AD GÜNÜNÜZ MÜBARƏK, KƏRƏM MÜƏLLİM!.. "Borçalı" Cəmiyyəti 21 февраля 2017 TƏBRİK EDİRİK!.. Fevralın 22-si xalqımızın dəyərli ziyalısı, "Borçalı" İctimai Birliyinin sədri, tanınmış tarixçi alim və ictimai xadim, xeyirxah, vətənpərvər və yudsevər insan,tarix elmləri namizədi, BDU-nun dosenti, Kərəm Hətəm oğlu MƏMMƏDOVun Ad günüdür!..Biz də "ZiM.Az"-ın Yaradıcı Heyəti adından çox hörmətli Kərəm müəllimi ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, gözəllik, ailə səadəti, elmi-pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Və aşağıda iki il əvvəl 2015-ci ildə Bakıdakı "Borçalı" Nəşriyyatında işıqüzü görmüş "Sazlı-Sözlü Başkeçid" adlı kitabımın I cildində Kərəm Məmmədovun həyatı və fəaliyyəti haqqında dərc olunan məlumatı böyük məmnuniyyətlə ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik. Müşfiq BORÇALI,"Borçalı" İctimai Birliyinin sədr müavini,"ZiM.Az"-ın Baş redaktoru. KƏRƏM MƏMMƏDOV(1965) BDU-nun Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix elmləri namizədi.Kərəm Hətəm oğlu Məmmədov - 1965-ci il fevralın 22-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Başkeçid (1947-ci ildən sonra Dmanisi) rayonundakı Gəyliyən kəndində anadan olmuşdur. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsinə qəbul olunmuşdur. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olmuş, əsgərlikdən qayıtdıqdan sonra təhsilini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində davam etdirmişdir. 1987-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilmişdir. 1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmiş, işlə təmin olunmaq üçün Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyinin sərəncamına göndərilmişdir. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır. 1995-ci ildən Bakı Dövlət Universititinin tarix fakültəsində çalışır, Azərbaycan və rus bölmələrində "Antropologiya", "Qafqaz xalqlarının antropologiyası", "Qafqaz xalqlarının etnoqrafiyası", "Etnoqrafiya", "Ermənilərin tarixi", "Gürcüstan tarixi", "Antropometriya" fənlərini tədris edir. 1996-cı ildə "İslamaqədərki Azərbaycanda dini inanclar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Qafqaz və Türk xalqlarının mənşəyi, antropologiyası, dini inancları ilə bağlı Elmi və pedaqoji fəaliyyəti 50-ə qədər elmi əsərdə öz əksini tapmışdır. O, həmçinin ali və orta məktəblər üçün 10-a qədər dərs vəsaitinin müəllifidir. 1996-cı ildən Bakı Dövlət Universitetinin tarix fakültəsinin arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir. 1996-cı ildə Yunanıstanın Afina və İonina şəhərlərində elmi məzuniyyətdə olmuş, 1998-ci ilin fevralında Beynəlxalq Altayşünaslıq konfransında "Altay xalqlarında şamançılıq" mövzusunda elmi məruzə ilə çıxış etmişdir. 2004-cü ilin iyulunda Bakı Dövlət Universitetinin "Arxeologiya ve etnoqrafiya" kafedrasının dosenti vəzifəsinə seçilmişdir. Türkiyədə Azərbaycanın İstanbul Baş Konsulluğunun təşkil etdiyi elmi konfransda "Cənubi Qafqaz əhalisinin etnik antropologiyası" mövzusunda məruzə ilə çıxış etmişdir. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari həmmüəlliflərindən biridir. Hazırda "Borçalı orta əsrlərdə" adlı doktorluq dissertasiyası üzərində çalışır.Azərbaycan, Türkiyə türkcəsi və rus dillərini sərbəst, ərəb, alman və gürcü dillərini isə orta səviyyədə bilir. Evlidir, 3 övladı var: Oğuz, Həmayil, Səlcuq.Aşağıda 2007-ci ildə çap olunmuş bir məqaləmizi təkrarən oxucularımızın diqqətinə çatdırırıq:YENİ DƏRSLİK"ANTROPOLOGIYANIN ƏSASLARI"Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Kərəm Məmmədovun 2006-cı ildə "Antropologiyanın əsasları" adlı kitabı işıq üzü görmüşdür. Kitab qiymətli dərs vəsaiti kimi aktuallıq kəsb edərək, tələbələrə, tədqiqatçılara və geniş oxucu kütləsinə antropologiya elminin geniş inkişaf mərhələləri haqqında dolğun məlumat verir. Ali məktəb tələbələri üçün dərslik hesab edilən "Atropologiyanın əsasları" əsəri mütəxəssislər tərəfindən, tarixçi Kərəm Məmmədovun Azərbaycanda antropologiya elminə dair yazılan ilk əsəri kimi qiymətləndirilmişdir. Kitaba görkəmli professorlar - Q.İsmayılzadə, Ə.Dadaşov rəy vermiş, elmi redaktorları isə tarix elmləri doktoru Y.Mahmudlu, tarix elmləri namizədi M.Mirzəyevdir. Antropologiyanın əsasları əsərinin "Morfoloji əlamətlərin təsnifatı" bölməsində insanın boyu, bədənin mütənasibliyi haqqında məlumat verilir. "Fasiləsiz dəyişən əlamətlər" fəsli insanın dəri, tük örtüyü, onların rəngi, baş, sifətdəki irqi əlamətlər, qan qrupları, qədim və müasir insan tiplərinin xüsusiyyətlərini əhatə edir. "Etnik antropologiya" bölməsində, İrqlərin yaranmasına təsir edən amillər, müxtəlif rəngli irqlər, Mərkəzi Avropa, Amerika, Avstraliya, Afrika, Şimali Asiya və digər ərazilərin irqlərinin hər biri haqqında müxtəlif məlumatlar diqqəti cəlb edir. Müəllif "Dünya xalqlarının antropoloji tərkibi" bölməsində Avstraliya və Okeaniya, Asiya ərazilərində yaşayan insanların irqi mənsubiyyəti, dərisinin rəngi, başlıca xüsusiyyətlərini geniş araşdıraraq oxuculara onların tarixi keçmişi haqqında izahat verir. Bunlarla bərabər müəllif antropoloji cizgiləri özündə birləşdirən müxtəlif fotoşəkillərlə insanların xarakterik xüsusiyyətlərini də göstərmişdir. Qeyd edək ki, antopologiya elmi qədim tarixə malik olaraq, "İnsan haqqında elm" deməkdir. Antropologiya termini ilk dəfə yunan filosofu Aristotel tərəfindən işlənmişdir. Antorpologiya insanın mənşəyini, irqlərin əmələ gəlməsini, insanın fiziki quruluşunun dəyişkənliyini də öyrənir. Müəllif "Antropologiyanın əsasları" əsərində insan bədənini, eləcə də onun ruhu təbiətini öyrənən elm kimi qeyd edərək, Qədim Şərqdə, Avropada yaşayan insanlarda fərqli cizgilərin, rənglərin, qan qruplarının olduğunu qeyd etmişdir. Hətta İkiçayarasından aşkar edilən Quti padşahının heykəlini tədqiq edən fransız alimi T.Aminin onu antopoloji baxımdan Şuşa şəhərinin azərbaycanlıları ilə eyniləşdirildiyi göstərilmişdir. Eyni zamanda qədim türk tayfaları olan hun və avarlarda heç bir monqoloid qarışığı olmadığı Avropa alimlərinin elmi tədqiqatlarına görə diqqətə çatdırılır. Kitabda Xəzər dənizi ətrafındakı kurqanlardan tapılıb, qıpçaqlara aid edilən kəllələrə görə antropoloq A.V.Şevçenkonun da fikri göstərilmişdir: "Tapılan kəllələr kəskin çıxıntı, burunları və diş çökəkliyinin dərinliyi ilə seçilir ki, bu da Avrasiya çöllərində məskunlaşmış türklərin avropoid irqinə mənsub olmalarını göstərir." Antropologiya dəyişkənliyin qanunauyğunluqdan və onu idarə edən amilləri öyrənən elm sahəsi olması, həm də özündə 3 sahəni - antropologiyanın özünü, etnoqrafiyanı, arxeologiyanı birləşdirilməsi də çox dəyərlidir. Kitabda "Morfoloji əlamətlərin təsnifatı" bölməsində boy və bədən uzunluğu, müəyyən yaşlarda çəkinin sabitliyi, baş və bədənin digər nisbi göstəriciləri insanın həyatında başlıca amil kimi qarşıya qoyulmuşdur. Məlumdur ki, müxtəlif xalqların nümayəndələrində dəri, tük örtükləri, gözlərin rəngi eləcə də, baş və sifətdəki irqi əlamətləri surətdə bir-birindən fərqlənir. Tədqiqatçı alim Kərəm Məmmədov bütün bunları mütəxəssis dəqiqliyi ilə təhlil edərək xalqlar arasındakı antropoloji fərqlərin mükəmməl izahını vermişdir. İnsan bədənində 4 qan qrupunun vacibliyini qeyd edən, müəllif genlərin coğrafi bölgüsünün təhlilinə görə Avstraliya, Amerika, Asiya, Afrika və Avropa əhalisində qan qrupunun hər 4 növünün də olduğunu da bildirir. Antropologiyanın əsas bölmələrindən sayılan - "antrogenez"adlı fəsildə, yəni insanın fiziki tipinin əmələ gəlməsinin, onun əmək fəaliyyətinin, nitqinin və eləcə də onun tarixi təkamül prosesi haqqında maraqlı faktlar araşdırılmışdır. Alimlər müasir meymunlarla avstralopiteklərin müqayisəsi nəticəsində avstralopitekləri şimpanzeyə bənzətmişlər. Ən qədim insan qalığının 1890-cı ildə holland tədqiqatçısı E.Dübua İndoneziyanın Yava adasından aşkar etsə də, Azərbaycanda ən qədim insan qalığına Azıx mağarasında (Azıxantrop) rast gəlinmişdir. Daha sonra isə ən qədim insan qalığı Əlcəzairdə, Mərakeşdə, Cənubi Afrikada, Keniyada aşkar edilmişdir. Kitabda 1991-cı ildə alimlərin "neondertal adam"ın anatomiyasının, davranışının, əmək alətlərindən istifadə bacarığına görə isə müasir insanlardan geri qalmaması faktı da verilmişdir. Antropoloqlar xarici görünüşə görə, insanın hansı millətə mənsubluğunu da aşkar edir. Kitabda insan irqlərinin yaranması, onlara təsir edən amillər, irqlərin təsnifatı haqqında məlumatlar oxucunun diqqətini cəlb edir. Denikerin təsnifatına görə isə insanların 29 antropolojı irqlərə bölündüyü göstərilir. Məlumdur ki, dünya xalqları ağ, sarı, qara irqlərə bölünür. Müəllif əsərdə hər bir irqə məxsus olan morfoloji xüsusiyyətlərdə onun izahını verməklə yanaşı, həmin irqlərə mənsub insanların fotoşəkillərini göstərmişdir. "Antropologiyanın əsasları" kitabında Aralıq dənizi irqinin, Aralıq və Qara dənizi sahillərində, Azərbaycanda, Türkmənistanda, Hindistan yarımadasında, Afrikanın şimalında yaşadığı qeyd olunmuşdur. "Dünya xalqlarının antropoloji tərkibi" bölməsində Avstraliya, Okeaniya, Mikroneziya, Amerika, Afrika, Asiya xalqlarının və Xəzər (Kaspi) antropoloji tipləri müəllif tərəfindən yaxşı tədqiq olunaraq, ətraflı məlumatlarla əhatə edilmişdir. Müəllif Azərbaycan türklərinin aid edildikləri Kaspi antropoloji tipinin ağ irq daxilində yeri ilə bağlı Qərb, rus antropoloqlarının fikir ayrılığının şərhini də göstərmişdir. Tədqiqatçı alim Kərəm Məmmədov ayrı-ayrı təsnifatlarda işlənən "şərq", "Şərqi Aralıq dənizi", "Xorasan" və "Kaspi" terminlərinə öz münasibətini bildirmişdir. Sonra həmin qrupun Xəzər dənizinin həm şərq, həm də qərb sahillərində yaşayan - Oğuzlardan törəyən Azərbaycan türklərini və türkmənləri özündə birləşdirməsi faktı kimi dəqiq araşdırmalarla qeyd etmişdir. Kitabda Q.Debelsin yazdığı məlumata görə, Qafqaza yerləşdirilmiş ermənilərin də antropoloji cəhətdən müxtəlif olmaları, onların müxtəlif ölkələrdən köçürülmələri ilə əlaqələndirilməsi faktı da oxucuların diqqətinə çatdırılır."Antropologiyanın əsasları" kitabı tədqiqatçı - alim Kərəm Məmmədovun Azərbaycan antropologiya elminə ilk dərslik töhfəsi olduğu üçün, bütün oxucular adından müəllifə minnətdarlığımızı bildirərərək, ona daha böyük yaradıcıdıq uğurları qazanmağı arzulayırıq! Müşfiq BORÇALI,Təranə CƏBİYEVA."ŞƏRQİN SƏSİ" və "TƏHSİL" qəzetləri, 20 fevral, 2007. .KƏRƏM MƏMMƏDOBUN ELMI ƏSƏRLƏRI:1. Borçalı ərazisində erkən türklər. (M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universiteti gənc tarixçi tədqiqatçılarının elmi konfransının məruzələri). Bakı Dövlət Universiteti, 1991, s.125-127.2. Azərbaycanlılarda qurda sitayiş və onun qalıqları. (Azərbaycan tarixi problemləri üzrə gənc tədqiqatçıların birinci respublika elmi konfransının məruzələri). Bakı: 1991 (II hissə), s. 226–228. (rus dilində)3. Azərbaycanlılarda səma cisimlərinə sitayiş. (Azərbaycan tarixi problemləri üzrə məruzələr məcmuəsi). Bakı: 1992 s.67-68. (rus dilində)4. Azərbaycanlılarda qoça sitayiş. (Aspirant və gənc tədqiqatçıların Bakı Dövlət Universitetinin 75 illiyinə həsr olunmuş elmi konfransının tezisləri). Bakı: 1994, s.12. (rus dilində)5. Altay xalqları (həmmüəllif). Bakı: 19966. Ural xalqları (həmmüəllif). Bakı: 19977. Altay xalqlarında şamançılıq və onun izləri. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 1-2, Bakı: 1997, s.43–50.8. Qoçbaşı abidələr. "Altay dünyası (beynəlxalq jurnal)", sayı 5-6, Bakı: 1999, s.46–51.9. Tarix fakültəsinin qiyabi tələbələri üçün antropologiya proqramı. Bakı: 2002, s.164-170.10. Kaspi (oğuz) antropoloji tipinin xüsusiyyətləri haqqında. "Tarix və onun problemləri" jurnalı, 2003, 2, s.177-181.11. Qafqaz xalqlarının antropoloji tərkibi. "Tarix və onun problemləri" jurnalı, 2003, 4, s.191-193.12. Qafqazın poleoantropologiyası. "Bakı Universiteti xəbərləri" jurnalı, 2003, 2, s.156-163.13. Azərbaycanlıların etnik antropologiyası. "Azərbaycan arxeologiyası" jurnalı, Bakı: 2005, 1-4, s.51-59. (rus dilində)14. Borçalı – Qədim Türk Yurdu. "Dədə Qorqud jurnalı", Marneuli 2005, 2, s.24-29.15. Azərbaycanlıların etnik antropologiyası. (Qarabağ: Kürəkçay müqaviləsi - 200). Bakı: 2005, s. 32-41. (rus dilində)16. Qafqazın poleoantropologiyası haqqında. Qafqazın arxeologiyası, etnologiyası, folkloru. Bakı: 2005, s.123-124. (rus dilində)17. Azərbaycanlıların soykökü (antropoloji məlumatlar əsasında). "Tarix və onun problemləri" jurnalı, 1, Bakı: 2006, s. 207-213. (rus dilində)18. The Oghuz Race and its habitat. Miras Cournal. Ashgabat: 2006, 2. p. 162-163.19. İslam dininin Azərbaycanda qəbulu və onun nəticələri. "Dövlət və Din" jurnalı. Bakı: 2006, 2, s.20-24.20. About tomb stone ram monuments in Altai peoples. 2006 New Silk Road Literary Symposium: Baku in Azerbaican. Seoul, 2006. p. 111-11421. Qədim Türklər. Dialoq – XXI əsr jurnalı. Bakı, 2006. ¹ 1, s.54-5622. Tarix (həmmüəllif).Bakı,200623. Antropologiyanın əsasları (dərslik). Bakı,200624. Azərbaycanlıların İslama qədərki dini inancları (magistratura proqramı). Bakı,200625. Borçalı uğrunda Osmanlı – Qızılbaş savaşları. Şah İsmayıl Xətai (Elmi-praktik konfransın materialları). Bakı, 2007. s.55-6326. Ön Asiya əhalisinin antropologiyası haqqında. Qarapapaqlar jurnalı. Marneuli, 2007.¹ 5. s.25-2827. Məhəmməd Sacoğlu. Təməl jurnalı. Bakı, 2007. ¹ 2, s.26-2828. Peçeneqlər (kəngərlər) . Türkər dergisi. Bakı, 2007. Özəl sayı. s.21 - 2329. Dmanisi tarixi mənbələrdə. Qarapapaqlar jurnalı. Marneuli, 2007. ¹ 7, .s. 12-1530. Avarlar . Тцркяр дерэиси. Бакы, 2008. № 2, .с. 1431. Borçalı ərazisində erkən türklər. Qarapapaqlar jurnalı. Marneuli, 2008. № 7, .s.5-1032. Borçalı Rusiya – Qacar müharibəsi illərində.Yazı jurnalı, Tiflis 2008,№ 1, .s.12-1733. Borçalı tarixi. Millət və Dövlət jurnalı, №4, Bakı s.20-27“34. Azərbaycan erkən orta əsrlərdə. I yazı. Birlik jurnalı, № 1, Bakı,2008 .s.20-2135. Azərbaycan erkən orta əsrlərdə. II yazı. Birlik jurnalı, № 2, Bakı,2008 . s.14-1536. Professor A.Mustafayevin "Azərbaycanılıarın maddi mədəniyyəti" adlı əsərinin rəyçilərindən biridir.37. 2009-cu ildə Azərbaycan dilində nəşr olunmuş "X əsr yəhudi-Xəzər yazışması" adlı kitabın elmi redaktorudur.38. 2009-cu ilin fevralında nümayiş etdirilən "Borçalı" filminin ssenari müəlliflərindən biridir.39. Borçalı çar Rusiyasının işğalı dövründə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. N 2.s.9-12)40. Borçalı XI yüzillikdə ("Qarapapaqlar" jurnalı. Tbilisi, 2009. N 9. s.7-11)41. Azərbaycanın Türk Xalqları ilə Əməkdaşlıq Mərkəzinin mətbuat orqanı olan Birlik jurnalında "Azərbaycan IX-XI əsrlərdə" (I yazı) (Birlik jurnalı, Bakı, 2009. N1. s.20-21)42. Azərbaycan XII-XIV əsrlərdə (II yazı) (Birlik jurnalı, Bakı, 2009. N2. s.21-23)43. Azərbaycan XII-XIV əsrlərdə (III yazı) (Birlik jurnalı, Bakı, 2009. N3. s.22-23)44. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitunun Elmi Xəbərlərində "Yaqub Mahmudov və Azərbaycan xalqının etnogenezi" (AMEA, Tarix İnstitunun Elmi xəbərləri, 30-cu cild. Bakı, 2009. s.3-30)45. “Borçalı Səlcuqlular imperatorluğu dönəmində”.Qarapapaqlar jurnalı. Tbilisi, 2009. № 9,s.16-1946. Mamedov Karam.Az Oguz Kaszpi faja es sajatossagai. Magyarorszag es Azerbajdzsan : A kulturak parbeszede”III Nemzetközi tudamanyos konferencia (Elöadasok.Cikkek es rezümek). I Kötet. (Törtenelem.Neprajz.Folklor.İradalom.Nyelveszet).Budapest,2009. s.153-160.47. “Azərbaycan IX-XI əsrlərdə” ( I yazı). “Birlik” jurnalı,Bakı,2009.N1.s.20-2148. “Azərbaycan XII-XIV əsrlərdə” ( II yazı).“Birlik” jurnalı,Bakı,2009.N2.s.21-2349. “Azərbaycan XII-XIV əsrlərdə (III yazı)”. (“Birlik” jurnalı,Bakı,2009.N3.s.22-2350. “Azərbaycan XIV-XV” əsrlərdə” (IV yazı). “Birlik” jurnalı,Bakı,2010.N4.s.23-2551. “Azərbaycan XVI-XVII” əsrlərdə (V yazı)”. “Birlik” jurnalı,Bakı,2010.N5.s.21-2352. “Borçalı türklərinin soykökündə iştirak etmiş xalqlar”. Birlik jurnalı. Bakı,2011. № 1,s.46-4753. “Borçalı VII-XI əsrlərdə”.. Tarix və onun problemləri jurnalı, № 1, Bakı 2011. s. 10-20.54. “Dumanis tarixi mənbələrdə”. “Birlik” jurnalı,Bakı,2012.N6.s.22-2355. “Səlcuqların gəlişindən sonra”. “Birlik” jurnalı,Bakı,2012.N7.s.24-2656. Qobustan (Ön söz).(ingilis və rus dillərində). İstanbul, 201257. Borçalı abidələri (Azərbaycan və ingilis dillərində). Tbilisi, 2013. 127 səh.58. Этнография народов Кавказа (учебник).Баку, 201359. Tarix (abiturientlər üçün vəsait,həmmüəllif).Bakı, 201360. “Borçalı azərbaycanlılarının soykökü”. “Borçalı folklor örnəkləri. I kitab”. Bakı, 2013. s.11-1661. Tarix (abiturientlər üçün vəsait) (həmmüəllif). Bakı, 201462. История одного дворянского рода. Баку, 210463. Azərbaycan tarixi (təbiət fakültələri üçün dərslik) (həmmüəllif). Bakı, 201464. Qazax-Borçalı xalçaları (Azərbaycan,rus və ingilis dillərində). Bakı, 201465. Azərbaycan türklərinin antropologiyası. I yazı. “Ağrı” dərgisi. Tehran, 2014. (fars dilində).66. Azərbaycan türklərinin antropologiyası. II yazı. “Ağrı” dərgisi. Tehran, 2014. (fars dilində).67. Cənubi Borçalının ermənilər tərəfindən işğalı (“31 mart azərbaycanlıların soyqırım günüdür”. Elmi praktiki konfrans). Bakı, 2014.68. Dmanisi tarixi mənbələrdə (İçərişəhər qoruq-muzeyinin nəşri). Bakı, 201469. Borçalı tunc dövründə . Azərbaycan arxeologiyası jurnalı. Bakı, 201470. İraq və Şam türkmanları. Abiturient jurnalı. Bakı, 201571. Dumanis tarihi hakkında. Yeni Türkiye dergisi. İstanbul, 201572. Ümumdünya tarixi (orta məktəblərin 9-cu sinif şagirdləri üçün dərslik). Bakı, 2015Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, I cild, 2015, səh. 262-269.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.