Zəngin qitənin yoxsul insanları

Zəngin qitənin yoxsul insanları Aclıq deyildikdə ilk olaraq ağlımıza Afrika qitəsində yaşayan insanlar gəlir.
Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir.
Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır.


BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatlarına görə, bu qitədə 40 milyona yaxın insan xroniki aclıq təhlükəsi ilə üz-üzədir.

BMT hesabatlarında Somalidə uzun müddətdir davam edən quraqlığa görə 305 min uşağın kifayət qədər qidalanmadığı, 58.300 uşağın ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğu açıqlanır. Əhalinin 40%-nin, yəni 4.7 milyon insanın humanitar yardıma ehtiyacı var.

Efiopiyada yağış yağmadığına görə, 10 milyondan çox insanın ərzaq yardımına ehtiyacı var.

Lakin qitə sahib olduğu faydalı qazıntılara və imkanlara görə dünyanın əz zəngin qitəsidir.
Dünyadakı qaz ehtiyatlarının 8%-nə malikdir. 45 ölkədə neft yataqları var.


Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Əkinçiliyə əlverişli əraziləri olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur.
Sırf sahib olduğu bu zənginliklər qitənin inkişaf etmiş ölkələr tərəfindən istismar edilməsinə səbəb olmuşdur.
Başda İngiltərə, Fransa olmaqla, Afrika ölkələri Avropaya “borc ödəyir”.

Təkcə İngiltərə banklarında Nigeriyadan alınan 50 milyard dollar məbləğində pul var.
Fransa isə köhnə müstəmləkəsi olan 14 Afrika ölkəsindən ildə 500 milyard dollar “koloniya” vergisi alır.


Məqsədyönlü şəkildə vətəndaş müharibələri, qəbilə münaqişələri yaradılır. Terror qruplaşmalarının həyata keçirdiyi terrorlar siyasi və sosial sabitliyəmane olur. Silah sənayesi üçün qitə çox əlverişlidir. Silah və hərbi sursat satışını artırmaq üçün regionda terror təşkilatları, üsyançı qruplar vasitəsilə müharibələr sakitləşmək bilmir. Afrikaya silah satışından ən böyük gəliri ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa, Almaniya, İsrail, Hindistan, İtaliya və İspaniya əldə edir. Qəribə olan isə budur ki, dünya sülhünü təmin etmək naminə BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkə də (ABŞ, Çin, İngiltərə, Rusiya, Fransa) bunların arasındadır.
Qitəyə edilən yardımlar daha çox göstəriş üçün edilir və çox vaxt da insan sağlamlığına zıyanlı qidalar olur, genetikası dəyişilmiş qidalar afrikalılar üzərində sınaqdan keçirilir.

Vəziyyət budur, “mədəni” ölkələr tərəfindən yeraltı və yerüstü sərvətləri talan edilən, insanları aclıqdan, yoluxucu xəstəliklərdən, süni şəkildə yaradılan müharibələrdə ölən, dünyanın ən zəngin qitəsi...
Digər tərəfdən isə dünya miqyasında tonlarla qida israf edilir: istehsal edilən qidanın üçdə biri istehlak edilmədən atılır.

Yoxsulluq və aclıq probleminin həlli üçün görülən tədbirlər isə nəticəsiz qalır.
Bunun səbəbi isə gözəl əxlaqın, yəni Quran əxlaqının yaşanmadığı üçün ədalətsiz rejimin, hər kəsin öz mənfəətini güddüyü, zəiflərin əzildiyi mühitin yaranmasındadır. O yerdə ki hər kəs ancaq öz mənfəətini düşünür, orada sıxıntılar bitməz. Bunun əksi olanda isə, yəni gözəl əxlaq hakim olarsa, o zaman insanlarda yardımlaşmaq, başqasının haqqına girməmək, ölçüdə və çəkidə aldatmamaq, hər kəsin haqqını özünə vermək, israf etməmək və s. kimi xususiyyətlər yaranar. Bu cür cəmiyyətdə isə yoxsulluq azalar, bərəkət olar, zənginlik artar.

Aysel Vəlizadə,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dünyanın ən zənginləri məlum oldu — SİYAHIda 3 azərbaycanlı da var

Dünyanın ən zənginləri məlum oldu — SİYAHIda 3 azərbaycanlı da var

Dünya, İqtisadiyyat
Pekin şəhərində “Asiya-Afrika Gənc Sahibkarlar Forumu” həyata keçiriləcək

Pekin şəhərində “Asiya-Afrika Gənc Sahibkarlar Forumu” həyata keçiriləcək

Gənclik, QHT, Dünya
Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Fransa və Amerika mətbuatı azərbaycanlı pianoçu Adilə Əliyevadan yazır

Diaspora
Avstraliya Universitetinin nümayəndəsi AzTU-da olmuşdur

Avstraliya Universitetinin nümayəndəsi AzTU-da olmuşdur

Təhsil, AzTU
İNSAN İNKİŞAFI VƏ GENDER

İNSAN İNKİŞAFI VƏ GENDER

Elmi Məqalələr, "Elm və Təhsil"
Ərdoğan xunta dövrünə son qoydu...

Ərdoğan xunta dövrünə son qoydu...

Turan
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin ...

Əsas xəbər, Rəsmi Xəbərlər
Valeh Mirzə: AZƏRBAYCAN HEÇ VAXT GÜZƏŞTƏ GETMƏYƏCƏK!..

Valeh Mirzə: AZƏRBAYCAN HEÇ VAXT GÜZƏŞTƏ GETMƏYƏCƏK!..

Qarabağ, MEDİA
Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Zeynal Əkpərov: “Genetik Ehtiyatlar İnstitutunda insan genetikası, kompüter ...

Biologiya və tibb elmləri
Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərb ...

Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərb ...

Tiflis, İqtisadiyyat
Doğma yurd yerləri-strateji hədəflər yeni realliqlar müstəvisində

Doğma yurd yerləri-strateji hədəflər yeni realliqlar müstəvisində

Gürcüstan, İqtisadiyyat
AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib

AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib

AzTU, Avropa
Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Digər bölmələr, Qarayazı
DÜNYA TARİXİNİN MÜALİCƏSİZ PANDEMİYASI

DÜNYA TARİXİNİN MÜALİCƏSİZ PANDEMİYASI

"Şərqin səsi", Köşə yazılar
Ayşən Qüdrətqızı:

Ayşən Qüdrətqızı: "Qanlı Terror"

Köşə yazılar
Türk Dövlətləri Təşkilatı –  türkdilli dövlətlərin tarixən könüllü şəkildə  ...

Türk Dövlətləri Təşkilatı – türkdilli dövlətlərin tarixən könüllü şəkildə ...

Elmi Məqalələr, Turan, Zalqa, Köşə yazılar
Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

Respublikamızda əhalinin etibarlı ərzaq təminatı strateji önəm daşıdığından ...

"Zirvə"
Qulu Məhərrəmli:

Qulu Məhərrəmli: "MÜSƏLMAN GERİLİYİNİN BEŞ SƏBƏBİ"

Köşə yazılar
Mühəndislik və Texnologiya

Mühəndislik və Texnologiya

Köşə yazılar
İSLAM  VƏ  İSRAFÇILIQ

İSLAM VƏ İSRAFÇILIQ

Sosial
Rəy yazın: