Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilib

Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilibƏdəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilibƏdəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilib AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvinin Türkiyədə təbliği və nəşri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Türkiyədə nəşr olunan “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və başqa ziyalılar iştirak ediblər.


Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. O bildirib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 5 yanvar 2021-ci il tarixli Sərəncamının məntiqində bir çox mühüm məsələlər dayanır. Birincisi budur ki, Nizamini Azərbaycan xalqı sovet dövrü düşüncəsi ilə tanıyıb. Sovet dövründə onun mənşəyi haqqında dərinə getmək tələb olunmurdu. Nizaminin əsərlərində bəşəri fikirləri silib, slavyanla bağlı fikirləri qabardıblar. Türklə bağlı olan hissələrdən sükutla keçiblər. Türk düşüncəsi ilə Nizami Gəncəviyə yanaşma sovet ittifaqı vaxtı qapalı mövzu idi. O dövrdə Nizami ilə bağlı çox iş görülüb, eyni zamanda bu işlər də qalıb. Xalqın düşüncəsindəki sovet dövründən gələn Nizami onun tam obrazı deyil. Bu Sərəncam Nizami Gəncəvinin tam olaraq türk-azərbaycanlı obrazını yaratmaqdır. Onun mənşəyi haqqında yazını məxsusi olaraq yazdıq. Nizami oğlu Məhəmmədə “mənim türk balam” deyə müraciət edib. O vaxtlar bunları yazmağa məhdudiyyət vardı.
İkinci, dünyada Nizamini tanıtmaqdır. Nizamini dünya tanıyır, sağlığında Hindistan, Babilistan, Ərzincan, İran və digər ölkələrdə onun əsərləri oxunurdu. İndi isə onu Azərbaycan şairi kimi tanıtmaq əsas məsələdir”.
Akademik İsa Həbibbəyli Nizami ilə bağlı Ədəbiyyat İnstitutunda nəşr olunmuş işlər haqqında geniş məlumat verib. Həmçinin institut tərəfindən “Xəmsə”nin çap ediləcəyini bildirib: “Sirlər xəzinəsi”nin otuz əlyazma əsasında elmi-tənqidi mətni hazırlanıb. Ümumiyyətlə, Nizaminin təbliği işində ən çox dəstək verənlərdən biri Yaqub Öməroğludur. “Qardaş qələmlər”in xüsusi buraxılışı Nizaminin pasportu ola biləcək dərgidir. Onun müəllifi əziz dostumuz Yaqub Öməroğludur”.
Sonra Yaqub Öməroğluna “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin ədəbi irsinin Türkiyədə təbliği və nəşri sahəsindəki xidmətlərinə görə” AMEA Humanitar Elmlər Bölməsinin Fəxri Fərmanını təqdim edib.

Avrasiya Yazarlar Birliyinin başqanı, “Qardaş qələmlər” dərgisinin baş redaktoru Yaqub Öməroğlu çıxış edərək Fəxri Fərmanla təltif edildiyinə görə minnətdarlığını bildirib: “Bu il “Qardaş qələmlər” dərgisinin 15 ildir ki, fəaliyyət göstərdiyini deyən baş redaktor İsa müəllimin dəstəyini hər zaman hiss etdiklərini diqqətə çatdırıb. “Mən bu, institutun türk dünyası ilə bağlı araşdırmalarını uzaqdan duyurdum. Burada sizin şöbələrinizdə olmaq, sizinlə tanışlıq, şöbələrin gördüyü işləri yaxından müşahidə etmək məni çox sevindirdi. Türk dünyası üçün Azərbaycan-Bakı bir ədəbiyyat mərkəzinə dönüb. “Nizami ili”ndə gördüyümüz bu işlər Türkiyədə Nizaminin tanınması istiqamətində bir başlanğıcdır. “Qardaş qələmlər”in yayımlandığı ölkələrdə Nizami Gəncəviyə yeni baxış formalaşdığını gördük”.

Nizamişünaslıq şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Nüşabə Araslı çıxışında əlavə edib ki, “Nizaminin şərq bədii təfəkkürünə gətirdiyi ən böyük bəşəri fikirlərdən biri də xalqlar arasında dostluğu təbliğ etməsidir”. “Qardaş qələmlər”in bu sayının da dostluğa, qardaşlığa söykəndiyini deyən şöbə müdiri dərginin baş redaktoruna təşəkkürlərini çatdırıb.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, “bu gün türk dünyasının tanınmış ədəbiyyat adamı, naşiri Yaqub Öməroğlu ilə görüş və onun təltif olunması günüdür. Bu münasibətlə onu təbrik edirəm. İsa müəllimə sonsuz minnətdarlığımı bildirirəm ki, belə bir addım atıb. Türk dünyasında ədəbi-mədəni əlaqələrin gələcək inkişafından danışanda Yaqub Öməroğlunun adını çəkirik. “Qardaş qələmlər” dərgisi artıq on beş ilə yaxındır ki, bütün türk dünyasının ədəbiyyatını birləşdirmək sahəsində böyük işlər görür. Onun akademiyanın Fəxri Fərmanı ilə təltif olunması böyük nüfuzdur, bu, sizin fəaliyyətinizə bir ehtiramdır”.

Sonda Nizamişünaslıq şöbəsinin əməkdaşı Təhminə Bədəlova Nizami Gəncəvinin şeirlərindən səsləndirib.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Akademik İsa Həbibbəyli “Nizami Gəncəvi” medalı ilə təltif olunub

Humanitar elmlər
“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

“Yaşayan Nizami Gəncəvi” konfransı keçirilib

Gəncə, Humanitar elmlər
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı o ...

Yeni nəşrlər, Humanitar elmlər
Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Akademik İsa Həbibbəyli: “AMEA “Nizami Gəncəvi İli” çərçivəsində mühüm nail ...

Humanitar elmlər
NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

NİZAMİ GƏNCƏVİ XƏZİNƏSİNİN DƏRİNLİKLƏRİNDƏN BƏRQ VURAN İNCİLƏR HAQQINDA DÜŞ ...

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Humanitar elmlər, Turan
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablar ...

İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablar ...

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", Turan
Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Azərbaycanlı alimin məqaləsi Gürcüstan mətbuatında

Humanitar elmlər, "Zirvə", Ədəbi əlaqələr
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutu ilə  Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Ədəbiyyat İnstitutu ilə Avrasiya Türk Araşdırmaları İnstitutu arasında anl ...

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Ədəbiyyat İnstitutunda “Pakistan ədəbiyyatı mərkəzi”nin açılışı olub

Humanitar elmlər
Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Andorrada Nizami Gəncəvinin 875-ci ildönümünə həsr olunmuş sərgi keçirilib

Diaspora
“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

“Kitabi-Dədə Qorqud” Pakistanda urdu dilində çapa hazırlanır

Humanitar elmlər, Dünya
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
Gülnar Səma şöbə müdiri təyin edilib

Gülnar Səma şöbə müdiri təyin edilib

Humanitar elmlər
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları təltif edilib

Rəsmi Xəbərlər, Humanitar elmlər, Təbriklər
“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

“İslam Həmrəyliyi İli” Azərbaycan tarixində əlamətdar hadisədir

"Zirvə"
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
Rəy yazın: