“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir

“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir“Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir 2016-cı il dekabrın 19-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə təşkilatçılığı ilə “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq elmi seminar keçirilir.

AMEA Rəyasət Heyətinin aparatı İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər. Daha sonra beynəlxalq seminar öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə seminarın ictimaiyyətin diqqətini multikulturalizm ideyalarına cəlb etmək və ölkələr arasında humanitar sahədə beynəlxalq əlaqələri gücləndirmək baxımından əhəmiyyətini qeyd edib. Belə bir layihənin AMEA və MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə ilk dəfə təşkil olunduğunu vurğulayan akademik seminarın həm də təbiət, humanitar və ictimai elmlərin öyrənilməsi istiqamətində təcrübə mübadiləsinə böyük imkanlar yaratdığını deyib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Böyük elmin əsas meyarı: dialoq və əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edib. Şərqin humanist dəyərləri ilə zəngin olan Azərbaycanın Qərb maarifçiliyi istiqamətində də inkişaf etdiyini deyən akademik bildirib ki, respublikamız dialoqa açıq, qarşılıqlı etibarlı münasibətlərə hörmətlə yanaşan və əməkdaşlıq çərçivəsində qarşı tərəfin maraqlarını nəzərə alan ölkə kimi öz tarixi inkişafını uğurla davam etdirir. Azərbaycanda elm və mədəniyyətin inkişaf tarixi haqqında məlumat verən akademik İ.Həbibbəyli Böyük İpək Yolunun üzərində yerləşən ölkəmizdə qədim və orta əsrlərdən başlayaraq bu günədək intensiv mədəni və iqtisadi inkişaf proseslərinin getdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə 2016-cı ili “Multikulturalizm ili” elan etdiyini qeyd edən akademik İsa Həbibbəyli bu gün Akademiyada təşkil olunan seminarın öz elmi-nəzəri əhəmiyyəti ilə yanaşı, multikultural nöqteyi-nəzərdən də böyük dəyərə malik olduğunu söyləyib.

Sonra akademik AMEA-nın MDB ölkələrinin aparıcı elmi mərkəzləri ilə beynəlxalq əməkdaşlıq əlaqələri haqqında məlumat verib. Tədbirin ХХI əsrdə iştirakçı ölkələrin elmi qurumları arasında səmərəli dialoqun qurulmasına, həmçinin qarşılıqlı əməkdaşlığın inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Seminarda MDB məkanında mədəniyyətlərarası humanitar əməkdaşlığın əhəmiyyətindən danışılıb. Birlik ölkələrində təhsil, elm və mədəniyyət sahələrində dialoq, qarşılıqlı münasibətlərin inkişafı, bu sahələrdə mövcud əlaqələrin təkmilləşdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin yaradılması imkanlarından bəhs olunub.

Tədbirdə Estoniya Elmlər Akademiyasının prezidenti, akademik Soomere Tarmonun “Zaman, müasir inkişaf və elmi əməkdaşlıq”, Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru, professor Vadim Polonskinin “MDB xalqlarının ədəbiyyatı və folklorunun tədqiqi sahəsində elmi əməkdaşlığın perspektivləri”, Türkmənistan Elmlər Akademiyasının (TEA) prezidenti, TEA-nın müxbir üzvü Mərət Aşırbayerin “Türkmənistan elmi: inkişaf perspektivləri və mümkün olan müştərək elmi layihələr”, Moldova Elmlər Akademiyasının vitse-prezidenti, MEA-nın müxbir üzvü İon Quçakın “Beynəlxalq elmi proqramlar çərçivəsində həyata keçirilən elmi-texniki əməkdaşlıq Moldova Respublikasının stabil inkişafının əsaslarından biridir” mövzusunda məruzələri dinlənilib.

Bundan başqa, M.A.Şoloxovun Dövlət muzey-qoruğunun direktoru Olqa Anistratenko “Müasir mərhələdə M.A.Şoloxovun yaradıcılıq irsinin öyrənilməsi və populyarlaşdırılması” və Belarus Milli Elmlər Akademiyasının Yanka Kupala adına Ədəbiyyatşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Yevgeni Qorodnitski “Ədəbi əsərin öyrənilməsində yeni yanaşmalar” adlı məruzə ilə çıxış ediblər.

İki gün davam edəcək seminarda MDB-yə üzv ölkələrin, həmçinin Gürcüstan və Estoniyanın elmlər akademiyalarının rəhbər şəxsləri və diplomatik korpusdan nümayəndələr iştirak edir.

Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

AMEA İsrailin elmi mərkəzləri ilə əlaqələri genişləndirir

Elm, İsrail
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

AZƏRBAYCAN-ÇİN ELMİ ƏLAQƏLƏRİ DAVAM ETDİRİLİR

"Zirvə", Dünya
AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Elm, "Zirvə"
​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

​Azərbaycan ilə Bolqarıstan arasında elm sahəsində əməkdaşlığın perspektivl ...

Elm
AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

AMEA Dilçilik İnstitutu Qazaxıstan Elmlər Akademiyasının Dilçilik İnstitutu ...

Humanitar elmlər
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

AMEA və Clarivate Analytics (Thomson Reuters) təşkilatı arasında əməkdaşlıq ...

Elm
AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

AMEA ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında me ...

Elm
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Rusiya Elmlər Akadem ...

Biologiya və tibb elmləri, Rusiya
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
AMEA-da “Thomson Reuters” agentliyi tərəfindən maarifləndirici seminar keçi ...

AMEA-da “Thomson Reuters” agentliyi tərəfindən maarifləndirici seminar keçi ...

Digər bölmələr
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

AMEA TÜRK DÜNYASI ELMLƏR AKADEMİYALARI BİRLİYİNƏ SƏDRLİK EDƏCƏK

"Zirvə", Turan
Rəy yazın: