Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər

Etnik azərbaycanlılar öz dillərində kitab tapmaqda çətinlik çəkirlər “Gürcüstanda axrıncı dəfə hardasa azərbaycanca kitaba rast gəldiyimi xatırlamıram”.

Qardabanı sakini, 41 yaşlı Əlsəftər Atabəyov əvvəllər uzun müddət Tbilisidə yaşayıb və gəncliyində etnik azərbaycanlıların daha çox mütaliə etdiyini deyir.
Onun fikrinə görə, hazırda Gürcüstanda Azərbaycan dilində kitabların cüzi sayda olması azərbaycanlılar arasında mütaliənin azalmasına səbəb olan əsas amillərdəndir:

“Əvvəllər istənilən dildə kitab tapmaq olurdu. Rus, gürcü, Azərbaycan dillərində kitablar çox idi və mütaliəyə maraq o qədər böyük idi ki, kitablar əldən-ələ gəzirdi. Amma indi kənd yerin demirəm, Tbilisidə belə öz dilimizdə kitab tapa bilmirik”.

Əlsəftər Atabəyov kimi orta, eləcə də yaşlı kəsimin nümayəndələri əsasən kiril əlifbası ilə təhsil aldıqlarından onların bir qismi yeni nəşr edilən latin qrafikalı Azərbaycan dilli kitabları da oxumaqda çətinlik çəkirlər. Xüsusən regionlarda etnik azərbaycanlıların gürcü dilini bilmə səviyyəsinin aşağı olması da mütaliədə əsas əngəllərdən biridir.
Tbilisinin mərkəzində olduğumuz bir neçə kitab mağazalarında da Azərbaycanca kitablara rəst gəlmədik. Bunun səbəbini soruşduqda alıcılıq qabiliyyətinin az olması ilə izah etdilər. Paytaxtın ən geniş kitab mağazaları şəbəkəsi olan “Biblus”dən də bildirirlər ki, onlarda hazırda azərbaycanca kitab yoxdur və nə zaman olduğunu da xatırlamırlar. Kitablar əsasən gürcü dilində olur. Az sayda rus və ingilis dilində kitablar da satılır.

Fotojurnalist kimi çalışmağa başlayan 18 yaşlı İmran Suleymanov deyir ki, Tbilisidəki kitab dükanlarında azərbaycanca kitablar satılmadığından, onları ancaq Azərbaycandan axtarıb tapa bilir. Bəzən isə türkcə olan kitabları əldə edib oxuyur. O, Gürcüstandakı etnik azərbaycanlılar arasında oxucu kütləsinin ölkədəki kitabxanalar tərəfindən də nəzərə alınmadığından gileylənir:

“Bu gün azərbaycanlıların az mütaliə etməsinin əsas səbəbi öz dillərində kitab tapa bilməməsidi. Mənim kitaba marağım böyükdü. Amma ölkədəki mağazalarda azərbaycanca kitab tapmaq mümkünsüzdü. Bizim kitabxanalarda isə azərbaycanca kitablar həm azdı, həm də əksəriyyəti maraqsızdı. Yaxşı olardı ki, kitabxanalarda azərbaycancaya çevrilən xarici bestsellər də olsun. Son illər Azərbaycanda bu cür kitablar kifayət qədər nəşr edilir. Bizim dövlət kitabxanaları ordan ala bilərlər. Kitabxanalara maraqsız mövzularda kitab gətirəndən sonra əlbəttə ki, onları oxuyan olmayacaq”.

Əsasən etnik azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun sakini Elvir Həsənoğlu Sovet dövründə kitabxanalarda azərbaycanca xeyli kitabın olduğunu, lakin oların əksəriyyətinin yığışdırıldığını deyir. Marneuli şəhərində 32 min kitabdan ibarət Azərbaycan dilli kitabxanada eyni aqibəti yaşayıb:

“Kitabxananın binasını 2007-ci ildə Azərbaycan şirkəti olan “Ataholdinq” yenidən tikmək adı ilə sökdü. Yeni binada kitabxana düz 10 il sonra açıldı. Amma ordakı bütün köhnə kitabları hazırda Mədəniyyət evinin zirzəmisinə atıblar və yarasız hala düşüb. Bəhanə gətirirlər ki, guya ordakı kitablarda Sovet təbliğatı var. Amma olsa-olsa o kitabların 5 faizində belə təbliğata rast gəlmək olar. Bəs qalan kitablar niyə qaytarılmır? Yeni gələn kitablar isə əsasən Azərbaycanın hazırkı hakim partiyası olan YAP-nın təbliğatına xidmət edir. Tbilisidə isə ümumiyyətlə Azərbacan dilli kitabxana yoxdu”.

Tbilisdə yerləşən ən iri kitabxanalardan olan Parlament kitabxanasının direktoru Levan Taktakaşvili isə azərbaycanca olan bütün köhnə kitabların yandığını və hazırda onlarda yalnız yeni nəşir kitabların toplandığını bildirdi:

“Bizim fondda bir neçə dildə, həmçinin azərbaycanca da kitablar var. Əvvəllər azərbaycanca 30 minlik kitab var idi. Həmin kitablar erməni kilsəsində saxlanılırdı. Lakin 2002-ci ildə orada baş verən yanğın nəticəsində həmin kitablar məhv oldu. Bundan sonra biz yenidən bu fondu formalaşdırmağa başladıq. Azərbaycanın Milli Kitabxanası ilə əməkdaşlığa başladıq. Hazırda əlimizdə iki mindən çox kitab var. Bu kitabların bəzilərini bizə hədiyyə olaraq bağışlayıblar. Bəzilərini isə özümüz almışıq. Bunların arasında gürcü yazıçı və şairlərə aid kitablar da var. Kitabları əsasən Bakıdan alırıq. Amma Azərbaycan dilli oxucularımız azdır”.

Lakin Taktakaşvili azərbaycanca kitabların erməni kilsəsində niyə saxlanıldığını izah edə bilmədi. O, həmin zamanda kitabxanada işləmədiyini əsas gətirərək məlumatsız olduğunu bildirdi.

Tbilisdə nəşriyyat sahəsi ilə məşğul şirkətlər də azərbaycanca kitabların az nəşr edildiyini deyir. “Meridian” Nəşriyyat Evinin direktoru Kaxa Rusidze son vaxtlarda iki dəfə onlara azərbaycanca kitab nəşri üçün müraciət edildiyini bildirir:
“Bir dəfə Azərbaycanın Gürcüstandakı səfirliyindən, bir dəfə isə hansısa QHT tərəfindən bizə müraciət olunub və kitabları nəşr etmişik. Başqa belə sifariş xatırlamıram. Həmin sifarişlərin tirajı da aşağı olub”.

Tbilis sakini İmran Suleymanov kitabxanalara Azərbaycandakı müstəqil nəşriyyatlardan kitab almağı və ya ölkədəki nəşriyyatlara azərbaycanca kitablar sifariş verməyin daha düzgün olduğunu hesab edir. Belə ki, Azərbaycan hökumətinin hədiyyə etdiyi əksər kitablar dar məzmunlu olur və daha çox həmin ölkənin milli maraqlarına hesablanır:

“Gürcüstan kitabxanalarında olan azərbaycanca kitablar əsasən Qarabağ və bu cür milli mövzularda olur. Bu həm də yerli azərbaycanlıları gürcüstanlı kimi düşünməkdən yayındırır. Biz bu ölkənin vətəndaşlarıyıq, buranın cəmiyyətinin gündəmini daha çox yaxşı bilməliyik. Buna görə də Gürcüstan hökuməti öz kitablarının nəşrində birbaşa maraqlı olmalıdır”.




Müəllif: jurnalist Rahim Salıyev

Marneulifm.ge

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

HƏYACAN TƏBİLİ: Təhsilə əngəl DƏRSLİKLƏR!..

Təhsil, Gürcüstan, Borçalı
“Canlı Kitablar” layihəsi Marneulidə

“Canlı Kitablar” layihəsi Marneulidə

Borçalı
Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Marneulidə Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri Qə ...

Borçalı, "Region-Press"
Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Polşada polkovnik Vəli bəy Yadigar haqqında kitab nəşr olunub

Diaspora, Dünya, Borçalı
Axı kitab oxumaq mədəniyyətdir!

Axı kitab oxumaq mədəniyyətdir!

Təhsil, Mədəniyyət
Kitab oxumaq bizə nə qazandırır ?

Kitab oxumaq bizə nə qazandırır ?

Borçalı, Köşə yazılar
AzTU-da

AzTU-da "Kitab Klubu"nun təqdimatı keçirilib

AzTU
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

Gürcüstandakı “Ceyran” rəqs qrupuna milli geyim formaları hədiyyə edilib

MEDİA, Tiflis
IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

IV Beynəlxalq Kitab Sərgi Yarmarkası

Əsas xəbər, Azərbaycan, Mədəniyyət, "Təhsil" EİM, Borçalı
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Mədəniyyət, MEDİA
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı respublika müş ...

---
Yeni kitab:

Yeni kitab: "İçərişəhərin əbədi sakini"

Bakı, "Şərqin səsi"
Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

Gürcü yazıçılarının əsərləri Azərbaycan dilinə tərcümə olunub

M.F.Axundzadə adına Muzey, Bədii Tərcümə, Tiflis
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflisdə Azərbaycanlı tədqiqatçı alim-jurnalistin kitabları işıq üzü görüb

Tiflis, Borçalı, Darvaz, Arxiv
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Rəy yazın: