidir. Qədim Tiflisin tarixi, etnoqrafik və coğrafıi informasiyasını foto neqativə köçürərək nəsillər üçün qoruyub saxlamışdır. Dimitri Yermakov barəsində oxuculara müəyyən məlumat vermək istəyirəm.
Dimtiri Yermakovun anadan olmasının bir neçə versiyası mövcuddur.
HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... HƏYATIN  TARİXƏ ÇEVRİLMİŞ ANLARI - fotoqraf, şərqşünas, etnoqraf  Dimitri YERMAKOV... Birinci versiyaya görə, o, 1845-ci ildə Tiflisdə anadan olmuşdur.
İkinci versiyaya görə isə, 1846-cı ildə Naxçıvanda anadan olmuşdur.

Yermakovun doğumu ilə qraf Mixail Vorontsovun Qafqaza təyin olunması ilə əlaqədardır.
Onu da qeyd etmək lazımdır ki, 1845-ci ildə Güney Qafqazda canişinlik vəzifəsi tədbiq olunmuşdur. Qafqazda ilk canişinlik Mixail Vorontsovun adı ilə bağlıdır. Məlumdur ki, Vorontsov Odessadan öz həmfikirlərini: memarları, rəssamları gətirdi. Onların arasında Odessanın abadlaşdırılmasında mühüm əməyi olan italyan memarı Luici Kambiacio da var idi. Yayılan məlumata görə, Dimitri Luicinin oğlu idi, ikinci versiyaya görə isə, Luici Kambiacio Dimitri Yermakovun babasıdır. Faktdır ki, Dimitri Yermakov atalığının soyadını daşıyırdı. Belə nəql edirlər ki, Tiflisdə müəyyən dövr yaşayandan sonra onun anası Luici Kambiaciodan ayrılaraq Rusiyaya yollanıb ki, burada da Yermakova ərə cedib və oğluna da ikinci ərinin soyadını verib. Dimitrinin anası kəndli malakan idi.

Dimitri Yermakovun Tiflisə necə və niyə qayıtması naməlumdur (heç getməməsi də mümkündür). Halbuki, onu da nəql edirlər ki, o birinci klassik oğlanlar gimnaziyasını bitrib, sonra isə Tiflisin şimalında 102 kilometr uzaqlığında Gürcüstanın Hərbi Yolunda yerləşən Ananuridəki Hərbi Topoqrafiya Akademiyasında hərbi topoqraf ixtisasına yiyələnib. Məhz elə bu akademiyada təhsil aldığı dövrdə fotoqrafiya ilə maraqlanmış və bir neçə ildən sonra ictimaiyyət arasında bir peşəkar fotoqraf kimi tanınmışdır.1860-cı illərin sonunda D.Yermakov akademiyanı tərk edib və 1866-cı ildə Tiflisdə öz foto atelyesini açıb. D.Yermakovun foto studiyası həmin dövrlər məşhur olan Saray (Qolovin prospekti (indiki Rustaveli) ilə İrəvan (indiki Azadlıq) meydanı arasında dar boğaz yaradan küçə belə adlanırdı- M.M.) küçəsində yerləşirdi. Orada illər boyu bir çox fotoqraf fəaiyyət göstərirdi. Həmin yerdə 1846-cı ildə ilk foto emalatxanasını fotoqraflar Xlamov və gürcü fotoqrafiyasının pioneri Aleksandre Roinişivli açıblar. Foto emalatxana «Rembrant» adlanırdı . Yermakov isə foto atelyesini rəssam Kolçin ilə birlikdə Tsovianovun evində açdı və lap başdan «kabinet portretlərini» çəkirdi ki, bunu da tiflislilər «vizit kartı» adlandırırdılar. D. Yermakorvun foto atelyesi o qədər populyar idi ki, o, 1870 ci ildə Qolovin (indiki Rustaveli) prospektində klassik gimnaziya ilə üzbəüz tərəfdə knyaz Mdivaninin evində ikinci foto atelye açdı. Foto studiyanın yaradılmasından biri neçə il sonra D. Yermakov Avropada fotoqrafların ən nüfuzlu assosiyasiyasının üzvü oldu. 1870-ci ildə 25 yaşlı Dimitri Yermakov Qafqaz barəsində özünün ilk albomunu Peterburqa göndərdi. Onun bu albomu Rusiya Coğrafiya Cəmiyyəti üzvlərinin böyük marağına səbəb oldu. 1974-cü ildə D.Yermakov Trabzonda çəkdiyi fotoları sərgiləndirdi. 1878-ci ildə o, Moskva antropologiya sərgisində iştirak edib ki, burada da onun fotoları ləyaqətli yer tutub. 1877-78-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı D.Yermakov hərbi topoqraf kimi xidmət edirdi və sözsüz ki, foto aparatı da əlindən buraxmayıb. Müharibə kadrları onun foto kolleksiyasında xüsusu yer tutur. Fotoqraf Gürcüstana, Azərbaycana, Ermənistana, Şimali Qafqaza, Krıma, İrana, Türkiyəyə, Orta Asiyaya, Yaxın Şərqə... səyahət edib. Şəhərlərin mənzərərlərini, peyjazları, memarlıq abidələrini, etnioqrafiq qrupları lentə alırdı. Ancaq, D. Yermakovun həyatında onun doğma şəhəri-Tiflis şəhəri mühüm yer tutur. Belə ki, bu şəhərə yüzlərlə fotodan ibarət albom həsr edib. 1907-cu ildə D. Yermakov Moskva Arxeoloji Cəmiyyətinin Qafqaz şöbəsinin üzvü, 1912-ci ildə isə Tbilisi İncəsənət Cəmiyyətinin üzv- təsisçisi seçilir. İrana səyahət edərkən o, İran şahının şəxsi fotoqrafı hesab olunurdu. 1903-cü ildə «Tifliski listok» qəzeti məlumat verirdi ki, imperator əlahəzrətləri III Aleksandr onun şəkillərinə o qədər heyran olur ki, şəxsən 500 ədəd fotonu alır. Dimtiri Yermakov Tiflisdə yaşayan avstriyalı inşaatçının qızı Anna Bihold ilə evlənmişdi. Onların üç övladı olub: İvan, Aleksandr və Lyüdmila. Dimitri Yermakovun ölümündən sonra onun işini Aleksandr və Lüdmila davam etdirib. Böyük oğlu İvan başqa yol tutub. Dimitri Yermakov 1916-cı il noyabrnın 10-da dünyasını dəyişib. O, Tiflisin üst yanında yerləşən qədim Kukiya katolik məzarlığında dəfn olunub və güman edildiyinə görə, onun qəbri bu gün itib.

Mirzə Məmmədoğlu

Foto-Şəkillərdə:
1. Dükanda Asiya sayağı nahar
2. Borçalı qadınları atın belində
3. Tatar ailəsi
4. Tiflis, Asiyasayağı yerdə bağlanmış öküzün nallanması
5. İrəvan, tatar qızı
6. Lazerevin prinsesi tatar geyimində
7. Müsəlman xalça satıcıları
8. Tatarlar çəki çəkirlər
9. Tatarlar at belində
10. Şahın oğlu Avstriya hərbi formasında
11. İran, Tehran, dərviş ilan tutur
12. İran, Tehran, dərvişlər bağda
13. Dərviş
14. M.F. Axundovun həyat yoldaşı Tubu xanım



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fotoqraf DÜNYAMALI FAXRALI

Fotoqraf DÜNYAMALI FAXRALI

Bolus, Müsabiqə
Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

Gürcüstanda tanınmış azərbaycanlı fotomüxbirinin sərgisi açılıb

TDPİ-nin Azərbaycan bölməsi, Mədəniyyət, "Gürcüstan", Tiflis, Borçalı, Arxiv, Dünya
QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

Tiflis
Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərg ...

Gürcüstanda yaşayan məşhur azərbaycanlı foto-müxbir Şahvələd Eyvazovun sərg ...

"Gürcüstan", Tiflis
Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Diqqət, diqqət!.. FOTO-MÜSABİQƏ

Mədəniyyət, Elanlar, QHT
Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə...

Foto-Arxivdən: Müşfiq Borçalı: Müxtəlif tədbirlərdə...

Borçalı, Elm, Arxiv
Amaz Mirzəoğlunun rəsm və foto-etüdləri...

Amaz Mirzəoğlunun rəsm və foto-etüdləri...

Tiflis, Müsabiqə
Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Azərbaycan dilinin tədrisi tarixində mühüm bir dövr: = Tiflis ziyalı mühiti ...

Tiflis, Köşə yazılar
TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TƏBRİK EDİRİK!... İki azərbaycanlı jurnalist “Gürcüstanın Əməkdar jurnalist ...

TDPİ-nin Azərbaycan bölməsi, "Gürcüstan", MEDİA, Tiflis, Borçalı
FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

FOTO - ARXİV: Səməd Vurğun Borçalıda...

Arxiv
Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Tiflisdə bərpadan sonra Nəriman Nərimanovun ev muzeyinin açılışı olub

Mədəniyyət, Tiflis
«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

Folklor, Ədəbi əlaqələr, Tiflis
Azərbaycan dilində çıxan ilk qəzet:

Azərbaycan dilində çıxan ilk qəzet: "Tiflis əxbarı"

Tiflis

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Mirzə Fətəli Axundovun dəfni ilə bağlı Gürcüstanda ARXİVDƏN FOTOLAR TAPILIB

Ədəbi əlaqələr, Tiflis
AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

AMEA rəhbərliyi Xızı Dayaq Məntəqəsində olub

Elm
SƏYYADIN NƏVƏSİ  SAYAT-NOVA

SƏYYADIN NƏVƏSİ SAYAT-NOVA

Ədəbi əlaqələr, Tiflis
M.F.AXUNDOVUN ŞƏXSİYYƏTİ

M.F.AXUNDOVUN ŞƏXSİYYƏTİ

Ədəbi əlaqələr, Tiflis
Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız...

Yaxın və uzaq Tiflis: evdə qalıb xatırladığımız yurdlarımız...

Tiflis
Rəy yazın: