Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ" Vaxt ötür, əsrlər bir-birini əvəz edir, həyat davam edir, suyumuzu bulandıran ermənilər isə dəyişməz olaraq qalırlar və bizimlə o qədər şey üstündə mübahisə edirlər ki, saymaqla qurtarmaq olmaz.

Akademik Suren Ayvazyanın dərc etdirdiyi və yaydığı məqalə Axalsixe və Axalkalakidə yaşayan ermənilərə aiddir.
Öz qəzetində o qədər böhtan yazmışdır ki, nəhyət, ona cavab yazmağa, «Dro» («Zaman») qəzetində dərc etdirməyə məcbur oldum.

Bu məqalənin arxasınca 300 səhifəlik «Yeni daşların fəryadı və yaxud biz bu torpaqda qonağıq ya yox?» kitabını yazdım.

Yeri düşmüşkən, bu sözügedən kitabda əhatə olunmuş mövzuları ardıcıl sadalamağı özümə börc hesab edirəm.
Mövzular bunlardır: «Kimdir ermənilər?», «Ermənistanın qısa tarixi şərhi», « Ermənilər Kvemo Kartlidə», «Ermənilər Tetrisxaro torpaqlarında», «Qruzinlər» sən demə başdan «qruzçiklər» olmuşuq» və sair.

Gürcülərə qarşı Suren Ayvazyanın qəlbi kin-küdurət ilə doludur.
Şota Rustaveli, Georgi Saakadze, İosif Stalin, Bonapart Napoleon və başqaları erməni alimlərinin fikrincə erməni imişlər.Ermənilər gürcülərə böhtanlar yağdırmağı çoxlu yalanlar yaxmağı sevirlər.
Onlar gürcü soyadlarının sonluqlarının nə zaman necə dəyişdirilməsini , Tiflis şəhəri başçılarının kimlər olduğunu özləri bilən kimi düşünürlər.
Bu suallardan başqa mənim kitabımda «Yakob Qoqebaşvili – Tiflis haqqında həqiqət», «İlya Çavçavadze- Erməni alimləri və «Daşların fəryadı», «Vaja Pşavela-Hayos və Kartlos», «Akaki Sereteli- Mənim tövbəm», Kita Buaçidze - «Qara kitab»dan sitatlar» (cəmisi 296 səhifə, Tbilisi, 2005-ci il).

«Somexi» adını onlara gürcülər qoymuşlar. («Somxiti» sözünü müqayisə edin) Armənlər düşmənlər tərəfindən daim hücumlara məruz qaldıqlarından xilas olmanın çarəsini Gürcüstan çarlığı hüdudları daxilində axtarırdılar. Məhz elə burada da özlərinə sığınacaq tapmışlar. Qədim zamanlar tez-tez Gürcüstana gələrək burda yurd salırdılar. Onlar əvvəlcə yığcam şəklində məskunlaşmırdı, Kvemo Kartli, Tetrisxaro torpaqlarına, Cənubi Gürcüstana- Axalsixe-Axalkalaki diyarlarına , Kaxetə –Siğnaği tərəflərə və sair yerlərə gəlirdilər.
Ermənilər Gürcüstana Samsxe-Cavaxetə kütləvi şəkildə 1829-cu ildə gəldilər. Bu, Rusiya-Türkiyə müharibəsindən sonra baş verdi. Şaumyan, Bolnis-Xaçin, Samğeret, Samşvilde, Durnuk (Böyük və Kiçik) kəndlərində isə 1854-cü ildən məskunlaşmağa başladılar. Bunu arxiv mater ialları, eləcə də rus dilində nəşr olunan «Kavkasskiy kalendar» jurnalı və rus dilli qəzetlər təstiq edir.

Gürcü-erməni əlaqələrində hər şeyin gün kimi aydın olmasına baxmayaraq onların hər halda pis vərdişləri vardır. Onlar hər şeyi qabardılmış şəkildə göstərmək, Gürcüstanda və Tbilisidə öz adlarını ucaltmaq, qarşı tərəfi isə alçaltmaq istəyirlər. Qonşu armenlər bizə qarşı gah onu, gah da bunu uydururlar. Nəhayət isə, tamamilə müvazinətlərini itirdilər və aləmə car çəkərək bildirirlər ki, onlar gürcülərin nəinki qonağı deyil, eləcə də onların sahibidirlər, Gürcüstanın sakinləridirlər, gürcülər isə onların qonaqlarıdır. Onlar bəyan edirlər ki, bircə soyadı gürcü soyadıdır, o da Qamrekeli, qalanları isə erməni soyadlarıdır. Kilsələri-monastrları da ki, tamamilə mənimsəmişlər və bildirirlər ki, Gürcüstanda mövcud olan 653 vahid onlarındır. Büiün səyyahların, o cümlədən Avropa nümayəndələrinin Gürcüstana gəlməsini , ələlxüsus oralı qəzet müxbirlərini , lap elə götürək Avropada keçirilən istənilən ziyafətdə bu və ya digər erməni iştirak edibsə, bütün bu halları özlərinin milli ləyaqətini yüksəldilməsində və gürcülərin təhqir olunmasında bacarıqla istifadə edirlər. Məlum olduğu kimi, ermənilər Hind-Avropa dilləri qrupuna məxsusdurlar. Gürcülərə nisbətən onların soyadları çox qədim vaxtlardan svan soyadlarının təsiri nəticəsində yaranmış, «an» və «yan» suffiksləri ilə qurtarır ki, bu da svanların soyadları üçün xarakterikdir. Ermənilərin, eləcə də gürcülərin adları da əsasən ərəmeylərdən, ərəblərdən, türklərdən, farslardan, yəhudilərdən və başqalarından alınmışdır. Məhz elə bu alınan adlar gürcü, eləcə də erməni soyadlarının yaranmasına səbəb olmuşlar. Gürcülər alınan adların formasını dəyişmirdilər və əsas(sözün alındığı) xalqda işləndiyi kimi işlədirdilər. Ermənilər isə alınan adların formasını dəyişirdilər və özlərininki kimi sırıyırdılar. Məsələn, ermənilər xaricdə- Rusiyada, Amerikada, İngiltərədə və sair yerlərdə olduğu kimi. Maskalanır və tamamilə müxtəlif cildlərə girərək adlarının və soyadlarının formasını dəyişirlər. Məlum faktdır ki, bütün xalqların yəhudisi vardır, o cümlədən erməniləri də. Rusiyada yaşayan Aram Mixayloviç Safaryan özünü erməni kimi sırıyırdı. Həqiqətdə isə erməni-yəhudi idi. Bu soyadının əsası , kökü nədir? «Safaryan»da kök «Şöfar»dır ki, bu da xüsusi buynuzların ifadəçisidir. Rabinlərin səs üçün istifadə etdikləri bu buynuzlarla bayram günlərində qonaqları dəvət edirlər. Eləcə də «Aram» adı yəhudi adı olan Abram, İbrahim adından götürülmüşdür ki, bu da «Ulu ata», və yaxud «Yuksəldən» mənasını verir. Məsələn, «Abraham» «çoxlarının atası» mənasını verir. Buradan da Abramyan (ermənicə) və Abramişvili , Abramiya, Abramov və sair götürülmüşdür. Eləcə də Safarov «Şofar»dan götürülmüşdür ki, buna da yunanlarda və müsəlmanlarda rast gəlinir. Gürcülərdə də Safaraşvili soyadı vardır. Gürcüstanda Safari monastrı və gölü vardır. Qeyd etmək istəyirik ki, Lenin qvardiyasında Aram Safaryan adlı birisi var idi ki, bu da erməni ilə deyil, rus ilə deyil, erməni cildinə girmiş yəhudi ilə – yarı rus olan yəhudi ilə evləndi.

Gürcüstana ermənilər qədəm basan kimi rusların köməklikləri ilə gürcü soyadlarının formasını dəyişməyə, 1873-1886-cı illərdə isə onları erməni qriqoryanlarına çevirməyə, erməniləşdirməyə başladılar. Bu prosesin canlanması 18-ci əsrdən başladı və sonralar başqa proseslər də əlavə olundu.
Məşhur Traktatın imzalanmasından sonra, 1783-cü ildən gürcü soyadlarında «şvili»nin aradan götürülməsi hesabına «ov» rus soyadı sonluğu bərqərar olundu. Təkcə tavad-aznurların deyil, eləcə də kəndlilərin ad və soyadlarının da taleyi belə oldu. Məsələn, Çoloğaşvili, Çolokayevə, Tumanişvili Tumanova və sair çevrildi.
Gürcülərin qriqoryan etiqatının təsiri altına düşməsinə gürcülərin bəzən öz icma kilsəsinin olmaması üzündən mərasimi məcbur olaraq gah yunanların, gah da slavyanların kilsələrində keçirmələri də imkanlar yaradırdı. Əksər hallarda gürcü uşaqlarını erməni keşişləri suya çəkirdilər və adlarının da müvafiq olaraq erməni adları qoyulmasını məsləhət edirdilər. Buna görə də Kvemo Kartlidə erməni adlarından əmələ gəlmiş soyadları yayılmışdır.

Tarixçi professor Quram Maysuradze gürcülərin erməni etiqatına çevrilməsinin bir çox səbəblərini sadalayır.
O, Mixail Tamaraşvilinin fikirlərini təstiq edərək yazır ki, ermənilər tərəfindən torpaqların alınmasından sonra orada yaşayan gürcülərin bir hissəsi erməni etiqatına keçirdi. Məsələn, Paşişvili Paşikiyan kimi, Donduaşvili Dondarov kimi, Georqadze Qriqoryan kimi edilmişdir. Cavaxetidə də beləcə olmuşdur. Abuladzelər (Cavaxetidə Abul dağı vardır) soyadı Abulovlar və yaxud da Abulyans kimi düzəldilmişdir. Bundan başqa digər faktlar da olmuşdur. Məsələn, gürcü katolik keşişi dua-ibadət mərasimini erməni dilində həyata keçirirdi. Bu işdən ötrü erməni keşişindən istifadə edirdi, sonra isə yenə erməni kilsəsinin nümayəndəliyinə bildirirdi: «Nə istəyirsiniz, rahatlanın, görürsünüz ki. nə latınam, nə də ki, gürcü». Bu cür vasitələrlə camaat xristianlığı qoruyub saxlayırdı, milliyətliliyi ilə qoruya bilmirdi. Buna görə də Pavel və Yakob Poğos və Akopa çevrilirdi, sonra isə Poğosyan və Akopyan soyadları əmələ gəldi. Onu da qeyd etmək lazımdır ki, keçmişdə əksər hallarda milliyət ilə dini bir-biri ilə qarışdırırdılar. Çarlar da dini və milliyəti eyniləşdir irdilər və bu məsələyə diqqət yetirmirdilər.

Soyadları - adlar və milli əlamətlərdən başqa , eləcə də etiqatın qarışdırılması faktlarına baxmayaraq dövlətlərin ərazi bütövlüyünün pozulması halları da baş verirdi. Məlum olduğu kimi, 1918-ci ilin dekabr ayında Ermənistanın Silahlı Qüvvələri Gürcüstanın dövlət sərhədlərini keçmiş və müharibəyə başlamışdır ki, bunun nəticəsində də Gürcüstanın ərazi bütövlüyü pozuldu. Məsələn, Loru-Taşir həndəvərləri nadir məbədləri ilə, gürcü yazıları ilə və freskaları ilə bu gün Ermənistanın əlindədir. Ona kimi Gürcüstana məxsus idi. Əgər Türkiyə Gürcüstanı mövcuddursa, onda «Ermənistan Gürcüstanı» da mövcud olmalıdır. Bu onu göstərir ki, 1918-ci ildə Ermənistanın zəbt etdiyi və Rusiya hakimiyyətinin ona bərqərar etdiyi Loru-Taşir qədim gürcü torpaqlarıdır.
Bu ərazilərin gürcülərə məxsus olmasını XII, XIII əsrlərə məxsus Məryəm ana adına olan xac-kümbəzli məbədləri təstiq edir.

Ermənilər tərəfindən 1918-ci ildə törədilən hallar onu göstərir ki, qonşu Ermənistan amansızcasına ərazilərimizi zəbt etməyə cəhd göstərirdi və buna nail də oldu. Həmin vaxtlar Ermənistanın nümayəndələri (Daşnak hökuməti) Tbilisi və Qori ərazilərinin boşaldılmasını tələb edirdilər. Ermənilər həmin vaxtlar Zeqvi körpüsünü də partlatdılar. Həmin vaxtar baş verən bütün şeylər Rusiyanın mürtəce qüvvələrinin köməkliyi ilə planlaşdırılırdı və həyata keçirilirdi.

Gürcülər, eləcə də ermənilər bilməlidirlər ki, 1918-ci ildə gürcülər ilə ermənilər arasında nələr baş verdi.
Sözsüz ki, bu, erməni xalqının böyük səhvi idi.
Gürcüstan bu müharibədə qalib gəldi.
Gürcü qoşunu Ermənistan ərazisinə hücumu həyata keçirdi və İngiltərənin fəal şəkildə müdaxiləsi olmasa idi, güman ki, müharibə geniş xarakter alardı.


Gürcü dilindən tərcümə edəni:
Mirzə Məmmədoğlu


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiyadakı ermənilər çaş-baş qalıblar

Rusiya
Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan Parlamentində Milli Azlıqlar, o cümlədən Azərbaycanlılar...

Gürcüstan, Hüquq, Diaspora
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
QAFQAZ ALBANLARI NECƏ YOX OLDULAR

QAFQAZ ALBANLARI NECƏ YOX OLDULAR

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə – erməni Baqramyan batalyonu ...

Gürcüstan, Siyasət

"Keşikçidağ məbədində baş vermiş insident böyük narahatlıq doğurur" - ƏFL ...

Milli Məclis, MEDİA
BONDO ARVELADZE:

BONDO ARVELADZE: "Bütün ermənilərin katolikosu II Qarenin Tanrıdan və gürc ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Gənc yazarın İcraildə məqaləsi dərc olunub:

Gənc yazarın İcraildə məqaləsi dərc olunub: "TƏBLİĞ EDİLMİŞ NİFRƏTİN NƏTİC ...

Qarabağ, İsrail, Köşə yazılar
Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

Elmar Həsənov: Gürcüstanın Xocalı soyqırımını tanınmasına siyasi şərait yar ...

"Borçalı" Cəmiyyəti
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ  ERMƏNİLƏRİN ROLU

Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ ERMƏNİLƏRİN ROLU

Bədii Tərcümə, Tiflis
Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Ermənilərin Gürcüstana hücumları - (II hissə)

Bədii Tərcümə, Tiflis
Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Ermənilərin Gürcüstana hücumları - (I hissə)

Bədii Tərcümə, Tiflis
Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Gürcüstan gəncləri Ermənistanın Azərbaycana qarşı təcavüzündən ciddi naraha ...

Qarabağ, Tiflis
Gürcüstan parlamentinin üzvü:

Gürcüstan parlamentinin üzvü: "Zəhranın qisasını almağa hazırıq"

Borçalı
Rəy yazın: