Kamandar Bayramov: "Uşaqlarınızı bazara yox, elm dalınca göndərin..."

Kamandar Bayramov: "Uşaqlarınızı bazara yox, elm dalınca göndərin..." Dünyada yaşayan soydaşlarımız, onların diaspor fəaliyyəti ilə bağlı silsilə yazılarımızı, araşdırmalarımızı davam etdirirk. Həmvətənlilərimizlə görüşlərimiz çox rəngarəng və maraqlıdır. Hərdən elə olur ki, həmsöhbətimlə sağollaşmağa çox tələsirsən. Hərdən də elə olur ki, qulaq asdıqca söhbətlərdən doymursan. Poltava vilayətindəki görüşlərimiz çox maraqlı və qürurverici hadisələrlə yadda qaldı. Muxtarovlar qardaşlarından sonra, müsahibimiz onların yaxın qohum Bayramov Kamandar İskəndər oğlu oldu.

Bayramov Kamandar Poltava vilayəti Velikobaqaçanskiy rayonunun icra başçısıdır.
O, hələ 1998-2002-ci illərdə Luqansk vilayəti Kirovsk şəhərinin deputatı olub. Daha sonra 2002-2006 illərdə 1998-cı ildə Luqansk vilayəti üzrə deputat olub. Həmin dövrdə Luqansk vilayətində Elektrik-Energetika üzrə ən böyük şirkətin direktoru olub.

1990-cı ildən Ukraynada yaşayır, bundan əvvəl isə Rusiyada, Ulyanovsk şəhərində yaşayıb. Ailə qurduqdan sonra Ukrayna dövlətinə köçüb. Ukrayna müstəqilliyini elan edəndən sonra isə vətəndaşlıq alıb. Əmək fəaliyyətinə fəhləliklə başlayıb, daha sonra elektrik şəbəkəsində mühəndis, bundan əlavə də bir neçə müəssisədə mühəndis və baş mühəndis işləyib. Daha sonra Luqansk vilayətində ən böyük Energetika şirkətinə direktor təyin edilib. İlk ali təhsili Politexnik İnstitutu olub. 2001-ci ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasına da qəbul olub və müvəfəqiyyətlə bitirib. 2014-cü ilədək Luqansk vilayətində yaşayıb, məlum hadisələrdən sonra Qaçqın kimi Lvov şəhərinə köçüb. Daha sonra isə Poltavaya köçüb. Burada yaşayan qohumu, iş adamı, böyük nüfuza malik olan Fəxrəddin Muxtarovun dəstəyi və təqdimatı əsasında vilayətin Qubernatoru ilə görüşüb. Qubernator Muxtarovlar qardaşlarının işinə bələd olduğuna görə, Kamandar müəllimin icra başçısı olması üçün, təqdimatını Prezident administrasiyasına verib. Əlbəttə ki, bir çox yoxlamalar və müsahibələrdən alnıaçıq çıxan Kamandar Bayramov 29 mart 2016-cı ildə, Velikobaqaçanskiy rayonunun icra başçısı təyin edilib.

- Kamandar müəllim söhbətimiz zamanı məlum oldu ki, rəhbəri olduğunuz rayona yaxın tarixdə köçmüsünüz, bu sizə, həmin rayonun icra başçısı işləməyinizdə çətinlik yaratmır?

- Bilirsinizmi işləyən adam üçün çətinlik problem deyil, onun həlli də vardır. Bizim rayonumuz kənd təsərrüffatı rayonudur. Rayonumuzda böyük istehsal müəssisələri yoxdur, əsasən kənd təsərrüffatı ilə məşğul oluruq, qarğıdalı, günəbaxan, soya və s. əkilir. Bundan əlavə maldarlıq, heyvandarlıqla da məşğul oluruq. Düzdür rayonumuzda neft istehsalı da var, ancaq çox deyildir. Vilayətimizdə iyirmi beş rayon var, bizim rayon bütün göstəricilərimizə görə, həm iqtisadi, həm təhsil və digər göstəricilərinə görə vilayət rayonları arasında beşinci yerdədir. Rayonumuzda iyirmi altı minə yaxın sakin yaşayır. Rayonumuzda xeyli sayda fermer təsərrüffatları vardır, sevindirici haldır ki, onların arasında xüsusi seçilən bir azərbaycanlımız da var. Bəli, Qurban Qurbanov Gürcüstan azərbaycanlısıdır və rayonumuzda adlı-sanlı bir fermerdir.

Həyat yoldaşım təhsil şöbəsində çalışır. Oğlum Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin Ərəb və İngilis dilini bitirib. Diplomat kimi yetişmək istəyir, hal-hazırda əsgərlikdədir. Qızım isə Luqansk vilayətində Otel və Restoran sahəsini bitirib, hal-hazırda öz ixtisası üzrə işləyir. Mən özüm başda olmaqla övladlarım da Ukrayna Dövlət dilini yaxşı bilirik, əlavə rus, ingilis dillərini də mükəmməl öyrənmişik.

- Sizin rayonunuzda nə qədər azərbaycanlı yaşayır?

- -Burada azərbaycanlı çox azdır, altı ailə yaşayır. Onların çoxu bizneslə məşğuldurlar. Biz çalışırıq ki, öz milli bayramlarımızı, milli adət-ənənələrimizi unutmamaq üçün, müxtəlif bayramlarda bir yerə yığışaraq onları qeyd edək. Xalqımızın qan yaddaşını da heç vaxt unutmuruq, istər Xocalı soyqırımı, istər də iyirmi yanvar faciəsini həmişə qeyd edirik. Belə də ki, mən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin üzvüyəm. Tədbirlərdə də həmişə aktiv iştirak edirəm. Mən burada yaşayan azərbaycanlılara məsləhət verib deyirəm ki, uşaqları bazara gətirməyin. Daha çox elm öyrədin, nə qədər savadlı olsalar bir o qədərdə cəmiyyətdə nüfuz qazana biləcəklər. Hələ Luqanskda yaşayan dövrlərdə də bu prinsiplərlə yaşayırdım və oradakı bir neçə gənci hüquq-mühafizə orqanlarına oxumağa yönəltdim, bu gün hər biri yaxşı işlərdə xidmət edirlər.

- Yerli mətbuatla münasibətiniz necədir?, rayon icra hakimiyyətinin qəzeti varmı?

- Çox yaxşıdır, əlbəttə qəzetimiz var “Ridniy Kray”. Mətbuata olan diqqət və qayğım, jurnalist ailəsində böyüməyimnən gəlir. Atam Bayramov İskəndər Salman oğlu uzun illər, hələ sovetlər dövründə, Amasiya rayonunda Əmək qəzetinin baş redaktoru olub. Düzdür bu ildən icra hakimiyyətinin balansından çıxıb, yəni qəzet tam müstəqil, öz maliyyəsini özü təşkil edir. Ancaq buna baxmayaraq, biz Dövlət qurumları olaraq, tədbirlərimizi həmin qəzetdə işıqlanmasına şərait yaradırıq və bununla bərabər qəzetin abunəsinə də köməklik edirik.

- Azərbaycan mətbəxi üçün darıxırsınızmı?

- Mənim ailəmdə bütün Azərbaycan adət-ənənələri mövcuddur. Yoldaşım Azərbaycan milli kulinariyasını çox gözəl bilir, qızım da həmçinin. Biz Azərbaycan ailəsiyik, həyat yoldaşım Ukrayna millətindən olmasına baxmayaraq, evimizdə hər şey Azərbaycan adət-ənənəsi ilə gedir. Uşaqların soyadlarında belə, oğlu və qızı sözünü yazdırmışam. Nə deyim, çayımızı da armudu stəkanda içirik.

- BUAK-la münasibətiniz necədir?

- Çox yaxşıdır, mən Dünya Azərbaycanlılarının Qurultayında da iştirak etmişəm. Eşitdiyimə görə BUAK fəaliyyəti müəyyən qısqanclıqla qarşılandığı üçün, əlavə təşkilatlanma gedir. Sizə deyim ki, mən elə uydurma qurumları heç vaxt tanımıram vı BUAK sədri Rövşən Tağıyevin ətrafında sıx birləşmişik. Rövşən Tağıyev Ukrayna Dövlətinin ictimai-siyasi həyatında aktiv iştirak edən, bu Dövlət tərəfindən bir siyasətçi kimi tanınan, çox nüfuzlu bir Azərbaycanlıdır. Belə soydaşımızla yalnız fəxr etməli və onu qorumaq lazımdır.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Əsas diqqətimizi balaca bir məscid vəyaxud namazkah tikilməsinə yönəltmişik. Hesab edirəm ki, yaxın zamanlarda bu iş də öz həllini tapacaq. Bundan əlavə, baxmayaraq ki, burada azərbaycanlılar az yaşayır, ancaq bazar günləri Azərbaycan məktəbinin açılması da diqqətimizdədir. Azərbaycanlıların Hərbi əməliyyatlarda xidmət göstərənlərə də böyük diqqət göstərməsi, onların görüşünə getməsi təqdirəlayiqdir.

2002-ci ildə Ümummilli liderimiz Azərbaycan Respublikasının Prezidenti kimi Ukraynaya gəlmişdi. Azərbaycanın Ukraynadakı səfirliyində görüş keçirildi. Ukraynanın o vaxtki Prezidenti L.Kuçma və Heydər Əliyev çox səmimi bir görüş keçirdilər. Burada yaşayan azərbaycanlılardan çoxlarını dəvət etmişdilər, o cümlədən vilayət deputatı kimi, mən də həmin görüşdə iştirak edirdim. Mənim tədbirdə çıxışım da olmuşdur. Hesab edirəm ki, Ulu öndərin bu idarəçilik metodundan, yerlərdə insanlarla görüşmək, onlarla iş aparmaq metodundan səfirliyimiz də istifadə etməlidir. Çox istəyərdik ki, Azərbaycan rayonlarından biri ilə bizim rayon arasında dostluq yaransın, qardaşlaşmış bir rayon olaraq biri-birimizlə əlaqə saxlayardıq. Nümayəndə heyətlərinin biri birinə qonaq getməsi və biri-birini yaxşı tanıması ümumi işimizin, Azərbaycanımızın daha da yaxşı tanınmasına xeyiri dəyərdi. Biz rayonumuzda yetişdirilən məhsullarla azərbaycan rayonunu onlarda orada istehsal etdikləri məhsullarla bizi tanış etsəydilər bu çox yaxşı olardı.

Əslində Kamandar müəllimlə söhbətimiz zamanı, onun ürəyinin azərbaycanla döyündüyünü hiss etmək elə də çətin olmadı. Baxmayaraq ki, o da azərbaycan vətəndaşı olmayıb, ermənistandan birbaşa rusiyaya köçüb, ancaq bütün söhbətinin başında Azərbaycan kəlməsi dayanırdı. Ukraynada yaşayıb, işləyən Dövlət məmuru olan, Kamandar Bayramov Azərbaycanlı olduğu üçün həmişə qürur duyduğunu söyləyir.

Əlmaniz Ələkbərli
Şərqi Avropa Ölkələri və Ukrayna bürosu
sia.az

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Poltavada yaşayan azərbaycanlıların arzusu

Poltavada yaşayan azərbaycanlıların arzusu

Avropa, Diaspora
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib

Avropa, Diaspora
Rafiq Quluyev Xətai rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub

Rafiq Quluyev Xətai rayonunun İcra Hakimiyyətinin başçısı təyin olunub

Bakı, Qərbi Azərbaycan
Хırdalan şəhər icra nümayəndəliyinə yeni rəhbər təyin edilib

Хırdalan şəhər icra nümayəndəliyinə yeni rəhbər təyin edilib

Regionlar, Borçalı, Təbriklər
Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub

Ukrayna mətbuatında 20 Yanvar haqqında geniş məqalə dərc olunub

Avropa, Diaspora
Ukraynada Azərbaycan şirkətlərinin qarşılaşdığları problemlər daim diqqət m ...

Ukraynada Azərbaycan şirkətlərinin qarşılaşdığları problemlər daim diqqət m ...

Milli Məclis, Avropa, Diaspora
Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

Gürcüstanda yaşayan azərbaycanlıların problemləri diqqət mərkəzindədir

MEDİA, Tiflis, Qabal
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
KAMANDAR  MƏMMƏDOV: “BAĞA  BAXARSAN  BAĞ  OLAR...”

KAMANDAR MƏMMƏDOV: “BAĞA BAXARSAN BAĞ OLAR...”

"Ümid", Bolus
Qubernatorun müşaviri Vaqif MƏMİŞOV:

Qubernatorun müşaviri Vaqif MƏMİŞOV: "Azərbaycanla Rusiya münasibətlərinin ...

Ağbulaq, Rusiya, Diaspora
Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

İki qat Dünya, üç qat Avropa və nəhayət Olimpiya çempionu Kamandar Məcidov

Başkeçid, İdman
Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Hüquqşünas Natiq Xazeyin oğlu Məmmədov (1973)

Başkeçid, Hüquq
Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Diaspor rəhbəri və iş adamı Qazaxda avtovağzal inşa etdirib

Regionlar, Rusiya, Diaspora
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Əsas xəbər, Təhsil, Nazirlik
Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Gürcüstan azərbaycanlılarının musiqi təhsili varmı?

Rustavi, Borçalı, Bolus, Qarayazı
Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Akademik FƏRMAN GÜLMƏMMƏDOV (1939)

Səhiyyə, Bolus, Darvaz, Rusiya, Diaspora
Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu  ...

Ayvaz Həsənovun şəxsiyyəti gürcü və Azərbaycan xalqlarının dostluq etalonu ...

Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
AzTU Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti ilə əməkdaşlığı davam  ...

AzTU Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Universiteti ilə əməkdaşlığı davam ...

AzTU
Zahid Qaralovun

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimat ...

YAP, Azərbaycan, Borçalı, Başkeçid
Rəy yazın: