Xətai Sabit SÜLEYMANLI: "RUSİYA-UKRAYNA MÜHARİBƏSİ DÖVRÜNDƏ AZƏRBAYCANIN CƏNUBİ QAFQAZDA TRANZİT ÖLKƏ KİMİ ROLU" Elmi Məqalələr, BDU 13 февраля 2023 1679 0 1 2 3 4 5 Xətai Sabit SÜLEYMANLI,BDU-nun Konfliktologiya ixtisası üzrə Ⅱ kurs magistrantı[email protected]RUSİYA-UKRAYNA MÜHARİBƏSİ DÖVRÜNDƏ AZƏRBAYCANIN CƏNUBİ QAFQAZDA TRANZİT ÖLKƏ KİMİ ROLUAçar sözlər: tranzit, nəqliyyat, Rusiya-Ukrayna müharibəsi, Zəngəzur dəhlizi, “Şərq-Qərb”, “Şimal-Cənub”, Cənubi QafqazMəqalədə Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətindən, xüsusilə Rusiya-Ukrayna müharibəsi dövründə diqqət mərkəzinə çevrilməsindən bəhs edilir. Azərbaycanın iştirak etdiyi və müəllifi olduğu tranzit layihələrin müasir siyasi şəraitdə əhəmiyyətinin artması göstərilmişdir. Bakı-Tbilisi-Qars, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin region və dünya üçün əhəmiyyəti təhlil edilmiş, eyni zamanda da mühüm strateji və iqtisadi əhəmiyyəti ilə seçilən Zəngəzur dəhlizinin aktuallığı da göstərilmişdir.Ключевые слова: транзит, транспорт, Русско-Украинская война, Зангезурский коридор, “Восток-Запад”, “Север-Юг”, Южный КавказВ статье говорится о значении Азербайджана как транзитной страны, о том, как он стал центром внимания, особенно во время российско-украинской войны. Было показано, что транзитные проекты, в которых участвует и является автором Азербайджан, имеют все большее значение в современных политических условиях. Проанализировано значение для региона и мира транспортных коридоров Баку-Тбилиси-Карс,“Север-Юг”, “Восток-Запад”, а также показана актуальность Занге-зурского коридора, который отличается важным стратегическим и экономическим значением.Keywords: transit, transport, Russian-Ukrainian war, Zangazur Corridor, "East-West",” North-South", South CaucasusThe article deals with the importance of Azerbaijan as a transit country, especially during the Russian-Ukrainian war, when it became the center of attention. Azerbaijan's participating and authored transit projects have been shown to increase in importance in modern political conditions. The importance of the Baku-Tbilisi-Kars, “North-South”, “East-West” transport corridors for the region and the world was analyzed, as well as the relevance of the zangazur corridor, which is distinguished by its important strategic and economic importance.Azərbaycan Avropa və Asiyanı birləşdirən qovşaqda yerləş-məklə mühüm strateji-coğrafi mövqeyə və zəngin resurslara malikdir. Bu, müxtəlif dövr və tarixi inkişaf mərhələlərində ol-duğu kimi bu gün də əhəmiyyətini saxlayır. Son illərdə bey-nəlxalq münasibətlər sistemində baş verən hadisələr Azərbay-canın dünyanın aparıcı dövlətlərinin və siyasi institutlarının diqqət mərkəzinə çevrilməsinə səbəb olmuşdur. Azərbaycan tranzit ölkə kimi müasir beynəlxalq münasibət-lərdə baş verən hadisələr konteksində aktuallığa malikdir. Təsa-düfi deyil ki, Rusiya-Ukrayna müharibəsi dövründə Rusiyaya tətbiq edilən sanksiyalar, Qərbin Rusiyadan enerji asılılığını azaltmaq istəyi diqqətin Azərbaycana yönəlməsinə gətirib çı-xarmışdır. Buna səbəb Azərbaycanın Qərbin enerji təhlükəsizli-yinə təminat verəcək potensiala sahib olması, eyni zamanda da, bir sıra uğurlu tranzit və enerji layihələrinin təşəbbüskarı və iştirakçısı kimi çıxış etməsidir. Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artıran uğurlu layihələrdən biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. 2017-ci ildən istifadəyə verilən bu xətt strateji əhəmiyyətə malikdir. Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizidir və Azərbaycanın tarixi İpək Yolu üzərindəki tranzit əhəmiyyətinin müasir dövrdə aktuallığını bir daha əks etdirir. [5]Rusiya-Ukrayna müharibəsinin getdiyi bir vaxtda Qərbin Rusiyadan enerji asılılığını azaltmaq və bunun üçün digər alter-nativlərin tapılması istəyi Azərbaycanın əhəmiyyətini artırmış-dır. Bu məsələdə Azərbaycan həm zəngin enerji potensialına sahib olması, həm də ötürülməsi üçün mühüm tranzit ölkə olaraq əhəmiyyətə malikdir. Müharibə başladıqdan sonra Qərb dövlətləri və bir sıra beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan hökumət rəsmiləri ilə bu barədə danışıqlar apar-mışlar və bu proses davam etməkdədir. Bunlardan biri də Azər-baycan, İran və Türkmənistan arasında 2021-ci il noyabrın 28-də qaz mübadiləsinə dair imzalanmış sazişdir (SWOP). [1] Belə ki, bu sazişə görə, Azərbaycan İran vasitəsilə Türkmənistandan qaz əldə edəcək. 2022-ci ilin yanvarından fəaliyyətə başlayan bu layihə eyni zamanda, təbii qazın Avropaya nəql olunmasında Azərbaycanın əhəmiyyətini artırmışdır. Belə ki, Azərbaycan Türkmənistandan İran vasitəsilə əldə etdiyi qazı TANAP və TAP kəmərləri vasitəsi ilə Avropaya ötürə bilər. Bir çox siyasətçilərin və ekspertlərin fikrincə, Azərbaycan Türkmənistan qazını əldə etməklə Avropaya ötürə bilər, eyni za-manda da Türkmənistandan əldə edilən qaz hesabına qaz ixra-catını artıra bilər. ABŞ-ın “Trans-Caspian Resources” şirkəti də Türkmənistana bu barədə təklif irəli sürmüşdür. “Caspian Con-nector” adlandırılan bu layihə Qərb dövlətləri tərəfindən rəğbətlə qarşılanır. Şirkətin rəhbəri Allan Mustard irəli sürdüyü layihənin əhəmiyyətindən bəhs edərkən onun Transxəzər layihəsindən daha az xərclərə səbəb olacağını vurğulamışdır. [3]İran üçün də iqtisadi və siyasi baxımdan səmərəli olan bu layihə həmçinin, İran və Rusiya tərəfindən narazılıqla qarşılanan Transxəzər layihəsini bir daha gündəmə gətirməkdədir. Bəzi ekspertlər hətta bu sazişi Transxəzər layihəsinin tərkib hissəsi hesab edirlər. Lakin bu sazişin Rusiya-Ukrayna müharibəsi dövründə Avropa üçün faydalı olmayacağını iddia edənlər də az deyil. Belə ki, Atlantik Şurasının Qlobal Enerji Mərkəzində qeyri-rezident baş elmi işçi və BMT-nin Avropa İqtisadi Komissiyasının qaz üzrə ekspertlər qrupunun üzvü Con Roberts və BP-nin Cənub-Şərqi Avropa və Xəzər regionunda qaz ba-zarları üzrə ixtisaslaşmış keçmiş iqtisadçısı, hazırda Oksford Enerji Tədqiqatları İnstitutunun baş tədqiqatçılarından olan Cu-lian Boudenin dediyinə görə, Türkmənistan ABŞ diplomatlarını məlumatlandırıb ki, o, bəzi əhəmiyyətli türkmən qazı axınının Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa bazar-larına tranziti üçün layihədə maraqlı deyil. Qeyd olunan eks-pertlər Türkmənistanın uzunmüddətli müqavilə quruluşunu tələb edəcəyini bildirirlər. Bu isə Avropanın tələbləri ilə Türkmə-nistanın istəkləri arasında uyğunsuzluq yaradır. Türkmənistanın əhəmiyyətli dərəcədə daha çox qaz hasil etmək potensialı var, lakin qısa müddətdə 5-10 milyard kubmetrdən çox qazın ixracı müvafiq boru kəməri infrastrukturunun genişləndirilməsinə əhə-miyyətli investisiya tələb edəcək. Türkmənistanla mümkün variantların reallaşdırılması üçün texniki və kommersiya məsə-lələrinin aydınlaşdırılmasına ehtiyac yaranır. [4]Qeyd edək ki, Türkmənistan Çin və Rusiyaya da qaz ixrac edir. Bundan başqa, Aİ ölkələrinin qaz təminatının 40%-ni verən Rusiya da bu layihədən məmnun olmayacaq. Lakin bütün bunlar hazırda dünyada baş verən hadisələrin gedişi konteksində Azərbaycanın tranzit əhəmiyyətinin aktuallığını inkar etmir. Xüsusilə də, qərb dünyası 2030-cu ilə kimi Rusiyadan enerji asılılığını azaltmağı hədəfləyir ki, bu hədəfə çatmaq üçün hazırlanan planlar içərisində də əsas çıxış yolu kimi Azərbaycan nəzərdə tutulur. [4]Dekabrın 14-də Türkmənbaşı şəhərində Türkmənistan Azər-baycan və Türkiyə dövlət başçılarının və hökümət nümayən-dələrinin görüşü keçirilmişdir. Bu görüşdə Prezident İlham Əli-yev Azərbaycanın tranzit əhəmiyyətinin artdığını bir daha qeyd etmişdir. Çıxışında İ. Əliyev bildirmişdir ki, 2022-ci ilin ilk on ayı ərzində Azərbaycan ərazisindən keçən ümumi tranzit daşı-malarının həcmi əvvəlki illə müqayisədə 80%-dən çox artmışdır. [6] Hər üç dövlət arasında nəqliyyat və enerji sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Bu bir daha sözügedən əməkdaşlıq çərçivəsində Azərbaycanın əhəmiyyətinin artdığının bariz nümunəsidir. Bununla yanaşı, bu anlaşma memorandumu SWOP sazişinin gələcək perspektivləri üçün də zəmin yaradır. [2]Vurğulamaq lazımdır ki, Azərbaycan tranzit ölkə kimi təkcə Qərbin deyil, region ölkələrinin, həmçinin, Rusiyanın da diqqət mərkəzindədir. Hazırkı siyasi şərait və həyata keçirilmiş müvəf-fəqiyyətli layihələr Azərbaycana olan marağı daha da artırmışdır. Azərbaycanın Cənubi Qafqazda tranzit əhəmiyyətini sübut edən uğurlu layihələr içərisində “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliy-yat dəhlizləri də özünəməxsus yer tutur. Prezident İlham Əliyev noyabrın 25-də ADA-da keçirilən beynəlxalq konfransda qeyd olunan nəqliyyat layihələrinin son günlərdə əhəmiyyətinin artdı-ğını, həm region, həm də dünya ölkələrinin marağının Azərbay-cana yönəldiyini bir daha diqqətə çatdırmışdır. [5]Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaq-larını işğaldan azad etmiş və bu ərazilərin bərpası istiqamətində mühüm işlər görülməkdədir. Torpaqlarımızın azad edilməsi ilə siyasi, iqtisadi və strateji baxımdan əhəmiyyətli olan nəqliyyat dəhlizi – Zəngəzur dəhlizinin açılması və gələcək perspektivləri üçün geniş imkanlar yaranmışdır. Müharibənin yekununda im-zalanmış Üçtərəfli bəyanatın IX bəndi Zəngəzur dəhlizinin açıl-masını hüquqi baxımdan əsaslandırır. Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirən nəqliyyat qovşağıdır. Bununla ya-naşı, bu dəhliz geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi Naxçıvandan Türkiyəyə, oradan da qərb dövlət-lərinə çıxış imkanı yaradacaqdır. Qərb dövlətləri və türk dünyası ilə birbaşa əlaqələri təmin etməklə yanaşı, Zəngəzur dəhlizi Ru-siyanın İran, Türkiyə, Ermənistanla birbaşa dəmir yolu əlaqəsinin qurulmasına imkan verəcəkdir. Bu dəhliz region ölkələri arasında iqtisadi əlaqələrin qurulmasında mühüm vasitəyə çevriləcək. Cənubi Qafqaz və region ölkələrinin 3+3 formatında əməkdaş-lığında da Zəngəzur dəhlizi xüsusi əhəmiyyət kəsb edir. [7]Bu gün Ukrayna-Rusiya müharibəsinin getdiyi bir vaxtda Zəngəzur dəhlizinin təkcə region və qonşu dövlətlər üçün deyil, qərb dövlətləri üçün əhəmiyyəti artmışdır. Zəngəzur dəhlizi Azərbaycanın həm regionda, həm də dünyada kimi iqtisadi və strateji əhəmiyyətini artıran mühüm nəqliyyat qovşağı kimi müharibədən əvvəl də diqqət mərkəzində idi. Lakin, Rusiya-Ukrayna müharibəsi gedişində Çindən Avropaya gedən və Ru-siyadan da keçən ənənəvi marşrut xətlərinin bir hissəsi istifadə edilmir. Bu da Zəngəzur dəhlizinin əhəmiyyətinin artmasına gə-tirib çıxarmışdır. Beləliklə, Prezidentin də vurğuladığı kimi, bu dəhlizin reallaşmasından hər bir ölkə qazana bilər. Bunun üçün ilk növbədə sülh və sabitlik təmin edilməlidir. [8]Azərbaycanın yerləşdiyi strateji mövqeyi ilə tranzit ölkə kimi həm region, həm də dünya dövlətləri üçün əhəmiyyətli bir mərkəzə çevrilmişdir. Adlarını qeyd etdiyimiz və digər mühüm nəqliyyat və enerji layihələri ilə mühüm nailiyyətlərə imza atmaqdadır. Burada məlum olduğu kimi, bir-birinə zidd olan siyasi güclərin maraqları kəsişməkdədir. Azərbaycan bu baxım-dan təhlükəsizlik, sülh və sabitlik şəraitində həm regional, həm də beynəlxalq əməkdaşlığa çalışır.Ədəbiyyat:1. https://report.az/energetika/iran-azerbaycan-ve-turkmenistan-arasinda-qaz-mubadilesi-sazisi-imzalanib/2. https://sea-news.az/2021/10/29/us-company-proposes-turkmenistan-to-build-caspian-connector-pipeline/3. https://turkmenportal.com/en/blog/45693/the-main-part-of-the-transcaspian-connector-project-is-estimated-at-400-million-usd4. https://intellinews.com/analysts-say-turkmenistan-told-us-diplomats-it-s-not-interested-in-caspian-gas-to-europe-connector-project-wants-major-pipeline-265227/5. https://www.yeniazerbaycan.com/Gundem_e77437_az.html6. https://apa.az/az/official-news/turkmenbasi-seherinde-azerbaycan-turkiye-ve-turkmenistan-prezidentlerinin-genis-terkibde-gorusu-kecirilib-7373727. https://www.azerbaijan-news.az/az/posts/detail/zengezur-dehlizi-hokmen-acilacaq-16698443658. https://ereforms.gov.az/az/ekspert-yazilari/zengezur-dehlizinde-region-olkelerinin-de-maragi-yuksekdir-59ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.