Giuli Alasaniya: CAHANNÜMANIN XƏRİTƏLƏRİ Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Tarix 8 ноября 2016 Gürcü tarixçisi-mənbəşünas, tarix elmlri doktoru (1987), professor (1990) Giuli Alasaniya 1946-cı il noyabrın 11-də Tbilisidə anadan olub. 1969-cu ildə Tbilisi Dövlət Universitetinin tarix fakültəsini (Türkiyə tarixinin ixtisasi üzrə) bitirib.1969-20-6-cı illərdə İvane Cavaxişvili adına Tarix və Etnologiya İnstitututunun Gürcüstanın Qədim və Orta əsrlər Tarixinin mənbəşünaslıq şöbəmində kiçik elmi işçi(1969-1975), böyük elmi işçi (1975-1989) və elə bu şöbənin müdiri (1986-2006) işləyib.1973-cü ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib.Gürcüstan Elmlər Akademiyası Gürcüstanın Tarixi Mənbələrini öyrənən komissiyanın üzvüdür.1990-cı ildən TDU-nin Tarix təmayüllü professorudur. Tbilisi Qara dəniz Beynəlxalq Universitetinin təsisçilərindən biri və prorektorudur. 2006-cı ildən Gürcüstan Universitetinin (2007-ci ilin oktyabrına qədər Gürcüstan İctimai Elmdər Universiteti) Qəyyumlar Şurasınının sədri, 2005-ci ildən «Gürcüstanda və onun hüdudlarından kənarlarda gürcü mədəniyyəti» Beynəlxalq assosiyasiyasının prezidentidir. 2009-cu ildə Giuli Alasaniya Dünya İncəsənət və Elm Akademiyasının (WAAS, ABŞ) həqiqi üzvü seçilmişdir. 2012-ci ildə Genealogiya, Heraldika və Sənədli Elmlər amerikan məktəbinin fəxri üzvü seçilmişdir.Gürcüstanın orta əsrlər tarixi və mənbəşünaslığı məsələlərinə dair 100-dən artıq elmi əsəri (o cümlədən 10 monoqrafiya) dərc olunmuşdur. Bir çox beynəlxalq elmi və mədəni forumun (o cümlədən «Bizimki sayağılar» festivalının) iştirakçısı və təşkilatçısıdır. Gürcüstan Milli Elmlər Akademiyasının İvane Cavaxişvili adına mükafatının laureatıdır (qrupla birlikdə, 2010)1978-ci ildə Gürcüstan tarixinin xarici mənbələri silsiləsindən «Metsniereba» («Elm») nəşriyyatı tərəfindən nəşr olunan 7-ci cild «Katib Çələbinin Qafqaz və Gürcüstan barəsində məlumatlar» adlanır. Türk dilindən tərcümə, giriş sözü, qeydlər və siyaphıları əlavə edən Giuli Alasaniyadır. Cildin redaktoru görkəmli türkşünas Serqi Cikiyadır. Kitab oxucuları XVII əsrin məşhur türkistoriaqrafı Katib Çələbinin yaradıcılığı və onun Qafqaz barəsində məlumatları ilə tanış edir. Həmin dövrü əks etdirən digər zəngin mənbələr ilə Qafqazın feodal dövrününün tarixinin bütün bir sıvra faktlarıilə yekunlaşdırılaraq müəyyən edilib və dəqiqləşdirilib. Bu yaxınlarda həmin kitab təkrar nəşr olunmuş,Tbilisi Dövlət Universitetində fəaliyyət göstərən Yunus İmrə mərkəzində təqdimatı keçirilmişdir. Nəfis şəkildə nəşr olunan həmin kitabdan bir hissəni Azərbaycan-gürcü ədəbi əlaqələrinin inkişafında xüsusi əməyi olan tanınmış tərcüməçi Mirzə Məhəmədoğlunun tərcüməsində "ZiM.Az"-ın oxucularına təqdim edirik. P.S. : Və yeri gəlmişkən onu da qeyd edək ki, Noyabrın 11-i tanınmış gürcü alimi, tarixçi-mənbəşünas, tarix elmlri doktoru, professor Giuli Alasaniyanın Doğum günüdür.Daha dəqiq desək, Yubileyidir, 70 yaşı tamam olur.Biz də ZiM.AZ-ın bütün Yaradıcı Heyəti adından çox hörmətli Giuli xanım Alasaniyanı anadan olmasının 70 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI. CAHANNÜMANIN XƏRİTƏLƏRİ1732-ci ildə İstanbulda nəşr olunan «Cahannüma»ya daxil edilən 39 ilüstrasiyadan 25-i ölkələrin xəritəsidir, qalanları isə müxtəlif astronomik, riyazi və coğrafi fiqurları və cədvəlləri əks etdlirir. İlüstrasiyalar bir müəllif tərəfindən bu və ya digər vaxtda yerinə yetirilməmişdir, əsərin keyfiyyəti və üsulu ilə, eləcə də məlumatları ilə də fərqlənir: Onların toplanılmasında və hazırlanmasında kitabın naşiri İbrahim Müteferrikanın böyük əməyi olmuşdur. İllüstrasiyaların mənşəyi və müəlliflərin kimliyi məlum deyildir. Bizə qədər yalnız qravuraların - Əhməd Krımlı və Mikirtiç Qalatalı adları gəlib çatıbdır. Sadəcə olaraq göstərilmişdir: «Əhməd Krımlının əsəri» və ya Mikirtiç Qalatalının əsəri». Belə bir yazı bir halda onbirdir (1. Səma qlobusu, 2. Yerin kürə şəklində olmasını əks etdirən rəsmlər, 3. Ptolemeyə uyğun olaraq səma tağları, 4. Məskən yerinin dörddə biri və iqlim cədvəlləri, 5. İqlimvə məsafə cədvəlləri, 6. Yarım kürələr, 7. Qviney, 8. Moluk adaları, 9. Səfəvilər İranı, 10. Qafqaz, 11. Ərəbistan. Mikirtiç Qalatalıya isə 7 xəritə məxsusdur: 1. Səma xəritəsi, 2. Diyarları göstərən qızılgüllər, 3. Hind- Çin adaları, 4. Böyük düzənlik dövlətləri- Sibir, Orta Asiya, 5. Hindistan, 6. Mavərənnəhr, 7. Kiçik Asiya. Bu qravyuralardan onların başqa xəritələrinin olması və onlardan birinin Mikirtic Qalatalının yarım kürə xəritəsini Neopal krallığı səfirinin oğlundan Abat. Q. Toderinin hədiyyə olaraq almasından başqa demək olar ki, heç nə məlum deyildir. İ.Kravçovskinin bütün bu illüstrasisiyaların, sözsüz ki, avropa mənşəli olması və onların türk mənşəli olması yalnız əfsanələrdir fikri sübuta yetirilməlidir. 2. İran Azərbaycanı və Anadolu xəritəsi Əsərin davamçısı Əbu Bəkr ibn Bəhramın adına yazılır... Bundan başqa türklər, doğrudur, quru və dəniz xəritələrinin azlığından əziyyət çəkirdilər ki, buna görə də fransız xəritələrindən istifadə etməli olurdular. Lakin onların Q.Toderininin yazdığına görə, bəzi qələmucu ilə çəkilmiş xəritələri var idi. Daha çox gözlənilir ki, məhz elə onlar əsərə salınan xəritələrə əsasən bir təməl olaraq salınırdı. XVIII əsrin əvvəllərində Türkiyədə kartoqrafiya sahələrində bir növ canlanma hiss olunur ki, bu da mətbəənin yaradılması ilə və İbrahim Müteferrikanın fəaliyyəti ilə bağlıdır. İstanbulda Q. Toderininin mis üzərində qravyuralaşdırılmış Qara dənizin çox nadir və böyük xəritəsi aşağıdakı yazılar ilə qorunub saxlanılır: «Bu xəritənin işlənib hazırlanmasını möhtərəm vəzir İbrahim paşa Qara dənizdə donanmaçılığı asanlaşdırmaq məqsədi ilə bizə əmr etmişdir. Onu peşəkar coğrafiyaşünaslar hazırlayıb, müzakirə ediblər və onun üzərində düzəlişlər aparıblar. Mahir usta çapçı İbrahim əfəndi 1196-ci ildə (1723/4) səhifələdi və nəşr etdi». Sonralar, Q.Toderininin yazdığına görə, 1768-ci ildə bu xəritə Siciliya kralının tərcüməçisi cənab Şaber əl ilə çəkərək türk dilindən fransız dilinə çevirib. Elə bu mətbəədə Asiya əyalətlərinin çox böyük ölçüdə xəritəsi də nəşr olunub, İbrahim Müteferrika «Cahannüma» xəritəsinin yaradılmasında da bir növ xidməti olub ki, bunu da Kiçik Asiya xəritəsinin yazısı göstərir: «Topxanadan İbrahim çəkib». F.Feşnerin güman etdiyinə görə, Fosfor xəritəsi də elə ona məxsus olmalıdır. Əsərin 431-432-ci səhifləri arasında belə bil başlıqla verilmiş Qafqaz xəritəsi yerləşdirilib: «Ulu Noqay, Çərkəz və Abaza tayfalarının torpaqları, Elbrus dağı, Dağıstan, Şirvan və bütün Gürcüstan ölkələri, Gəncə, İrəvan, Qars, Çıldır, Trabzon və Ərzurum əyalətlərinin təsviri». Xəritənin formatı 33X24,5 sm-dir; miqyas xətli miqyasın 4 variantı ilə təqdim olunub: fərsəng ilə (6-7 kilometr) , millər ilə (merhallar ilə (bir günlük yol) və saatlarla. Hesablama ilə müəyyən olunur ki, miqyas təxminən gərək ki,1:5000000 ilə əhatə olunub. Xəritədə meridianlar və paralellər göstərilməyib, halbuki, daxili və xarici çərçivələr arasında onların təsvirləri açıqca görünür. Məsafələr meridianlarda olduğu kimi, paralellər arasında hər bir dərəcəyə bərabərdir. Torun kənar üzü konusvari proeksiyada yerinə işləndiyinə oxşayır. Qövsün təsvirinin paralel, yoxsa düz xətlər kimi güman etməyimizi demək çətindir. Xəritədə Tbilisi 630 301 uzunluğunda yerləşdirilibdir ki, bu da ondan xəbər verir ki, xəritənin məlllifi uzunluqları ferro meridianlarından hesablayıb. Qara və Xəzər dənizləri təqdim olunub, qismən isə – Azov dənizi də. Cənubdan ən ucqar nöqtə Araz və Kür çaylarının mənsəbidir, şimaldan Azov şəhəridir. Qara və Xəzər dənizlərində diyarları göstərən qızılgüllər əks olunub. Sahil xətlərinlən başqa xəritənin məğzi hidroqrafiq şəbəkə ilə təqdim olunub. Birinci sıra çayları olaraq oxunur - Kür, Araz, Rioni, Quban; Onların birinci və ikinci dərəcəli qolları qeyd olunub. Qara dənizin sahil xətti yaşıl, Xəzər dənizi sarı haşiyəyə alınıb. Onların hövzəsinin çayları müvafiq olaraq da rənglənib. Relyef sxematik olaraq, perspektivli təpələr şəklində göstərilib ki, buna da uyğun olaraq onların böyüklüyü və dəqiq yerləşdiyi yer barədə təsəvvür yaratmaq çətindir. Sıra dağların bəzi istisnalardan başqa yazıları yoxdur: Qafqaz sıra dağları: Elbruz dağı, Dağıstan dağları, Sərir ul-Alan dağları. Xəritədə əsas yollar əhatə olunub: 1. Trabzon-Ərzurum-Qars-İrəvan qalası-Naxçıvan. 2. Poti-Kutaisi-Qori-Tiflis. 3. Qonio-Axalsixe-Surami-Qori-Tiflis. Müəllif əsasən üç növ şərti işarədən isitifadə edir ki, onlarla da qalanı, kiçik qalanı və qəsəbəni qeyd edir. Ərazi sərhədləri hər yerdə qırıq xətlərlə göstərilir. Xəritə Əhməd Krımlı tərəfindən bizim üçün məlum olmayan nümunəyə uyğun olaraq qravyurlaşdırılıb və kifayət qədər yüksək peşəkarlıqla yerinə yetirilib. Əsərin mətni ilə xəritənin göstəricilərinin qarşılıqlı müqayisəsi onlar arasında nəsə əlaqəni istisna edir. Məlumdur ki, Katib Çələbinin ərəb, fars və Avropa ədəbiyyatına əli çata bilərdi. Xəritə Katib Çələbinin ölümünə qədər (1657-ci il) tərtib edilsə idi, o bundan yan ötməzdi. Xəritənin tarixlənməsində bizə o hal da köməklik göstərir ki, onda qeyd olunan qalalar arasında Anakliya qalası bizə qast gəlmir. Naşir İbrahim Müteferrika bu qalanın mövcudluğunu yaxşı bilir: «Suxumi yaxınlığında Anakliya qalasını tikirdilər» - deyə o nəql edir. Anakliya qalasını türklər 1703-cü ildə tikiblər. Qalanın strateji məntəqə kimi türklər üçün əhəmiyyəti olduğundan 1725-ci ilə onun bərpası xəbəb verir. Xəritə tərtibçisinin mühüm məntəqəni bilməməsini təsəvvür etmək çətindir. Bu baxımdan xəritənin tərtib olunması 1703-cü ilədək güman edilir. Bunu o fakt da dəstəkləyir ki, xəritədə Batumi Gürcüstanın hüdudları daxilində göstərilib. Türklər tərəfindən Batuminin alınması 1703-cü il ilə tarixlənir. Xəritə bu hadisədən sonra tərtib edilibdirsə, onun müəllifin nəzərindən bu qaçmazdı və Batumu Trabzon əyalətinə yerləşdirərdi. O halı da nəzərə alsaq ki, sərhəd Abxaziya ilə Meqreliya arasında Kelasur çayı üzərindən keçir, bərqərar olunan fikrə uyğun olaraq isə XVII əsrin 80-ci illərində sərhəd Enquri çayına keçirilib, xəritənin tərtibinin xronoloji çərçivəsi XVII əsrin 57-80-ci illər ilə müəyyən olunması mümkündür.Xəritədə Qara dəniz sahili kifayət qədər tam göstərilib. Onun boyunca şimaldan cənuba doğru Abxaziya (Abaza), Odişi ( Meqril), Odişinin şimal-şərqi Svaneti (Svan), Şərqi Gürcüstanda isə Tiflis əyaləti və Kaxet ( Əyaləti Tiflis, Kaxt) daxil edilib. Əsərə uyğun olaraq Abxaziyanın sərhədləri Soçidən Kodori çayına qədər uzanır. Xəritəyə Soçi daxil edilməmişdir, lakin şimal sərhədi onun yerləşdiyi yerə uyğun gəlir. Abxaziyanın cənub sərhədi barəsində mətn və xəritənin göstəriciləri bir-birndən fərqlənir; xəritədə sərhəd Kelasur çayından keçir. Şimaldan cənuba doğru xəritədə qeydə alınan Abxaziya məntəqələri arasında birincsi «Drbnd»-dir ki, bu da yerləşiyi yerə uyğun olaraq Qaqraya uğun gəlməlidir. Qaqra özünün xüsusi yerləşdiyi yeirnə görə «Kakqari» adını qapıdan götürüb. (Kari- gürcücə qapı deməkdir-tərcüməçi) «Dərbənd» sözü də məhz elə dar yer, dərə deməkdir. Xəritənin Dərbəndinin Qaqra olmasını F. Dyuba de Monpere də təstiqləyir: «Bu yer həmişə Qaqra adlanıbmı, yoxsa yoxmu? Lap qədim xəritələrdə biz başqa adlara rast gəlirik. Şarden bu yeri Baladağ adlandırır ki, bu da türk dilində yüksək? (Qeyd tərcüməçinindir )dağ deməkdir. Yulius Klaprot öz Qafqaz xəritəsində (Dərbənd adını çəkir ki, bu da türkcə «Dərə» deməkdir. Bucunde məntəqəsi ərazi olaraq Pitsundaya uyğun gəlir. Sahildə qeyd olunan Soğuksu nə ərazicə, nə də xronoloji olaraq Lixni olmamalıdır. Lixni Soyuksu olaraq yalnız XVIII əsrin sonunda adlanıb. Təbiidir ki, XVII əsrdə sözügedən Soyuqsu XIX əsrdə Soyuqsu kimi tanınan Lixni ola biməz. Soyuqsu yerləşdiyi yerə görə, Bombori körfəzinə uyğun gəlir. XIX əsr xəritəsinin müəllifləri də Soyuqsunu Bombori körfəsində yerləşdirirdilər, halbuki, P. Uvarovun fikrincə, onlar müəyyən dəqiqsizliklər göstərirdilər : «Lixni məbədi üç versiya ilə dənizdən, Qudauta qəsəbəsindən uzaqlaşdırılıb və Bombor körfəzindən xeyli aralıda yerləşir ki, onu da son xəritələr səhv olaraq Soyuqsu kimi göstərirlər». Xəritəyə salınmış Ağçay Abxaziyanın sahil məntəqələri arasında məlum deyildir. Vaxuşti bizə nəql edir ki, «Anakofiyanın qərbində Ağatso çayı axır. Qafqazdan baş alır və şimaldan dənizə tökülür». Ağatso çayını və elə bu adda kəndi P. İnqoroğva da təstiqləyib. – «Qudauta rayonunda çay Ağatso adlanır . Ad Ağatso kəndinin adından irəli gəlir. «Turk dilinin fonetik xüsusiyyətlərinə görə, istisna olunmur ki, Ağatsonu müəllif Ağçay kimi verib. İllahda ki, bu kompleks türk dilində bizə tez-tez rast gəlir. Ağçay Afstaya( Baklanovka) uyğun gələn çayın qərbinə tərəf daxil edilmişdir, Ağatso isə onun şərqində yerləşdirilməlidir. Arslanlar Suxuminin şimal-qərbində ən yeni qəsəbədir. Bu cür məntəqənin mövcudluğu Abxaziyada təstiqlənmir. Məlumdur ki, osmanlılar tez-tez bu və ya digər obyektə türk adları verirdilər. Yerləşdiyinə görə, xəritənin Arslanları Yeni Afona və yaxud Anakofiyaya yaxınlaşır. B. Kuftinin qeyd etdiyinə görə.,XIV-XV əsrlərin kompas xəritələrində Suxum yaxınlığında «bilavasitə qonşu» kimi Anakofiya daxil edilib. Müəllifin fikrincə, Suxum ilə Afon arasında nəsə bir mühüm məntəqə mövcud olsa idi, o dövrkü xəritələrdə,şübhəsiz, öz əksini tapardı. Nisbətən Suxuminin (Sxum) yerləşdiyi yer düzgün göstərilib. Dənizədən aralı, Pitsundanın şimalında, xəritədə Nxl qeyd olunub. Bu cür adda məntəqəyə heç bir başqa xəritədə və heç bir yazılı mənbələrdə rast gələ bilmədik. O halı da nəzərə alsaq ki, bu, müəllifin xəritəyə daxil edilməsinə lazım bildiyi dənizdən aralı yeganə məntəqədir, kifayət qədər əhəmiyyətli olmalıdır. Əsrlər boyu belə bir məntəqəni Abxaziyada Lixni təşkil edirdi. Buna görə də XVII əsrin ikinci yarısında tərtib olunan xəritədə onun göstərilməsi tamamilə məntiqi görünür, halbuki, bu ad bir qədər eybəcərləşdirilib və ərazicə də nisbətən qərbə doğru çəkilib. Xəritədə qeyd olunan II Dadianinin inşa etdiyi Kelasur hasarı yazısız qeyd olunub. Afsta çayı mənsəbi yaxınlığında eləcə də Sulh məntəqəsi yerləşdirilib. Xəritəyə uyğun olaraq Meqreliya Kelasur çayından başlayır, II Levanın zamanında (1611-1557-ci illər) olduğu kimi, Kelasur və Rion arasında 6 çay daxil edilmişdir. Onlardan yalnız ikisinin adı göstərilmişdir: Kodori, Kmxl. Rionidən şimala doğru birici çayın mənsəbində yazılıb – «Kemxeli» çayı. «Kemxeli» gürcü sənədlərində xatırlanır. T. Beradzenin fikrincə, Kemxeli gərək ki, bu günkü Ğulevi adlandırılıb ki, bu da adını türk Redud qalasından alıb. Əgər Kemxeli elə Ğulevinin özüdürsə, onda xəritənin Kemxelisi Xobi çayı olmalıdır. Xobi çayını türklər doğrudan da Kemxeli adlandırırdılar Xəritədə təsvir olunan ikinci çaydır ki, bunu onun sol sahilində göstərilən (Ankra) Anakliya və ya da Anakriya təstiq edir. Çaylardan birinin sağ sahilində dağın ətəyində göstərilən ad (Mokvi) onu təstiq edir ki, çayın özünün də adı Mokvi adlandırılmalıdır. Məskən yeri «Mokvi» xəritədə heç də böyük dəqiqlikliklə göstərilməyib. Faktiki olaraq o dənizdən yalnız 7-8 kilometr aralı idi və Kolxeti düzənliyinin kiçik yüksəkliyində təpəcikdə yerləşirdi. Mokvi və Enquri arasında qeyd olunan iki çay bizim fikrimizcə, Ğalizqa və Okumidir. Odur ki, xəritədə Kodoridən Rioniyə qədər aşağıdakı çaylar yerləşdirilməlidir: Mokvi, Ğalizqa, Okumi, Enquri və Xobi. Rioninin mənsəblərindən biri Sxenis tsğali olmalıdr, ikincisi isə öz mənsəbi ilə Ğvirila ( Zirula, Çxerimela).Potinin lokallaşdırılması diqqəti cəlb edir. Rioninin mənsəbi yaxınlığanda türklər üçün yaxşı məlum olan Paşa qalası yerləşdirilib. Yaşayış məntəqəsi onun şərqində (Poti ) forması ilə qeyd edilib. Potinin 1633-1640-cı illərin göstəricilərinə uyğun olaraq tərtib edilmiş A. Lambertinin xəritəsində təxminən belə bir durumu vardır. Eyni zamanda Lamberti türk qalasının mövcudluğunu da bilir və mətndə onu Rioninin mənsəbi yaxınlığında yerləşdirir. «Fazisi dənizə iki qol ilə tökülür. Bu qollar arasında üzərində də osmanlıların 1576-cı ilə qala tikdiyi ada var» Vaxuşti tərəfindən Odişinin təsvirində Potinin xatırlanması, Poti qalasının Quriyanın daxilində yerləşdirilməsi belə bir təsəvvür yaradır ki, sanki Poti qalası və ondan müstəqil şəkildə Poti şəhəri mövcud idi. Bu cür gümanı İmereti çarı V Aleksandrenin əmri ilə 1737-ci ildə tərtib edilmiş xəritənin göstəricisini şübhə altına alır ki, burada da yalnız qala qeydə alınıb («Poti şəhərinin qalası: gürcücə, qədimdə də şəhər olub, Fasus adlanır»). Bu baxımdan, düşünməliyik ki, 1737-ci ildə Poti şəhəri mövcud deyildi. «Cahannüma» xəritəsində Poti Pusoni kimi qeyd olunubdur ki, bu da o deməkdir ki, o qəsəbə, şəhər deyil, kənddir. Puti ( eynən Kiçik Poti) Meqreliyada elə bu həndəvərlərdə bu gün də mövcuddur. Odur ki, Arkancelo Lambertinin və «Cahannüma» xəritəsinin göstəricilərini elə başa düşməməliyik ki, sanki qala dəniz sahilində, ondan aralı isə Poti şəhəri mövcud idi. Ğalizqa və Okumi arasında (Trnte) qeyd olunub. Məlumdur ki, Meqreliya daxilində Kodori çayının sağ sahilində kifayət qədər mühüm Dranda məntəqəsi yerləşdirilmişdi. Xəritədə göstərilənTrnte gərək ki, Drandadır, halbuki, müəllif onu səhvən tamamilə başqa yerdə yerləşdirir. Enquri çayının sağ sahilində qeyd olunan Sbia məntəqəsi Şarden tərəfindən xatırlanan Sibia-nı ( Anakliyanın 20 milliyində) xatırladır...Sipiya iki balaca kilsəinin adıdır, onlardan biri meqrellərə və ikinci teatinelərə məxsusdur. Elmi ədəbiyyatda söylənilən fikirlərə uyğun olaraq, Sipiya A. LambertininTsipuriyasına uyğun gəlir. Sba məntəqəsi Sibiyanın cənubunda, dənizdən bir az aralı yerləşir. Meqreliyada bu məntəqənin mövcudluğu təstiq olunmur, halbuki, ərazi olaraq İnquri çayının sağ sahilində yerləşən Sida ilə eyniləşdirmək mümkündür. Rioni və Xobi çayları arasında Bcanı güman etməliyik ki, fonetik şəkildə formasını dəyişmiş Bandzadır. Xəritədə o, qala kimi göstərilmişdir. Vaxuştinin verdiyi məlumata görə.,«Sxenis tsxalinin qərbində Bandza və abad edilmiş qala vardır». İskuri korfəzi və İlori az-çox düzgün şəkildə daxil edilib. Bağdad- Bğdadck ( Hazırda Bağdad) Kutaisinin cənub əvəzinə cənub-şərqində göstərilib. Ğğut-Qequta gəldikdə isə, o, Kutaisinin cənub şərqində, Rioninin sol tərəfində (Kutaisinin cənubunda, Rioninin sağ sahilində olmalı idi) göstərilib. Xəritədə proporsiyalar pozulub. batumi və Qonio Çoroxi sayınının mənsəbi kimi şimala doğru çox çəkilib və Potiyə yaxınlaşdırılıb. Gürcüstanın aran yerinin əsas yaşayış məntəqələri, o cümlədən Tiflis, şimala doğru çəkilib. Şərqi Gürcüstanda Tiflisdən başqa bu məntəqələr: Qori, Hlavr, Zəyəm, Baxtrioni, Qarağac, Cartla göstərilib. Tiflisin şimalında Kürün sol sahilində Hlavr məntəqəsi yerləşdirilib. Yerləşdiyi yerə uyğun olaraq Avlabara uyğun gəlir. Buna XVIII əsrin türk müəllifi Gürcizadənin məlumatları da zidd çıxmır. rastlaşdığımız məntəqədə onun tərəfindən təsvir olunan mübarizə məhz elə Tiflisinin girəcəyində baş verir. Bu dövrün Osmanlı mənbələrində düzəliş edilmiş səhvlərin çoxluğunu, xüsusilə toponimlərin verilməsi zamanı nəzərə alsaq bu forma da (Osmanlı mənbələrinə uyğun olaraq Avlabar) böyük günah hesab edilmir. Araqvi və Liaxvi çayları, həqiqətdə onların cənub istiqamətdə olduğu bir vaxtda xəritədə cənub-şərqə doğru axırlar. Kaxeti Tiflisdən daha çox cənub-şərq tərəfdə yerləşdirilib. Onun iki çayından müəllif yalnız birinin Knak adını qeyd edir. Şərq mənbələrində Alazani Kanak kimi, İori Kbur-Kabur olaraq göstərilir. Tərtibçi Alazaninin adını səhv olaraq yerləşdiyi yerə uyğun olaraq İoriyə aid edir. Alazani çayının sağ tərəfi (Cartla) yerləşdiyinə uyğun olaraq Vaxuştinin Araqvi çayı üzərində Cartali dərəsi ola bilməz, çünki «Cartla»nı xəritənin müəllifi heç bir şərti işarə ilə göstərməmişdir. Ola bilsin ki, o nəsə bir məntəqəni deyil, eləcə də bütün diyarı nəzərdə tutur. İ. Cavaxişvilinin fikri bu gümanın xeyrinədir. Belə ki, «Əvvəllər Cartali təkcə balaca nahiyənin deyil, eləcə də nisbətən daha geniş torpağın adı olub və bütün Kaxet də adlanıb. İorinin qərbində xəritədə göstərilən Ski Şirvanın məşhur şəhəri Şəki olmalıdır ki, bunu da müəllif diyakritik işarələr olmadan təsfir edir və səhvən lokallaşdırılıb. Xəritədə Zəyəmin yerləşdiyi yer düzgün olaraq göstərilməyib. O Tiflisin şimal-şərqində təxminən müasir Duşetinin həndəvərlərində qeyd olunub. Gürcüstandan başqa xəritədə Çerkeziya, Alaniya, Kabardo, Ləzgistan, Kumik, Dağıstan, Şirvan, Muğam, Gəncə və İrəvan əyalətləri, Qars, Çıldır, Trabzon və Ərzurum əyalətləri bəzi mühüm məntəqələr ilə birlikdə göstərilib. Azərbaycana «Cahannüma»nın iki xəritəsi həsr olunub. Onlardan biri 38-ci fəsildə daxil edilmiş «İqlimi Azərbaycan» XX əsrə qədər şərq istoriyaqrafında bərqərar olunan terminin uyğun olaraq İran Azərbaycanını nəzərdə tutur. Azərbaycanın adi olaraq Aran, Şirvan, Muğan terminləri ilə işlənən ərazisi Qafqaz xəritəsinə salınıb. Azərbaycan məntəqələrindən Qafqaz xəritəsində Dərbənd, Bakı, Niyazabad, Şamaxı – Şirvanda, Şəmkir, Gəncə əyalətində- Gəncə, Bərdə, Lənbəran, sonra Naxçıvan, Culfa, Ordubad, Qafan və Maku kifayət qədər düzgün lokallaşdırılıb. Qafqaz xəritəsində Qarabağın qeyd olunması və Evliya Çələbi tərəfindən Azərbaycan məntəqəsinin elə bu ad ilə xatırlanması bizə İ.Petruşşevskinin «Monqolların vaxtında əmələ gələn «Qarabağ» termininin həmişə diyar kimi qeyd etdiyi» gümanına şübhə etməyə haqq verir. Qafqaz xəritəsində Qarabağ Şamaxının qərbində, Kür çayının sol sahilində göstərilib ki, bu da hər halda sözügedən məntəqənin V. Bartoltun «Beyləqanın xarabalıqları yaxınlığında» lokallaşdırılmasına uyğun gəlmir. Areşi şəhəri adi olaraq Araz çayı ilə əlaqələndirən əks mənbələrin göstərdiyinə görə, xəritədə Qarabağın şimalında lokallaşdırılıb. Əgər onu nəzərə alsaq ki, Areşi elə həmin, Nuxadan Bərdəyə gedən yolda, Kürün şimalında indiki Xanabaddırsa, tamamilə məqbul həndəvərdir.Müəllifi də Əbu Bəkr ibn Bəhram olan «İqlimi Azərbaycan» kartoqrafiya və topoqrafiya baxımından Qafqaz xəritəsindən olduqca geri qalır. Ondan fərqli olaraq Azərbaycan xəritəsində miqyaslar, meridianlar və paralellər qeyd olunmayıb. Ölçüsünə görə də təxminən iki dəfə azdır. Xəritə əsərin 390-cu səhifəsində cənub tərəfdə yuxarıya salınıb və İ. Kraçkovski «İki son xəritədə –kiçik Asiya və Fosoforun tamamilə gözlənilmədən xəritənin cənubunda yuxarıda yerləşməsinin köhnə ənənəsini tamamilə təsadüfi olaraq hallandığını qeyd edəndə onun adını çəkmir. Müəllif beş şərti işarə gətirir ki onlarla da kiçik, orta, mühüm məntəqələri, Azərbaycanın əsas şəhəri Təbriz və Miyanə, Əndəlib və Təbriz yaxınlığında olan körpüləri qeyd edir. Xəritəyə sıra dağlar və çaylar daxil edilib. Onun mərkəzi yerini nisbətən düzgün həndəvəri olan Təbriz və ya Urmiya gölü tutur: Cənub şərqdən şimal- qərbə doğru; maraqlıdır ki, xəritənin bizim üçün məlum olan əvəlki dövrün xəritəsi ilə bir dənə də olsun ümumi şeyi yoxdur. Müəllif onu göründüyü kimi, yazılı mənbələrə uyğun olaraq tərtib edib. O cümlədən onun mənbələrindən biri Həmdullah Qəzvininin və Katib Çələbinin məlumatları olmalıdır, halbuki, xəritəyə bəzi elə məntəqələr daxil edilmişdir ki, onlar da bu müəlliflərdə xatırlanmır və ya yalnız təxmini əks olunub və ya da onların məlumatlarına zidd çıxır. Bütün bunlar ondan xəbər verir ki, xəritənin müəllifi başqa mateirallardan da istifadə etməli idi. Məsələn: Təbrizin şimal-şərqində göstərilən Kuzu qonan, Şəbbüstəri və Səfəvi, mətnə uyğun olaraq Söhrabın şimalında bir fərsəng məsafədə yerləşməlidir. Mərənd mətndə Xoy və Təbriz arasında Təbrizin şimal-qərbində səhvən lokallaşdırılıb. Xəritədə daha dəqiq göstərilib- şimal-qərbdə və əksinə, Uşnəviyyənin həndəvərini - Urmiyadan cənub-qərbdə bir günlük yolda mətn dəqiq müəyyən edir, xəritədə isə gölün cənub-şərqində ən ucqar nöqtəni təşkil edir. Ölkəyi darvaz Katib Çələbi tərəfindən göstərilən Təbrizin şimal əvəzinə cənub-şərqində yerləşdirilib. Həmdullah Qəzvininin və Katib Çələbinin məlumatları bu məntəqələrin yerinə uyğun gəlir: Təbriz, Əndəlib, Ucan, Əhər, Xoy, Səlmas, Urmiya, Besuy. Hidroqrafik şəbəkəni müqayisə edərkən bənzərlik daha da aşkar olur. «Əndəlib çayı (xəritədə adı çəkilib) Savalan dağından baş alaraq Ərdəbilə daxil olur... Əndəlibə çatır və ona məxsusdur. Xoca Əli şah körpüsünün ( xəritədə göstərilib) altından keçir və Əhər çayına qovuşur». «Əhər çayı (xəritədə göstərilir) Əhrimən yüksəkliyi və ya monqol dilində Qokçanil adlanan diyarın dağlarından axıb gəlir. Noudiz qalasından və Əhərdən keçir. Beyləqan kəndindən keçəndə Əndəlib çayına qovuşur və hər ikisi Araza tökülür. «Səfi çayı (xəritədə göstərilir) mənbəyini Səhənd dağından alır, Marağadan keçərək Cağatu çayına qovuşur». Cağatu çayı (xəritədə var) mənbəyini Kürdüstan dağlarından ( xəritədə beləcə göstərilir) alır, Siyahquhudən çıxır. (göstərilməyib), Marağa yaxınlığında Səfi çayına birləşir və Təbriz gölünə tökülür». «Şahr-Rudi ( xərtədə göstərilir) Şal dağlarından baş alır». «Miyanə ( ad olmadan təqdm olunub) Ucan dağlarından gəlir. Ucanı keçəndən sonra Miyanəciyə doğru gedir və düzənlikdə Haştruda(Katib Çələbinin Şaht-ru) birləşir». Şahrt-rud Marağa və Ucan dağlarından başlayır. Miyaneçi hüdudunda Miyanəçi ilə birləşəndən sonra Səfid-rud ilə birləşir»... Miyanəçi körpüsü (xəritədə göstərilir) 32 tağlı böyük tikili xatırlanan çay üzərində»... «Sərab çayı və Sərab rudi də adlanan Sərab çayı ( xəritədə göstərilir) Savalanda Eşkəndi dağlarından ( adı çəkilib) axaraq Səraba qovuşur. Gölün hüdüdünda Binin də torpağından, duz yataqlarından keçir... Şure-rud olur».Təbriz və Ərdəbili (müvaıiq olaraq onun yaxınlığında yerləşən əhər və Əndəlib də xəritənin müəllifi şimal-qərbə tərəf çəkib. Eləcə də Marağa şimala tərəf çəkilib. Xəritədə həmişə məsafələrə də riyaət olunmayıb. Məs: Ərdəbildən, eləcə də Marağadan (20 fərsəng) bərabər şəkildə uzaq olan Miyanə hesab olunduğu kimi yenə də Miyanə adlanan ( orta yer) Ərdəbilə lap çox yaxındır, Marağadan kifayət qədər aralıdır. Xəritədə nisbətən mühüm məntəqələr: Xoy, Səlmas, Mərəndə, Urmiya, Tasuc nisbətən düzgün göstərilib. Xoyun cənubunda göstərilən Dumbul otaracağı Dumbul kürd tayasınının adı ilə əlaqələndirilməlidir. Belə ki, Xoy XVII əsrdə onun başçısının hökmranlığı altında olub. Beyləqanın XVII əsr xəritəsində mövcudluğu bir növ anakxronizmdir. Son dəfə Beyləqanın xatırlanması Teymurun oğlu Şahruxun (1404-1447) adı ilə əlaqədardır. Belə ki, o atası kimi yenə də onun bərpasına söz verib. Lakin o, tez-tez baş verən zəlzələlərə görə, öz niyyətindən əl çəkməyə məcbur olub. Beyləqan şəhəri yoxa çəkilir, lakin adı onun yerində cücərən yeni Örən qala qəsəbəsinin qeyd olunması üçün qorunub saxlanılıb və göründüyü kimi, XIX əsrdə də tamamilə sıxışdırılmayıb. Əbu Bəkrin xəritəsində Beyləqan səhv olaraq göstərilib. Onun Kür və Araz arasında göstəirlməsi əvəzinə nisbətən cənub-qərbə tərəf çəkilib, Həmbullah Qəzvininin və Katib Çələbinin göstəricilərinə tamamilə uyğun gəlir: «Əhər çayı o diyarın dağlarından axıb gəlir, Noudiz qalasına, Əhərə daxil olur. Beyləqan kəndindən keçəndə Əndəlib çayına birləşir və hər ikisi Araza qovuşur. Xəritədə Beyləqan məhz elə Əndəlib və Əhərin mənsəbində yerləşdirilib. Xəritədə bəzi dördüncü dərəcəli məntəqələr də göstərilib: Təbriz gölünün şimal-qərb tərəfində Xanədan, gölünün qərb sahilində Xoşəng qalası, Bat kəndi, Gögərçinlik qalası, cənub-qərbdə Toprak qalası, cənubda Şəhriabad nahiyəsi, cənub şərqdə Armin, Əsmər nahiyəsi, Selendur ölkəsi göstərilib. Gürcü dilindən tərcümə edəni: Mirzə Məmmədoğlu . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.