XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN Qədim mədəniyyətə malik olan Azərbaycan xalqı əsrlər boyu muxtəlif xalqlarla, xüsusilə qonşu gürcü xalqı ilə də daim təmasda olmuşdur. Mədəniyyət və ədəbiyyatlarımız qarşılıqlı əlaqələr prosesində tədricən inkişaf etmiş və etməkdədir.

Azərbaycan xalqının sevimli xalq şairi Məmməd Araz bu əlaqələrdən söhbət açaraq qeyd edir: ”Azərbaycan xalqı ilə gürcü xalqının qonşuluq tarixi nə vaxtdan başlanır? İlk odu biz onlara vermişik, ya onlar bizə? Yoxsa eyni vaxtda tapmışıq? Demək çətindir. Min illərin işıq, su, hava, torpaq qonşusuyuq...”

Bəli, sevimli şairimiz haqlı olaraq dediyi kimi, biz min illərin işıq, su, hava, torpaq qonşusuyuq. Xalqlarımızın ədəbi və mədəni əlaqələrinin tarixi özlərinin tarix qədər qədim və zəngindir. Bu əlaqələrin sorağı iki qonşu xalqın ədəbi abidələrindən, şifahi ədəbiyyat nümunələrindən dostluğu, qardaşlığı tərənnüm edən mahnılarından gəlir.
Ta qədimlərdən başlanan Azərbaycan- gürcü əlaqələri XI-XII əsrlərdən ehtibarən daha geniş xarakter alaraq hər iki xalqın tərəqqisinə böyük təsir göstərmişdir.
Azərbaycan-gürcü ədəbi əlaqələrinin tanınmış tədqiqatçısı, mərhum alim Dilarə
Əliyeva yazırdı: ”...İki qonşu ölkənin siyasi və iqtisadi əlaqələri həmin ölkələrdə yaşayan xalqların mədəni ünsiyyətinə kömək edirdi. Azərbaycan və gürcü mədəniyyəti, xüsusən də ədəbiyyatı XII əsrdə sıx qarşılıqlı əlaqə və təsir şəraitində inkişaf edirdi.
XII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük humanist şair Nizami Gəncəvinin müasiri Əfsələddin Xaqani Tiflis ədəbi-ictimai muhiti ilə, Gürcüstan ilə ilk dəfə geniş əlaqə yaradan sənətkarlardan biri olmuşdur.Bu əlaqə XII əsrin əvvələrində Şirvanşahlar ilə Gürcüstan arasında yaranmış münasibətlərdən irəli gəlir. Belə ki, həmin əlaqənin yaranma tarixi, Xaqaninin Gürcüstan mövzusuna müraciət etmə səbəblərini araşdırmaq üçün məhz elə Şirvan münasibətləri üzərində dayanmaq istəyirik.
XII əsrin əvvəllərində Ön Qafqazda Səlcuq dövlətinin tənəzzül etdiyi şəraitdə gürcü çarı IV David (Qurucu David) Səlcuq ağalığından xilas olmaq üçün mübarizəyə başladı. O, arxadan öz sərhədlərinin təhlükəsizliyini təmin etmək və özünə müttəfiqlər tapmaq məqsədi ilə tədbirlər gördü. Məsələn, qızlarından birini cənub qonşusu Yunanıstan imperatorunun oğluna, böyük qızı Tamaranı isə şərqdəki sərhəd qonşusu Şirvanşah I Əfridutun oğlu III Manucöhrə ərə verərək onlarla qohum oldu. Bu nigah qohumluqdan daha çox siyasi məqsəd güdürdü. Sonrakı tarixi hadisələr bunu sübut etmişdir. Çar IV Davidin Şirvaşahla qohumluğunun məqsədi təkcə şərq sərhədlərinin təhlükəsizliyini təmin etməklə qalmayıb, lazım gəldikdə onun qüvvəsindən hərbi müttəfiq kimi istifadə etmək idi. Gürcü çarı nəzərdə tuturdu ki, səlcuqlara qarşı mübarizədə Şimali Qafqazdakı köçərilərlə hərbi ittifaqa girməli idi. O, qıpçaq hakimi ilə qohum və müttəfiq oldu, 40 mindən artıq cəsur və qıpçaq cəngavərini Gürcüstana gətirdi. Güclü ordu yaratdı. Bu ordudan səlcuqlara, şimaldan Gürcüstana hücum edən köçərilərə qarşı istifadə etdi. Müharibəyə hazırlıq işlərini başa çatdırdıqdan sonra çar IV David 1121-1122ci illərdə səlcuq Sultan Toğrulla müharibələr apardı. Müharibə gürcülərin qələbəsi ilə başa çatdı. Sultan Toğrulun 70 minlik ordusunu məğlub edən gürcü çarı onlardan dörd min nəfərini əsir aldı. Tiflisi və Dumanisi ələ keçirdi. Səlcuq Sultanlığından aslılığa bir dəfəlik son qoydu. Ibin əl Əsir bu döyüşlərin biri haqqında belə məlumat verir: “Hər iki tərəf müharibəyə başladı.
Qıpçaqlardan 200 - ə qədər adam meydana çıxdı. Müsəlmanlar elə zənn etdilər ki, onlar aman tələb etmək üçün gəlmişlər. Lakin onlar müsəlmanlara ox atmağa başladılar və müsəlmanların cərgələri pozuldu... Bu surətlə müsəlmanların çoxu öldürüldü və dört min kişi əsir alındı.”
Səlcuqlar üzərində qələbə gürcü çarının siyasi nüfuzunu yüksəltdi. Şirvanşahın ona münasibətini qətiləşdirdi.

III Mənucöhr çar IV Davidin gücünə inandı və onun köməyinə arxalandı.

III Mənucöhr xanımı Tamaranın iradəsi ilə səlcuq sultanlığının vassallığından imtina edərək Gürcüstana yaxınlaşmağa məcbur oldu. Sənədlər təsdiq edir ki, dövləti idarə etmək işində Tamara ərinə güclü təsir göstərirdi.
Görkəmli Azərbaycan alimi M. Sultanov XII əsrdə Zaqafqaziya xalqları arasında ədəbi əlaqələr haqqında demişdir:
“Şirvanşahlar sarayındakı şairlərə Tamaranın saray şairləri arasında bir yarış gedirdi. Hər iki ölkənin saray ədəbiyyatında bir sıra eyni motivlərin olması bir də bununla əlaqədardır. Buna nə dil ayrılığı, nə də din və ənənə fərqi mane olurdu. Heç də təsadüfi deyildir ki, Məlikə Namaranın saray şairinə məddahə məşhur “Tamariani” əsərinin müəllifi Çaxruxadzenin əsərlərində şirvanlı Xaqaninin təsiri görünməkdədir”.
Xaqaninin əsərlərində xristian ruhaniləri onu müəllim və alim kimi hesab edərək tez-tez müraciət edirlər.
Dahi şair qəsidələrinin birində deyir:

Dərs almağa gələr dəstə-dəstə keşişlər,
Onlar hələ mənim kimi bir alim görməmişlər.

Buradan Xaqaninin məhz elə xristian dininin ehkamlarını da yaxşı bilməsinə bir daha əmin olmaq olar.
III Mənucöhrün ölümündən sonra hakimiyyət başına gələn Şirvanşah Axsitan Gürcüstana münasibətin də atası kimi sabitqədəm idi. Bununla belə mənbələrdə məlumat verilir ki, xəzərlər, peçeneqlər və digər tayfalar Dərbəndə, Şabrana, Müşkürə və Şirvanın Kür çayı sahillərinə yürüşlər edərkən Şirvanşah Axsitan gürcü çarının köməkliyi ilə onları dəf etdi. Şirvanşahlar və Gürcüstan münasibətləri prosesində şübhəsiz, ticarət əlaqələri də inkişaf edirdi. Dini dili ayrı olan dövlətlər arasında ticarət əlaqələri zəminində Xaqaninin atası Ramiyyə adlı xristian qızı ilə evlənmişdi. Ramiyyə sonralar müsəlmanlığı qəbul etmişdir. Yaxın Şərqdə Əfzələddin İbrahim ibn Əli Həccar Şirvani 1126 – cı ildə Şamaxı şəhərində sənətkar ailəsində doğulmuşdur.
Şairin atası Əli Həccar yoxsul dülgər olmuşdur. Onun ata babası toxucu, əmisi Ömər Оsman oğlu isə dövrünün görkəmli təbiblərindən idi.
O, şairin təlim tərbiyəsində mühüm rol oynamışdır. Buna baxmayaraq Xaqani şerlərinin birində atası barəsində yazır:

Onun haqqında çoxdur boynumda, bişək
Boynumda əmimin haqqı olan tək.

Dahi sənətkarın tərcümeyi - halı, yaradıcılığı, eləcə də onun haqqında yaranmış əfsanələrdən çox danışmaq olar. Onun məhz elə xristian aləmi, Gürcüstan, eləcə də xristian qızları barəsində yazdığı şerlər üzərində dayanmaq istəyirik.
Xaqani öz əsərlərində tez – tez xristian dini terminlərindən istifadə edir.
Bu da şairin xristian dini əsasları ilə və kilsə qaydaları ilə tanış olduğundan xəbər verir.
Sovet şərqşünasları Bertles, Marr və başqaları öz tədqiqlərində Xaqani yaradıcılığında xristian dini terminlərinin mövcudluğunu qeyd etmişlər.

Xaqani Güney Qafqaza gələn zaman şerlərinin birində yazır:

Xususilə bu nəsturi məzhəbində olan qonşu
Hörməti çox saxlayır ikinci bir İsa qədər.

“Həbsiyyə” silsiləsindən yazdığı şerlərinin birində təkcə Gürcüstan haqqında deyil, konkret yerlərin adlarını çəkir:

Apxazların qapısını gedib döyüm əlimlə,
Rumluların məzhəbinə iqrar edim dilimlə?
Nacormənlik hara,Muxran kilsəsində mən hara?
Baqratinlər qapısına gedib, istəyim çarə.
Mənə hörmət etməzlərsə, Apxaziyada nə edim?
Ordanda da yola düşüb, Rum ellərinə gedim?

Xaqani Gürcüstana, gürcü xalqına da yaxşı münasibət bəsləmişdir.
Vaxtilə Tiflisdə olmuş, şəhəri tərənnüm etmiş, bir neçə gürcü qızına sevgi və məhəbbətini açıqlayaraq şerlərində hətta gürcü sözləri də işlətmişdir:

Ağ üzlü, qıvrımsaç qızın eşqindən,
Gürcücə öyrəndim Abxaziyada mən,
İncəldi, tük kimi, dilim, hər tüküm
Dönüb bir dil oldu “modi” deməkdən.

****
Tərsa gözəlisən, İsaya həmdəm,
Pak ruhsan sənə demərəm Sənəm,
Tük kimi incəldim dərdü qəmimdən,
“Modi”, “modi”qəmdəm muyə donmüşəm.

XII əsrin gürcü şairləri Şirvanı yaxşı tanımışdır. Məşhur gürcü şairi Çaxruxadze “Tamariani” əsərində Şirvanı hörmət və məhəbbətlə xatırlamışdır.
Tərcüməçi, şair Aleksandır Qvaxaria Xaqaninin bir neçə şerini gürcü dilinə tərcümə etmiş, gürcü oxucularını Xaqani yaradıcılığı ilə qismən də olsa tanış etmişdir.

Mirzə Məmmədoğlu

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Z.M.Bünyadovun «Azərbaycan Atabəyləri dövləti» kitabına rəy

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Tbilisidə “Gürcü hekayələri” kitabı Azərbaycan dilində işıq üzü görüb

Ədəbi əlaqələr, Bədii Tərcümə
Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Məhərrəm Qasımlının (Orxan Paşanın) şeirləri gürcü dilində dərc olunub

Elm, Ədəbi əlaqələr, Tiflis
Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram ç ...

Qıpçaqlar zəif «kürəkən»i dirçəltmək uğrunda vuruşurdu: Aruq tayfası Xram ç ...

Tarix
Cemal STEPNADZE:   XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN  ARASINDA SİYASİ ƏLAQƏL ...

Cemal STEPNADZE: XII ƏSRDƏ GÜRCÜSTANLA AZƏRBAYCAN ARASINDA SİYASİ ƏLAQƏL ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Gürcü dilində “Çağdaş Azərbaycan poeziyası” adlı antologiya çapdan çıxıb--Y ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

BORÇALININ ETNİK TARİXİNİN QISA XÜLASƏSİ

"Borçalı" Cəmiyyəti
RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

RƏŞİD FAXRALININ KİTABI GÜRCÜ DİLİNDƏ İŞIQ ÜZÜ GÖRÜB

Ədəbi əlaqələr, Bədii Tərcümə, Bolus, Müşfiq Borçalı
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Natalya Cavaxişvili: Heydər Əliyevin gürcü xalqı üçün etdiklərini unutmayac ...

Ədəbi əlaqələr, Gürcüstan, Rustavi
Rəy yazın: