ORUC NİKBİN (1939-2016) Poeziya, Bolus, UNUTSAQ, UNUDULARIQ!.... 16 февраля 2024 741 100 1 2 3 4 5 Oruc Nikbin (Oruc Riza oglu Əlizadə) - 1939-cu il may ayının 10-da qədim Borçalı mahalının Bolnisi rayonundakı Faxralı kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsini bitirmişdir. Həmin ildən vəfat etdiyi günədək (2016) müxtəlif vəzifələrdə işləmişdir.Oruc Nikbin gənc yaşlarından bədii yaradıcılıqla məşqul olmuş, bir-birindən maraqlı və oxunaqlı şeirlər yazmışdır. Özü bu gün həyatda olmasa da, onun yazdığı şeirlər elimizin yaddaşındadır.Oruc Nikbinin “Faxralıdan güc almışam” şeirlər kitabına Xalq şairi Zəlimxan Yaqub “Ağsaqqalın sözü” sərlövhəli “Ön söz” yazmışdır. Aşağıda həmin ön sözü və şairin bir neçə şeirini dəyərli oxucularımza təqdim edir, hər iki sevimli şairimizə Allahdan rəhmət diləyirik.Müşfiq BORÇALI,ZiM.AzAĞSAQQALIN SÖZÜƏziz ağsaqqalımız, gözəl dostumuz, əsl el adamı, ağır taxtalı “köhnə kişi” Oruc Əlizadə ilə mənim dostluğumun 40 illik tarixi var. Bu illər ərzində çox görüşlərimiz, çox söhbətlərimiz, çox səfərlərimiz olub. Məclislərdə bir yerdə çox olmuşuq. Mən Oruc Əlizadəni həmişə təmkinli, ağır oturub batman gələn, sözünün yerini və çəkisini bilən bir gözəl insan kimi tanımışam.Oruc müəllim saz-söz adamıdır. Şairləri, aşıqları çox sevir. Borçalı mahalı, Faxralı kəndi onun qibləsi, qibləgahıdır Aşıq Şenliyi, Şair Nəbini, Şair Ağacanı, Təhlə Novruzu çox sevir. Ümumən aşıqları, xüsusən Borçalı aşıqlarını çox sevir. Oruc müəllimin Coratda bir bağı var idi. O bağ bizim üçün cənnət idi. Təkcə gülünə, çiçəyinə görə yox, həm də gələn qonaqlarına, ziyalılarına görə sevir və aşıqlarına görə o bağda kimlər olmamışdı. Aşıq Əmrah, Aşıq Kamandar, Aşıq Hüseyn Saraclı, Əhməd Sadaxlı, Məhəmməd Sadaxlı, Ədalət Nəsiboğlu, Aşıq Əkbər, Azaflı Mikayıl, şairlərdən Hüseyn Arif, Məmməd Aslan, Rəfiq Zəka, Abbas Abdulla, Eyvaz Borçalı, Fərman Eyvazlı, daha kimlər, kimlər… Saz-söz vurğunlan həmişə bu bağda Oruc müəllimin qonağı olar, ən şirin söhbətlər edərdilər. Hamımızın ağsaqqalı, Camal müəllim həmişə məclislərin başında olardı. Ən çox dinlədiyimiz, qulaq asdığımız aşıq Kamandar olardı. O Kamandar ki, nə sazından, nə sözündən, nə də nazından doymaq olmurdu. Bu illər ərzində mən bilmirdim ki, Oruc müəllim şeir yazır. Bir dəfə də olsun bizim yanımızda şeir oxumadı. Sən demə bala-bala yazırmış. O yazmaq, bu yazmaq indi Oruc müəllim ikinci kitabının nəşrinə hazırlaşır.Şairin şeirləri qədim Borçalı mahalı, onun zəngin aranı, yaylağı, dağı, binəsi ilə, xüsusən yoldaşları, dostları ilə yaşadığı yerlərlə bağlıdır. Onun şeirlərində çox sevdiyi doğma kəndi Faxralının meşələri, bulaqları, dağları, düzləri, təbiəti doğma və isti duyğularla təsvir olunur. Bu şeirlərdə bir təbii deyim tərzi var. Bu deyim tərzi Borçalı, xüsusən Faxralı ləhcəsində gözəl səslənir.Oruc müəllim necə danışırsa, eləcə də yazır. Təbii və şirin, təbiətin özü kimi rəngarəng, axar-baxarh Oruc müəllimin insanlığı başdan-başa şeiriyyətdi, sazdı, sözdü. Rəhmətlik böyük ustadımız aşıq Kamandarın Oruc müəllimə həsr olunmuş gözəl şeirləri var. Onların içindəAy ağalar, bu dövranın üzündə,Ayrıca bir dövranı var Orucun.beyti ilə başlanan bir şeir var. O şeir Oruc Əlizadənin xarakterini, dünyagörüşünü, insanpərvərliyini, qonaqpərvərliyini çox yaxşı təsvir edir. Doğurdan da Oruc müəllimin ayrıca bir dövranı var ki, ondan nə qədər yazırsan yaz, nə qədər danışırsan danış insan doymur. Oruc müəllim özü mənim üçün başdan-başa şeiriyyət deməkdir. Onun varlığında Borçalının, Faxralının kişiliyi, qədimliyi, böyüklüyü yaşayır. Bu böyüklük el-oba tərbiyəsindən gəlir.Onun sözlərində təbiət təsvirləri ilə yanaşı onu narahat edən cəmiyyətdəki neqativ, xoşagəlməz hallarla bağlı məsələlərdən də söhbət açılır. Bir vətəndaş və insan kimi o yaşadığı cəmiyyəti də xoşbəxt və fıravan görmək istəyi ilə yaşayır. Bu duyğular onun şeirlərində yeri gəldikcə səslənir, ruha və dilə, ictimai baxışa bir gözəllik gətirir. Təbiətə bağlılığına görə doğulduğu torpağa, daşa, ağaca, dağa, dərəyə, nəhayətsiz çöllərə, düzlərə vurğun olduğuna görə mən Oruc müəllimi onun vurulduğu təbiət qədər sevir, ürəyindən keçənləri dilə, qələmə gətirmək üçün ona uğurlar arzulayıram. Hörmətli ağsaqqala və onun şeirlərinə Zəlimxan Yaqubdan salamlar olsun!Xalq şairi Zəlimxan YAQUBFAXRALIYA NOVRUZ GƏLİRNovruz bayramıdı, a doğma kəndim, Keşkə bu çağlarda olam o yerdə. Tonqallar qalansın düzülək səf-səf,Keşkə bu çağlarda olam o yerda.Bir tonqal qalayın Gözəl dağında, Bəzənsin Faxralı, gur çırağında, Könül qəhərlənir el sorağında, Keşkə bu çağlarda olam o yerdə.Hər məhlə birləşər tonqal qalanar, Alovu-tüstüsü ərşə dayanar, Şox salar kəndimiz nura boyanar, Keşkə bu çağlarda olam o yerdə.Tonqal qırağında dövrə vuranlar, Murtda döyüşdürüb mərcə duranlar, Pirani qocalar, kefcil ərənlər, Keşkə bu çağlarda olam o yerdə.Elin həm qocası, həm cavanı var, Cavanı tərlandı, qocası qartal, Buludlar kişnəşər, buludlar oynar, Keşkə bu çağlarda olam o yerdə.Vətəni könüllü atana lənət, Yad eli pirimtək tutana lənət, Milləti içinnən satana lənət,Keşkə bu çağlarda olam o yerdə.Heç sazsız keçərmi Novruz bayramı, Çağırın məclisə aşıq Bəhramı, Abbas sağlıq desin, kövrəlsin hamı, Keşkə bu çağlarda olam o yerdə.Nişanlı oğlanlar yaylıq aparar, Ərgən cavanları, qızlar axtarar, Qürbətdə olanın halın kim sorar, Keşkə bu çağlarda olam o yerdə.Qızlar gəlinlərlə əli xınalı, Yanağı lalətək əlvan cunalı, Gözəllər məskəni,ana Faxralı, Keşkə bu çağlarda olam o yerdə.Dəstəylə gecələr kənd uşaqları, Nə çox çağrılmamış ev qonaqları, Dolaşır evbeev var maraqları, Keşkə bu çağlarda olam o yerdə.Çıxam Yovşannıya seyr edəm kəndi, Vəsf edəm şəninə bir neçə bəndi, Darıxdım,qalmadı səbrim tükəndi, Keşkə bu çağlarda olam o yerdə.Gedəm kol dibinnən bənövşə dərəm, Şəbnəmi üstündə çələnglər hörəm, Gözü yol çəkənə hədiyyə verəm, Keşkə bu çağlarda olam o yerdə.Ağrıdan, Ləlvərdən buludlar qalxa, Qarışa, toqquşa İldırım çaxa, Cuş edə dərələr sel-sular axa, Keşkə bu çağlarda olam o yerdə.Şəhərdə sufra açıçıl-çıraq yandır, Ruhum kənddə gəzir,qanmazı qandır, Kəsib amanımı qocalıq andır,Keşkə bu çağlarda olam o yerdə.Könül xəyalpərvər, xəyala dalıb, Elinə vurğundu, onnan ucalıb, Növbaharı görüb ilhama gəlib, Keşkə bu çağlarda olam o yerdə.Gəldi yaz ayları, Oruc havalan, Get ana yurduna orda yuvalan, Vətəndə bülbülsən, yadda çalağan, Keşkə bu çağlarda olam o yerdə.18.03.2007DOST TƏNBEHİ (Zarafatyana)Söz verdin, gəlmədin Əlirza müəllim, Hanı bəs zirincin? Hanı bəs narın? Dilim-dilim olasan səni, ay dilim, Neçə yol dedimsə, gəlmir nübarın.Özüm revmokardit, arvad diabet, Dedim ki, mətahın bir məlhəm olar. Balhəsən səninlə həmkardı-duet, O salar yadına, fikrin cəm olar.Söz verdin, sözüyün üstündə dayan, Sən ki nə Mahirsən, nə də "Hör-hörov". Kimdi o kəslərdən, de bir pay uman, Bir versə, min dəfə çəkərlər "of-of".Sözündə düz gördüm kirvən Elxanı, Dostluqda biz onu sayıb, seçmişik,Açıq ürəklidir, açır surfanı, Onun hesabına yeyib içmişik.Ötdü payız ayı, gəlir dekabr, Nə vaxt yada saldım, dedin ki, tezdi. "Səbr eylə", deyirdin, eylədim səbr, Qorxuram deyəsən "indi də gecdi".Həpəndlər dəstəsi yığılır yenə, Başlayar domino, qışqırıq qopar. Kimdi qulaq asan, ağız deyənə, Deyərəm, yenə də yadınnan çıxar.Yazmışam sözümü almasan vecə, Şairdən əmanət bir zarafatdı. Oruc bəs nə yazsın hər uzun gecə, Zirinc, nar əvəzi-paydı, sovqatdı.QIZ NƏVƏLƏRİMƏNəvələrimin 8 Mart Bayramına Min gül açan bağım var, Bağım var, bağbanım var. Bu güllərin içində Sevimli Reyhanım var.Bayramdı xonçama bax, Açılan qönçəmə bax! Hər bir güldən ətirli, Nərgizdi-Qönçəmə bax.Əzizim İncim mənim, Cövhərim-İncim mənim. Babasının həkimi, Bəbəyim İncim mənim.DÜŞÜNCƏLƏRO başdan dururam, ki, xoruz banlar, O zaman duran kəs - o məni anlar. Çox da düşünmürəm nə yığval, nə baxt, Şeir düşünürəm oyandığım vaxt. Yazdığım şeirdi-varım, dövlətim, Töhmətim az olsun, artsın şöhrətim. Odur ki, meylimi salmışam ona, Ömrümü şeirlə bitirrəm sona. Yerim cənnət olar, ya da cəhənnəm, Hökm Allahındı, günahkar mənəm.ORUC NİKBİNZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.