Səadət Buta: "HÜSEYN DAĞLAR OĞLU" (poema)

Səadət Buta: "HÜSEYN DAĞLAR OĞLU" (poema) Dəyərli soydaşımız,
tanınmış alim-memar,
bacarıqlı iş adamı və
xeyriyyah insan
Hüseyn Artıkoğluna


Doğma vətənimdi, şirin canımdı,
Gözəllik taxtının şahı Başkeçid.
Darayıb saçını əsən küləklər,
Oxşayıb dağların mehi Başkeçid.

Əzəl gündən otun, suyun dərmandı,
Bu gözəllik sənə haqdan fərmandı.
Cənnət sənsən, ayrı cənnət yalandı,
Şəbnəmdi güllərin şehi Başkeçid.

Butaya içirtdin eşq dolu camı,
Torpağın, suyundu seirimin tamı.
Mən səndə görürəm böyük Turanı,
Hələ bixəbərdi çoxu Başkeçid.

* * *
Tarix bilir nə olub,
Bu dağların qoynunda.
Paralanıb Borçalım,
Namərdlərin oynunda.

Oxu Dədə Qorqudu,
Var Tumanın qalası.
Hər dağında bəllidi,
Bir Koroğlu qayası.

Türkün öz torpağıdı,
Başkeçidin torpağı.
Qarapapaq diyarı,
Tərəkəmə oylağı.

Könlümə naxışlanıb,
Hər dağı, hər dərəsi.
Ərzurma burdan keçib,
Kərəm ilə Lələsi.

Köyləri köydən gözəl,
Evləri evdən gözəl.
İgidləri bəllidi,
Qurduğu meydan gözəl.

Bir Qəmərli köyü var,
Bu köylərin içində.
Gözəllik ola bilməz,
Gözəlliyi biçimdə.

Çeşmələri Şəkinin,
Noğuludu, qəndidi.
Qızları xanım-xatın,
Oğullar əfəndidi.

Bu köyün qara naxrı,
Dağ döşündə dolanır,
Axan çayların suyu,
Ağ sürüdən bulanır.

Burda nökər tapılmaz,
Hamı sözünə ağa.
Bu köydən bir yol gedir,
Gül-çıçəkli yaylağa.


Gəl oxucum birlikdə,
Dərə keçib, dağ aşaq,
Bir nəsil karvanından,
Ötən gündən danışaq.

İllər öncə bu köydə,
Hüseyin baba vardı.
Gendə elə yaraşıq,
Darda gərək olardı.

Tükü tükdən seçərdi
Gah əkib, gah biçərdi.
Namərddən gen dolanıb,
Mərdə cannan keçerdi.

Qonşu çəpəri aşıb,
Nə də qapı döyərdi.
Bu köydə Hüseyinə,
Camaat baş əyərdi.

Haram tikə yemədi,
Yalan, böhtan demədi.
Məkanı cənnət olsun,
Haqq yolundan dönmədi.

Halala öyrətmişdi,
Özü kimi oğlunu.
Bax belə danışırlar,
Onun ömür nağlını.

Artiq də atasıtək,
Çörəyni halal yedi.
Halallıqla qazandı,
Haram tikə yemədi.

Özünə yaraşırdı,
Onun ömür yoldaşı.
Ömrünə zinət olan,
Zinyət adlı sirdaşı.

Zinyət xanım dinəndə,
Şirin dil danışardı.
Geydiyi atlas paltar,
Əyninə yaraşardı.

Atlanardı düşərdi,
Qapısına qonaqlar.
Qazanlar asılardı,
Gür yanardı ocaqlar.

Artiq onun könlündə,
Taxtı Süleyman idi.
Beş qızı su sonası,
Bir oğlu sultan idi.

Nəvələrin könlünə,
Yurd sevgisi əkərdi.
Gah xal-xalça toxuyub,
Gah da tikmə tikərdi.

Könlü gülüstan ana,
Hər işi dastan ana.
Nə baladan ayrılar,
Nə yardan, dostdan ana.

Sevgiylə hörülmüşdü,
Bu evin divar, daşı.
Can deyib, can eşidir,
İki ömür yoldaşı.

Artiq pəhlivan kimi,
Düşmüşdü dildən-dilə.
Hələ onun kürəyni,
Bir kəs vurmamış yerə.

Son baharda başlardı,
Dağların toy- düyünü.
Hər kəs bəlli edərdi,
Öz adınnan köyünü.

Neçə dəfə dolardı,
Boşalardı toyxana.
Güləşəngi başlardı,
Günortadan axşama.

Hər köyün bir igidi,
Pəhlivanı var idi.
Kiminin meydanı gen,
Kimininki dar idi.

Hamamlı Hacı Xəlil,
Hər kəslə yarışırdı.
Çoxunu bəyənmirdi.
Özündən danışırdı.

Bir gün Xəlil Artiqi,
Çağırdı meydanına.
Bu xəbər Başkeçidin,
Yayıldı hər yanına.

Hamı əziz tutardı,
Ağsaqqal hörmətini.
Ağsaqqallar verərdi,
Qalibin qiymətini.

Hamamlıda toy vardı,
Artiq girdi mağara.
Toybabaçı əl etdi,
Dindi zurna-nağara.

Güləşəngi başladı,
Meydan o meydan idi.
Hər ikisi yenilməz,
İgid pəhlivan idi.

Xəlil meydan dolanıb,
Yaman havalanırdı.
Rəqibini yıxmamış,
Öznü qalib sanırdı.

Onlar girdi meydana,
Bir azca dolaşdılar.
Xəlil qafil əl atdı,
Alışıb tutuşdular.

Hə var havalanmağa,
Doğmalar cəm olanda.
İnsan yalqız olarmış,
Elindən gen olanda.

Camaat bir ağızdan,
Xəlil, Xəlil deyirdi.
Artiq gözləri ilə,
Məclisi ələyirdi.

Artiq birdən sarılıb,
Vurdu Xəlili yerə.
Sıçrayıb əl uzatdı,
Rəqibə gülə-gülə.

Xəlil çəkib əlini,
Üz tutub yana getdi.
Susdu zurna-nağara,
Güləşdə sona yetdi.

Bu elin, bu obanın,
Bir adəti var idı.
Dava-dalaş olmazdı,
Sülh bərqərar idi.

Udan da uduzan da,
Əl verib görüşərdi.
Heç nə olmamış kimi,
Sarılıb öpüşərdi.

Artiqə əl verməmək,
Xəlili bir də yıxdı.
El gördü iç üzünü,
Axır paxırı çıxdı.

O günnən geniş oldu,
Pəhlivanın meydanı.
Dillərə dastan oldu,
Artiqin adı, sanı.

Köydə məktəb tikildi,
Onun köməyi oldu.
Bir bulaq çəkildisə,
Onun əməyi oldu.

Bir məclisə varanda,
Onun yeri baş oldu.
Dostluqda dostuna tən,
Ellərə sirdaş oldu.

Bir oğlu, bir Hüseyni,
Babasının adaşı,
Gözlərinə nur idi,
Beş bacının qardaşı.

Hüseyin sinə dəftər,
Dastanlar oxuyardı.
Seçib yaxşı sözlərdən,
Çələnglər toxuyardı.

Məktəbdə hər dərsini,
Oxyub beşə bilərdi.
Riyazyatı bir anda,
Toplayardı bölərdi.

Hüseynin hər addımı,
Sanki imtahan idi,
Məktəbdə əla şagird,
Məhəllədə xan idi.

Səhər tezdən gəzərdi,
Güllü şehli çəməndə.
Qara atı sürərdi,
Dağda dumanda, çəndə.

Bazar günü uşaqlar,
Yayılardı yamaca,
Kimi oyun oynardı,
Kim deyərdi tapmaca.

Qızlar beş daş oynardı,
Ya da kı, iynə-iynə.
Oğlanlar halay qurub,
Oynardı dirədöymə.

Bütün bu oyunları,
Hüseyin qazanardı.
Uşaqlar pərvanətək,
Başına dolanardı.

Hamı onu sevərdi,
Dosta düz ilqar idi.
Bəzən bir dəliqanlı,
Bəzən ağsaqqal idi
***
Bitrib orta məktəbi,
Beşnən atestant aldı.
O, dağlardan şəhərə,
Arzu dolu yol saldı.

Canım Bakı, qaynar şəhər,
Gözlərində açdı səhər.
Milyonlara qarışdı O.
Hər zəhmətə alışdı O.

O inşaat şöbəsinə,
Poltexnikə verdi sənət.
İmtahannan beş aldı,
O həmişə baş oldu.

Gecələr təhsil alıb,
Gündüz fəhlə işlədi.
O ömründə yorulmaq,
Nə olduğun bilmədi.

Nə anadan istədi,
Nə atadan pul aldı.
O hər zaman işinin,
Özü qeydinə qaldı.

İnstitutda dostları,
İşdə iş yoldaşları,
Hüseynə can dedilər,
Dostluqda tən dedilər.

Ay dolandı, il ötdü,
Hüseyin əsgər getdi.
Gəl oxucum qulaq as,
Gör orda nələr etdi.

Bu qaydadı həyatda,
Oğullar əsgər gedir.
Ali təhsili olan,
Bircə il xidmət edir.

Çox da zaman keçmədi,
Kicik Serjant ad aldı.
Öz işində mükəmməl,
Maşna komandir oldu.

Əsgərlərlə Hüseyin,
Xoş, mehriban dolandı.
Böyüdü kiçik serjant,
Böyük serjant da aldı.

Bir ildə nələr etdi,
Oldu, O, bəy əfəndi.
Əsgər gedən Hüseyin,
Bakıya zabit döndü.

Yenə işə başladı,
Usanıb yorulmadı.
Həqiqətə can dedi,
Nəfsinə qul olmadı.

Hər yapdığı bir saray,
Onun əməyi oldu.
O ucalan binalar,
Gözəl əməli oldu.

Ot bitər kökü üstə,
Tikan kolu gül olmaz.
Alma düşər ağacdan,
Budağından gen olmaz.

Heseyin beş bacının,
Hamsını əziz tutdu.
Onlara kömək verib,
İnistutda oxutdu.

Ayırmadı, seçmədi,
Heç vədə bir-birindən.
Hey yaxşılıq eylədi,
Hər nə gəldi əlindən.

Bacıların köksündə,
Döyünən ürək qardaş.
Gen gündə yaraşıqdı,
Dar gündə gərək qardaş.
* * *
Yay fəsli dağlar oğlu,
Elə gəldi, eli gözəl.
Əzəldən bu dağların,
Tər çiçəyi gülü gözəl.

Səhər tezdən seyrə vardı,
Gördü dağlar başı qardı.
Çəmənlikdə bir qız vardı,
Saçı burma teli gözəl.

Qəfil gözü gözə baxdı,
Kirpiyini elə çaxdı.
Könlünü yandırıb yaxdı,
Dedi yoxdu belə gözəl.

Hüseyin onu tanıdı,
Yazılmamış bir yazıdı.
Bitirmiş Ali məktəbi,
Əlləz kişinin qızıdı.

Bu qızın adı Tovuzdu,
Elə bil bahardı, yazdı.
Boyu boylardan gözəl,
Yerişi işvədi, nazdı.

Əlləz kişi bu eldə,
Bəlli bir insan idi.
Ordumuza sərkərdə,
Mənliyində xan idi.

Bakı iyirmi yanvar,
Boran qara düşəndə,
Əlləz çatdı haraya,
Vətən dara düşəndə.

Bakıda "N" nömrəli,
Hərbi komissar oldu.
Ağdərə döyüşündə,
Qolundan yara aldı.
* * *
Ömür səhər doğan al günəş kimi,
Axşam dağdan aşdı, ay Əlləz qağa.
Kimi kef eylədi sevda dəmində,
Kimi gözü yaşdı, ay Əlləz qağa.

Haray çəksən daş oynadar yerindən,
Bircə kəlmə yalan gəlməz dilindən.
Həmişə yaxşılıq gəlsin əlindən,
Nadan qəlbi daşdı, ay Əlləz qağa.

Vətənə bağlısan, elə bağlısan,
Sazın sinəsində telə bağlısan.
Anam Başkeçidin sərkər oğlusan,
Baş olanlar başdı, ay Əlləz qağa.

Əlləz kişi Artiqlə,
Dost idi, yaxın oldu.
Verdi qızı Hüseynə,
Ən yaxın qohum oldu.

Bu köydə toy başladı,
Dağlara səda düşdü.
Dindi zurna-nağara,
Keçən gün yada düşdü.

Borçalının toyları,
Dədə Qorqud boyları.
Sazın sözün yarışı,
Əyləndirdi bəyləri.

Toydan sonra Hüseynin,
Güldü üznə həyatı.
Moskvaya yol aldı,
Artırmağa savadı.

Moskva gözəl şəhər,
Oxşasada könlünü.
Unutmadı bircə an,
O dağların gülünü.

Yaratmaqdan, qurmaqdan,
Yorulmadı doymadı.
Hansı gün əbəs keçdi,
Onu ömür saymadı.

Üzdü bir qəvvas kimi,
O, elm ümmanında.
Onun vətən sevgisi,
Qaynayırdı qanında.

Hüseynin oğlu oldu,
Adına Babək dedi.
Hər addımnı atanda,
Min arzu, dilək dedi.

* * *

Xoş gəldin cahana, nə yaxşı gəldin,
Nənələr gözünün nuru Babəkim.
Arzuların qönçə tutub gül açsın,
Aydan arı, sudan duru Babəkim.

Yaxşı qohum yüz il keçsə yad olmaz,
Yaman adam gen günündə şad olmaz.
Öküz ölər gönü qalar ad almaz.
Mərd bölər dərdini yarı Babəkim.

Qürbət elin havasında nəm olar,
Torpağının dadı-duzu kəm olar.
Yad diyar nə kam, nə məkan olar,
Əriməz həsrətin nəmi Babəkim.

Atan Hüseyin tək dərdə dayaq ol,
Başın göyə dəysin, yerdə dayaq ol.
Yetimə, yoxsula mərdə dayaq ol,
Kimə qaldı dünya varı Babəkim.

Qeyrət atın Qarabağa yol açsın,
Dan ulduzu qüdrətinə əl açsın.
Oğul desin, vətən sənə qol açsın,
Ürəyinə vətən sarı Babəkim.
***
Moskvada Hüseyn
Elmi işni bitirdi.
Döndü azərbaycana,
Mətləb yernə yetirdi.

Min doqquz yüz səksən dörddə
İşə başladı yenə
Bakının gen qoynunda,
Qurmağa neçə bina.

Hər yapdığı bir bina,
Onun əməyi oldu,
Hər ucalan binalar,
Gözəl əməli oldu.

Bax Bakıda Abşeron,
Moskva mehmanxanası,
On altı mərtəbə ev,
Ali Sovet binası.

Lənkaran mədənyət evi,
Oldu əməynin bəhrəsi.
Gəncə, Əlibayramlıda
Texniki evin bınası.

Ətəklərdən zirvələrə,
İftixarla baxdı gözü.
Onun üçün qanun oldu,
Ana fikri, ata sözü.

Unverstetde dossent,
Elmdə umman oldu.
Öz işinin vurğunu,
Sözündə bir xan oldu.

Hüseyin hər işini,
Yüz ölçüb, bir biçərdi.
O keçdiyi yolları,
Öz ağlınnan seçərdi.

O düşünüb işində,
Yeni bir addım atdı.
Çox layihə var idi,
"KOP" layihə yaratdı.

Yenə zamanın çarxı,
Tərsinə fırlanırdı.
Dolu bir nehrə kimi,
Dünyamız çalxanırdı.

Fitnə-fel üyüdürdü,
Devirin dəyirmanı.
Gah Rus qatdı arayı,
Gah da alçaq erməni.

Hüseyin çırpınırdı,
Qəfəsdəki quş kimi.
Xalqa yol axtarırdı,
Səhrada qalmış kimi.

Düşünürdü birlikdi,
Bu millətin dühası.
Birləşib bir olmalı,
Bütün Turan dünyası.

Bir cəmiyyət yaratdı,
Yığdı mərd oğulları.
Adına "Birlik" dedi,
Dağ üstə qoydu dağı.

Vətən, millət deyərdi,
Kəlmə başı sözünü.
Harda köməksiz görsə,
Yetirərdi özünü.

Xaricə də çatmışdı,
Bu "Birliy"in sorağı.
Meydanlar dolanırdı,
Əldə vətən bayrağı.

Səkkizi iyun günü,
Cəmiyyət meydan aldı.
Dağıtdılar toplumu,
Nahaq bir divan oldu.

Düzü tərsə yozdular,
Aği qara yazdılar.
Otuz nəfəri tutub,
Cəmiyyəti pozdular.

Haqq deyən dil kəsilməz,
Haqq tutan əl kəsilməz.
Yenə getdilər yolu,
Qoynu arzular dolu.

Bakının qolu üstə,
Yenə Təbriz can verdi.
Dərbəndin yaraları,
Göz-göz olub qan verdi.

İravanda xan qalmadı,
Dığalar fərman verdi.
Azərbaycan nahaqdan,
Nə qədər qurban verdi.

İyrimi yanvar gecesi,
Xalqıma divan oldu.
Şəhid oldu balalar,
Görünməmiş qan oldu.

Hüseyində yatmırdı,
Gecələri səhərə.
Yaralı daşıyırdı,
Qan yağmışdı şəhərə.

Əli yalın silahsız,
Oğullar göynəyirdi.
Meydanda alay qurub,
Bu qana qan deyirdi.

Tökülən qannan sonra,
Qanlı meydannan sonra,
Müstəqil dövlət olduq,
Biz azad millət olduq.

Cəmiyyət yenə "Birlik",
Partiyası yaratdı.
Birləşib haqq səsini,
Xalqın səsinə qatdı.

Boşuna keçirmədi,
Bir an vədəni vaxtı.
Partiyanın nəzdində,
"BİRLİK" qəzeti çıxdı.

Seçdilər bu qəzetə,
Hüseyin başqan oldu.
Güc birlikdə şüarı,
Dillərdə dastan oldu.

Artıq "BİRLİK" qəzeti,
Əldən ələ gəzirdi.
Xalqın arzularını,
Açıq aşkar yazırdı.

Qəzet sözünü dedi,
Sözün düzünü dedi.
Əvvəl xalqı düşündü,
Sonra özünü dedi.

Hüseyin öz işində,
Hər vaxt bir əsgər oldu,
Dediyi sözə sultan,
Əməlində sər oldu.

Qeydiyatdan keçirdi,
Öz "KOP" layihəsini.
Qurmaq üçün Bakıda,
Yaşayış binasını.

Hüseyin çox axtarıb,
Əvvəl torpağı buldu.
Zərdabi küçəsində,
Binanın himni qurdu.

İlk dəfə o tikdirdi,
Bakıda özəl bina.
Bir doqquz mərtəbəli,
Ucaldı gözəl bina.

Hər kənddə, hər şəhərdə,
Daşdan çıçık bitirdi.
Arzuları mənzilə,
Arzularla yetirdi.

Oxucum sonu yoxdu,
Yazdığım dastanımın.
Hələ çox işləri var,
Mənim qəhramanımın.

İnsan, sən xoşbəxtliyi,
Dövlət varında görmə.
Etdiyin bəd əməli,
Gedib gorunda görmə.

Bu dünyanın yadında,
Bircə yaxşılıq qalır.
Yaman düşür quyuya,
Yaxşı insan ucalır.

Mənasız yaşadınsa,
Fərqi yox çox-az yaşa,
Çalış beş günlük ömrü,
Döğru dolan düz yaşa.

Yığ başına ağlını,
Gülə döndər uğrunu.
Sən öz ömür nağlını,
Hüseyin tək yaz yaşa.

* * *
Qurban olum səni doğan anaya,
Yaşadın nə gözəl yaşı, Hüseyn.
Baş olan adınla sən də baş oldun,
Başkeçid keçidlər başı, Hüseyin.

Yardı buludları ay üzə çıxdı,
Şindidən boylandı gün təzə çıxdı.
Şamdüyə lilparı, gül dizə çıxdı,
Dil açdı dağların daşı, Hüseyin.

Alın tərin damla-damla göl oldu,
Xoş əməlin yağa-yağa sel oldu.
Harda dindin bil arxanda el oldu,
Səni dedi kəlmə başı, Hüseyin.

Min bir qayğı ilə keçdi illərin,
Gör nələr yaratdı xarrat əllərin.
Yapdığın binalar şah əsərlərin,
Möhürləndi zər naxışı, Hüseyin.

Sadəcə dolandın, sadəcə geydin,
Nə zülmə baş əydin, nə fağır döydün.
Nə könül sındırdın, nə qəlbə dəydin,
Oldun yaxşılardan yaxşı, Hüseyin.

* * * Səadət Buta: "HÜSEYN DAĞLAR OĞLU" (poema)
Qarış-qarış, diyar-diyar,
Dolandı yurd torpağını.
Əyri qarda bina qurdu,
Səslədi Sənan dağını.

Başkeçidin sıx ormanı,
Dağlar oldu sultan xanı.
Bu dünyanı dörd dolandı,
Borçalıda qaldı canı.

Bir oldu oğul Hüseyin,
Ər oldu nağıl Hüseyin.
Yaxşılıqdan qala qurdu,
Pir oldu ahıl Hüseyin.

Səadət BUTA,
"Şərəf" ordenli şairə

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Səadət Buta:

Səadət Buta: "İYİLİK HEKAYƏLƏRİ" (Poema)

Müsabiqə, Başkeçid, Turan
DƏLLƏK HÜSEYİN (1926-1988)

DƏLLƏK HÜSEYİN (1926-1988)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus, Müşfiq Borçalı
Səadət BUTAnın ithaf şeirləri

Səadət BUTAnın ithaf şeirləri

Poeziya, Borçalı, Başkeçid, Müşfiq Borçalı
QURBAN MƏMMƏDOV (1933-1954)

QURBAN MƏMMƏDOV (1933-1954)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Poeziya, Borçalı, Başkeçid, Müsabiqə
ŞUŞA HƏSRƏTİ (Poema)

ŞUŞA HƏSRƏTİ (Poema)

Qarabağ, Poeziya
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd ...

"XXI əsrin Ziyalıları", Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
MƏMMƏDƏ AĞI

MƏMMƏDƏ AĞI

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi:

Müşfiq BORÇALInın soydaşlarımıza hədiyyəsi: "Dostun evi könüllərdir!.." ( ...

Mədəniyyət, Tv, Borçalı, Darvaz
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "AZƏRBAYCAN – TÜRK YURDU" (Kiçik poema)

Poeziya, Borçalı
Ramiz Abdullayev:

Ramiz Abdullayev: "ZƏFƏR!"

Poeziya
SƏADƏT BUTA (1951)

SƏADƏT BUTA (1951)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943)

Başkeçid
İNAM (sənədli-lirik poema)

İNAM (sənədli-lirik poema)

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Rusiya
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
AYSƏBA (Poema)

AYSƏBA (Poema)

Borçalı
Teymur İSMAYIL (1982)

Teymur İSMAYIL (1982)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid
Rəy yazın: