Mənəvi saflığa dəvət: ÖZÜNÜDƏRKETMƏ - HƏR BİR İNSANIN KİMLIYİNİN MÖHÜRÜDÜR

Mənəvi saflığa dəvət: ÖZÜNÜDƏRKETMƏ - HƏR BİR İNSANIN  KİMLIYİNİN MÖHÜRÜDÜR
Özünü anlayan hər şeyi bilər
Çirkin əməlləri qəlbindən silər

Xosrov Nasir.


İNSAN - titul bildirən sözdür. Özünüdərketmə, özünüdərk, özünənəzarət, özünütəhsil, özünütərbiyə, insanlıq elementləridir, mənəvi ölçü vahidləridir.
ÖZÜNÜDƏRKETMƏ - insanın davranış və rəftarında, danışığında, insanlarla münasibətində, başqa sözlə, idarəetmə funksiyasında həddi bilməyin mənəviyyatın kompasıdır.

Varlıq aləminin həqiqətlərini düzgün icra etmək yolunda, “bu dünyaya niyə gəldim, nəyə gəldim, kimə pislik, kimə yaxşılıq etdim?” sualları həyatımızın hər bir günündə bizi düşündürməlidir... Bu düşünmə (düşüncə) mənəvi-əxlaqi dəyərlərimizə qarışan rəzalət və qəbahətləri xəlbirləyir, təmizləmə, saflaşma, süzgəcdən keçirmə kimi özünü təhlil əməliyyatını aparmağı tələb edir.

Əqidə və məslək saflığı, xüsusi ilə iradə möhkəmliyi bu deyilənlərlə birləşdikdə deyilən müqəddəs amal uğurla həyata keçirilir, insanın daxili aləminə hakim kəsilir, tədricən ictimai məna kəsb etməyə başlayır.

Belə olduqda insanda məsuliyyət hissi, vəzifə borcu daima oyanıqlı olur. Nəhayət, insan doğru yola doğru istiqamət götürür, həyat ziddiyyətlərinin həllində-müvəffəq çıxış yolunda “hidayət çırağı” və “nicat gəmisinin” tərkib hissələrinin yaranması baş verir. Qəlbimizdə qüvveyi qəzəbiyyə (İblis duyğuları) qüvveyi şəhəviyyə ilə tüğyan etdikdə RUH (Allah ruhu) hər şeyi (başqa sözlə, vicdan tanrısı) olduğu kimi görür və ağlın aynası qapanmır.
Aləmin- həyatın dərkedilməsi ağıl vasitəsilə mümkün olur və təcrübə sayəsində, insanlarla, cəmiyyətdə fəal iştirakın vasitəsilə zənginləşir.
Ağıl idrakın- təfəkkürün ilk pilləsidir. Hisslər və duyğular ağla istiqamət versədə, qida mənbəyi olsada idrakla-təfəkkürlə tənzimlənməlidir. Əks halda, idrakla idarə olunmayan hiss və duyğular fəlakətə cinayətə səbəb olur.
Sağlam ruh hiss və duyğularla sintezdə olduqda ÜRƏK fundamen
tal mənəvi dəyərlər bazası rolunu ifa edir. Daxili yetkinlik səviyyəsini-insan vücudunun təbii tarazılığını ahəngdarlığını düzgün məcraya yönəldir. Xoş əhvali-ruhiyyə ovqatı yaradır. Işləmək, yaratmaq, yaşamaq və yaşatmaq; sevmək və sevilmək eşqi insanı tərk etmir, tənhalığa, pessimizmə qapılmır.
Hər zaman vicdan tanrısı-mənəviyyatın reostatı-(tənzimlənmə aparatı) da daxil olmaqla mənin mənilə dioloqu-öz-özünə hesabatı ədalətli hakim rolunda fəaliyyət göstərməlidir. Bu deyilənlər müqabilində Şüur, təfəkkür, idrak yerli-yerində olur, tədriclə inklişaf edir, təkmilləşir. Insan daxilən suverenlik, azadlıq, rahatlıq hiss edir. Ruh ilahi eşqə yönəlir.
Insanın köksündə şeytan var. O, vəsvəsə edir. Imanı zəif olan adamda vəsvəsəlik silsiləşə bilər. Bu silsilələr boy atdıqca insan rəzalət və qəbahətlər çirkabına-bataqlığına düşür. Paxıllıq, riyakarlıq, ikiüzlülük, söz uydurub, iki nəfər dostun, qardaşın arasını vurmaq, yaxşı nə varsa onu pis kimi görmək belə kəslərin həyat amalı olur.
Iki gözdən başqa, bəsirət gözü-idrak gözü var. Bu gözü hər bir kəs qazana bilər. Nəyin sayəsində?!
Hər şeydən öncə, “ həyatda ən böyük ləzzət-zəhmətin sayəsində! Zəhmət çəkən və bu zəhmətin mənasını dərk edən adam daxilən gözəlləşir, el-obada, dost-tanış yaınında başı uca olur. Torpaq üstündə möhkəm addımlarla gəzir. Elə bil ki, zəhmət onun gözündə-könlündə gur bir içıq yandırır” deyən mərhum yazıçı professor, məşhur tənqidçi Qulu Xəlilovun bu ifadələri sualın cavabının bir tərəfidir Qulu Xəlilov “Yaşamaq istəyirəm” kitabı səh. 112.
Həzrəti Məhəmmədin bir kəlamında:
“ Həya-imanın bir şöbəsidir. Insanda nəfs aşağı olmalıdır, göz toxluğu çoxluq təşkil etməlidir. Ən böyük qələbə insanın öz nəfsi üzərində çaldığı qələbədir.
Insanın daxili aləmində mənəvi sahmanlıq, nizam-intizam yaratmalıdır. Həqiqətə münasib seçim etməlidir. Bu məqsədlə Xalq şairi Rəsul Rza deyib ki:” işığın aşiqi, qaranlığın qənimi olmalısan. Xalq şairi Zəlimxan Yaqubun fikrinə görə: “İnsan öz içinə nə qədər çox enə bilərsə, bir o qədər özünü kəşf edə bilər” və daima vurğulayardı “İçimdə hərbi rejim var”
Lev Tolstoyun təbirincə: “Əgər işıq kimi saça bilmirsənsə heç olmazsa, yanan işığın qabağını kəsmə.”
Unutmaq lazım deyildir ki, Allah ədaləti, haqqı, düzlüyü sevən qəlblərdə gecələyir. Allahını dərk edən özünü də dərk edir. Hansı qəlbdə insanlar, vətənə, elinə-obasına, böyük və kiçiyinə, torpağına, təbiətə, elmə, əxlaqa, düzgünlüyə, həqiqətə sağlam ruha sevgi, məhəbbət varsa Allah daima oradadır. Allah ruhu insanlara borc verib. Yəni ruhu bəxş etmişəm düzgün yollara xərclə, sərf et! Öz səadətini başqalarının bədbəxtliyi üzərində qurma!! Başqasının əməyini kələkbazlıqla mənimsəyən hər bir kəs Tanrının cəzasından qaça bilməz hikməti həqiqətdir.
Daxili aləmi zənginləşdirmək-özünü dərk səadətinə yiyələnmək elmi dərəcə, hərbi qulluğun titulu, məmur vəzifəsinin böyüklüyü, var-dövlətlə ölçülmür. Bu mənəviyyətin ölçüsü nəfs toxluğu, halal əməmk haqqı, sözlə işin, vədlə əməlin vəhtəti, etibarın, xarakterin bütövlüyü, daxili nizam-intizam, davranış gözəlliyi, nitq (danışıq) gözəlliyi, yerində vaxtında danışmağı və susmağı bilmək qarşıdakı müsahibinə ehtiram əlaməti olaraq diqqətlə, nəzakətlə qulaq asmaq, sözünü kəsməmək və s. və i.a.fəzilətlərin ahəngdar vəhdətdir. Bu deyilənlər qəzet, jurnal, kitab, xüsusilə mənəvi-əxlaqi dəyərlərə aid yazılmış publisistik dini və bədii əsərlər vasitəsilə, eləcə də bu deyilənlərə imkanı çatmayan şəxslər isə halal zəhmət, mənəvi aləmi zəngin, ağsaqqal və ağbirçəklərin dəyərli söz- söhbətləri, şəxsi nümunələrini örnək götürməklə yerinə yetirilə bilər.

Bu münvalla hər bir kəs Cəlaləddin Ruminin “gəl, gəl necəsənsə, elədə gəl” və “xamdım, yandım, bişdim”, “necə görünürsənsə elədə ol!” və ya “olduğun kimi görün” fəlsəfi deyimlərinə rayət etmiş olarıq. əks haalda:

Dostluqda:
1) Dil dostu, 2) Ürək dostu, 3) Çörək dostu, və a) Bilir ki, bilir, b) Bilmir ki, bilmir, c) Bilmir ki bilir təsnifatında səhvlik ömür boyu onun yol yoldaşı olacaqdır.


Daxili aləmində daima sağlam mənəviyyata can atmaq özünü təftiş etmək özünə qiyməti artırır. Bu artım insanı öz-özünə sevdirir. Özünü sevən başqasını da məhəbbətlə sevir. Dostluq, qardaşlıq, qonşuluq eləcə də ailədə valideyn-övlad, qaynana-gəlin, iş yerində müdir və onun tabeçiliyində olan işçinin mədəniyyət elementləri üst-üstə düşəndə bu sadalanan münasibətlər tədriclə gözəlləşir.

Əks halda, dedi-qodu, münaqişə, dava-dalaş bizə ayrılan ömür payımızı sanki, tar-mar edir. İnsanlararası münasibətlərin-fəzilətlərin keşikçisi, yol göstərəni, relslərin paralelliyini, Yerlə Kosmosun, açlarla qıfılın mütənasibliyi qədər vacib sayılan özündərketmə mənəviyyatı tərkibində mənəvi ölçülərin kəmiyyət keyfiyyət göstəriciləri yerli-yerində olduqda insanda əyrilik və çirkinlik, şər və pislik daxil evimizin qapsına yaxın düşə bilmir. Özündərkedənlərlə yarımçıq xarakterli və ya kəmsavad, yarımçıq ziyalılığa malik olanlar arasında münaqişələr ikincinin qələbəsiylə nəticələnmir. Bu isə birincilərdə məyusluq yaratmamalıdır. Çünki, filin ürəyini, qarışqaya, qarışqanın ürəyini isə filə qoymq mümkün deyildir. Bir də cəvahiratı daşa vuranda sınır. Cəvahirat incədi, daş kobudur. Bu gətirilən misallar danılmaz həqiqətdir. Ancaq bir həqiqət də var. Saat bizi satır. Əqrəblər daima irəli gedir. Dəqiqələr bizi əridir. Odur ki, dərd-qəm kədər-sevinc mübarizəsində daxili dünyamızın saflaşması naminə təzadlarla dolu bu günlərmizdə hiss və duyğularmızın idrak tərəfindən ÖZÜNÜDƏRKİN – Allaha iman və inamın müqabilində idarə olunmaqla kamilliyi –mənəviyyat dünyamızın BAĞI edə bilərik!

Əhməd SƏFƏROV,
Borçalı,
Marneuli rayonundakı Şulaveri 2 saylı içtimai
məktəbinin kimya müəllimi,
“Qızıl Qələm” mükafatı laureatı.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
İlhamə Sabirqızı:

İlhamə Sabirqızı: "Sözün gücü"

Köşə yazılar
İNSANA BİOLOJİ  VƏ SOSİAL VARLIQ  KİMİ TİBB ELMİNİN YANAŞMA TƏRZİ. SAĞLAMLI ...

İNSANA BİOLOJİ VƏ SOSİAL VARLIQ KİMİ TİBB ELMİNİN YANAŞMA TƏRZİ. SAĞLAMLI ...

Sağlamlıq
Xəzangül Hüseynova:

Xəzangül Hüseynova: "Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyalar"

Gəncə, Elmi Məqalələr, Borçalı
Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Ulu öndər Heydər Əliyevin Müdrik fikirləri

Azərbaycan
Məryəm Əliyeva:

Məryəm Əliyeva: "YARPAQ ÖMRÜ"

Publisistika, Müsabiqə, Köşə yazılar
Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Fərdin özünə qapanmasının bədii ədəbiyyatda inikası

Gənclik, BDU, Köşə yazılar
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "ƏTRAF ALƏMLƏ TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ”

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
QƏLB  GÖZƏLLİYİ

QƏLB GÖZƏLLİYİ

Knyaz Aslan, BDU, Başkeçid
Sərvanə Dağtumas:

Sərvanə Dağtumas: "Firuz Mustafanın “At günü” hekayəsində “insanlığın” ölü ...

Elmi Məqalələr, Müsabiqə
Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Elida MUXAYEVA: Yüz vur, düz dur!..

Köşə yazılar
Tanınmış alim, şair-publisist və nəcib insan

Tanınmış alim, şair-publisist və nəcib insan

Knyaz Aslan, BDU, Başkeçid
Gülşən Sadıxova:

Gülşən Sadıxova: "Bir daha estetik tərbiyənin rolu haqqında"

Gəncə, "Elm və Təhsil"
Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Rövşən Gəncəliyə I AÇIQ MƏKTUB

Ədəbi tənqid, Müsabiqə
Gürcüstandan gələn səslər: - VƏTƏN TALEYINƏ ÖLÇÜLMÜŞ İNSAN ÖMRÜ

Gürcüstandan gələn səslər: - VƏTƏN TALEYINƏ ÖLÇÜLMÜŞ İNSAN ÖMRÜ

Borçalı
CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞA ...

Bolus, Nekroloqlar
Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Natiq Fazil oğlu: DÜNYA MƏNİM DEYİL MƏN KİMƏM AXI...

Müsabiqə

"Mənim könlüm deyir ki..."

ADPU
Rəy yazın: