Tbilisidə azərbaycanlı alim Mədəd Çobanovun xatirəsi anılıb Humanitar elmlər, Təhsil, "XXI əsrin Ziyalıları", M.F.Axundzadə adına Muzey, Gürcüstan, Tiflis, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!.... 24 июля 2023 2904 100 1 2 3 4 5 2023-cü il İyulun 22-də Tbilisidəki M.F.Axund-zadə adına Azərbaycan Mədəniyyəti Muzeyində dünya şöhrətli azərbaycanlı alim, tanınmış türkoloq, Prezident təqaüdçüsü, Türk dili Kurumunun üzvü, Nyu-York Elmlər Akademiya-sının akademiki, Gürcüstan Azərbaycan-lıları Konqresinin Fəxri üzvü, filologiya elmləri doktoru, professor Mədəd Çobanovun xatirəsinə həsr olunmuş Anım mərasim keçirilib. Alimin əsərlərinin də sərgisi təşkil olunduğu tədbirdə Azərbaycan-dan və Gürcüstanın müxtəlif bölgə-lərindən gəlmiş elm, mədəniyyət xadimləri, Mədəd Çobanovun ailə üzvləri, dostları, keçmiş tələbələri və ictimaiyyət nümayəndə-ləri iştirak ediblər.Əvvəlcə alimin xatirəsi anılıb, ruhuna dualar oxunub. Mömin Mirağa Mustafayev müqəddəs “Qurani-Kərim”dən yasin surəsini səsləndirib.Gürcüstan Azərbaycan-lıları Konqresinin (GAK) təşkilatçılığı və Qafqaz-Türk Mediya (qafqaz-truk.com) portalının informasiya dəstəyi ilə alimin vəfatının 50-ci günündə həyata keçirilən tədbiri giriş sözü ilə muzeyin direktoru, Azərbay-canın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva açıb. O, tədbir iştirakçılarını salam-ladıqdan sonra, mərhum alim Mədəd Çobanovun həyat və yaradıcılığı, elmi-pedaqoji və ictimai fəaliyyəti barədə ətraflı məlumat verib və sözü tədbirin təşkilat təşkilat komitəsinin rəhbəri - Gürcüstan Azərbaycan-lıları Konqresinin sədri Hüseyn Yusubova verib.Hüseyn müəllim anım mərasimində iştirak edən hər kəsə dəvətini qəbul edib gəldikləri üçün dərin minnətdar-lığını bildirib. Mədəd müəllimlə dəfələrlə görüş-düyünü, böyük alimin onun qəlbində dərin iz qoyduğunu, onun xatirəsini yaşatmağı özünə mənəvi borc hesab etdiyini söyləyib. Eyni zamanda, Mədəd Çobanovun 80 illik yubileyinin 2017-ci ildə Gürcüstan Azərbaycan-lıları Konqresində təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb və Türk Böyük Elçiliyinin nümayən-dəsi sayın Ali İhsan Akbaşın üzürlü səbəbdən iştirak edə bilməyə-cəyini, ancaq tədbir iştirakçı-larına sevgilərini, sayğılarını göndərdiyini bildirib, diqqəti üçün Ali İhsan bəyə təşəkkürünü ifadə edib.GAK sədri Hüseyn Yusubov bildirib ki, Mədəd Çobanov Gürcüstan Azərbaycanlı-ları Konqresinin fəxri üzvü və əsil vətənpərvər olub. Azərbaycan dilinin, ədəbiyyatının, mənəviyyatının özəlliklərinin qorunub saxlanılması, inkişafı alimin yaradıcılığının əsas xəttini təşkil edib.GAK sədri Hüseyn Yusubov sonra sözü Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramova verib. Müşavir professor Mədəd Çobanov barədə fikirlərini bölüşüb, alimin anım mərsiminin təşkilinə görə GAK rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov Səfirliyin hər zaman soydaşların yanında olduğunu diqqətə çatdırıb və belə tədbirlərdə iştirak etməyi özlərinə mənəvi borc hesab etdiklərini vurğulayıb.Sonra söz Bolnisi rayonunun Faxralı kəndindəki Arif Əliyev adına 1 nömrəli orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi, qafqazturk.com portalının əməkdaşı Fatma Əliyevaya verilib. O, professor Mədəd Çobanovun elmi yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib, alimin Azərbaycan dilçilik elminə verdiyi töhfələrdən, gətirdiyi xeyli yeniliklərdən söhbət aşıb.Fatma müəllim tarixin bütün dönəmlərində Gürcüstan əsilli alimlərin, ziyalıların, ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinin Azərbaycan və dünya elminə, ədəbiyyatına, mədəniyyətinə böyük töhfələr verməsindən bəhs edib. Bu alimlər içərisində Mədəd Çobanovun xüsusi yeri və mövqeyi olduğunu diqqətə çatdırıb.Qeyd olunub ki, Mədəd Namaz oğlu Çobanov 1937-ci il aprelin 11-də qədim Borçalı mahalının Bolnisi rayonundakı Darvaz kəndində doğulub. dünyaya gəlmiş, ilk təhsilini də, 1944-1955-ci illərdə elə doğma kəndindəki orta məktəbdə almışdır. 1955-cı ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitunun filologiya fakültəsinə qəbul olmuş, 1960-cı ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmiş və doğma kəndindəki məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Bir il müəllim işlədikdən sonra əsgəri xidmətə yollanmışdır. Əsgəri xidmət borcunu şərəflə yerinə yetirən Mədəd Çobanov 6 ay sonra təhsilini davam etdirmək üçün Zabitlər məktəbinə göndərilmişdir. O, burada da təhsilini uğurla başa vurmuş, leytenant rütbəsinə layiq görülmüşdür. Hərbi xidmətini ləyaqətlə başa vuraraq, zabit kimi ehtiyata buraxıldıqdan və bir il Bolnisi rayon komsomol komitəsində çalışdıqdan sonra, Mədəd Çobanov irəli vəzifəyə çəkilmiş, Bolnisi rayon partiya komitəsinə təlimatçı təyin olunmuşdur. O, burada əmək fəaliyyətini davam etdirməklə bərabər, həm də Azərbaycan Elmlər Akademiyasının İ.Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında qiyabi təhsil almışdır. 1973-cü ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmiş, elə həmin vaxtdan da pedaqoji fəaliyyətini vaxtilə ali təhsil aldığı doğma – A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda davam etdirmiş, müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışmışdır. 1992-ci ilin fevralında doktorluq dissertasiyasını uğurla müdafiə etmiş, elə həmin ilin oktyabrında TDPİ-nin professoru seçilmişdir. 1994-cü ilə kimi həmin vəzifədə şərəflə çalışmışdır. 1994-cü ildən sonra isə elmi-pedaqji fəaliyyətini məlum səbəblər ucbatından Azərbaycanda Bakıda davam etdirməyə məcbur olmuşdur. O, Bakıda müxtəlif vəzifələrdə çalışmış, əvvəlcə Azərbaycan Futurologiya Universitetində prorektor, sonra Azərbaycan Elitar Universitetində rektor, Azərbaycan Baş Pedaqoji Kadrlarının İxtisasının Artırılması və Yenidən-hazırlanması İnstitutunda ali məktəb müəllimləri fakültəsinin dekanı, daha sonralar isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri olmuşdur. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində də dərs deyib, elmi mühazirələr oxumuşdur.Professor Mədəd Çobanov 1992-ci ildə Onomastika üzrə Əlaqələndirmə Şurasının İdarə Heyətinin üzvü və sədrin müavini, 1993-cü ildə Azərbaycan Alimlər İttifaqının, 2000-ci ildə Türk Dil Kurumunun üzvü, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilmişdir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert şurasının üzvü, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin Baş direktoru, bir çox qəzet və jurnalların redaksiya heyətlərinin, eləcə də, müxtəlif mükafat komissiyalarının rəyasət he-yətlərinin üzvü olmuşdur.Bir sözlə, professor Mədəd Çobanov haarada çalışmasından asılı olmayaraq, doğma ata yurdunu, doğma Borçalını, doğma kəndini, sevimli el-obasını heç vaxt unutmamış, hər il ən azı 4-5 dəfə Gürcüstana gəlmiş, müxtəlif tədbirlərdə iştirak etmişdir...Sonra söz Mədəd müəllimin gənclik dostu, tələbə yoldaşı, "Şərəf" ordenli şair-yazıçı-publisist Əli Abbasa verilib. O, alimin həyatına, elmi yaradıcılığına həsr etdiyi kitabını mərasim iştirakçılarına təqdim edib, gənclik dostunu ürək yanğısı ilə xatırlayıb və ona həsr etdiyi şeirini oxuyub.Hazırda təqaüddə olan “Şərəf” ordenli hərbçi-şair, Beynəlxalq müsabiqələr laureatı Nizami Saraçlı alim haqqında xatirələrini bölüşüb, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Ali Hərbi Akademiyada bir müddət Mədəd Çobanovla bərabər çalışdığını diqqətə çatdırıb və ona həsr etdiyi şeirlərini səsləndirib.Mədəd müəllimin keçmiş tələbələrindən - Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyin birinci dərəcəli mütəxəsisi, Kvemo Kartlidəki nümayəndəsi, “Təhsil” qəzetinin təsisçisi Abay Paşayev müəllimi haqqında xoş xatirələrini bölüşüb, onun xatirəsini minnət duyğusu ilə yad edib. Sonra Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstan nümayəndəliyinin əməkdaşı, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva Mədəd müəllimi əsərləri vasitəsilə tanış olduğunu söyləyib və alimin 21 il çalışdığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedoqoji İnstitutunun Azərbaycan bölməsi bərpa olunarsa və yenidən fəaliyyətə başlayarsa, onun da ruhunun şad olacağını ifadə edib.Tədbirdə iştirak edən şairlərdən "Şərəf" ordenli şairə, "Aşıq Pəri" Məclisinin yaradıcılarından biri və "Sazın-Sözün Butası" İctimai Birliyinin rəhbəri Səadət Buta, Vəli Qaraçaylı, Sərxan Candarlı və b. Mədəd müəllimə həsr etdikləri şeirləri onun əziz ruhuna ərmağan olaraq oxuyublar. Tədbirdə çıxış edən “Gürcüstan” qəzeti adından qəzetin xüsusi müxbiri, şair Bəhram Mehdi, Gürcüstan Azərbaycanlıları Konqresinin Qardabani təmsilçisi Lətif Əhmədov, Azərbaycan dili ədəbiyyatı müəllimi Növrəstə Məhərrəm qızı Həsənova, Bolnisi-Kəpənəkçi təmsilçisi Çingiz Yaqubov, Qabaldan gəlmiş ictimai fəal Mehman Rəsulov, el müğənnisi Həcər Darvazqızı, gənc ruhani Əfqan Yolçuyev, Heydər Əliyev adına Tbilisi Dram Teatrının aktrisası Leyla Qasımova və başqaları çıxış edərək alim haqqında xoş sözlər söyləyiblər, alimin həyat və yaradıcılığının müxtəlif sahələrinə dair fikirlərini bölüşüblər.Anım gecəsində Mədəd müəllimin ailə üzvləri, yaxın qohumları da iştirak edib. Ailə adından alimin böyük qızı Təranə Çobanova və kürəkəni ehtiyatda olan polkovnik Vaqif Bayramov çıxış edərək anım mərasimində iştirak edən hər kəsə, tədbirin təşkilatçılarına, təşkilat komitəsinə, Gürcüstan Azərbaycanlıları Konqresinə və onun sədri Hüseyn Yusubova, qədirbilənliyinə görə dərin minnətdarlıqlarını bildirdilər.GAK sədri Hüseyn Yusubov mərasim iştirakçılarına Mədəd müəllimin oğlu dəyərli ziyalı Müşfiq Borçalının da salamlarını və hər kəsə təşəkkürlərini çatdırıb.Yekun çıxış olaraq, anım tədbirinin təşkilat komitəsi adından təşkilat komitəsinin üzvü, iki çağırış Gürcüstan parlamentinin deputatı olmuş Ramiz Bəkirov Mədəd müəllimin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, təşkilati işlərə və təşəbbüsə görə Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubova, dəyərli ziyalı Mübariz Qarayevə, eləcə də konqresin bütün əməkdaşlarına təşəkkürünü bildirib. Sonda tədbir iştirakçılarına alimin müxtəlif kitabları hədiyyə verilib və qonaqlar furşet masasına dəvət olunublar.***Çıxışlarda o da qeyd olunub ki, Mədəd Namaz oğlu Çobanov gənc yaşlarından Azərbaycan dilinə, ədəbiyyatına, mədəniyyətinə, doğma ata yurduna, elinə, obasına olan sonsuz sevgi və məhəbbəti Mədəd müəllimin elmi mövzusunda da öz əksini tapmışdır. Namizədlik dissertasiyası mövzusunun adı - “Borçalı – Bolnisi rayon şivələrinin leksikası” olması bunun bariz nümunəsidir. Mədəd müəllim yaxşı bilirdi ki, onun yaşadığı, boya-başa çatdığı torpaq müqəddəs Azərbaycanımızın ayrı düşmüş bir parçasıdır. Elə buna görə də, Borçalı şivələrini, Borçalı ono-mastikasını, Borçalı toponimlərini – yer-yurd adlarını, antroponimlərini – şəxs adlarını və s. elmi tədqiqatının daima ana xətti hesab etmişdir.1973-cü ildə Daşkənddə Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda 36 yaşlı bir gəncin namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etməsi sevindirici hadisə idi. Elə həmin ildən Mədəd Çobanov pedaqoji fəaliyyətini vaxtilə ali təhsil aldığı A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində davam etdirmiş, 1994-cü ilə kimi orada müəllim, dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. Əsl ziyalı və türkçü hörməti qazanan Mədəd müəllim insanların ürəyinə təkcə elmi fəaliyyəti ilə deyil, insani keyfiyyətləri ilə də nüfuz etməyi bacarmışdır. O mehriban, humanist, sadə, təvazökar xasiyyəti ilə hörmət qazanaraq, həmişə hamıya bacardığı qədər yaxşılıq etməyə, kömək göstərməyə çalışmışdır. Çalışdığı institutda müəllim, dosent kimi fəaliyyət gostərən ziyalımız, pedaqoji fəaliyyəti ilə yanaşı daim elmi fəaliyyətini də davam etdirmiş, 1992-ci ilin fevralında Bakı Dövlət Universitetində “Azərbaycan antroponimiyasının əsasları” mövzusunda doktorluq dissertasiyasını müvəfəqiyyətlə müdafiə etmiş və elə həmin ilin oktyabr ayında professor seçilmişdir. 1990-cı illərdə Gürcüstanda mövcud olmuş ictimai-siyasi hadisələrdən, soydaşlarımıza qarşı məlum təqib və təzyiqlərdən sonra, professor Mədəd Çobanov 1994-cü ildə Bakıya köçməyə məcbur olmuş, qalan ömrünü doğma Azərbaycanımızda elmi-pedaqoji fəaliyyəti ilə davam etdirmişdir. Yüzlərlə müəllimin, minlərlə müxtəlif gənc kadrların, xüsusilə də vətənpərvər və yurdsevər zabitlərin yetişməsində böyük və danılmaz əməyi olan professor Mədəd Çobanov, həm də onlarla gənc filoloq-alimin uğurlar qazanmasına yardım etmiş, onlardan bir çoxunun elmi rəhbəri, bəzilərinin opponenti, bəzilərinin isə rəyçi və məsləhətçisi də olmuşdur. Səksəndən çox kitabın, o cümlədən, on beş monoqrafiyanın, ondan çox dərslik və dərs vəsaitinin, altmışdan çox elmi əsərin müəllifi olan professor Mədəd Çobanov “Azərbaycanşünaslığın əsasları”, “Azərbaycan antroponimiyasının əsasları”, “Azərbaycan onomastikası”, “Borçalı toponimləri”, Borçalı şivələrinin leksikası”, “Mətnin linqvistik təhlili”. “Pedaqoji məsələlər”, “Türk dillərinin ədəbi birliyinə doğru”, “Dədə Qorqud - Qəhrəmanlıq dastanı”, “Ədəbi düşüncələr”,” Dilçilik məsələləri” və s. kimi bir-birindən dəyərli əsərlərini gələcək nəsillərimiz üçün yadigar qoymuşdur. Professor Mədəd Çobanovun məhz ilk dəfə akademik elmi tədqiqata cəlb edərək doktorluq dissertasiyası kimi müdafiı etdiyi “Azərbaycan şəxs adları - Azərbaycan antroponimiyasının əsasları” mövzusundakı tədqiqat əsəri müxtəlif illərdə və müxtəlif şəhərlərdə 8 dəfə (1981-ci ildə Bakıda, “Maarif” nəşriyyatında, 1983-cü ildə Tbilisinin "Qanatleba" nəşriyyatında, 1998-ci ildə Bakının "Maarif nəşriyyatı"nda, 1993-cü ildə “Azərbaycan kişi adları” adı ilə Türkiyənin Ərzurum şəhərində, 1997-cü ildə İzmirdə və Ankarada, 1998-ci ildə Bakıda “Maarif” nəşriyyatında (332 səh. - rus dilində), 2017-ci ildə Bakıda "Borçalı" nəşriyyatında (524 səh.)) çap olun-muşdur. (Kitabın elmi redaktoru: Azərb.EA-nın müxbir üzvü, professor A.M.Qurbanov, Rayçi: filologiya elmləri doktoru, professor Q.Ş.Kazı-movdur).Əvvəlcə ali məktəblərin filologiya fakültələrinin tədris planında nəzərdə tutulmuş "Dilçilikdən xüsusi kurs" proqramı əsasında hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiq olunmuş bu əsər, sonra böyük bir monoqrafiyaya çevrilmişdir. Kitabda onomastika haqqında ümumi məlumat, antroponimika və onun tədqiqat ob-yekti, Azərbaycan dilçiliyində antroponimiyanın tədqiqi tarixi, antroponimlərin inkişafı məsələləri, ad və ad sistemi, familiya, təxəllüs, ləqəb, adların əsası vǝ semantikası, antroponomik hadisələr - müştərək adlar, adqoyma ənənələri, adların quruluşu və mənşəyi, poetik antroponimiya və s. hərtərəfli təhlil olunmuşdur. Kitabdan ali məktəblərin filologiya fakültə-lərinin tələbələri ilə yanaşı orta ixtisas və ümumtəhsil məktəblərinin Azər-baycan dili və ədəbiyyatı müəllimləri istifadə edirlər.Professor Mədəd Çobanovun geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitablarından biri də Kitabi-Dədə Qorqudun 1300 illik yubileyinə həsr olunmuş “Qəhrəmanlıq dastanı”-dır. (Kitabın elmi redaktorları - Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sabiq sədri, Millət vəkili, filologiya elmləri doktoru, professor Nizami Xudiyev və Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərov, rǝyçiləri isə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin sabiq rəhbəri, filologiya elmləri doktoru, professor Aqşin Babayev və ADPU-nun folklor laboratoriyasının sabiq müdiri, filologiya elmləri doktoru, professor Mürsəl Həkimov olmuşdur).Monoqrafiyanın birinci hissəsində "Kitabi-Dədə Qorqud" dastanının yaranması tarixinə dair mülahizələrlə yanaşı, Qalın Oğuz elinin dövlətçilik ənənələri, onun divanı və müşavirliyi, dövlət atributları, hərbi marşları, hərb sənəti və döyüş taktikası, xəfiyyəçilik və ya casusluq təcrübəsi və s. "Kitabi Dədəm Qorqud ala lisani taifeyi Oğuzan" dastanının mətnləri əsasında təhlil olunmuşdur. Monoqrafiyanın "Borçalıda Dədə Qorqud izləri" adlanan ikinci hissəsində isə Borçalıda ulu babalarımızın məskunlaşması tarixi, Dədə Qorqud izləri, Dədə Qorqud dünyası ilə səsləşən hadisələr gürcü mənbələri və Borçalının qədim toponimləri əsasında geniş şəkildə işıqlandırılmışdır. Üçüncü hissədə "Kitabi-Dədə Qorqud" şəcərələri" və dördüncü hissədə "Dədə-Qorqud"da şəxs adları"nın lüğəti verilmişdir. Monoqrafiyadan "Kitabi Dədəm Qorqud ala lisani taifeyi Oğuzan" dastanı ilə maraqlanan tarixçilər, filoloqlar, hüquqşünaslar, hərbçilər, tələbələr faydalanırlar.Professor Mədəd Çobanovun “Görkəmli strategiyaçı” kitabı isə xalqımızın ümummi lideri, ulu öndər Heydər Əliyevə həsr olunub.Onlarla Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, elmi-praktik seminarlarda, sessiya və simpoziumlarda maraqlı məruzələrlə çıxış edən professor Mədəd Çobanovun çoxlu sayda məqalələri və müxtəlif mövzulu kitabları, o cümlədən, monoqrafiyaları, dərslik və dərs vəsaitləri, Azərbaycanda, həmçinin qardaş Türkiyədə, qonşu Rusiyada, Gürcüstanda və eləcə də Orta Asiya ölkələrində çap olunmuş, görkəmli alimlər və məşhur elm mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilmişdir. Professor Mədəd Çobanovun 60, 70, 75, 80 illik yubileyləri Bakıda, Tiflisdə, Marneulidə və doğma Darvaz kəndində böyük təntənə ili qeyd olunmuş, onun haqqında filmlər çəkilmiş, televiziya və radio verilişləri hazırlanmış, elmi konfranslar və elmi sessiya və seminarlar keçirilmiş, onlarla məqalələr yazılmış və kitablar çap olunmuşdur. Həmin kitablar arasında akademik Afad Qurbanovun rəhbərliyiyi ilə 1997-ci ildə nəşr olunmuş “Professor Mədəd Çobanov - 60”, tanınmış yazıçı Əli Abbasın tərtibatında 2007-ci ildə nəşr olunmuş “Professor Mədəd Çobanov - 70”, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik, millət vəkili Nizami Cəfərovun 2012-ci ildə nəşr olunmuş “Zəhmətkeş alim, tanınmış dilçi-türkoloq” (“Pro-fessor Mədəd Çobanov - 75”), 2017-ci ildə “İki ölkə alimi” (“Professor Mədəd Çobanov - 80”), həmçinin, “Elin və elmin ağsaqqalı (Professor Mədəd Çobanovun bədii obrazı)” və s. kitabları xüsusilə təqdirəlayiqdir. Professor Mədəd Çobanovun mənalı həyat yolundan, ictimai, elmi-pedaqoji, həmçinin türk dieloktoloqu, onomatoloqu, antroponimisti, toponomisti, ədəbiyyatşünası, qorqudşünası kimi məhsuldar fəaliyyətindən bəhs olunan həmin kitablarda bir sıra görkəmli alimlərin, tanınmış millət və-killərinin, ictimai xadimlərin, müəllim-pedaqoq həmkarlarının, yetirmələrinin ürək sözləri, eləcə də, 50 nəfərdən çox şairin müxtəlif illərdə Mədəd müəllimə həsr etdikləri 100-dən çox şeirləri cəmlənib. Bir neçə orden, medal, Fəxri Fərman və müxtəlif mükafatlara layiq görülmüş görkəmli alim, çox hörmətli professor Mədəd Çobanov həm də Prezident təqaüdünə layiq görülmüşdür. Mədəd müəllim gözəl alim olduğu qədər də, gözəl ailə başçısı idi. Ömür-gün yoldaşı, əməkdar tibb işçisi Rima xanımla birlikdə özü kimi də beş layiqli övlad – beş ziyalı böyüdüb boya-başa çatdırmışdır. Beşi də ali təhsilli və ailəlidir. Oğlu və iki qızı alimdir... Mədəd müəllim həm də sevimli baba idi: doqquz nəvəsi və on beş nəticəsi var. Nəvələrindən 8-i ali təhsilli, biri isə məktəblidir.Əsl ziyalı, insani keyfiyyətlərə malik olan görkəmli alim haqqında keçmiş zamanda danışmaq o qədər də asan olmasa da, qeyd etməyə məcburuq ki, eldən və elmdən gedən ziyalımız – El və Elm ağsaqqalı, professor Mədəd Çobanov bundan sonra cismən aramızda olmasa da, mənən həmişə bizimlə olacaq, onun müqəddəs xatirəsi hər zaman əziz tutulacaq.Əminik ki, əxlaqi və milli dəyərlərə, soyumuza-kökümüzə daima hörmətlə yanaşmış əbədiyaşar alimin – unudulmaz Mədəd müəllimin bundan sonra əbədi uyuduğu “Dədə-Qorqud” qəbristanlığındakı məzarı müqəddəs bir məkana çevriləcək, onun yetişdirdiyi çoxsalı alimlər, müəllimlər, ziyalılar hələ uzun illər onun haqqında xoş sözlər söyləyərək, onu böyük hörmət və sonsuz ehtiramla yad edəcəklər.Azərbaycanın elm, təhsil, ədəbiyyat və mədəniyyət tarixində özünəməxsus yolu, dəstixətti olan görkəmli alim, Prezident təqaüdçüsü, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov dəyərli əsərləri ilə bizlərdən sonra da uzun illər seviləcək və onun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaqdır.Allah rəhmət eləsin!***İndi isə bütün mərasim iştirakçılarına bir daha təşəkkür edir və onların təxmini siyahısını təqdim edirik:GAK və QAFQAZTURK.COM-un əməkdaşları:1. Hüseyn Yusubov, 2. Mahir Sədiyev, 3. Aida Əsgərova, 4. Səma Mamedova, 5. Fatma Əliyeva, 6. Gülgün Məmmədxanova, 7. Zabit Mahmudov, 8. Asif Vəliyev, 9. Niyazi Yusubov, 10. Aysun Mamedova,TBİLİSİ şəhəri:11. Eldar Bayramov - Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri 12. Leyla Əliyeva – Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət evinin direktoru 13. Mübariz Qarayev - anım tədbirinin təşkilat komitəsninin üzvü, Yenidənqurma və İnkişaf Mərkəzi “Şəffaf Qafqaz” təşkilatının rəhbəri14. Xətai Əzizov – “AzərTAc”-ın Gürcüstandakı xüsusi müxbiri15. Turqay Vəlizadə – Heydər Əliyev adına Tiflis Dram Teatrının bədii rəhbəri16. Leyla Qasımova – Heydər Əliyev adına Tiflis Dram Teatrının aktirası17. Telman İsfahanlı – Heydər Əliyev adına Tiflis Dram Teatrının aktyoru18. Fuad İsfahanlı – Heydər Əliyev adına Tiflis Dram Teatrının aktyoru19. Fizuli İsfahanlı – Gürcüstan SSR xalq artisti İbrahim İsfahanlının nəvəsiRUSTAVİ şəhəri:20. Abay Paşayev – Dini Məsələlər üzrə Dövlət Agentliyinin Birinci Dərəcəli Mütəxəsisi21. Maya Rəcəbova – “Salam” xeyriyyə cəmiyyətinin rəhbəriBAŞKEÇİD - DMANİSİ:22. Səadət Buta – “Şərəf” ordenli şairə, “Sazın-sözün Butası” İctimai Birliyinin rəhbəri.23. Bəsti Məmmədova – iş adamı, ictimai xadim24. Vəli Qaraçaylı – ŞairBOLNİSİ:25. Ramiz Bəkirov – iki çağırış Gürcüstan parlamentinin deputatı, anım təşkilat komitəsinin üzvü26. Bəhram Mehdi – “Gürcüstan” qəzetinin xüsusi müxbiri27. Nizami Saraçlı – “Şərəf” ordenli şair, Beynəlxalq mükafatlar laureatı. 28. Rəsul Bəxtiyarov – Bolnisi bələdiyyə məclisinin sədr müavini29. Mahir Bayramov – Bolnisi bələdiyyə məclisinə Kəpənəkçi kəndindən seçilmiş majoritar deputat30. Çingiz Yaqubov – Kəpənikçidə GAK-ın təmsilçisi31. Alı Xudiyev – Faxralıda GAK-ın təmsilçisi32. İsaxan Güləhmədov – Din xadimi33. İlham İsayev – Kəpənəkçi ictima məktəbinin direktoru34. Həcər Darvazqızı – El xanəndəsiSARVAN - MARNEULİ:35. Əli Abbas – “Şərəf” ordenli yazıçı-publisist36. Mahmud Kamaloğlu – Professor, Mədəd müəllimin keçmiş tələbəsi.37. Şamil Ziyadəliyev – ““Gürcüstan” qəzetinin jurnalisti38. Mirağa Mustafayev – Yazıçı-publisist39. Anna Allahverdiyeva – “GreenWich” Təhsil Mərkəzinin rəhbəri40. Tural Namazlı41. Zakir Yusubov42. Sərxan Candarlı – El şairi43. Nazim Aşırov – Ziyalı44. Ramilə Babakişiyeva – gənc ziyalıQARAYAZI - QARDABANİ:45. Lətif Əmhədov – Şair, GAK-ın Təmsilçisi46. Aygül İsayeva – İqtisadiyyat üzrə fəlsəfə doktoru47. Nadir Bayramov – Jurnalist, Gak-ın Nazarlı təmsilçisi48. Yusif Məmmədov – Ziyalı, GAK-ın Kosalı təmsilçisi49. Möylə Sarıvəlli – Ziyalı50. Növrəstə Məhərrəm qızı Həsənova – Ziyalı51. Mustafa Sədioğlu – Yazıçı52. Vəli Qarayazılı – Fotoqraf53. Hüseyn Məmişov – ZiyalıQARAÇÖP – SAQARECO bölgəsi:54. Əfqan Yolçuyev – Din xadimi55. Lətif Kazımov – Pedaqoq56. Rafael Süleymanov – PedaqoqQABAL - LAQODEXİ bölgəsi:57. Mehman Rəsulov – İctimaiyyətçi – ziyalıQARACALAR - TELAVİ bölgəsi:58. Akif Əsgərov – iş adamıKASPİ bölgəsi:59. Tengiz Məmmədov – ictimai fəal.Professor MƏDƏD ÇOBANOVun ailə üzvləri və qohumları:60. Təranə Çobanova – Qızı, kitabxana müdiri61. Vaqif Bayramov – Kürəkəni, e.o. polkovnik62. Surxay Abdullayev - Kürəkəni, iqtisadçı63. Ofelya Çobanova – Qardaşı qızı, iş adamı64. Namiq Çobanov – Qardaşı oğlu, iş adamı65. Teymur Əhmədov – qaynıoğlu, həkim66. Nəzakət Ovçuyeva – baldızı qızı, iş adamı.Məlumat azərtac.az, qafqazturk.com, zim.az, zirve.info, borcali.org, bolnisi.az, darvaz.com, vetenim.az, vetenim.info, ziya.info.az və s. informasiya saytlarında yayımlanıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.