Səadət Şahpələngova: ”MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARDA NİTQ İNKİŞAFININ FORMALAŞMASI” Elmi Məqalələr, Uşaq bağçaları 6 сентября 2021 Səadət ŞAHPƏLƏNGOVA,İmişli şəhərindəki 2 saylı uşaq bağçasının müdiri,“Abdulla Şaiq”, "Zirvə" və "Qızıl qələm" mükafatları laureatı,"Xarıbülbül" medallışair-pedaqoqİnsanın mədəniyyətinin ən gözəl göstəricisi şifahi nitqdır.İnsanların bir-birilə ünsiyyət prosesində nitq yaranır. Şifahi nitq savadlı, dəqiq və məntiqli olub, düzgün tələffüz qaydalarını əks etdirməlidir. Odur ki, nitq ünsiyyətindən istifadə etmək üçün,uşaqlar zəngin lügət ehtiyatına malik olmalıdır. Şifahi nitq ana dilinin normalarına uygun olur.Lakin bəzən bu normalar pozulur,nitqdə müəyyən qüsurlar əmələ gəlir.Bu zaman nitq çətinləşir,ünsiyyət vasitəsi kimi istifadəni qeyri-mümkün edir.Tədqiqatlar göstərir ki,hazırda 6 yaşına qədər uşaqların 30%-dən çoxunda təlləffüz nöqsanları var. Bir çoxunda bu nöqsanlar məktəbə gedəndə də onlarda qalır və öz mənfi təsirini təlim-tərbiyə prosesində göstərir.Nitq nöqsanlarını yaradan səbəblər arasında əlverişsiz xarici və daxili faktorları,eləcə də ətraf aləmin ekaloji şəraitini fərqləndirirlər.Psixi və nitq proseslərinin formalaşdırılmasında bioloji və sosioloji amillərin vəhdəti prinsipi, nitq sisteminin yaranmasına, nitq mühitinin, ünsiyyətin göstərdiyi təsiri müəyyən etməyə imkan verir.Nitq mühitinin mənfi təsiri dedikdə, valideynləri lal-kar olan eşidən uşaqların nitq geriliyini misal göstərmək olar. Yaxud kəkələyən uşagın ailəsində onun əsəbi vəziyyəti başa düşülür.Məktəbəqədər yaş dövründə uşaqların nitqi tez zədələnə bilən funksional sistem oldugundan,mənfi təsirlərə asanlıqla məruz qaldıgından,bu dövrdə nitq nöqsanları daha tez özünü göstərir.Məktəbəqədər yaş dövründə ən çox müşahidə olunan nitq nöqsanları:l,r samitlərinin nöqsanlı tələffüzü,nitq sürətinin ləng və ya tez olması,səslərin qarışdırılması və böyükləri yamsılamaq nəticəsində meydana çıxır.Nitqin pozulması,onun inkişafının ən böhranlı mərhələlərində 1 yaşla 2 yaş arasında,3 yaşında və 6-7 yaşlarında baş berə bilər.Uşaq nitqinin patologiyasının səbəbləri aşagıdakılardır:1)Dölün inkişafında olan pozulmalar2)Doğuş zədələri3)Uşaq həyatının birinci ilində keçirdiyi müxtəlif xəstəliklər.4)Kəllənin beyin silkələnməsi5)İrsilik6)Sosial-məişət şəraitinin əlverişli olmaması.Nitq anadangəlmə bacarıq deyildir. O uşahın fiziki və əqli inkişafı ilə paralel şəkildə inkişaf edir.Nitqin inkişaf mərhələləri müxtəlif cür təsnif olunur.Müasir dövrdə istifadə olunan bölgü A.N.Leontyevin mərhələləridir. O nitqin yaranmasını 4 mərhələyə bölür:I - hazırlıq mərhələsi.Bu uşaq anadan olandan 1 yaşa qədər olan dövrü əhatə edir.II - 1 yaşdan 3 yaşa qədərki dövr.III -məktəbəqədər, 6-7 yaşa qədər.IV - məktəb dövrü, 6-7 yaşdan 17 yaşa qədərki dövr.Məktəbəqədər yaşlı uşagın nitq inkişafı prosesinin vaxtında və səlis olması üçün aşagıdakı şərtlər vacibdir:1)Uşaq psixi və somatik cəhətdən sağlam olmalıdır.2)Normal əqli imkanlara malik olmalıdır.3)Uşagın eşitmə və görmə qabiliyyəti normal olmalıdır.4)Kifayət qədər psixi fəallıgı olmalıdır.5)Nitq ünsiyyətinə təlabatı olmalıdır.6)Uşaq normal nitq mühiti ilə əhatə olunmalıdır.Uşagın normal nitq inkişafı olduqda o yeni anlayışları tez qavrayır,ətraf aləm haqqında təsəvvür və bilik ehtiyatlarını zənginləşdirə bilir.Beləliklə,nitq,onun inkişafı bilavasitə təfəkkürün inkişafı ilə bağlıdır.Kiçik yaşlı uşaqların nitqi onun formalaşması mərhələsində səs tələffüzü çatışmamazlıqları ilə fərqlənir.Bu ilk öncə artikulyasiya aparatının üzvlərinin natamam hərəkətləri nəticəsində meydana gəlir,yəni dil,dodaq,yumşaq damaq,aşağı çənənin hərəkətlərinin tam inkişaf etməməsi tələffüs nöqsanlarını yaradır.İkinci səbəb uşaqlarda fonematik qavramanın,eşitmənin formalaşmaması,yəni eşitmə ilə səsləri dəqiq differensiallaşdırmaq bacarıgının tam inkişaf etməməsidir.Buna görə də məktəbəqədər yaş dövrünün başlanmasında uşagın nitqi kifayət qədər təmiz və aydın səslənmir.Məktəbəqədər yaşlı uşaqlar sait səslərin çoxunu geniş yastılanmış dillə,hava axını agızdan dilin ortasına keçməsi ilə tələffüz edirlər.Burada dilin düzgün olmayan vəziyyəti hava axınının istiqamətini dəyişərək səsin tələffüzündə nöqsanlara gətirib çıxarır.Bəzən ailələrdə uşağın danışığını təqlid edərək,onlarla uşaq dilində danışır və bununla da düzgün olmayan tələffüz vərdişləri aşılayırlar.Məsələn:”Gedəy oppalala”,”maşın gəlir düt-düt” və s.Uşaqları çox çətin şeir parçaları əzbərləməyə məcbur etmək olmaz!Bu nitq mexanizminin fizioloji yüklənməsinə gətirib çıxarır və nəticə etibarilə yaşa görə düzgün olmayan tələffüz möhkəmlənir.Uşaq bağçalarında tərbiyəçi-müəllimlər uşaqlarda nitqin formalaşmasına xüsusi fikir verməli və bu prosesə rəhbərlik etməlidirlər.Məşğələ zamanı,gəzinti və rejim proseslərində tərbiyəçilər uşaqların nitqinə nəzarət edib,onların aydın və səlis danışmalarına çalışmalıdırlar.Nitq inkişafı üzrə aparılan işlərdə ən əsas yeri uşaqlarda düzgün səs tələffüzü və diksiyanın formalaşmasına istiqamətlənmiş məşğələ və oyunlara vermək lazımdır.Uşaqlara yanıltmacaların da öyrədilməsi yaxşı nəticələr verir.Məktəbəqədər yaşlı uşaqlarda nitq nöqsanlarının qarşısını almaq və onların aradan qaldırılması məsələlərinin uğurlu həlli üçün qüsurları yaradan bütün faktor və səbəbləri araşdırmaq böyük əhəmiyyət kəsb edir.Bu araşdırmalar uşaq şəxsiyyətinin psixi,anatomik, fiziki xüsusiyyətlərinin diaqnostikasını və pedaqoji-psixoloji tərəflərini əhatə edərək,bütünlükdə nitq fəaliyyətinin pozulmasını bərpa və korreksiya etməsinə xidmət edir.Tədqiqatlar göstərir ki,nitqin hansı komponentinin pozulmasından asılı olaraq nitq nöqsanları 3 qrupa bölünür:1)Nitqin yalnız fonetik tərəfinə təsir göstərib,digər komponentlərinə yayılmırlar.2)Nəinki nitqin yalnız fonetik,həmçinin fonematik tərəfini də əhatə edir.3)Uşaqlarda ümumi nitq geriliyi qüsurları.Nitq fəaliyyəti bir çox cəhətdən fikri fəaliyyətə bənzəyir. Yalnız burada subyektin həll edəcəyi məsələnin xarakteri başqa cür idraki deyil,kommunikativ olur.Nitqin yaranması və qavranılması “Siqnallar siqnalı”na əsaslanır(İ.P.Pavlov).Bu proses böyük yarımkürələr qabıgında həyata keçirilir.Yüz altmış il əvvəl,yəni 1861-ci ildə P.Broka kəşf etmişdir ki, beynin müəyyən sahəsinin (sol yarımkürələrinin 1/3 hissəsi) zədələnməsi zamanı xəstələrdə nitq tələffüzünün pozulması baş verir.Və beləliklə P.Broka belə nəticə çıxarmışdır ki,beynin həmin sahəsi sözlərin motor sürətləri mərkəzidir,həmin surətlər məhz burada lokallaşır.Bir qədər sonra 1874-cü ildə K.Vernike sol yarımkürələrin yuxarı gicgah qırışlarının arxa hissəsinin 1/3-i zədələndikdə nitqi anlamağın pozuldugunu təsvir edərək belə nəticəyə gəlmişdir ki, beynin həmin sahəsində sözlərin sensor sürətləri lokallaşır.Beləliklə,buradan nəticə çıxarmaq olar ki,nitqlə bağlı olan bütün psixi funksiyalar beynin müəyyən sahələri arasında bölüşdürülmüşdür.Nitq fəaliyyətinin fizioloji cəhətdən şərtlənməsinin xarakteri haqqında prinsipial təsəvvürlər beynin afaziyaya səbəb olan lokal zədələnməsi ilə əlaqədar müasir tədqiqatlarda öz əksini tapmışdır.Bu sahədə böyük rus psixoloqu A.R.Luriyanın apardıgı işlər loqopediyada geniş istifadə olunur.Pdixoloji müşahidələr göstərir ki, kiçik yaşlı uşaqlar “k-y”,”s-ş”,”r” və s.səsləri çətin tələffüz edirlər. Yanıltmaclar bu barədə didaktik əhəmiyyət kəsb edir. Buna görədir ki, şifahi xalq yaradıcılığı ilə əlaqədar olan yanıltmaclar uşaq ədəbiyyatında mühüm yer tutur.Uşaqları körpə vaxtlardan səlis və düzgün danışmağa alışdırmağın əsas vasitələrindən biri yanıltmacdır. Uşaqlar onları deyərkən çətinlik çəkir, sözləri qarışdırır, lakin bir neçə dəfə təkrarladıqdan sonra tez-tez deməyə alışır. Beləliklə,uşaqlarda düzgün tələffüz etmək,çətin sözləri demək vərdişləri aşılanır.Demək,sağlam danışmaq üçün əsas şərtlərdən olan tənəffüsün,məxrəcin,sağlam eşitmənin böyük əhəmiyyətə malik olması nəzərdən qaçırılmamalıdır. Bu göstərilənlərlə bərabər, aktiv fəaliyyət də sağlam danışmaq üçün lazımi şərtlərdəndir.Biz məktəbəqədər təhsil işçiləri çalışmalıyıq ki, pedaqoji prosesdə islahı mümkün olan nitq nöqsanlarını, onların üzərində işləmək yollarını bilməklə kiçik yaşlıların nitqindəki qüsurların aradan qaldırılmasında öz köməkliyimizi göstərək.Bu,hər bir tərbiyəçi-müəllimin əsas vəzifələrindən biridir.31.08.2021-ci ilZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.