Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu

Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın roluDialekt və şivələrin öyrənilməsi, hər tərəfli şəkildə tədqiq edilməsi ədəbi dili linqvistik müqayisə müstəvisində öyrənmək baxımından da çox yaxşı material verə bilir. Dialekt və şivə sözlərində millilik çaları, ayrı-ayrı-anlayışların müxtəlif lüğəvi vahidlərlə ifadə imkanları daha geniş olur. Eyni zamanda Azərbaycan dilinin dialekt və şivə leksikası etntolinqvistik xarakter daşıyır. Müasir Azərbaycan ədəbi dili cilalalanmış, müəyyən mənada qəlibə salınmış, ədəbi dil normalarına tabe olduğu halda, dialekt və şivələrdə bir sərbəstlik özünü göstərir və bəzi hallarda nitq prosesində fikri daha sadə, obrazlı, şirin ifadə etmək üçün daha geniş imkanlar verir. Ona görə də dialektələrin tədqiqi bu və ya digər bir dil üçün xüsusi əhəmiyyət kəsb edir. Bu mənada E.Əzizovun fikirləri xüsusi aktuallıq kəsb edir. O yazır ki, dialektlərin tarixi öyrənildikcə ədəbi dil faktı, bütünlükdə ədəbi dil mənzərəsi daha aydın, daha bütöv görünəcəkdir. Ədəbi dil tarixində, normanın təkamülündə dialektlərin rolu məsələsi məhz tarixi dialektologiyanın nailiyyətləri əsasında dəqiq müəyyənləşdirilə bilər. Nəhayət, ayrı-ayrı dillərin tarixi dialektologiyasının yaradılması işi bizi kökdilin öyrənilməsi məsələsinə daha artıq yaxınlaşdıracaqdır.
Dialektologiya ilə bağlı aparılan istənilən tədqiqat işi dilin tarixinin öyrənilməsi istiqamətində atılmış uğurlu bir addım kimi dəyərləndirilməlidir.
Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixli Sərəncamına əsasən qəbul olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında da “Türk dillərinin fonetika, leksika və qrammatikasının müqayisəli tədqiqi sahəsində işlərin intensivləşdirilməsi, ortaq əlifba, terminologiya və ədəbi dillə bağlı birgə layihələrin hazırlanması” (6.3.3-cü maddə), “Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi” (6.3.5-ci maddə) ilə bağlı müvafiq maddələr öz əksini tapmışdır.

Ümumtürk dilləri dialekt və şivələrinin tədqiqində Mahirə Hüseynovanın rolu Bu baxımdan professor Mahirə Hüseynovanın “Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası” monoqrafiyası (Bakı, ADPU nəşriyyatı, 600 səh.) xüsusi aktuallığa malikdir. Demək olar ki, bu əsər öz elmi tutumuna, sanbalına görə həm tarixi, həm təsviri, həm də müqayisəli dialektologiyanın tədqiq edilməsinə böyük töhfədir. Belə ki, monoqrafiyada türk dillərinin, xüsusən də Oğuz və Qıpçak qrupunun zəngin dialektlər sistemi araşdırılır və onların yayılma arealları linqvistik təhlil süzgəcindən keçirilməklə yanaşı, həmin dil vahidlərinin leksik, semantik-qrammatik strukturu, eləcə də konseptual məna yükü, oxşar və fərqli cəhətləri müqayisəli-tarixi aspektdə tədqiq olunmuşdur.
Monoqrafiya 7 fəsildən ibarətdir. Birinci fəsil “Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” adlanır. Müəllif burada akademiklərdən M.Şirəliyev, A.Axundov, T.Hacıyev, professorlardan F.Zeynalov, H.Mirzəyev, E.Əzizov, B.Əhmədov, İ.Kazımov, M.Məmmədli, H.Əsgərov, Ə.Tanrıverdi, B.Xəlilov və K.Bəşirovun dialektoloji tədqiqatlarını ümumtürk dillərinin dialekt və şivələrinin müqayisəsi müstəvisində tədqiq etmiş, onların fikirlərinə müqayisəli şəkildə münasibət bildirmiş, eyni zamanda “Naxçıvan MSSR-in dialekt və şivələri” əsərindəki dialektoloji materialları təhlil etmişdir.
İkinci fəsildə ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası məsələlərindən bəhs olunur.
Üçüncü fəsil isə “Türkcələrin dialekt bölünməsi” adlanır. Burada türk, Azərbaycan, qırğız, qumuq, dolqan, yakut, kaşqar, krım-tatar, özbək, karaim, şor, tofalar, tuva, kazan, başqırd, altay, xakas, çuvaş, türkmən, qaqauz, axısqa, qazax, qaraqalpaq, noqay, qaraçay-balkar, uyğur və salar dillərinin dialektləri nəzəri və parktik aspektdən şərh olunur.
Dördüncü fəsil də ümumtürk dillərinin dialekt və şivələrinin fonetik sistemi, sait və samit səslərin fonematik xüsusiyyətləri, onların xarakteristikası, səs keçidləri, eyni zamanda ümumtürk dillərinin dialekt və şivələrindəki fonetik hadisə və qanunlar konkret dil faktları əsasında ətraflı şəkildə izah edilir.
Beşinci fəsildə isə ümumtürk dilərinin dialekt və şivələrində ümumi qrammatik kateqoriyalardan olan hal, mənsubiyyət, kəmiyyət kateqoriyalarının morfoloji əlamətlərinin qarşılıqlı inteqrasiaya məsələləri, eləcə də bəzi əvəzliklərin, xüsusən də işarə və qayıdış əvəzliklərinin işlənmə xüsusiyyətləri göstərilmiş, feili sifətin morfoloji əlamətləri müqayisə müstəvisində tədqiqata cəlb olunmuş və türk dillərində feili sifət problemi linqvistik müqayisəli şəkildə prof. H.Mirzəyevin yaradıcılığı əsasında tədqiq və təhlil edilmişdir.
Altıncı fəsil isə dialekt və şivə leksikasındakı daha çox müxtəlif adət-ənənələrlə bağlı və bəzi peşə-sənət məzmunu bildirən lüğəvi vahidlərin işlənmə xüsusiyyətləri ilə bağlıdır. Burada da əsasən, tayfa, nəsil adları, qohumluq münasibəti, təsərrüfat terminləri, toy mərasimi, yemək və içki adları, coğrafiya terminləri və atçılıqla bağlı sözlər ümumtürk dilləri dialekt və şivələrinin müqayisəsi müstəvisində inteqrativ şəkildə nəzərdən keçirilir.
Məlumdur ki, tarixi dialektologiya üçün dilçilik coğrafiyası, onomastika, folklor nümunələri və başqa türk dillərinin materialları, yazılı abidələr və s. əsas mənbələrdən hesab olunur. Bu cəhətdən də sonuncu fəsil böyük aktuallığa malikdir. Çünki burada əsasən bədii əsərlərin, tarixi sənədlərin dilindəki dialektizmlər və onların ümumtürk dillərinə qarşılıqlı inteqrasiyası məsələləri öz əksini tapmışdır.

Əldə olunmuş nəticələr tədqiqat işinin məzmununu ifadə etməklə bərabər maddələr şəklində sistemli formada ümumiləşdirilmişdir.

Gərgin zəhmət və əməyin hesabına ərsəyə gəlmiş bu əsərin, demək olar ki, hər fəsli ayrıca bir sanballı tədqiqat əsəridir. Öz elmi tutumuna, nəzəri və praktik mahiyyətinə görə bu əsər Azərbaycan dilçiliyi ilə bərabər, türkoloji dilçilik üçün də qiymətli elmi mənbə rolunu oynayır. Şübhəsiz ki, dialekt və şivələrlə bağlı aparılacaq gələcək tədqiqatlarda bu monoqrafiya əsas istinad mənbələrindən biri olacaq. Müəllifə gələcək elmi fəaliyyətində yeni yaradıcılıq uğurları arzu edirik.

İlkin Əsgərov
Filologiya üzrə fəlsəfə doktoru,
ADPU-nun Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrasının müəllimi


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

“Naxçıvan dialekt və şivələrinin lüğəti” kitabı işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
“Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dill ...

“Грамматический статус и семантика причастий в тюркских языках” (“Türk dill ...

Yeni nəşrlər, Humanitar elmlər
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Unudulan sözlər yaşad ...

Humanitar elmlər
AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

AYNELİN TÜRKOLOJİ AXTARIŞLARI

Humanitar elmlər
Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub

Çexiyada dosent Aynel Məşədiyevanın kitabı haqqında rəy çap olunub

Yeni nəşrlər, Humanitar elmlər
AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəf ...

Yeni nəşrlər
DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ

Yeni nəşrlər, Naxçıvan
Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının  ...

Akademik Mədəd Namaz oğlu Çobanovun elmi fəaliyyəti haqqında həmkarlarının ...

Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
İlkin Əsgər:

İlkin Əsgər: "Dövlət Proqramının linqvistik əhəmiyyəti"

Elmi Məqalələr, ADPU
AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

AMEA-da Mirzə Kazımbəyin Azərbaycan dilinə tərcümə edilmiş “Türk-tatar dili ...

Humanitar elmlər, İctimai elmlər
ALİMİN YENİ UĞURU

ALİMİN YENİ UĞURU

AzTU

"AZƏRBAYCAN ANTROPONİMİYASININ ƏSASLARI" - 13

Yeni nəşrlər, Elmi Məqalələr, Mədəd Çobanov
Türkoloq Məhəbbət Mirzəliyevanın elmi irsi

Türkoloq Məhəbbət Mirzəliyevanın elmi irsi

Humanitar elmlər, Elmi Məqalələr
AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası keçirildi

Naxçıvan, Elm
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQA ...

Əsas xəbər, Elm, Humanitar elmlər, Elmi Məqalələr, Turan, Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
Salidə ŞƏRİFOVA:

Salidə ŞƏRİFOVA: "PROFESSOR MƏDƏD ÇOBANOV – TÜRK ƏDƏBİ DİLLƏRİNİN TƏDQİQA ...

Əsas xəbər, Humanitar elmlər, Elmi Məqalələr, Tiflis, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, Mədəd Çobanov
MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

MƏDƏD ÇOBANOV VƏ ONOMALOGİYA MƏSƏLƏLƏRİ

TDPİ-nin Azərbaycan bölməsi, ADPU, Mədəd Çobanov
ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ

ÖZ DİLİ VƏ ADI ÜSTÜNDƏ "BİTƏN" ALİM

Borçalı, Darvaz, Mədəd Çobanov
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
Rəy yazın: