«AĞ-BULAQ» (TETRİ-SXARO) RAYONU: Gürcüstan » Ağbulaq 23 апреля 2016 AĞBULAQ - Tiflis əyalətinin Pəmbək nahiyəsində, həmçinin, Tiflis quberniyasının Tiflis qəzasında və Borçalı qəzasının Dağ bölgəsində kənd adı olub. Gürcüstanın cənub-şərqində, Tbilisidən 57 km aralıda yerləşən və 1929-cu ilədək Borçalı qəzasının, hazırda isə Kvemo-Kartli diyarının tərkibində olan «Ağ-bulaq» sonralar Ağ-bulaq rayon inzibati-ərazi bölgəsinin və rayon mərkəzinin adı olub. Daha sonralar «Ağ-bulaq» toponimi gürcü dilinə tərcümə edilərək «Tetri-sxaro» adlandırılıb. (Ağ-bulaq rayonunda hazırda 2000 nəfərə yaxın soydaşımız yaşayır.) Mənbələrin verdiyi məlumata görə, Qafqazın müxtəlif bölgələrində 20-dən çox «Ağ-bulaq» adlı yaşayış mərkəzləri olub. Bu oykonim qədim türk dilində «qərb» mənasını bildirən «ağ» (qədim türk dilində «ağ» sözünün «kiçik» mənası da olmuşdur) sözü ilə «bulaq» hidroniminin birləşməsindən əmələ gəlmişdir. Müasir dilimizdə ümumi mənası «qərb bulağı» deməkdir. Qədim Borçalının mərkəzinə nisbətən Ağ-bulaq qərb coğrafi mövqeyindədir. İndi də Borçalının qərb zonasında türklər-azərbaycanlılar yaşayan kəndlərdə qərb küləyi «ağ yel» adlanır. Bolnisi rayonunun Darvaz kəndinin yanındakı Ağbaba təpəsi də bu qəbildəndir. AĞ KALAFA - Qədim Borçalının Dağ bölgəsinin Ağ-bulaq (indiki Tetri-sxaro) rayonunda kənd adıdır. Bu oykonim türk dillərinə mənsub olan «ağ» (qədim türk dillərində «kiçik» mənasını bildirir) və «kalafa» sözlərinin birləşməsindən yaranıb. Ümumi mənası kiçik kalafa deməkdir. ELDAR - Qədim Borçalının Dağ bölgəsində - sabiq Ağ-bulaq (indiki Tetri-sxaro) rayonunda kənd adı olub. Sonralar bu kəndin adı dəyişdirilib və gürcü dilində «Ukanamxari» adlandırılıb. Bu oykonim «Eldar» şəxs adı əsasında yaranıb.GÖHNAR (Qoxnar) - Qədim Borçalının Dağ bölgəsində - sabiq Ağbulaq (indiki Tetri-sxaro) rayonunda kənd adıdır. Dəniz səviyyəsindən 1620 m yüksəklikdə yerləşən bu kənddə hazırda azərbaycanlılar və gürcülər birgə yaşayırlar. Çox maraqlıdır ki, Gürcüstanın Statistika Komitəsi rəsmi olaraq hələ 1929-cu ildə bu kənddə 40 nəfər azərbaycanlının yaşadığını göstərsə də, 1979-cu ildə bu rəqəmi azaltmış və 26 nəfərə «endirmişdir».KOSALAR - Qədim Borçalının Dağ bölgəsinin sabiq Ağ-bulaq (indiki Tetri-sxaro) rayonunda, Xram çayının sağ sahilində, rayon mərkəzindən 14 km cənub-şərqdə, dəniz səviyyəsindən 650 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oykonim türk köklü «kosalar» tayfa adı əsasında yaranıb. Bəzi mən-bələrdə kəndin adı həm də Qarakənd kimi göstərilmişdir. Əhalisi 1000 nəfərdən çoxdur. Kənddəki Azərbay-can məktəbi 1925-ci ildən fəaliyyət göstərir və gözəl ənənələrə malikdir. Keçmiş SSRİ-nin ən yüksək mükafat-larına - «Lenin» Ordeninə, «Oraq və Çəkic» Qızıl medalına və SSRİ-nin ən yüksək fəxri adına layiq görülmüş Sosialist Əməyi Qəhrəmanı Güllü Əliyeva, Dövlət Mükafatı laureatı Bədirxan Musayev, professorlar Məmməd Qocayev, Mahal Qacar, Roza Bayramova, Murtuz Qacarlı, Qasım Məmmədov, İsa Musayev, Vilayət Qacarlı, Ramiz Qacarov, polkovnik-xeyriyyəçi, saz-söz vurğunu Elbrus Anazaurov, məşhur xeyriyyəçi Vaqif Məmişov və başqaları məhz bu kəndin yetirmələridir. Ağbulaq rayonunun Kosalar kəndində möhtəşəm məscid. Bu məscidi elin qeyrətli oğlu, xeyriyyəçi, hazırda Rusiyada fəaliyyət göstərən Vaqif Məmişov inşa etdirib. Kəndəki kərpicdən inşa olunan məktəb də onun adına bağlıdır. Nəinki öz kəndi üçün, eləcə də el üçün, oba üçün xeyirxah işlər görməyi özünə adət edib. Ulu Tanrı onun işini avand etsin!MƏNGİLİS - Tiflis quberniyasının Tiflis qəzasında - qədim Borçalının Dağ bölgəsində - Ağ-bulaq (indiki Tetri-sxaro) rayonunda kənd (qəsəbə) adıdır. Bu oykonim türk dillərində «qoşunun avanqard, ön hissəsi», «bir neçə tümən» (10 min) mənasında işlənən «manqlay» sözü əsasında yaranıb. XX əsrin birinci yarısına qədər Məngilisin əhalisinin əksəriyyəti Azərbaycan türkləri olub. Hətta, burada görkəmli Azərbaycan mütəfəkkiri M.F.Axundzadənin bağ evi olub.NƏBİLİLƏR (Narilnar) - Qədim Borçalının Dağ bölgəsində - sabiq Ağ-bulaq (indiki Tetri-sxaro) rayonunda kənd adıdır. Bu oykonim «Nəbililər» nəsil adı əsasında yaranıb. Bu kənddə azərbaycanlılar və gürcülər birgə yaşayırlar.ŞIXLI - Qədim Borçalının Dağ bölgəsində - sabiq Ağ-bulaq (indiki Tetri-sxaro) rayonunda kənd adıdır. Bu oykonim türkköklü «şıxlı» tayfa - nəsil adı əsasında yaranıb. Xram çayının sağ sahilində, rayon mərkəzindən 13 km cənub-şərqdə, dəniz səviyyəsindən 680 m yüksəklikdə yerləşən, bəzi mənbələrdə və el arasında həm də «Qəmərli» adlanan bu kəndin əhalisi hələ ötən XX əsrin əvvəllərində 300 nəfərdən çox idisə, təəssüflər olsun ki, XX əsrin əvvəllərində xeyli azalmışdır, hazırda təxminən 200 nəfərdir. (Azərbaycan Milli Hərbi Akademiyasının ilk rəisi, Azərbaycan Milli Ordusunun artilleriya general-mayoru Hacırəhim Məmmədov, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, hazırda təqaüddə olan polkovnik, şair Telman Budaqov və b. məhz bu kəndin yetirmələridir.) Borçalının Dağ bölgəsinə aid olan Başkeçid (indiki Dmanisi) rayonlarında da «Şıxlı» adlı kənd vardır. Bu kəndlərin hər ikisi xalqın yaddaşında «Dağ Şıxlı» adı ilə qalmış və el arasında elə bu gün də belə tanınır. P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:[email protected]və ya:[email protected]. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.