Şahin BƏRDƏLİ: "Zəfərlə tanıtdın Azərbaycanı" "Mən Şirvanın səsiyəm", Müsabiqə 10 декабря 2021 Şahin Bərdəli(1951-1992)Şahin Bərdəli (Paşayev) - 1951-ci il dekabrın 5-də Bərdədə dünyaya göz açmış, şeir yaradıcılığına erkən başlamışdı. “Kommunizm yolu” qəzetində 1965-ci ildə dərc olunmuş “Palıd” adlı şeiri ilə 14 yaşında mət-buata gəlmiş, cap olunan yeni şeirləri ilə qısa müddət ərzində ürəklərə yol tapmışdı. “Palıdın müəllifi” kimi tanınan məktəblinin yeni şeirləri redaksiyanın təşkil etdiyi “Addımlar” şeir dərnəyində, tənqidi məqalələrdə müsbət rəy alırdı. Orta məktəbi hələ bitirməmiş bir şagird haqqında “Kominizm yolu” qəzetinin 1969-cu il 7 iyun tarixli nömrəsində “Uğurlar olsun” məqaləsinin yazılması, insanların məhəbbəti, güvəni ümid verirdi ki, sənət yolunun başlanğıcında olan Şahini bu yol zirvələrə aparacaq.1969-cu ildə orta məktəbi bitirib V.İ.Lenin adına APİ-nin (indiki ADPU-nun) Dil-ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə daxil oldu. O, eyni zamanda, Bərdə Mədəniyyət evində işləyir, orada keçirilən ədəbi məclislərdə, mədəni tədbirlərdə, şeir yığıncaqlarında iştirak edir və özü də şeir yaradıcılığı ilə məşğul olurdu.O, hərdən Bakıya gəlir, tanınmış qələm sahibləri ilə, o cümlədən Bəxtiyar Vahabzadə, Mir Mehdi Seyidzadə, Tofiq Bayram, Ənvər Əhməd və başqa şairlər ilə görüşüb şeirlərini onlara təqdim edir, müxtəlif məsləhətlər alırdı. Bu görüşlərin xoş təəssüratlarının nəticəsidir ki, Bakıdan həmişə sevinclə, gələcəyinə inam hissi ilə qayıdırdı. “Ulduz” jurnalının 1971-ci il avqust nömrəsində Şahinin şəkli ilə birlikdə üç şeiri; “Bərdəm mənin”, “Gözəllik”, “Dağların keşikçisi” şeirləri dərc olundu.Şahin yaradıcılığında, təhsilində, işində böyük uğurlar qazansa da, ömrünün bahar-tumurcuq dövründə çiçək açmadan taleyin qəfil zərbəsinə tuş gəldi. ”Ulduz” jurnalında işə düzəlmək üçün sənədlərini qəbul etmişdilər. Sonuncu arayış üçün Bərdəyə qayıdıb yenidən Bakıya gələrkən 1973-cü il yanvarın 21-də avtobus Göyçayda qəzaya uğradı. Başından zədə alan Şahin sağlamlığını itirsə də, şeirə, sənətə məhəbbətini itirmədi; ömrü boyu yazdı, yaratdı. “Dolaşdı” şeirində yazdığı kimi “həftəsi, ayı, ili dolaşsa da”, dili dolaşmadı, qələmi korşalmadı, daha da itiləşdi, cilalandı. Çünki Şahin böyük bir həyat eşqi ilə yaşayırdı: Mən Günəşdən qopub düşmüş bir zərrəyəm həyatda,Zülmətləri yarıb keçən bir xilqətim var mənim!Son vaxtlar israrla “Qarabağ havası almaq istəyirəm, gedirəm Ağdam xəstəxanasına, qələm dostum Səyyad Vəlioğlu da orada müalicə alır,” - deyirdi. Qarabağ həsrəti onu Bakıdan Ağdama apardı. Xocalı qırğınından 20 gün əvvəl - 1992-ci il 5 fevralda erməni daşnaklarının Ağdama, o cümlədən xəstəxanaya hücumu nəticəsində dünyasını bir şəhid kimi dəyişdi. Onun nəşi atəş sədaları altında çətinliklə xəstəxanadan çıxarılıb Bərdəyə gətirildi və İmamzadədə dəfn olundu.Şahin ali təhsilini Xankəndində alırdı. Dördüncü kursda maşın qəzası ilə yarımçıq qalan təhsili 1969-1973-cü illəri əhatə edir.Qiyabi oxumasına baxmayaraq Şahin Bərdə Mədəniyyət evində olduğu kimi, institutda da keçirilən ədəbi-mədəni tədbirlərdə iştirak edirdi.Şeirlərinin kitab halında çap olunması onun böyük arzusu idi. Amma bu günü görmək ona nəsib olmadı. Vəfatından 26 il sonra 2018-ci ildə bacısı jurnalist Sədaqət Şahbazovanın əməyi sayəsində Şahinin “Atəşlə doludur küllərim mənim” adlı 700 səhifəlik ilk kitab işıqüzü gördü. Kitab ali təhsil ocaqlarına, həm Bakı şəhər, həm də respublikamızın müxtəlif rayonlarının kitabxanalarına hədiyyə edildi.Bərdə Rayon İcra Hakimiyyətinin və MKS-in təşkilatçılığı ilə 2018-ci il 23 noyabrda Şahinin “Atəşlə doludur küllərim mənim” adlı şeirlər kitabının təqdimat mərasimi keçirildi.2020-ci ildə isə yenə də bacısı Sədaqət Şahbazovanın əməyi sayəsində Şahinin “Könlümdə eşq adlı bir günəş yanır” adlı 400 səhifəlik ikinci şeirlər kitabı dərc olundu.Şahinin külliyyatını təşkil edən bu kitablarda müəllifin Azərbaycan şeirinin demək olar ki bütün janrlarında, şəkillərində yazmış olduğu lirik şeirləri, sərbəst seirləri, qoşmaları, gəraylıları, qəzəlləri, rübailəri, bayatıları, mənsur şeirləri, müxəmməsləri, müəşşərləri və poemaları toplanıb.“Şairlər anadan şair doğulur” - deyiblər. İlahinin nuru olan, tanrıdan şair yarananların şeirləri zamanın sınaqlarından keçib və sevilib. Çünki belə şeirin yaranması saf çeşmənin dağların kökündən qaynayıb üzə çıxması kimidir. Şahin demişkən: - “Bir şeiri ki, bütün varlığının, bütün qəlbinin ehtirası coşa-coşa, bədənindən lərzə keçə-keçə yazmadın, o, şeir deyil.” Şahin özü də bir söz aşiqi kimi belə yazdı, bir Azərbaycan türkü kimi “Qanım bir türk qanıdır, şüarımı bilsin hamı, iş, tərəqqi, hərəkət, şerü-sənət, bir də vüqar!” - deyərək, belə yaşadı.Biz də aşağıda mərhum şairimiz Şahin Bərdəlinin bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik. Allahdan Şahin Bərdəliyə rəhmət diləyirik; məkanı cənnət, ruhu şad olsun...Bacısı Sədaqət xanıma isə bütün oxucularımız adından təşəkkür edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..ZiM.AzZəfərlə tanıtdın AzərbaycanıDüşmənlə üz-üzə vuruşan anda,Bir qarış almaq da bir kainatdır.Vətən çağıranda onun yolundaÖlməyin özü də canlı həyatdır.Şəhidim, xalqınçün keçdin canından,Yaşadın ömrünü qəhrəman kimi!Alovlar töküldü həyəcanından,Səslənir həyatın bir dastan kimi!Sən vətən yolunda mücahid oldun,İşığa çevrildi fikrin, xəyalın.Səyyar bulud kimi boşalıb doldunQəlbində məsləyin, bir də amalın.Əşgərim, yurdumun şöhrəti, şanı,Vətəni qorudun, bir ana saydın.Zəfərlə tanıtdın Azərbaycanı,Onun qüdrətini aləmə yaydın!Zəfərsözlü, günəşgözlü sabaha...Vətənin şəhid oğlu, ürəyin kainatın,Əbədi baharıdır qurduğumuz həyatın.Odlu qəlbin dil açır zamanın nəğməsində,Səadətə yol açan millətimin səsində!Sənin əbədi ömrün daim gənc yaşındadır-Vətənin torpağında, vətənin daşındadır.Xalq ilə bir gedirsən günəşgözlü sabaha; Zəfərsözlü sabaha!Biz sənin qüdrətinlə sabaha yollar açdıq,Sənin məhəbbətinlə rifaha yollar açdıq!Qələbə qatar-qatar şığıyır səmalara, Göyləri yara-yara!Ürəyimdə dil açır bir hərarət, bir atəş,Bunlar bir odlu qəlbin solmayan sözləridir.Vətən səmalarında parlayan o al günəş Bəxtimizə nur saçır-şəhidin gözləridir,Şəhidin qoyduğu yolŞəhid! Ölümüylə həyat gətirən,Coşqun arzuların qaynar çeşməsi.Bir məslək eşqinə can qurban verənİnsanın alovdan çıxıb keçməsi...Vətən məhəbbətli nur gözlərindənXalqın taleyinə işıq daşıyan,Əsrin yollarında vüqarla gedənGünəş təbiətli ən böyük insan!Həyata bəsləyib böyük bir diləkEl-oba yolunda şəhid olmağı,Vətənin eşqiylə qanad çalmağıŞəhidin qoyduğu yoldan öyrənək!Şəhid qəbri önündə...Bir şəhid qəbrinin önündəyəm mən,Odlar, ildırımlar yağır gözündən.Şəkli canlı baxır qəbrin başında, Adı həkk edilib qara daşında...O, candan sevirmiş əziz vətəni,Eldən ayrılmazmış könül yelkəni.Vətən sevgisilə yaşayan insanBir göz qırpımında keçər canından-Sevsə də işıqlı gözəl həyatı,Sönər al günəşi, söz kainatı...Baxıram ağsaçlı duran anaya,Kədərlə boynunu buran anaya...Dərdini, qəmini tamam unudub,Kiçik nəvəsinin əlindən tutubGəlir ziyarətə oğul qəbrini,Görürəm üzündə şahin fəxrini!..Əkir gül ağacı öz əllərilə,Öyünür oğlunun əməllərilə...Torpaq məhəbbəti, yurd eşqi, vüqarBelə igidlərdən qalır yadigar...Gözü dolmuş ağ buludlarNur dağıdır bu türbəyə,“Qəhrəmana salam!” deyə...Qəhərlənmiş ana baxır, Gözlərində şimşək çaxır!Məktəblilər qatar-qatarÜzlərində bir ilk bahar, Bülbül kimi ötə-ötəGəlir qəbri ziyarətəƏllərində qızılgüllər...Səri-sərin əsən yellərÖpür qəbri bir ülfətlə, Müqəddəs bir məhəbbətlə!.. Qəlblərdə yaşayan əsgər ölərmi?!Sən vətən eşqilə candan keçərəkGirdin döyüşlərə bir aslan kimi!Vuruşdun düşmənlə pəncələşərək,Həyatın oxunur bir dastan kimi!Dedin:-Canım qurban doğma ellərə,Gördüm el yolunda qəhrəman səni.Vətəni çıxardın nurlu səhərə,Sevir, arzulayır hər insan səni!Şəklinə baxıram diqqət ilə mən,İgidlik tökülür nəzərlərindən,Həyat qaynağıdır doğma gözlərin,Səninlə fəxr edir anamız vətən!Əsgər! Gözlərində gülən məhəbbətSevən bir ürəyin arzularıdır.Canı yurda etdin sən sipər, sərhəd,Qüdrətin xalqımın şah vüqarıdır!Günəş oldun xalqa payızda, qışda,Günəş boylananda səhər ölərmi?!.Gördüm surətini mən hər baxışda-Qəlblərdə yaşayan əsgər ölərmi?!.Sizinlə nur saçır ömrün baharıXalqımın sevimli qəhrəmanları!Sizinlə fəxr edir hər kəs, hər insan.Sizinlə nur saçır ömrün baharı,Deyil məsləyiniz nə şöhrət, nə şan,Böyük amallardan ilham aldınız,Siz vətən yolunda qılınc çaldınız!İnsanı yüksəldən əməkdir, işdir,Tarix eşqinizlə gülümsəmişdir..Böyük şairimiz gözəl demişdir:“Tarix unutmayır qəhrəmanları!”Ey elin müqəddəs mərd insanları!Azərbaycan kimi səngərimiz var! Meydan oxumasın qoy bizə düşmən,Dağ üstə dağ qoyan əllərimiz var.Yurduma göz dikən olacaq peşman,Azərbaycan kimi səngərimiz var!Xalqımız istəmir hərbi heç zaman,Amma hərbdən də deyildir qorxan.Düşmən təbliğatın sarsıdan, yaxan,İldırım sədalı dillərimiz var!Deyir əsarətdə əzilən hər xalq:“Kədər zindanında çox olduq dustaq.Bizə zülm edəni hər an boğacaqGöz yaşından doğan sellərimiz var!”Tanrı, sən kömək ol, qurtar dünyanı,Qoy xoşbəxt yaşasın hər bir insanı,Nahaq tökülməsin heç kəsin qanı,Ürəkdə sızlayan tellərimiz var! Şahin dövran sürüb dolduqca yaşa,Xalqının düşmənin edəcək ifşa.Bizim qüdrətimiz oldu tamaşa, Odlar diyarı tək ellərimiz var! 1990 Qarabağ bizimdir! Dostum! Seyrə çıxaq gəl Qarabağı,Ocaq bu yerdədir, köz bu yerdədir.Ceyran dırnağıyla daşa yazılmışŞeir bu yerdədir, söz bu yerdədir. Yaylağa hər yerdən axışıb gələn,Çayda çimə-çimə danışıb-gülənQızların özünü görmək istəsən,Qartal gözlərinlə süz, bu yerdədir!..Zümrüd bulaqları seyrə dalaq gəl,Günəşdən ucadır sevdiyim əməl!..Bizim babaların yüz illər əvvəlDağlara saldığı iz bu yerdədir!..Qarabağ bizimdir!..Murada çataq,Tarixin isbatla yazaq, yaradaq...Yurdun oğulları! Gəl at oynadaq;Cıdır Şuşadadır, düz bu yerdədir!Şahin BƏRDƏLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.