Professor Arif Quliyev 85 illik yubileyini qeyd edir

Professor Arif Quliyev 85 illik yubileyini qeyd edir TƏBRİK EDİRİK!..

Ötən ilin sentyabr ayında ilk görüşümüz onun kabinetində oldu. Öncədən qiyabi tanısam da haqqında yetərincə məlumatım yox idi. İnternetin axtarış proqramı üzərindən adını və soyadını aradım. Eyni ad və soyadlı neftçi, hüquqşünas, professor, xalq artisti, publisist, hətta digər sənət-peşə sahiblərinə təsadüf olunsa da, onun haqqında ən yığcam bir qeydə, yazıya rast gəlmək müşkülə çevrildi. Layiq olduğuna rəğmən çağdaş və nimdaş ensiklopediyalarda, soraq-məlumat toplularında, təqvimlərdə ən adi informasiya belə qəhətə çıxmışdı...

Qalın, bəyaz qaşlarının altından parlayan bir cüt dərinmənalı, sual dolu gözlərini üzümə zilləyərək: Arif Səfiyev sizin haqqınızda mənə çox danışıb... – deyə dərin bir pauza verdi. Əslində o mənalı pauzası ilə mənə işarə edirdi ki, kristal saflığı, xeyirxahlığı, ədalətliliyi, prinsipallığı, peşəkarlığı ilə tanınan, dövlətçiliyə sadiq Arif Səfiyevin uzun illər rəhbərlik etdiyi şöbəyə gəlmisiniz... Onun ənənələrini davam və inkişaf etdirə biləcəksinizmi?!


Pauzadan sonra rəhbərliyin tapşırığı ilə bir şikayət məktubunda qaldırılan problemə toxundu, araşdırılacaq materialın istiqamətini müəyyənləşdirdi, çoxillik təcrübəsinə söykənərək tövsiyələrini sərgilədi. Fikir mübadiləsi, mübahisəli məsələlərdə müdrik və məntiqli düşüncələri, həyati misallardan yerli-yerində istifadə etməsi onu daha yaxından tanımağıma köməklik göstərirdi.

Eyni qurumda işləsək də sıx-sıx olmayan görüşlərimizin birində esselər yazdığını, bu bədii nümunələri vaxtilə ilk olaraq Arif Səfiyevə oxuduğunu bildirdi. Doğrusu, texnika elmləri doktoru, professor, Azərbaycanın dövlət mükafatı laureatı, Rusiya Tibbi Texnika Akademiyasının akademiki Arif Quliyevin ilk baxışdan bədii yaradıcılıq sahəsindəki istedadı məni təəccübləndirdi. Ən azı ona görə ki, Azərbaycanın dövri mətbuatından mənə belə bir imza tanış deyildi... Bu missiyanın mahiyyəti, məramı mənə xeyli gec məlum oldu... O bir qədər fikirləşdikdən sonra tərəddüdlərə son qoydu və qəti qərara gələrək Moskvada nəşr edilmiş bir neçə esse kitabını mənə bağışladı...

Arif Zülfüqar oğlu Quliyev - əslən Qarabağdandır, nəsil-nəcabət etibarilə Şuşanın isteblişmentinə, elitar dairəsinə mənsub olub. Tale elə gətirib ki, özü düz 85 il əvvəl – 3 fevral 1934-cü ildə Aşqabad şəhərində müəllim Zülfüqar Məhərrəm oğlunun ailəsində dünyaya göz açıb, orta məktəbi də doğulub boya-başa çatdığı şəhərdə bitirmişdir.

1957-ci ildə Fərqanə Dövlət Pedaqoji İnstitutunun Fizika fakültəsini fərqlənmə diplomu ilə başa vurduqdan sonra 23 yaşlı Arif Zülfüqar oğlu Azərbaycana gəlmiş, iyirmi ildən çox Respublika Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. O burada kiçik elmi işçidən Təc­rübə zavodu xüsusi konstruktor bürosunun direktoru vəzifəsinədək yüksəlmiş, uğurlu həyat yolu keçmişdir. Elmin sirli-sehirli aləminə baş vurmuş, o vaxtlar SSRİ məkanında məxfilik qrifi altında mühafizə edilən fizikanın açılmamış qatlarını araşdırmış, uğurlu nəticələrə nail olmuşdur. Səmərəli elmi tədqiqatlarının nəticəsində 1971-ci ildə - 37 yaşında texnika elmləri doktoru elmi dərəcəsi və 1972-ci ildə professor elmi adı alıb.

Azərbaycan KP MK və Nazirlər Sovetinin 27 aprel 1972-ci il tarixli qərarı ilə AEA Fizika İnstitutunun beş əməkdaşı ilə müştərək Arif Zülfüqar oğlu Quliyev "Mürəkkəb yarımkeçirici birləşmələrin alınması, xassələrinin tədqiqi və onların əsasında müxtəlif çeviricilərin (termoelektrik, aşırıcı və yaddaşlı cihazların, lazer və spontan şüalanma mənbələrinin, qəbuledicilərinin və modulyatorlarının) yaradılması” adlı elmi tədqiqat əsərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görül­üb. Bu böyük və nüfuzlu mükafata sahiblənmək sabiq sovet respublikaları arasında ilk hadisə idi. Ümummilli lider Heydər Əliyev o vaxt ölkənin ilk dövlət mükafatını ən gənc elmlər doktoru və professoruna təqdim edib. İftixar hissi yaşadan bu hadisə Azərbaycanın dövlət müstəqilliyi istiqamətində cəsarətli addım olmaqla yanaşı, həm də o dövrün gənc və istedadlı alimlərinə dövlət tərəfindən verilən yüksək dəyər və qayğı nümunəsi idi.

Elm və texnika sahəsində Azərbaycan Dövlət Mükafatı Komitəsinin sədri, akademik Murtuza Nağıyev "Elmi axtarışların geniş üfüqləri” ("Kommunust” qəzeti, 29.04.1972) adlı müsahibəsində tədqiqat işinin elmi mahiyyətini xüsusi vurğulayaraq deyirdi: "Fizika İnstitutunda yarımkeçirici elektronika sahəsində aparılan tədqiqatlar respublikamızın hüdudlarından çox-çox uzaqlarda geniş şöhrət qazanmışdır. Bu tədqiqatlar əsasında alimlər bir sıra yarımkeçirici materiallar, cihazlar və qurğular yarada bilmişlər. Əlahiddə dəniz özüllərini katodla qorumaq üçün cihaz, tibbi-bioloji tədqiqatlar üçün aparatlar, tibbi məqsədlər üçün yarımkeçirici-soyuducu qurğular silsiləsi bu qəbildəndir.

Fizika İnstitutunda ilk dəfə olaraq bəzi mürəkkəb materialların dəyişdirilməsi və yadda qalması effekti aşkara çıxarılmışdır ki, bunun da sayəsində prinsip etibarilə yeni idarə olunan diodlar yaratmaq mümkün olmuşdur.

Mürəkkəb yarımkeçirici birləşmələrin əldə edilməsi, onların xassələrinin öyrənilməsi və bunun əsasında müxtəlif çeviricilərin yaradılması ilə bağlı olan bu işlər kompleksi üçün Fizika İnstitutu əməkdaşlarının bir qrupu – texnika elmləri doktoru Arif Zülfüqar oğlu Quliyev və fizika-riyaziyyat elmləri namizədləri ... texnika sahəsində Dövlət mükafatına layiq görülmüşlər”.

Akademik Murtuza Nağıyevin tədqiqat işi haqqındakı yığcam və dolğun düşüncələrində elmi yeniliyin tutumu və beynəlxalq miqyaslı əhəmiyyəti yetərincə aydın ifadə olunub.

Professor Arif Quliyev 1978-ci ildə Moskva şəhərinə, SSRİ Elektro-Texnika Nazirliyinin "Kvant” Elmi-İsteh­salat Birliyində şöbə müdiri vəzifəsinə dəvət olundu. O, burada dövlət müstəqilliyimizin bərpa edildiyi vaxta – 1991-ci ilə qədər məxfi istehsalat sahəsində çalışdı, bir sıra ixtiralarına görə patent aldı.

1991-1994-cü illərdə isə Yeni Texnologiyalar İnstitutunda rəhbər vəzifələrdə fəaliy­yət göstərdi.

Arif müəllim ölkəmiz üçün çətin olan vaxtlarda, xüsusilə 1994-2003-cü illərdə Azərbaycan Aero-Kosmik Agentliyinin direktor müavini, direktorun müşaviri vəzifələrində çalışdı, bilik və bacarığını gənc, müstəqil respublika üçün böyük gələcəyi olan aero-kosmonavtika sahəsinə həsr etdi.

Qürurlandırıcı faktdır ki, professor Arif Quliyev 1992-ci ildə Rusiya Tibbi Texnika Akademiyasının akademiki, 1996-cı ildə isə Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçildi.

Onun taleyi, həyat yolu 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası ilə sıx bağlıdır. Uzun illərdir ki, AAK-da Rəyasət Heyətinin üzvü, baş elmi katib, hazırda isə bu qurumun aparat rəhbəridir.

Uzun illər Ali Attestasiya Komissiyasına rəhbərlik etmiş akademik Arif Mehdiyev həmkarı, professor Arif Quliyev haqqında yazırdı: "A.Z.Quliyev AAK-da işlədiyi müddət ərzində işgüzar, bacarıqlı, prinsipal, səriştəli bir işçi kimi özünü tanıtmaqla kollektivin xüsusi hörmətini qazanmışdır. Özünə və rəhbərlik etdiyi şöbələrin işçilərinə qarşı ciddi olmaqla yanaşı, səmimidir. Rəyasət Heyətinin və Kollegiyanın iclaslarına hazırlıq və onların yüksək səviyyədə keçirilməsinə məsuliyyətlə yanaşır. Xidmətində ciddi və qayğıkeşdir. Daxili intizamın qorunmasında tələbkardır. İşdəki nöqsanları vaxtında aşkar edir və onların tez bir zamanda aradan qaldırılmasına səy göstərir. Kollektivin ictimai işlərində yaxından iştirak edir”.

Akademik Arif Mehdiyevin professor Arif Quliyev haqqında düşüncələri alimin iş dünyası, görünən tərəfi barədə gerçəkliyə söykənən ictimai portretidir. Müşahidələrə əsasən söyləmək olar ki, Arif Zülfüqar oğlunun iş dünyası ilə paralel, eyni zamanda mübhəm, sirli-sehirli bir iç dünyası da var. Çalışdığı sahələrlə bağlı məxfi məlumatların böyük bir hissəsi bu gün aktuallığını, gizlinliyini itirsə də, o ürəyində dəfn etdiyi sirləri sirdaşları ilə də bölüşmək təşəbbüsündə bulunmur. Ciddi məxfiliyə malik elmi sirlərin yarım əsrdən çox daşıyıcısı olan bir insanın, alimin həssas ürəyini qorumaq məqsədilə bədii yaradıcılıqla məşğul olması güman edirəm ki, başadüşüləndir.

Arif müəllimin müxtəlif illərdə Moskvada nəşr etdirdiyi "Qadın gözəlliyi haqqında söz”, "İştah”, "Badalaq” və b. yığcam həcmli esse kitabçaları onun fəlsəfi düşüncələrinin, poetik müşahidə qabiliyyətinin təzahürü olmaqdan daha çox, məzmun və formanın vəhdəti, bənzərsiz biçim axtarışları baxımından da əbədi-nəzəri düşüncəmizə təravət, yeni ovqat gətirə biləcək bədii detallarla zəngindir.

Professor Arif Quliyevin məxfilik qrifi altında çətirlənmiş həm elmi-tədqiqat işləri, həm də ədəbi-bədii nümunələri yeni nəslin araşdırıcıları üçün əlçatan, açıq olmalıdır. Onun həyatı və elmi yaradıcılığı çağdaş gənclik üçün bənzərsiz örnək, tarixi nümunədir.

Azərbaycan elminin görkəmli nümayən­də­lərindən biri, mənalı və dolğun həyatını ölkəmizin tex­niki tərəqqisinə, yüksək ixtisaslı elmi kadrların attes­tasiyasına həsr etmiş, fizika və tibbi texnika sahəsində yüzdən çox məqalənin və patentin müəllifi, Azərbaycanın dövlət mükafatı laureatı, Rusiya Tibbi Texnika Akademiyasının akademiki, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Arif Zülfüqar oğlu Quliyevin 85 yaşı tamam olur.

Səmimiyyəti, ləyaqəti, həssaslığı, diqqətcilliyi, qayğıkeşliyi, təvazökarlığı ilə tanınan və sevilən
Arif Zülfüqar oğlunu 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi və bədii yaradıcılığında uğurlar arzulayıram.


Asif Rüstəmli
filologiya elmləri doktoru, professor

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Allah rəhmət eləsin!.. Akademik Arif Şəfaət oğlu Mehdiyev...

Elm, Nekroloqlar
Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-me ...

AzTU, Elanlar
AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU-da professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş ...

AzTU
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ARİF MÜƏLLİM!..

AzTU, Təbriklər
Professor Nizami HƏSƏNLİ (1941)

Professor Nizami HƏSƏNLİ (1941)

"XXI əsrin Ziyalıları", Bolus, Turan, Diaspora
ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

ALLAH RƏHMƏT ELƏSİN, Akademik MAQSUD ƏLİYEV!..

Digər bölmələr, Tiflis, Nekroloqlar
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov Elm və Ali Təhsil üzrə Dövlət Agentliy ...

Nazirlik, Təbriklər
Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub

Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub

Avropa, Diaspora
Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Akademik Zahid Xəlilovun kitabı Moskvada təkrar nəşr olunub

Digər bölmələr, Rusiya
ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

ALLAH RƏHMƏT ELƏSİN, ABDULLA MEHRABOV!..

Borçalı, Bolus, Nekroloqlar
RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

RUHUN ŞAD OLSUN, ARİF ƏLİYEV!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Birinci Xanım - Mehriban Arif qızı Əliyeva

Prezident
Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Professor Elton Məmmədov İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akade ...

Elm, "Zirvə", Dünya, Təbriklər
Professor Asəf ZAMANOV

Professor Asəf ZAMANOV

ADPU, "XXI əsrin Ziyalıları", Təbriklər
AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

AzTU-nun professoru Rusiya elmi jurnalının redaksiya heyətinin üzvü seçilmi ...

Azərbaycan, Təbriklər
Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Tanınmış ədəbiyyatşünas-alim Nərgiz Paşayeva AMEA-nın həqiqi üzvü - akademi ...

Humanitar elmlər
“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti  ...

“İnnovasiya fəaliyyəti və elmin kommersiyalaşdırılması” mövzusunda növbəti ...

Elm
Professor YAŞAR NAZIYEV (1933-2010)

Professor YAŞAR NAZIYEV (1933-2010)

Bolus
TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

TƏBRİK EDİRİK!.. Professor Havar MƏMMƏDOV -70

Əsas xəbər, Elm, AzTU
Rəy yazın: