İmam CƏMİLLİ: SƏDAQƏT (Hekayə)

İmam CƏMİLLİ: SƏDAQƏT  (Hekayə) "Əzizim Səbinə! Bizi bir aya yaxındır ki, Əfqanıstanın Cambul vilayətinin yanında olan hərbi hissəyə gətiriblər. Buraların çox maraqlı relyefi var. Boz, çılpaq dağlar, kəndlər çox primitivdir. Çox maraqlı deyimlər var. Kişilər uzun əbalı və başı çalmalı, qadınlar isə çadra altında, ancaq gözləri görünür.
Səba, bura gələndən yeddi nəfər əsgər yoldaşımızı itirmişik. Bizə qarşı çox pis münasibət var. Qarşıdan gələnin düşmən və ya dost olduğunu bilmək olmur. Qarşıdan gələnin yanından keçdiyi məqamda, gözlənilmədən adama hücum edir. Ona görə bizi tək şəhərə, kəndə buraxmırlar.
Burada hər dəqiqə başına nə gələcəyini bilmək olmur. Salamat evə dönmək ya qismətdir.
Səbinə, burada yaxın bir dostum var, Musa adında. Gəncə tərəfdəndir. Hərbi xidməti salamat başa vurub evə qayıda bilsəm, toyumuzda Musanı dəvət edəcəyəm.
Səbinə, yazdıqlarımdan elə başa düşmə ki, döyüşdən qorxuram. Yox! Olanı yazdım. Bura gələndən bu mənim sənə birinci məktubumdur. Vaxt olan kimi yenə məktub yazacağam. Cavabı gecikdirmə. Sənin məktubun burda mənim üçün mənəvi qüvvədir, gücdür.

İmza səni sevən: Şahin."

Şahin məktubu yola salandan sonra elə bil üstündən ağır bir yük götürüldü. Heç olmasa ürəyindən keçənləri sevgilisinə yaza bilmişdi. İmkan tapan kimi hərbi biletinin arasında olan Səbinənin şəklini çıxardıb onunla «danışırdı». Beləcə xeyli vaxt keçmişdi, Əfqanıstana gəldiklərindən.
Hərbi xidmətə gələndən Şahin Musa ilə ülfət bağlamış, tale elə gətirmişdi ki, Əfqanıstana da birgə gətirilmiş və bir hərbi hissəyə düşmüşdülər. Bu da taleyin bir qisməti imiş.
Bir neçə döyüşlərdə iştirak edən Şahinlə Musa salamat qaldıqları üçün bir-birini təbrik etmişlər. Musa Şahinə məsləhət görmüşdü ki, Səbinəyə məktub yazanda çox məsələləri yazma. Həmişə məktubu xoş ovqatlı yaz ki, qoy Səbinənin də ürəyi yuxarı olsun.
Musanın məsləhətindən sonra Şahin nə vaxt Səbinəyə məktub yazsa həmişə vəziyyətinin yaxşı olmasından yazırdı. Döyüşə hazırlıq gedirdi. Musa ilə Şahin səngərdə yanaşı durmuşdular. Hücum əmri verildi. Hücuma keçildi. Şahinin «Məni vurdular» sözünə çönüb yanına baxanda Musanın yerə yıxılıb, əli ilə qılçasını tutduğunu gördü. Şahin Musanı qucaqladı və bir az kənarda bir qılçanın atılıb-düşdüyünü görəndə gözləri alacalandı.
Şahin Müslümün atəşin nöqtəsindən çıxartdı. Müslümü tibb məntəqəsinə yola salandan sonra geri qayıtdı. Atəş dayanmışdı. Şahin Müslümün yaralandığı yerə gəldi. Müslümün qılçasını tapdı. Qılça dizdən bir az aşağı kəsilmişdi. Şahin qılçanı götürüb gəldi və ağa büküb hərbi hissədən bir az aralı bir təpədə yer qazıb basdırdı. Yeri yaddan çıxmasın deyə bir neçə daş gətirib nişanə qoydu.
Şahin komandirdən icazə istədi ki, tibb məntəqəsinə gedib Müslümdən bir xəbər bilsin. Lakin komandir icazə vermədi. Komandir dedi ki, Müslüm yəqin ki, əməliyyat olunacaq. Bir neçə gün yanına adam buraxmazlar. Telefonla əlaqə saxlayıb vəziyyəti öyrənərik. Narahat olma Müslümün yaralanmasından on gündən artıq vaxt keçmişdi. Şahinin xahişi ilə komandir bir neçə dəfə tibb məntəqəsi ilə əlaqə saxlanmış Müslümün vəziyyətinin yaxşı olması barədə məlumat əldə edə bilmişdi.
Kəşfiyyatın məlumatına görə səhər günortaya yaxın hücum gözlənilirdi. Günortaya az qalmış döyüşə hazırlıq gedir. Qəflətən «hücum» əmri verilir. Yer-göy sanki lərzəyə gəlir. Şahin müvazinətini itirir və başını avtomatın qundağı üstünə qoyur.
Şahin başını Səbinənin dizi üstə qoyub, göydə ulduzları sayır.
- Səbinə, göydə ən parlaq ulduz bizim bəxt ulduzumuzdur. Barmağımın tuşu ilə bax. – deyən Şahin barmağını ən parlaq ulduza tuşladı.
Səbinə Şahinin barmağının tuşu ilə baxıb:
- Hə qadan alım, Şahin, görürəm. Biz xoşbəxt olacağıq. Gör ulduzumuz maşallah olsun nə parlaqdır? – deyən Səbinə dizinin üstə Şahinin saçlarını sığallayıb üzündən öpdü.
Gözünü açan Şahin Musanı başı üstə gördü. Musa Şahinin saçını sığallayırdı.
- Musa bura haradır? Şahin Musanın gözlərinin içinə baxdı.
- Xəstəxanadır, Şahin.
- Bəs mən bura hardan düşmüşəm?
- Yaralanmısan. Neçə gündür huşun özündə deyildi.
- Musa, Səbinə burda idi. Bəs o necə oldu?
- Şahin, burda Səbinə nə gəzir. Bura Əfqanıstandır. Səni qara basır. – deyən Musanın yanağı aşağı axan damlalar arxası üstə uzanmış Şahinin üzünə düşdü. Diksinən Şahin doluxsunmuş gözlərini yana çevirdi.
Tibb bacısı müəyyən xəstələri, o cümlədən Şahinlə Musanı da hazırladılar və xərəyə uzadıb təcili tibbi yardım maşınına mindirib hava limanına yola saldılar. Xəstələr təyyarə ilə Leninqrada hərbi xəstəxanaya göndərildi.
Musanın dizində qanqrena hiss edən həkimlər xəstəni yenidən əməliyyat etməli oldular. Dizdən 4 barmaq yuxarı kəsməklə Musanın həyatını xilas etdilər. Şahinlə Musanın yaraları sağalandan sonra hər ikisini ordudan tərxis edib evə göndərdilər.
Evə gələndən bir neçə ay sonra Şahin toy edib Səbinə ilə ailə həyatı qurdu. Toya Musa da dəvət olunmuşdu.
Musa da evləndi. Hərbi xidmətdə bü¬növrəsi qoyulan dostluq, getdikcə daşa da möhkəmlənirdi. Tez-tez Şahin Musagilə gedər, hal-əhval tutardı. Beləcə günlər bir-birini əvəz edərdi.

* * *
Son zamanlar arvadının hərəkət və davranışında olan dəyişikliyi hiss edən Musanın, içində bir şübhə əmələ gəlməyə başlamışdı. İçində nə qədər çalışsa da şübhədən yaxasını qurtara bilmirdi. Musa bir neçə dəfə arvadını pussa da bir şey görə bilməmişdi. Bir gün Musa arvadına dedi ki, şəhərə gedəcək. Bir-iki gün gəlməyəcək. Vacib işi var.
Arvad Musanı yola saldı. Musa arvadının onun şəhərə getməkdə məqsədi nədir, nədən ötəri gedir məsələsi ilə bağlı heç bir söz soruşmamasının üstünü vurmadı.
Yola düşən Musa özlüyündə yəqinləşdirdi ki, evdən getməyi arvadının ürəyincədir.
Gecə yarı Musa pəncərənin ağzında dayanıb, pəncərənin böyründən güclə görünən hissədən otağa baxmağa başladı. Arvadı ilə yad kişinin səhnəsini gözü ilə görən Musanın yer-göy başına fırlandı. Divara söykənib handan hana özünə gələn Musa qapıya yaxınlaşıb yavaşca əlini qapının dəstəyinə atdı ki, görsün qapı açıqdı ya yox. Qapının açıq olduğunu hiss edən Musa odun doğranan yerə gedib baltanı tapıb götürdü. Əlində balta qəflətən otağa daxil olan Musa, çarpayıya yaxınlaşdığı məqamda özlərini itirib lüt ayağa duran Musanın arvadı ilə oynaşı hərəsi otağın bir tərəfinə qaçdılar. Tez arvad ayağının altında olan ədyala gözü sataşdı. Cəld əyilib ədyalı götürüb Musanın başına salıb arxadan ərini qucaqladı. Özünü saxlaya bilməyən Musa yerə yıxıldı. Yerə düşmüş baltanı götürən oynaş Musanın başına zərbə endirdi.
- Başını əz. Yoxsa bizi biabır eliyəcək, - deyən arvad dedi. İki-üç zərbədən sonra ədyalın altından axan qan otağın ortasında gölməçə əmələ gətirmişdi. Tam arxayınlaşandan sonra hər ikisi paltarlarını geyinib meyidi bir neçə hissəyə bölərək, qapıda yer qazıb meyidi basdırdılar və otağı təmizlədilər.

* * *
Şahin tezdən qalxıb qapı-bacanın işini sahmanladı. Günorta çörəyini yeyib dedi.
- Səbinə, bu gecə Musanı yuxumda görmüşəm. Çox pis vəziyyətdə idi. İki ilə yaxındı getmirəm. Gedim bir dəyim.
- Şahin, heç bir şey olmaz. Yuxudu də. Səhər tezdən gedərsən, - dedi Səbinə.
- Yox Səbinə, indi gedəcəm. Allah eləsin salamatçılıq olsun, - deyən Şahin ayağa qalxdı. Səbinə, ola bilər axşam gəlmədim, narahat olma, qapıdan çıxdı.
Şər qarışmamış Şahinin qayıtmasını görən Səbinə ərinin qarşısına gedərək:
- Nə tez gəldin, ay Şahin? – dedi.
- Dedim ki, yuxumu qarışdırmışam.
- Nolub, sən Allah. Ürəyim ayağımın altına düşdü, - dedi Səbinə.
- Arvadı Musanı öldürüb.
- Nə danışırsan, ay Şahin? – deyən Səbinə güclə qapıdakı stolun üstünə oturdu.
- Eşitdiyin kimi. Gecə gəlib Musa arvadını başqası ilə bir yerdə görüb. Onlar da birləşib Musanı öldürüb, qapıda basdırıblar. On beş gündən sonra işin üstü açılıb. Hər ikisini tutublar.
Şahin Musanın məzarının üstünü götüz¬dürdü. Hər il qara bayramda Musaya ehsan verirdi. Aradan illər keçsə də Şahinə bir məsələ rahatlıq vermirdi. Musanın Əfqanıstanda dəfn etdiyi qılçasını gətirib Musanın öz məzarında dəfn etsin. Lakin heç cür Əfqanıstana getmək mümkün deyildi. Şahinin bir arzusu dostunun cənazəsini bütövləşdirmək idi. Bu da ağlasığası iş deyildi.
Zamanı gəldi, sovet imperiyası çökdü, xaricə getmək də asanlaşdı. Şahin qapıda olan heyvanlarından satıb xeyli pul düzəltdi. Xarici pasport aldı və Əfqanıstana getdi. Vaxtı ilə hərbi hissələrinin yerləşdiyi əraziyə gedib çıxdı. Həmin təpədə qoyduğu daşları tapdı və daşların altını qazıb Musanın qılçasının sümüyünü çıxartdı, selofana büküb götürdü.
Şahin bir neçə ağsaqqal və molla götürüb Musanın məzarı üstünə gəldilər. O, Gətirdiyi qılçanın sümüyünü məzarda dəfn etdi.
Evində ehsan verdi. Ağsaqqallar «üzün ağ olsun, oğul» dedilər. Şahin isə «Mən ən böyük arzum Musanın qılçanı gətirib məzarında dəfn etmək idi. Şükür ki, bunu həyata keçirə bildim. Heyif Musaya ki, o odun-alovun içindən salamat çıxıb gəldi amma axırda xəyanətkarlığın qurbanı oldu. Heyif! – deyən Şahin doluxsunmuş gözlərini yana çevirdi.

28.02.2016-cı il

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bayram Qaralov:

Bayram Qaralov: "ŞAHİN"

Başkeçid
ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

ALLAH RƏHMƏT ELƏSİN, ZƏRGƏR MUSA!..

Qarayazı, Nekroloqlar
Şahin Babayev Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Şahin Babayev Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin olunub

Rəsmi Xəbərlər, Təbriklər
Zərgər Musa, üçüncü kitabın mübarək!..

Zərgər Musa, üçüncü kitabın mübarək!..

Borçalı, Qarayazı, Təbriklər
Qaraçöplü Musa (1885 - 1965)

Qaraçöplü Musa (1885 - 1965)

Folklor, Qaraçöp
AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzun ...

AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzun ...

AzTU
Aynur Nəbili - Urus dili (Hekayə)

Aynur Nəbili - Urus dili (Hekayə)

"Şərqin səsi", Nəsr, Müsabiqə
Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ döyüşçüsü ƏLÖVSƏT QASIMOV (1960)

Qarabağ, "XXI əsrin Ziyalıları"
Atəşlə doludur küllərim mənim

Atəşlə doludur küllərim mənim

UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da “SABAH” qruplarında oxuyan tələbələrilə Təhsil Nazirliyinin “SABAH” ...

AzTU-da “SABAH” qruplarında oxuyan tələbələrilə Təhsil Nazirliyinin “SABAH” ...

AzTU
ŞAHİN NƏSİB OĞLU QULİYEV (1958)

ŞAHİN NƏSİB OĞLU QULİYEV (1958)

"XXI əsrin Ziyalıları", Qarayazı

"AİLƏMİZDƏ YEGANƏ MÜĞƏNNİYƏM"

Mədəniyyət, "Elm və Təhsil"
Yeni poetik toplu:

Yeni poetik toplu: "HƏKİMLƏRİN SÖZ DÜNYASI"

Səhiyyə, MEDİA
Musa GÜLMƏMMƏDOV: Dosta etibarı var Borçalının!..

Musa GÜLMƏMMƏDOV: Dosta etibarı var Borçalının!..

Poeziya, Borçalı, Təbriklər
Şahin Bərdəli: RÜBAİLƏR

Şahin Bərdəli: RÜBAİLƏR

Müsabiqə, RÜBAİLƏR
ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİD ELŞAD MƏCİD oğlu BUDAQOV - KƏPƏNƏKÇİ (1973-1992)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Tibbi xidmət polkovniki MUSA MUSAYEV (1950)

Başkeçid
AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU-da “SABAH”qruplarının tələbələri ilə görüş keçirilib

AzTU
Musa Ağalarov:

Musa Ağalarov: "Dərdimin dərmanı Zəngilandadır"

Müsabiqə
Qaytar Qarabağı, Ey Böyük Allah....

Qaytar Qarabağı, Ey Böyük Allah....

Qarabağ, Regionlar, Müsabiqə
Rəy yazın: