Salidə ŞƏRİFOVA: "LƏZZƏTİ – SÖHBƏTİ" (I Hissə) Ədəbiyyat » Nəsr 28 декабря 2018 (HEKAYƏ)IKərim əlindəki siqareti zibil vedrəsinə atıb Hikmətə baxdı. Hirsli-hirsli əllərini ovuşduraraq dedi:– Elə bil işləri qurtarıb, başqa işləri yoxdur, Mirzə Cəlili asıb kəsirlər...Hikmət Kərimin hirsləndiyini görüb dedi:– Sən vecinə alma, gündəmdə qalmaq üçün bilmirlər ki, nə hoqqalar çıxartsınlar. Düşünürlər ki, indi də yeni Amerika açıblar. Sən də hər şeyi ürəyinə salırsan. Fikir vermə...Kərim başını narazı-narazı bulayıb dedi:– Dünya vecinə deyil ki...Hikmət dostuna baxıb çiyinlərini çəkdi:– Dünyanın düzəlməsi məndən asılıdırsa, can-başla... Mən hara, dünya hara... dünyanın yanında iynənin ucu boyda olam, olmayam...Kərim dostuna diqqətlə baxıb dedi:– Yaxşı görək... Bizimkilər məni lap boğaza yığıblar... Yox canım, bunlar əndazədən çıxıblar. İndi hər şeyi buraxıb, Mirzə Cəlili plagiatlıqda suçlandırırlar. Ağılları özlərinə gedib də... Biri də var... Deyir ki, birindən, yəni bir yerdən kö-çürmək plagiatlıqdır, amma yüz yerdən köçür-mək artıq sintezdir. Söz tapa bilmirəm...Udqunub sözünə davam etdi:– İddia edirdiniz ki, Azərbaycanın bir çox yazıçıları var ki, onlar da hansısa bir mövzunu haradansa götürüblər. Ay ağıllılar, əslində buna götürmək də demək olmaz. Bu təsirlənmədir. Yazarların dünyada mövcud olan sərgərdan mo-tivlərdən təsirlənmələridir.Kərimin dedikləri Hikməti maraqlandırdığı üçün soruşdu:– Nə baş verib? Mənim heç nədən xəbərim yoxdur. Səni bu qədər qəzəbləndirən nədir belə?Kərim başını bulayaraq soruşdu:– Baş verən hadisələrdən xəbərin yoxdur?Hikmətdən cavab gözləməyib dedi:– Sənin əziz-xələf dostun indi də ağıllı bir ideya irəli sürüb deyir ki...Hikmət söhbətin kimdən getdiyini bilmədi¬yi üçün Kərimin sözünü yarıda kəsib soruşdu:– Kimdən bəhs edirsən? Hansı dostumu nə¬zərdə tutursan?Kərim onlara tərəfə gələn Əliyə baxaraq dedi:– Dostun Həmzəni deyirəm də... Ağıl dər-yasını.Hikmət gülümsəyib dedi:– Elə demə, o, savadlı oğlandır. Bəzi qəribə¬likləri onda müşahidə etmək olur. İndi nə hoqqa çıxarıb?Kərim qəzəblə Hikməti süzərək dedi:– Daha nə edə bilər? Deyir ki, Mirzə Cəlil “Ölülər” pyesini Belçika dramaturqu Moris Me-terlinkin pyesindən köçürüb. Meterlinkin də əsə¬rini gah “Müqəddəs İorgenin süqutu”, gah da “Müqəddəs Antoninin möcüzəsi” adlandırır.Hikmət eşitdiklərinə inanmayıb dedi:– Ola bilməz... Həmzə çox savadlı oğlandır. Həm öz ədəbiyyatımıza, həm də ki, dünya ədə¬biyyatına dərindən bələddir. İnanmıram ki, elə bir fikir səsləndirə.Həmzə ilə arası yaxşı olmayan Əli söhbətin nədən getdiyini dəqiq bilməsə də, Həmzənin adını eşidib dedi:– Həmzədən nə desən çıxar. Puldan ötəri...Hikmət Əlinin özünü onların söhbətinə qatmasına acığı tutub dedi:– Xeyir ola, yuyulmamış qaşıq kimi özünü niyə ortaya atırsan? Səndən Həmzə haqqında so-ruşan olanda fikrini bildirərsən.Əli Hikmətin sözlərindən pərt olub cavab verdi:– Sən də danışığına fikir ver...Kərim onların mübahisəsini kəsmək üçün dedi:– Balaca uşaq deyilsiniz. Mübahisəni kəsin.Sonra üzünü Hikmətə tutub sözünə davam etdi:– Bu Moris Meterlik ateist mövqeli bir insan kimi tarixdə tanınır. Guya bu dramaturqun, da¬ha doğrusu Belçika dramaturqunun deyilən əsə¬ri XX əsrin əvvəllərində Poltava teatrı tərəfindən səhnələşdirilir. Qastrola çıxmış teatr tərəfindən əvvəl Rusiyada, sonra da Tiflisdə bu pyes göstə-rilir. Rəhmətlik Mirzə Cəlil də bu pyesi görür, ondan təsirlənir və sonradan o əsəri bütünlüklə “Ölülər” əsərinə köçürür.Hikmət Kərimin dediklərinə təəccüblənib soruşdu:– Onu kim deyib dedin?Əli Hikmətə sataşmaq üçün dedi:– Həmzədən başqa kim deyə bilər ki?Hikmət Əliyə fikir verməyib dedi:– Kərim, dediklərin heç ağlıma batmır. Bu necə ola bilər?Kərim Əliyə, sonra da Hikmətə baxıb dedi:– Həmzənin dediklərindən belə çıxır ki, bal kimi də olar.Sonra suala sualla cavab verdi:– Niyə də olmasın?Əli dostlarını süzüb dedi:– Həmzə indi otaqda dostları ilə Cəlili asıb kəsirlər. Gedək qulaq asaq. Tarixi olayın canlı şa¬hidi olaq.Kərim Hikmətə baxıb çiyinlərini çəkərək:– Əli haqlıdır. Bəlkə gedək? Onların tarixi mübahisələrinə qulaq yoldaşı olaq – dedi.Kərim cavab gözləməyib sürətli addımlarla otağa tərəf getdi. Hikmətlə Əli də səssiz-səmirsiz Kərimin arxasınca addımladılar. Onlar otağa da¬xil olanda otaqda gərgin mübahisə gedirdi. Həmzə əsəbi halda qışqırırdı:– Siz necə adamsınız? Mirzə Cəlil “Ölü-lər”ini məhz belçikalı yazıçı Moris Meterlinkin pyesindən eyniliklə köçürüb. Mirzə Cəlilin əsəri köçürülmədir.Əsəd əlini yelləyib dilləndi:– Yaxşı da Həmzə... Yenə filosofluq etmə-yin tutub... Sənin “Ölülər”i plagiat adlandırma-ğın Mirzənin əleyhinə qarşı açıqlamadır. Moris Meterlinkin “Müqəddəs İorgenin zühuru” adlı əsəri yoxdur. Mirzə Cəlil Meterlinkin olmayan əsərindən necə köçürə bilər? Yuxuda gördüyünü gəlib bizə nağıl danışma...Həmzə Əsədə cavab qaytarmaq istəyirdi ki, Kərim onun sözünü ağzında yarımçıq kəsərək dedi:– Ay Həmzə, Moris Meterlinkin «Müqəd-dəs Antoninin möcüzəsi» yəni «Le Miracle de saint Antoine» əsəri ilə «Ölülər»i müqayisə et-mək və yaxud ondan oğurluq olduğunu demək, bir qədər qeyri-dəqiq yanaşmadır. Özü də, 1909-cu ildə qələmə alınmış və 1916-cı ildə də səhnəyə qoyulmuş bir əsəri belə suçlandırmaqda məqsə¬din nədir? Əslində Meterlinkin də bu əsərin süje¬tini hansısa rəvayətdən götürüldüyü söylənilir. XVI əsrdən başlayaraq katoliklərlə protestantlar adlanan dini cərəyanlar arasında mübarizəylə bağlı bir rəvayətdir.Həmzə Kərimi başdan-ayağa süzüb dedi:– Sən bunları bilməzsən e...– Niyə ki? – deyə Kərim Həmzənin üzərinə getdi.Kərimin Həmzənin üzərinə getdiyini görən Hikmət cəld onun qolundan tutub dedi:– Kərim, onun üçün dəyməz.Sonra Həmzədən soruşdu:– Bəlkə fikirlərini isbatlayan faktlar göstərə¬sən. Ruslarda belə məsəl var, “slışıt zvon, no ne znaet otkuda on”. İndi sən də bir söz eşitmisən, amma bilmirsən ki, mənası nədir.Həmzə otaqdakıları süzüb başını bulayaraq dedi:– Beləsiniz də...Əli rişxəndlə Həmzəni süzüb dedi:– Necəyik? Sənin kimi küyə gedən deyilik?Həmzə Əliyə cavab verməyib dedi:– Meterlink bu pyesini yaradıcılığının daha yetkin vaxtı qələmə almışdır. Bu dövr Meterlin-kin realizmə yaxınlaşması, həyat gerçəkliklərini karikaturik cəhətlərlə çatdırması ilə yadda qalır.Əli qaşlarını çatıb təəccüblə Həmzəyə bax-dı. Sonra maraqla soruşdu:– Karikaturik nə deməkdir?Həmzə Əliyə cavab verməyib sözünə da-vam etmək istəyəndə Hikmət dilləndi:– Həmzə, boş-boş söz deməkdənsə, əsas mətləbə keç. Sən Meterlinkin hansı əsərindən bəhs edirsən? Əsərin adını çək görək. Şəxsən ba-şa düşmədim hansı əsərini oxuyub bizə dəqiq məlumat ötürürsən...– Ay Həmzə – deyə Cəmaləddin dilləndi, –əslində Həmzəyə minnətdar olmalıyıq qardaş. Sən Mirzə Cəlili Meterlinkdən plagiatlıq etdiyini irəli sürməklə, istedadlı qələm ustadının Qoqo-lun təsirində olması kimi yayğın təsəvvürləri darmadağın etmiş oldun. Həm də...Əli yerindən dilləndi:– Cəmaləddin, axı vaxtı ilə Mirzənin Qoqo-lun təsiri altında olması ideyasının tərəfdarların-dan biri də elə Həmzənin özü idi. Nə tez yaddan çıxartmısınız?Cəmaləddin gülümsəyib dedi:– Yaddan çıxmayıb, ay Əli. Hər şey hamı-nın yadındadır. Sözümün canı odur ki, sən demə Mirzə tək Qoqoldan deyil, həm də Qərb ədəbiy¬yatının təsiri altında olub. Belə mübahisələrin aç¬mağın nə mənası var?Həmzə narazı-narazı dilləndi:– Eh! Siz nə qoyub, nə axtarırsınız.Sakit-sakit olanları dinləyən Nəsrəddin ba-şını bulayaraq dedi:– Həmzə, nə axtarmalıyıq? Simvolizmin nümayəndəsi olan Meterlinkin yaradıcılığında mistizm, fatalizm əsas yer tutur. Onun «Müqəd-dəs Antoninin möcüzəsi» pyesində Antoni Mir-zə Cəlilin «Ölülər»indəki Şeyx Nəsrullah kimi fı¬rıldaqçı və məkrli deyil. Mirzə Cəlilin kefli İs-gəndəri Nəsrullahın fırıldağını ifşa edir. Kefli İs-gəndər yaşadığı cəmiyyətlə barışmır. Mirzə Cəlil kefli İsgəndərin dili ilə xəstə cəmiyyətin daxili aləmini göstərir. Meterlinkin pyesində isə insa¬nın ali hisslərinin, sadə münasibətlərinin məkr, nəfs kimi hisslərlə eybəcərləşdiyi göstərilir. Mir¬zə Cəlil isə cəhaləti ifşa edir. Mirzə Cəlil Meter¬linkdən fərqli olaraq, məkri yox, cəhaləti qabar¬daraq oxucusuna çatdırır. Bir şeyi başa düşə bil¬mirəm... Doğrudan bu qədər avamsınız. Sizlər ədəbiyyat sahəsi ilə məşğul olan mütəxəssislərsi¬niz. Məgər bilmirsiniz ki, “səyahət edən süjetlər” var. Ruslar buna “brodyaciye sujet” deyirlər. “Səyahət edən süjetlər” dünya ədəbiyyatının in¬kişaf tarixində özünü göstərmişdi və göstərmək¬dədir. Ona görə də Mirzə Cəlilin əsərini plagiat hesab etmək olmaz. Danimarkalı Harald Berq¬stedin qələminə məxsus və kilsənin tənqidinə yönələn “Müqəddəs İorgenin zühuru” adlı kəs¬kin satiralı roman 1919-cu ildə “Müqəddəslər fabriki” adı ilə yazılıb, 1924-cü ildə isə «Müqəd-dəs Yorgen bayramı» adıyla SSRİ-də nəşr edilib. Bu əsərin süjeti “Ölülər”in süjetinə çox bənzəyir, oxşar məqamlar danılmazdır. Ancaq əsərlərin yazılma tarixlərinə diqqət etdikdə illər arasında¬kı fərqlər nəzərə çarpır. Tam əminliklə deyə bilə¬rik ki, məntiqlə Mirzə Cəlil yox, əksinə, Harald Berqsred plagiatlığa yol veribmiş.Rza oturduğu masanın arxasından durub Həmzəyə yaxınlaşdı. Əlini Həmzənin çiyninə qoyaraq dedi:– Həmzə, bu həngaməni qaldırmaqda məq-sədin nədir? Mirzə Cəlilin “Ölülər”i ölülər cə-miyyətini ifşa edən kamil əsərdir.Sonra əlini Həmzənin çiyinlərindən götü-rüb dedi:– Mirzə Cəlilin özü qeyd etdiyi kimi, “Ölü-lər” əsərində qələmə alınmış hadisə Qarabağda baş verib. Əsərdəki Şeyx Nəsrullah və Şeyx Əh-mədin prototipləri bəhailiyin bir qolu olan şeyxi¬yə təriqətinin üzvləridir. İslamdan qoparaq, XX əsrdə yeni bir dinə çevrilən bəhai cəfəngiyatını İslama qarşı ateist alətə çevirmiş əksər Mirzə Cə¬lil tərəfdarları yazıçını bütləşdirirlər. Amma Cə¬lil Məmmədquluzadənin bəzən ifratlı tənqidi realizmi bu günün ədəbi meyarları ilə yalnız yır¬tıq qaloşu xatırladır.Sonra otaqdakılara üzünü tutub dedi:– Anladınızmı? Nə düşmüsünüz Həmzənin üstünə?Əli istehza ilə əvvəl Rzanı, sonra da Həm-zəni süzüb dedi:– Halal olsun sizlərə. Day sizlərə sözüm yoxdur.Heç kəsdən səs çıxmadığını görüb sözünə davam etdi:– Belə avam olduğunuza görə elmimiz bu gündədir. Sizi kimi ziyalısı olan xalq getsin diri-diri tarixinin, mədəniyyətinin, ədəbiyyatının üs-tündən xətt çəksin. Hamının yenə susduğunu görüb hiddətlən¬di, əsəbi halda qışqırmağa başladı:– O “plagiat”lıqdan siz də edin də... Ay Həmzə, ay Rza... O cürə əsər yazın. Yaza bilərsi-niz? Təbii ki, yaza bilməzsiniz. Mirzə Cəlilin “Ölülər” o qədər orijinaldır ki, onun hansısa əsərdən plagiat olduğunu iddia etmək düzgün deyil. Yazarların bir-birindən təsirlənməsi, əsər-lərin süjetlərinin bir-birlərinə bənzərliyi yazarla-rın yaradıcılıqlarına kölgə sala bilməz. Yazarla-rın bir-birindən bəhrələnib əsər yazması plagiat-lıq deyil. Sənin dediyini nəzərə alsaq, onda Fü-zuli “Leyli və Məcnun” əsərini Nizamidən oğur-layıb? İstər bizim ədəbiyyatda, istərsə də dünya ədəbiyyatında bu cür hadisələr çoxluq təşkil edir. Bu da ki, təbii bir proses kimi normal qəbul edilir. Bernard Şou vurğulamışdır ki, pyes yaz¬mağın iki prinsipi var. Ya özün kəşf etməlisən, ya da digərindən götürməlisən. Özünü də digə¬rindən götürənlərdən hesab etmişdir.Sonra üzünü Həmzəyə tutub dedi:– Həmzə, bayaqdan susub sizlərin boş-boş mübahisələrini dinləyirəm. Deyirsən ki, Meter-linkin “Müqəddəs İorgenin süqutu” adlı əsəri XX əsrin əvvəllərində Rusiyaya da gəlib çıxır. Bunu Poltava teatrı səhnələşdirir. Sonradan teatr bu tamaşa ilə qastrola çıxır, bütün Rusiyanı şə-hər-şəhər dolaşır. Ən nəhayət, Tiflisə gəlirlər. Yanılmıramsa, 1907-ci ildə səhnəyə qoyularkən Mirzə Cəlil bu pyesi görür və sonradan o əsəri bütünlüklə “Ölülər” əsərinə köçürür.Həmzə üzünü Əliyə tutub dedi:– Demişəm, yenə də təkrar edirəm. Siz Me-terlinkin dramına da baxın, “Ölülər”ə də. Mövzu oradan götürülüb. Süjet, dramaturji xətt, keçidlər hər şey Meterlinkdən oğurlanıb. Bu pyes çox məşhur olub. XX əsrin 20-ci illərdə onun süjeti əsasında səssiz film də çəkilmişdi. Cəlil Məm¬mədquluzadə “Ölülər”də yalnız adları dəyişib. Cəlil Məmmədquluzadənin bütün zarafatları və karikaturaları da plagiatdır. O, Rusiyanın qəzet və jurnallarını mütaliə edərdi, oradan da tərcü¬mə edib köçürərdi. Onun yaradıcılığında heç vaxt orijinallıq olmayıb. Mənim də mövqeyim budur ki, Mirzə Cəlil heç vaxt orijinal olmayıb. Onun felyetonları da rus felyetonlarından köçür¬mədir. “Molla Nəsrəddin Rusiyanın satirik jur¬nallarından iqtibas və tərcümədir.Əli udqunub Həmzəni diqqətlə süzməyə başladı. Sonra sözünə davam edib dedi:– Bu dediyin cəfəngiyatlara özün inanır-san? Meterlinkin “Müqəddəs İorgenin süqutu” adlı əsəri olmadığı nəzərinə çatdırıldı, ay Həmzə bəy. Meterlinkin 1903-cü ildə qələmə alınmış iki hissəli “Müqəddəs Antoninin möcüzəsi” adlı dram əsəri ilk dəfə 1906-cı ildə tamaşaya qoyu¬lub. Yəni “Ölülər”in yazıldığı tarixi dövrdən üç il əvvəl. Tiflisə qastrola gəlməsi və burada nü¬mayiş etdirilib-etdirilməməsi barəsində də heç bir məlumatım yoxdur. Çox təəssüf edirəm ki, bu haqda fakta malik deyiləm. O dövrün qəzet¬lərində yəqin ki, bu haqda məlumatlar olmamış olmaz, bəlkə də heç bir məlumat yoxdur, bunu da yalnız ulu Yaradan bilir. Bu faktı teatrşünas¬lar və ya Mirzə Cəlil yaradıcılığı ilə məşğul olan tədqiqatçılar araşdıra bilərlər. Ona görə ki, hər elmi suala elmi cavab verilməlidir. Elmi cavab isə müəyyən tədqiqatın gedişi nəticəsində əldə edilə bilər.Hikmət dərindən nəfəs dərib Əliyə dedi:– Əli, səninlə razılaşmaq olar. Nəsrəddinin toxunduğu süjet məsələsinə gəlincə isə, doğru-dan da ədəbiyyatlarda bir-birinə səyahət edən süjetlər olub. Yəni bir xalqdan o biri xalqa keçib. Ancaq kimdən kimə keçməsi də bəzən qaranlıq qalır. Məsələn, orta əsrlərdə yaşamış Bədi-üz-Zə¬man Həmədaninin “Mosuliyyə” məqaməsi fikri¬mizə əyani sübutdur. Onu da qeyd edim ki, on¬un azərbaycanlı olub-olmaması haqqında müba¬hisələr olmuşdur. Müasir dövrümüzdə geniş ta¬nınmayan, yalnız dar çərçivədə, yəni müəyyən mütəxəssislər tərəfindən tanınan Bədi-üz-Zəman Həmədani ədəbiyyatda məqamə janrının yaradı¬cı kimi təbliğ olunmalıdır. Təəssüf ki, ədəbiyya¬tımızda nə Bədi-üz-Zəman Həmədani tanınır, nədə ki, məqamə janrı... Xülasə... Keçim əsas mətləbə. Mətləbdən kənara çıxsaq, gərək onda günlərlə söhbət edək. Bədi-üz-Zəman Həməda¬ninin adını çəkməkdə məqsədim odur ki, bu ki¬şinin qələmə aldığı əsərin süjet xətti ilə Mirzə Cəlilin əsəri arasında oxşarlıq var. Bədi-üz-Zə¬man Həmədanin qələmə almış olduğu əsərdə İsa ibn Hişam və Əbu-Fəth-əl İsgəndər adlı şəxslər Mosul vilayətinin kəndlərinin birində fırıldaq iş¬lətmişdilər. Kəndin xurafatçı əhalisini ölü dirilt¬mək elmindən xəbərdar olduqlarına inandırmış¬dılar. Bunun sayəsində də kəndin bakirə qızları ilə evlənmək adı ilə ələ keçirirlər. Kəndlilərin də olan-qalan var-dövlətlərini ələ keçirib kəndi xəl-vəti tərk edirlər.Hikmət diqqətlə onu dinləyən iş yoldaşları¬nı süzərək söhbətini yekunlaşdırmaq məqsədi ilə dedi:– Göründüyü kimi, Bədi-üz-Zəman Həmə-daninin nəql etdiyim əsəri Mirzə Cəlilin “Ölü-lər”ini xatırladır. “Ölülər”in süjeti gözümüzdə canlanır.Bayaqdan diqqətlə söhbətə qulaq asan və Hikmətlə razılaşdığını bildirmək məqsədi ilə İs-mayıl dilləndi:– Haqlısan Hikmət. Məqamə janrı dünya ədəbiyyatında da istifadə edilir. Məsələn, rus mənbələrində “plutovskaya novella” kimi təq-dim edilir. Məqamə janrında qələmə alınmış əsərlərdə əsərin personajları xilafətin müxtəlif guşələrinə səfər edirlər. Amma xilafət dağıldıq-dan sonra nadirə yəni lətifə janrı inkişaf etmiş-dir. Məqamə və nadirə janrları sadəcə ədəbi ha-disə olmadılar... Həmçinin də, ədəbiyyatda yazı-çıları plagiatlıqda o qədər günahlandırıblar ki... Məsələn, Mirzə Əbdürrəhim Talıbovun “Kitab yüklü eşşək” əsəri əvvəl II əsrdə yaşamış Apule¬yin “Qızıl eşşək” romanından iqtibas olunduğu fərziyyəsi irəli sürülmüşdür.Sonra başını bulayaraq dedi:– Həmzə, deyirsən ki, Mirzə Cəlil “Ölü-lər”də yalnız adları dəyişib, zarafatları və kari-katuraları da plagiatdır, felyetonları da rus felye¬tonlarından köçürmədir? “Molla Nəsrəddin” rus satirik jurnallarının tərcüməsidir? Əlinin sözü ol¬masın, bu dediyin cəfəngiyatlara özün inanır¬san? Hamımıza yaxşı bəllidir ki, “Molla Nəsrəd¬din” jurnalı özündən sonra ədəbi məktəb yarat¬dı. Molla Nəsrəddin Xoca Nəsrəddin, Xacə Nəs¬rəddin adı ilə təkcə bizim ədəbiyyatda deyil, fars, özbək, türklər, türkmənlər, Şimali Qafqaz xalqları və digər xalqların ədəbiyyatında özünün dərin mənalı, duzlu lətifə və hikmətli sözləri ilə tanınırdı. Bu insanın xalq arasında sevilən lətifə¬ləri necə iqtibas oluna bilər? Ay Həmzə, ədəbiy¬yatla məşğul olan hər bir tədqiqatçı çox gözəl bi¬lir ki, lətifə janrı çox qədim zamanlarda yaran¬mış janrdır. “Kəlilə və Dimnə”dən tutmuş ta bu günümüzə qədər zəngin inkişaf yolu keçmişdir. Xalq idrakı ilə zəngin olan Molla Nəsrəddin ləti-fələrini Mirzə Cəlil necə Rusiyanın qəzet və jur-nallarına baxıb və oradan tərcümə edib köçürə bilərdi? Mirzə Cəlil nəşr etdirdiyi “Molla Nəs-rəddin” məcmuəsində çap olunan bütün yazılar köçürülmədir?Həmzə İsmayılı sualla dolaşdırmaq məqsə-di ilə dedi:– Tarixi şəxsiyyət olub-olmaması mübahi-səli olan bir kəsdən mənə misal çəkmək gülünc deyilmi?İsmayıl istehza ilə Həmzəni süzərək cavab verdi:– Gülünc sənin Molla Nəsrəddin haqqında məlumatsız olmağındır. Bəzi mənbələrdə Molla Nəsrəddinin IX əsrdə Harun-ər-Rəşid vaxtında, bəzilərində XII əsrdə Səlcuq hakimiyyəti illərin-də, bəzilərində isə XIII əsrdə Monqol istilası illə-rində, bəzilərində də XIV əsrdə Teymurləngin hakimiyyəti dövründə yaşaması vurğulanır. Ümumiyyətlə, Molla Nəsrəddinin IX əsrlə XVI əsrlər arasında yaşaması haqqında mülahizələr söylənilir. Məsələn, rus akademiki V. Qordlevski Molla Nəsrəddinin XII əsrdə yaşadığını bildirir. Belə bir fərziyyədə var ki, Molla Nəsrəddin məhz Marağa rəsədxanasının banisi, alim, astro¬nom Xacə Nəsrəddin Tusidir. Biz mövzudan uzaqlaşıb Molla Nəsrəddini müzakirə edirik. Ancaq mənim fikrimcə, Molla Nəsrəddinin pro¬totipi olmamışdır. Onun lətifələri xalq tərəfindən yaradılmışdır. Amma biz nəyi qoyub nəyi müba¬hisə obyektinə çevirmişik.İsmayıl Həmzənin ona tərs-tərs baxdığını görüb dedi:– Ay Həmzə, Molla Nəsrəddin məsələsini ortaya salmaqla Mirzə Cəlil məsələsini ört-bas-dır etmək istəyirsən? Sözün qısası, fikrimi ye-kunlaşdıraraq deyirəm ki, Mirzə Cəlilin dahiliyi ondadır ki, o, həm Şərq, həm Qərb, həmçinin rus ədəbiyyatlarının kamil bilicisi olmuşdur. Öz ya-radıcılığında da milli ədəbiyyatımızın ənənələri-ni əsas götürərək bu ədəbiyyatları sintez edərək, yəni başqa xalqların mədəniyyətlərindəki ən yaxşı ənənələri üzvi şəkildə birləşdirib oxucusu-na çatdırmağa nail ola bilmişdir. Ona görə də səndən də, məndən də, yəni tərəfdarlarından da, əleyhdarlarından da onlar tərəfindən heç vaxt fəth edilməyəcək ucalıqda dayanır. Onunla öz arandakı fərqi görsən yaxşı olardı...IIKərim barmaqları ilə masanı döyəcləyərək dedi:– Əşrəf, xəbərin var Sərvər Camal “Koroğ-lu” dastanını yıxıb sürüyüb...Əşrəf başını bulayaraq dedi:– Yox, xəbərim yoxdur... Onun “Koroğlu” dastanı ilə nə işi var? “Koroğlu” hara, o hara?Kərim gülümsəyib dedi:– Eh... Sənin də ki, heç nədən xəbərin ol-mur da qardaş...Əşrəf dostunun narazılığını başa düşməyib təəccüblə soruşdu:– Neyləyim? Sənin kimi kult.az-da, kulis.az -da, day.az-da daha nə bilim nələri izləmirəm ki...Sonra Kərimin qarşısındakı çayın soyudu-ğunu görüb dilləndi:– Çayını soyutma. İç. Dərdini də danış, xə-bərdar olaq. Elə bil sənin üçün münəcciməm, hər şeyi əvvəlcədən bilməliyəm.Kərim başın bulayaraq dedi:– Bir partiya sədri var, ağlına gələni danı-şır. Bu dəfəki müsahibələrinin birində o, deyir ki, Koroğlu komik qəhrəmandır.Əşrəf qımışaraq dedi:– Deyir desin. Canı sağ olsun. Bəs sən niyə əsəbləşirsən?Kərim təəccüblə Əşrəfi süzüb dedi:– Anlamadım? Ciddi deyirsən? Necə yəni niyə əsəbləşirsən? Deyir ki, bu dastan guya in-sanlarda qəhrəmanlıq ruhu formalaşdırmır.Əşrəf dostuna sataşmaq üçün sözünü kəsə-rək dedi:– Bəs nə formalaşdırır?Kərim dostunun onunla məzələndiyini gö-rüb dedi:– Yaxşı da... Zarafatın yeridir? Deyir ki, gu-ya dastanın bir çox qolları sovet hökuməti vax-tında tapşırıqla yazılıb.Əşrəf dostuna sataşmaq üçün dilləndi:– Dəlidən doğru xəbər, buna deyərlər. Bəl-kə haqlıdır. Sən niyə o dəqiqə reaksiya verirsən?Kərim soyumuş çaydan bir-iki qurtum içib dedi:– Nə haqlıdır? Sən məni, rus demişkən, “neperebivay”, qulaq as.Əşrəf günah iş görmüş adamlar kimi çiyni-ni çəkib dedi:– Yaxşı, sən deyən olsun.Sonra üzünə ciddi görkəm verib dedi:– Buyurun, dinləyirəm.Kərim Əşrəfə baxıb dedi:– Mənə diqqətlə qulaq as. Deyir ki, Əlyaz-malar Fondunda saxlanılan dastanla əlimizdə ol¬an dastan arasında heç bir əlaqə yoxdur. Dasta¬nın qollarının müəllifləri də guya bəllidir. Dün¬yanın heç bir ölkəsində xalq qəhrəmanı ömrü¬nün sonunda əkinçiliklə məşğul olmur, qəhrə¬manlıqdan könüllü imtina etmir. Bir insan qəh¬rəmanlıqdan imtina edib, əkinçiliklə məşğul ol¬ursa bu necə xalq qəhrəmanıdır? Camaatın əkin¬çisi qəhrəman olanda, bizim qəhrəmanımız əkin¬çi olur. Koroğlu yadellilərə qarşı mübarizə apar¬mayıb. O, necə xalq qəhrəmanıdır ki, bir nəfər yadelliyə qarşı vuruşmayıb. “Koroğlu” dasta¬nında əsas məqsəd türk idarəçiliyinə, sultanlara, paşalara qarşı nifrət yaratmaq olub.Əşrəf dostunu diqqətlə süzüb başını bula-dı. Narazı-narazı dedi:– Sənin Sərvər Camalla nə işin? Bəyəm hər deyilənə reaksiya vermək gərəkdir? Hərənin bir düşüncəsi var. Hamını eyni cür fikirləşməyə məcbur edə bilməzsən ki? İndi demokratiyadır. Kim nə istəyir deyir, nə istəyir edir... Sözün qısa-sı, söz azadlığıdır, Kərim, söz azadlığı... Bunu bir dəfəlik anla. Anla ki, canın rahat olsun. Yoxsa, ay bu belə getdi, ay bu belə dedi, bu da bunu...Kərim əsəbi halda Əşrəfə baxıb udqundu. Sonra dodaqlarını dişləyərək dedi:– Mən səni anlayıram. Sən belə söhbətlər-dən bezmisən artıq. Amma məni yandırıb tökən Sərvər Camalın dedikləridir. Deyir ki, dünyanın heç bir ölkəsində Koroğlu kimi qəhrəman yox-dur. Bu cür qəhrəmanın ruhu ilə milləti tərbiyə etmək olmaz. Koroğlu döyüşmək, vuruşmaq ye-rinə atına yalvarır. Aşıq paltarı geyinib Həsən xanın məclisinə gedir. O qəhrəman kimi mübari-zə aparmır. Koroğlu hər rastlaşdığı dəliyə – Də-mirçioğluna, Tüpdağıdana, Kürdoğluna, Dəli Həsənə məğlub olub. Elə bir dəli olmayıb ki, ona qalib gəlsin. Biri basır suya boğur, biri başını kə¬sir, qışqırıb yalvarır ki, öldürməyin məni, mən Koroğluyam. Onun ancaq bir qəhrəmanlığı var. Qarı yeddi qazan aş bişirir, o da hamısını yeyib qurtarır. Yeganə qəhrəmanlığı budur. Keçəl Həmzə də ağıl və bacarığına görə ondan qat-qat üstündür, ağıllıdır. Koroğlu ağlına görə Keçəl Həmzəyə, qol gücünə görə isə dəlilərinə məğlub olan biridir.Əşrəf əli ilə alnını tutub dedi:– Məni əməlli-başlı yordun, e... Başa düş-mürsən ki, son dövrlər Koroğluya münasibət ta-mamilə dəyişib. Məsələn, Kəramət Böyükçölün «Çöl», İlqar Fəhminin «Qarğa yuvası» romanla-rında Koroğlu haqqında xalq dastanı dekon-struksiyaya uğradılıb, yəni qəbul edilmiş Koroğ¬lu tamamilə fərqli təqdim edilir. İlqar Fəhminin də, Kəramət Böyükçölün romanlarında Koroğlu yaltaq, qorxaq təsvir edilmişdir. Əksinə olaraq, Keçəl Həmzə müsbət qəhrəman kimi, yəni dost¬luğa etibarlı bir insan kimi təqdim edilir. Sən canım, dur görək, bir təmiz havaya çıxaq. Sonra yaxşı bir yer tanıyıram, çox dadlı yeməklər bişi¬rilər. Bayaqdan ruhumuzu doyurduq, görünür aclığımızın qarşısını ala bilməyib.Kərim əsnəyib dedi:– İsti də məni əldən salıb. Bir yandan da məni yuxu basır. Nə yatardım...Əşrəf ayağa durub ətrafına nəzər saldı. Sonra hələ də oturan Kərimə baxıb dedi:– Sən mənim canım dur, havaya çıxaq. Mə-ni də yuxu basır.Kərim dərindən əsnəyib ayağa duraraq so-ruşdu:– Haraya?Əşrəf köynəyini düzəldərək dedi:– Demişəm də... Nahara...***Əşrəflə Kərim yolda Aqilə rast gəldilər. Aqil köhnə dostlarını görüb yaxınlaşdı:– Bəh, bəh, kimləri görürəm... Siz hara, bu-ralar hara?Kərim Aqili sinəsinə basaraq dedi:– Bilmirsən hara? Əşrəflə olanda hara gedi-rik?Aqil Əşrəflə görüşüb dedi:– Hara gedəcəksiniz, yeməyə.Əşrəfin tutulduğunu görüb dedi:– Mən də sizə qoşuluram. Amma şərtim var...Kərimlə Əşrəf diqqətlə Aqilə baxdıqda, o, gülümsəyib dedi:– Amma qonaqlıq məndən. Artıq söhbət eşitmək istəmirəm. Ancaq gəlin dəniz kənarına, tutalım Novxanıya gedək. Orada dadlı balıq ka-babları olur. Nə deyirsiniz?İstirahət günü olduğundan Kərimlə Əşrəf razı oldular. Aqil gülümsəyərək dedi:– Yolçu yolda gərək, maşına...Aqil maşındakı radioötürücünü qurdalayıb həzin bir musiqi tapıb dedi:– Maşında musiqinin öz ləzzəti var. Elə bil səni məcbur edir ki, diqqətlə qulaq as. Musiqi-sindən əlavə sözlərin mənasına da fikir verirsən. Hər mahnının sözləri də sanki sənə doğmadır.Sonra yanında əyləşmiş Kərimə baxıb başı-nı bulayaraq soruşdu:– Bu gün gözümə bir təhər dəyirsən? Nə olub? Dəryada gəmilərin batıb, ay Kərim?Kərimin susub cavab vermədiyini görüb maşının içindəki balaca güzgüdən Əşrəfə baxıb göz vurub qaşları ilə Kərimi göstərərək soruşdu:– Bəlkə sən deyəsən nə olub, ay Əşrəf?Əşrəf Kərimə baxıb üzünə ciddi görkəm verib dedi:– Vəziyyət sən düşündüyündən də ciddi-dir, ay Aqil.Aqil arxaya qanrılıb soruşdu:– Nə olub ki?Əşrəf əli ilə heç işarəsi edib dedi:– Maşını sür. Qəza törədərsən.Kərim dərindən ah çəkərək dedi:– Aqil, məni təkcə sən başa düşərsən. Ba-yaqdan danışıram – başı ilə Əşrəfə işarə edərək – bu da məni məsxərəyə qoyub. Sərvər Camal de¬yir ki, sovet dövründə yaradılan ideallardan im¬tina etmək lazımdır. “Koroğludan, Qaçaq Nəbi¬dən, Həcərdən, Babəkdən imtina edilməlidir. Onların yerini Cavad Xan, Ağa Məhəmməd Şah Qacar, Nadir şah, Şah İsmayıl Xətai, Səttarxan al¬malıdır və xalq bu ruhda tərbiyə olunmalıdır.”Aqil Kərimə baxıb qaşlarını çatıb dedi:– Səni çox gözəl başa düşürəm, qardaş. Nə isə son illər tarixi şəxsiyyətlərə qarşı məqsədli hücumların təşkili məni də narahat edir. Babə-kin, Şah İsmayılın, Mirzə Fətəli Axundovun, Qa-çaq Nəbinin əleyhinə nə qədər danışarlar. Elə məsələlər var ki, insanlar neçə illərdir onu özləri üçün müqəddəs bilib. Onlara qarşı yazılar yaz-maq, nüfuzdan salmaq, böhtan, şər atmaq ol-maz.Əşrəf söhbətə qoşulub dedi:– Sənin Koroğlu haqqında satirik yazın hə-lə yadımdan çıxmayıb.Kərimin təəccüblə ona baxdığını görən Aqil dilləndi:– Hə, əvvəllər, Cinayət Məcəlləsinə baxıb Koroğlunun hansı maddələrlə ittiham edilə bilə-cəyi ilə bağlı satirik yazı yazmışdım. Koroğlu in¬di yaşasaydı, silahlı dəstə saxladığı üçün onu re¬ket kimi həbs edəcəkdilər. Koroğlunun Bakıda heykəli qoyulanda əldəqayırma “müxalifət”çinin biri qəzetdə yazmışdı ki, Koroğluya türklərin düşməni olduğuna görə heykəl qoyurlar. Ona cavab yazdım və ortaya şəkillər də qoydum. Türkiyə hələ əlli il bundan əvvəl müxtəlif şəhər¬lərində Koroğluya heykəllər ucaldıb. O, necə türklərin düşməni olub ki, şərəfinə heykəllər ucaldıblar?! Digər tərəfdən hələ on il bundan əv¬vəl akademiya Koroğlu haqqında kitab burax¬mışdı. Bu kitabda Koroğlunu cinsi azlıqlara aid etmişdilər. O vaxt rəhmətlik Akif Səməd və mən həmin kitaba münasibətimizi mətbuat vasitəsilə bildirmişdik. Nə qədər desələr də, bu millətin içində bir Koroğlu sevgisi var. Bu artıq qanımıza hopub. Kərim Aqilə baxıb dedi:– Sən dediyin başqa, Sərvər Camalın dedik-ləri başqa...Aqil gülümsəyərək dedi:– Niyə mən başqa, Sərvər Camal başqa? İki-miz də bu torpağın övladlarıyıq.Kərim əlini Aqilin çiyninə vurub dedi:– Sərvər Camalın Babək haqqında da de-dikləri yadınızdadır? Deyir ki, Babək fenomeni Azərbaycanı İslam dünyasından qoparmaq üçün yaradılıb. Bu gün azərbaycanlılar Babəki xalq qəhrəmanı hesab edirlər. Amma o, Xürrəmilərin lideri olub. Xürrəmilər də təkcə azərbaycanlılar-dan ibarət olmayıb. Azərbaycana sovet dönə-mində təqdim edilən kodlara baxsaq görərik ki, azərbaycanlıları qorxaq, öz hüquqlarından imti-na edən, onların bir araya gəlməsinə imkan ver-məyən, daha çox kökü olmayan xalq kimi tərbi-yə etmək üçün bu kodlardan istifadə olunur. Xürrəmilər hərəkatında həm əfqanlar, həm fars-lar, həm də bir qədər azərbaycanlılar olub. Xür-rəmilər İslama qarşı olan hərəkat idi. İslamla cid¬di konfliktdə olan dəyərləri var idi”.Aqil ona baxan Əşrəfə göz vurub dedi:– Ay Əşrəf, Babəkdən imtina edək, bəs onun yerinə kimi təqdim edək?Əşrəf qəhqəhə çəkərək dedi:– Mən niyə təklif etməliyəm? Artıq təklif var.Dostunu maraqla dinləyən Kərim soruşdu:– Kimi və kim təklif edib?Əşrəf maşının oturacağına yayxanıb dedi:– Sərvər Camalın özü. Təklif edir ki, Babə-kin əvəzinə Qaraca Çoban xalq qəhrəmanı kimi təqdim olunsun. Qaraca Çobanın təbliğini gənc nəslin tərbiyəsində daha düzgün hesab edir.Aqil başını bulayıb dedi:– Əla... Bu sözün bitdiyi məqamdır...Kərim barmaqları ilə bığlarını sığallayaraq dedi:– Heç təəccüb etmirəm... Təəccüblü nə ola bilər ki... Sərvər Camalın Babək haqqında dedik-ləri Koroğluya dediklərinin yanında toya getmə-lidir.Əşrəf dostunu dinləyib təmkinlə dedi:– Aqil, bayaqdan Kərimə deyirəm ki, fikir vermə. Hər kəsin öz düşüncəsi var. Sərvər Ca-malın dedikləri ilə sənin düşüncən dəyişdimi? Təbii ki, yox... Ürəyinə salma dedikcə, dostumu-zun ürəyinə salmağı gəlir.Aqil maşını saxlayıb dedi:– Çatdıq. Amma, süfrə arxasında bu söz-söhbətə son. Gəlmişik dincəlməyə. Rahat, dost-casına dincəlməyə...IIIKərim Aslana baxıb dedi:– Səməd Vurğun qəribə tale yolu keçib. Hər kəsə qismət olmur ki, sağlığında əfsanələşəsən...Aslan Kərimin sözünü yarım kəsərək dedi:– Bir yandan hücumlara, təqib və təzyiqlərə məruz qalasan, yazdıqlarını inkar edib, şəxsiyyə¬tinə kölgə salalar.Kərim əlindəki təsbehi çevirib dedi:– Hə, qəribəsi də odur ki, hücumlar Səməd Vurğunun əlinə qələm aldığı vaxtdan başlayıb və bu gün də davam etməkdədir...Salman Aslanla Kərimə baxıb dedi:– Ən paradoksal olan odur ki, Səməd Vur-ğunu sağlığında sovet quruluşuna qarşı çıxmaq-da, kommunist partiyasının rəhbərlik rolunu danmaqda, millətçilikdə, xalq düşməni elan edil¬miş H. Cavid, Ə. Cavad, M. Müşfiq, H. Sanılı ki¬mi ədibləri müdafiə etməkdə, Yazıçılar İttifaqı¬nın katibi kimi “millətçi ünsürlər”i, xüsusilə H. Cavid və M. Müşfiqi “qanadının altına al¬maqda” günahlandırırdılar. İndi isə əksinə, so¬vet quruluşunu və kommunist partiyasını mədh etməkdə, milli şairləri güdaza verməkdə ittiham edilir.Kərim başını bulayaraq dedi:– Vallah, mən bu söz-söhbətlərdən əməlli başlı bezdim. Gah şifahi ədəbiyyatımız, gah da ki, məşhurlarımıza layiq olmayan insanların sə-viyyəsiz söz atmaları insanı özündən çıxarır. Bir tanışımız var idi, rəhmətlik Məmmədxan müəl-lim... Onun gözəl bir fikri bu gün də yaddaşım-da ilişib qalıb. Rəhmətlik deyirdi ki, insana özündən səviyyəlisi söz demir, desə sənə təsir etməz. İnsana söz deyən həmişə ondan səviyyə-cə aşağı olan deyir ki, bu da insanı yandırıb ya-xır.Salman Kərimlə razı olduğunu başını tər-pətməklə bildirib dedi:– Tamamilə haqlısan. İndi ədibə qarşı irəli sürülən son ittihamların sərhədləri genişləndiri-lib. Şairin özü bundan iztirab çəkdiyini hələ o vaxt lirik dillə cavab verə bilmişdi:Biri gedir, biri gəlir paxılların bu dünyada,Bir iblisdir ilan başlı, balıq qanlı bu insanlar.Bir şairin yalnız ömrü tor içində gedir bada,Nə yazıq ki, bu sirrimi nə anlayan, nə duyan var.Aslan gülümsəyib rişxəndlə dedi:– Bəli, ədibə qarşı irəli sürülən ittihamların sərhədləri genişləndirilməklə yanaşı, həm də ye-nidilər.Kərimlə Salmana baxıb əlavə etdi:– Bunlar anlamaq istəmirlər ki, əsərləri mü-əlliflər qələmə alır, amma müəllifləri mövcud ol¬an mühit formalaşdırır.Salman Aslanla razı olduğunu bildirib de-di:– Düz deyirsən. Qısası, bədii əsərin mətnini mühit yaradır. Hər hansı yaradıcılıqla məşğul ol¬an insana, istər şair olsun, istər yazıçı olsun, kim olur olsun, ortada olan əsərə və ya ədibə qiymət verərkən mühit nəzərə alınmalıdır.Kərim Salmanın fikirləri ilə razılaşaraq de-di:– Hə, hər hansı ədibin yaradıcılığı və şəx-siyyətinə qiymət verərkən mühit hökmən nəzərə alınmalıdır. Səməd Vurğun sovet ədəbiyyatını yaradan şairlərdən biri kimi təqdim edildiyi ha-mımıza məlumdur. Hətta belə bir fikir oxumuş-dum, “Vurğundan danışmaq elə sovet ədəbiyya¬tından danışmaq deməkdir”. Şairin sovet dövrü ədəbiyyatının inkişaf etdirilməsində xidmətləri az olmayıb, çünki o dövrdə yaşayıb – yaratmış¬dır. Səməd Vurğun yaradıcılığının ilk dövrlərin¬də dövrünün ədəbiyyatına qarşı çıxması tarixi faktdır. Hələ 1928-ci ildə, qardaşına ünvanladığı məktubda yazmışdır ki, “mən bugünkü yekrəng ədəbiyyatın amansız bir düşməniyəm.”Aslan armudu stəkana çay süzərək dedi:– İnkar edilməz faktdır ki, Səməd Vurğun dövrün tələblərinə, partiyanın ədəbiyyat qarşı-sında qoyduğu tələblərə cavab verməyən dövrü-nün quruluşunu tərənnüm edən əsərlər yazıb. Səməd Vurğunu indi ən çox suçladıqları məsələ odur ki, Ağa Məhəmməd Şah Qacarı qəddar, qaniçən, əzazil təsvir edib. Şah Qacar hakimiyyət uğrunda mübarizədə günahsız insanların gözlə¬rinə mil çəkdirən, qətlə yetirən despot kimi təs¬vir etməsi bu gün mübahisəyə çevrilib.Kərim çiyinlərini çəkib dedi:– Mərkəzləşdirilmiş İran dövlətinin yaradıl¬masında bu fatehin əməyinə Səməd Vurğun heç bir xələl gətirmir. Tarixdə Şah Qacar Səməd Vur¬ğunun təqdim etdiyi kimi tanınır. Özü də Səməd Vurğun bədii əsər yazıb, tarix qələmə almayıb...Salman əlini yelləyib dedi:– Yox, əşi... Sərvər Camalın şairə qarşı hü-cumunun məqsədi odur ki, “26-lar” və “Vaqif” əsərlərinin nəşr və təbliğ edilməsi dayandırılsın.Aslan çiyinlərini çəkərək dedi:– Mən bildiyim qədər “26-lar” poeması son iyirmi ildə nə nəşr, nə də təbliğ edilir.Kərim isə başını narazı-narazı bulayıb dedi:– “26-lar”dan fərqli olaraq, “Vaqif” dramı isə nəşr edilməlidir. Sərvər Camalın özünə mə-nəvi ata hesab etdiyi M.Ə. Rəsulzadə “Vaqif” dramında vətənpərvərlik ruhunu yüksək dəyər-ləndirib. Sərvər Camal öz mənəvi atasıyla razı deyilmi?Aslan Kərimin əlində çevirdiyi təsbehə ba-xaraq dedi:– Səməd Vurğunun “Azərbaycan” şeiri ki-fayətdir. Şair bu şeir ilə ədəbiyyatda möhürünü vurub. Mənim Qorxmaz Quliyevin bu şeir haq-qında fikirləri bu gün də yadımdadır. Hörmətli professorumuz vurğulayır ki, biz bu şeiri lazı-mınca dəyərləndirmirik. Qoy alimin fikirlərini necə var, sizlərə elə çatdırmağa çalışım. O, yaz-mışdır ki, “Vurğunun “Azərbaycan” şeirinin “Azərbaycan” adlı məkanın SSRİ daxilində, Azərbaycan xalqının sovet xalqı içində əriyib yo-xa çıxmasının qarşısını almaqda, bu gün öyünə-öyünə vurğuladığımız mentallığımızın qorunub saxlanmasında rolunu lazımınca dəyərləndirmə-mişik.”Salman əllərini yelləyərək dedi:– Eh... Kişi düz deyir... Amma nə faydası?Sonra nə fikirləşdisə dedi:– Səməd Vurğunun özü şeiri haqqında de-dikləri bütün tədqiqatçıların təhlilindən maraqlı və sanballıdır. Şair demişdir ki, başa düşə bilmir¬lər ki, bu şeir mənim həyatımın və bütün yaradı¬cılığımın mənasıdır, rəmzidir... Məndən ötrü ən müqəddəs torpaq Azərbaycandır. Ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir, o, mənim doğma anam¬dır. Əgər buna görə məni millətçi etmək istəyir¬lərsə, qoy etsinlər. Bir gün gələr tarix həqiqəti açar.Kərim yenə narazı-narazı başını bulayaraq dedi:– Nə olsun? Aqşin “Azərbaycan” şeirini şeir saymır, onu “nənəsi qocalanda – üstünə ba-bası günü gətirəndən sonra” nənəsinin yazdığı iki misralıq “şeir”lə” müqayisə edir, üstünlüyü də ki, təbii ki, nənəsinin “əsəri”nə verir.Salman çiyinlərini çəkib dedi:– Nə deyə bilərik? Təbii ki, heç nə...Aslan gülümsəyib dedi:– Niyə ki? Vaqif Bayatlı demişkən, “bir dəfə Azərbaycan demək – Azərbaycan deməkdir. İki dəfə Azərbaycan, Azərbaycan demək – Səməd Vurğun deməkdir...”Kərim qaşlarını çataraq dedi:– Yadımdadır, arxivdə işləyərkən, keçən əs¬rin otuzuncu illərində nəşr olunan “İnqilab və Mədəniyyət” jurnalında Səməd Vurğun haqqın-da yazıya rast gəlmişdim. Yazılırdı kı, Səməd Vurğun əski kəndi idealizə edir, yalnız özünün daxili xırda burjua varlığı ilə məşğul olaraq irəli yürüyə bilməyir, şeirlərinin bədii qüvvəti onun əski məfkurəvi istiqaməti ilə əlaqədar olduğu üçün çox yerdə bu da zəif nəzərə çarpır. Hər hal-da Səməd Vurğun özünün yenidən tərbiyəsinə əhəmiyyət verməlidir.Salman qəhqəhə çəkərək Kərəmə baxdı. Qəhqəhəsini kəsib dedi:– Mənim də yadıma düşür. Mən də rastlaş-mışdım, amma sən dediyin jurnalda yox, o dövr¬lərdə çıxan “Kommunist” qəzetində rast gəlmi¬şəm. Səməd Vurğun haqqında o da yazılmışdır ki, guya, o, kənddən ayrılmış, şəhərdə ziyalılaş¬mış, ictimai mənşəyi etibarilə kəndin yoxsul bir ailəsindən çıxmış, onun bütün ağırlıqlarını hələ çocuq yaşında ikən öz boynunda daşımış olan Səməd Vurğun yoldaş kəndi təsvir edərkən on¬dan bir qolçomaq ləzzəti alır. Sonra o da yadım¬dadır ki, yazmışdılar ki, o, ya birdəfəlik üçtelli saza yapışmalı, el aşıqları ilə ağız-ağıza verərək “yaşıl dağları, əlvan buludları, çırpınan titrək könülləri şairanə bir surətdə” təsvir etməli və yaxud mübariz proletariatın qalibiyyət marşını çalmalıdır.Otağa girən Kazım salamlaşıb dedi:– Nə olub? Niyə belə qəmginsiniz?Kərim Kazımı süzüb dedi:– Salman, ümumiyyətlə, Səməd Vurğun ya¬radıcılığını gözü götürməyənlər çox olmuşdur. Mənə elə gəlir ki, bu Səməd Vurğunun popul¬yarlığını qəbul edə bilməməkdən irəli gələn amildir. Sizcə haqlı deyiləmmi?Kazım söhbətin nədən getdiyini anlayıb Kərimə zarafatla dedi:– Bəli... Bəs “mən nə Sanılıyam, nə də Ca-vadam; Onlara düşmənəm, onlara yadam” mis-ralarını kim deyib? Kimə məxsusdur?Kərimin cavab verməyini gözləməyib, As-lan dilləndi:– Kazım, bir ixtisasçı kimi bilirsən ki, o dövrlərdə Səməd Vurğunun Cavidin, xüsusilə də Sanılının, həmçinin də Cavadın təsiri altına düşməsi haqqında fərziyyələr irəli sürülmüşdür. Üstəlik şairin onların “havalarını daha ustalıqla çalması”nı deyirdilər.Kazım heç nə olmamış kimi çiyinlərini çə-kib dedi:– Təəccüblü nə var ki? Vurğunun Cavad və Sanılının təbiətə həsr olunmuş şeirləri arasında doğmalıq, hiss olunacaq dərəcədə yaxınlıq özü-nü göstərir.Aslan başını bulayaraq dedi:– Qardaş, o ayrı mövzu... Söhbət sənin ba-yaq səsləndirdiyin və Səməd Vurğunu ittiham etdiyin “mən nə Sanılıyam, nə də Cavadam; On-lara düşmənəm, onlara yadam” misralarından gedir. Yəni doğrudan anlamırsan ki, o dövrdə elə yazmaq lazım idi.Kazım heç nə anlamadığından soruşdu:– Niyə?Aslan əsəbi halda qışqırdı:– Nə niyə?Sonra udqunub dedi:– Qışqırdığıma görə günahımdan keçin.Sonra üzünü Kazıma tutub dedi:– Adamı lap özündən çıxarırsan e...Dərindən nəfəs dərib sözünə davam etdi:– Kazım, o dövrdə Cavad və Sanılıya mü-nasibət daha kəskin idi və onlar “burjua və qol-çomaq şairləri” adlandırılırdılar. Vurğunun ya-radıcılığını təhlil edib “kəndi təsvir edərkən on-dan bir qolçomaq ləzzəti alır” deyə ittiham edir-dilər. Bir neçə dəfə həbs edilmiş Sanılı və Cava-dın tərəfində durmaq nəyi dəyişəcəkdir? Vur-ğun taleyini niyə təhlükə altında qoymalı idi?Hamı Aslanın sualı qarşısında susurdu. Araya ölü sükut çökmüşdü. Kərim araya düşən sükutu pozub dedi:– Bir insanın başqalarını inkar etməsi, əley-hinə əsərlər yazması o dövrdə adi hal almışdı...Salman gülümsəyib dedi:– Adi hal yox, dəb idi…Aslan Salmana bozararaq dedi:– Ağını çıxartma…Kərim gözünü uzaqlara zilləyib dedi:– Səməd Vurğunun “Həsrət” şeiri yadınız-dadır? Oradakı o başı kəlağaylı ana sanki mənim öz anamdır. Gözlərimdə canlanır. Şair yazırdı ki,Gecənin sarvanı o ulduz, o ay,Anamın örtdüyü sarı kəlağay,Gözümdə qalmışdır ömrüm uzunu...Bax bu şeiri üçün də şair əziyyət çəkdi, tə-nələr eşitdi. Haradasa keçən əsrin, təqribən otuz-otuz beşinci illərində “Ədəbiyyat qəzetə-si”ndə bu şeirə münasibət bildirilmişdir. Tam yadımda qalmayıb, amma təxmini deyə bilərəm. Orada qeyd edilirdi ki, Səməd Vurğun inqilabi axın qarşısında bir an duraraq yıxılana qarşı bir “həsrət” çəkdi. Bu isə əfvolunmaz bir günahdır. O, üzərinə düşən bu çirkin ləkəni inqilabi yolla silməli və təqsirini təmizləmək üçün Şura ədə-biyyatı qarşısında yazıları ilə bəraət qazanmalı-dır.Kazım başını bulayıb dedi:– Həqiqətən deyilənlərin şərhə ehtiyacı yoxdur. Səməd Vurğunun dövründə, kəlağayını feodalizmin rəmzi kimi qəbul ediblər və “kəla-ğayını arzu etməsi” onun yeni quruluşa qarşı çıxması, köhnə quruluşu qaytarması kimi təlqin ediblər. Niyə ki, şairin dövründə çıxan “Hücum” jurnalında onun yaradıcılığının ilk dövrlərində xırda burjua dünyagörüşünün təsirinə məruz qaldığı, qarşısına qoyduğu məsələlərin heç birini proletar sinfi nöqteyi-nəzəri ilə həll edə bilmə¬məyi, dövrünün yeniliklərinə kənardan bir ta¬maşaçı kimi baxdığı qeyd olunurdu. Siz də nəyi qoyub, nəyi axtarırsınız?Salman gülümsəyib dedi:– 1943-cü ildə isə əsərlərinin səhnədə oyna-nılmasına qadağa qoyulur, dramlarının səhnə-dən götürülməsi haqqında göstəriş verilir.Kərim masanın arxasından ayağa durub pəncərəyə yaxınlaşdı. Küçədə tələm-tələsik ge-dən insanları diqqətlə süzərək dedi:– Dostlar, belə gəlib, belə də gedəcək. Sirri-ni heç kəsə verməyən bu gəlimli-gedimli dünya-ya kimlər gəlib – kimlər gedib? Onlardan biri də ki, dahi şairimiz. Bilirsinizmi, biz bu işin içində olduğumuz üçün kimin kim olduğunu çox gözəl anlayırıq. Qələm sahiblərinə hücumlar olur. Bu inkaredilməz faktdır. Amma hər şeyin dərəcəsi var. Daha “nənəm mənə kor deyib, hər gələnə vur deyib” məsəli deyil. Səməd Vurğunu həyatı bilməməkdə, mədəni gerilikdə təqsirləndirirlər. “Aygün” poeması üçün nələr eşitmədi. Başı çı¬xan da yazdı, çıxmayan da. Gah bolşevik parti¬yalılığı prinsipindən, sosializm realizmindən ge¬ri çəkildiyi üçün, gah da sovet varlığını, sovet adamlarının simasını təhrif etməsi baxımından müvəffəqiyyətsiz, bədii cəhətdən sönük, zəif əsər kimi dəyərləndirilmişdir.Aslan hələ də pəncərənin qarşısında daya-nan Kərimə baxıb dedi:– “Aygün” əsəri partiyanın sovet ədəbiy-yatı qarşısında qoyduğu məfkurəvi – bədii tələb¬lərə cavab vermir, “Əmirxan obrazının baxışları ilə Səməd Vurğunun həyata münasibəti eynidir” fikirlərini oxuyanda yazının müəllifi əlimə keç¬səydi, tikə-tikə edərdim.Salman Aslanın hirsləndiyini görüb dillən-di:– Hirslənmək lazım deyil. Şairi Aygün, Ül-kər kimi adların üstündə ittiham etmişdilər. Hə-yatda olmayan uydurma, qeyri-təbii adlar yarat-dığı üçün qınanan şair nə etməliydi? Şairin bu bəndi hər şeyi deyir:İndi bu böhtanlar mənə dar gəlir,Saçlarım ağarır, ömrüm gödəlir.Qapımdan çəkilsin qara buludlar,Mənim Günəş adlı bir vicdanım varKərim kədərlə dedi:– Salman qulaq as, Səməd Vurğun nə de-miş:El istər hər sözüm, şeirim cahanda bir şüar ol-sun,Paxıllar cəhd edirlər ki, sözüm gülzarı xar olsun....Rəzillər can atırlar ki, rübabım sınsın aləmdə,Nəsibim, taleyim, haqqım – soyuq bir intihar ol-sun.Masanın arxasına keçib əyləşdi. Onun hərəkətlərini izləyən Kazıma dedi:– Siqaretin var?Kazım təəccüblə soruşdu:– Sən nə vaxtdan siqaret çəkirsən? Sən çəkmirdin axı...Kərim əlini yelləyib dedi:– Bu həngamədən sonra gəl bir siqaret çəkmə...(Davamı var)ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.