BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...

BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA...BÖYÜK TÜRKÜN POEZIYASI ALMA DADINDA... Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin növbəti tədbiri vaxtından bir qədər əvvələ keçirilmişdi. Hər ay dəqiqliklə, vaxtlı-vaxtında toplanan ədəbi birliyin yenə qonağı vardı. Onlar türkiyəli yazar – bir çox şeir, roman və tədqiqat əsərlərinin müəllifi Səbri Quşqonmazı qarşılayacaqdılar. Dəyərli şair, səriştəli və diqqətcil məclis rəhbəri Fərzalı Ziyanur heç kimi unutmamışdı. Biz qubalı yazarlar da adəti üzrə dəvətimizi almışdıq. Oktyabr günəşinin xəzələ dönən yarpaqların sarısında bərq vuraraq ağacların, otların, yaşıllıqların nəfəsini isitdiyi bir payız səhərində, daha bir sənət, dost görüşü gözlənirdi. Sədası ilğım-ilğım dolaşıb, diyar-diyar gəzəcək şair məclisinin havasına uçunurduq yenə...

Mən, Xaçmazlı “Ulduzlar”ın hər ay müntəzəm olaraq keçirilən tədbirlərinə dəfələrlə iştirak etmiş, onların şeirə, sənət adamlarına diqqətini, sayqısını və qonaqpərvərliyini görmüşəm. Bu gözəl, səmimi kollektivdə sən özünü qonaq kimi hiss etmirsən. Doğmalığa qaynayıb-qarışır, səmimiyyətlə çulğayıb məclisin axarına düşür, şeirin sehrinə bələnirsən...

Səbri Quşqonmazın yaradıcılığı, söz dünyası ilə ilk tanıtım olacaqdı bu görüşdə. Onun əsərlərini ilk dəfə azərbaycan türkcəsinə uyğunlaşdıran dəyərli yazarımız və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nazilə Gültac idi. “Gecədən gündüzə” adlı bu kitabın Azərbaycanda ilk təqdimatı bundan bir neçə gün öncə Bakıda, Azərbaycan Yazıçılar Birliyinin Natavan klubunda keçirilmışdi. Böyük rəğbət və maraqla qarşılanan imza günü haqqında virtual aləmlə məlumatlansaq da, şairin kitabına əlimiz bu gün dəyəcəkdi...
Axşamdan danışmışdıq... Qubanın “Ay işığı”ndan üçümüz gedəcəkdik tədbirə. Aybəniz Əliyarı Şabrandan yolüstü Azər Həsrət götürəcəkdi maşınla. O qonaqları Bakıdan müşayət edirdi. Ramiz müəllimə erkən zəng edib, evdən çıxdım. Hər yerə gecikmək adətim var... Bu dəfə özümə, tədbir qabağı düşüncələrimə bir qədər arxayınlıq, sərbəstlik vermək istədim.
Möhtəşəm, yenilməz, həm də kövrək türk poeziyasını çox sevirəm. Onun müxtəlif dövrdlərdə yazıb-yaradan şairlərini sevə-sevə oxuyuram. Ulu türkün duyğulara sarılan insanlarının incə, zərif duyum, qavrama tərzi, eşqə sadiqliyi, amalı yolunda dönməzliyi, qətiyyəti var! Duyğularını bənzərsiz, özlərinə məxsus bir poetik dildə ifadə edirlər. Bitdikləri şeirlə, nəğmələrlə bütövlük, tamlıq yaradırlar düşüncələrdə. Roman təsirilə yaşayırsan oxuyub kiçik əsərlərini də. Onlar yorucu təsvirdən, şişirdilmiş mübaliğələrdən, oxucu təxəyyülünə yabançı olan hər şeydən uzaqdırlar. Həyatın elə anlarını qələmə ala bilir, yaşantıları elə ştirixləyirlər ki, oxucu onların ünvanını heç zaman səhv salmır, yolunu dəyişmir... Yol boyu maşının günəş şüalarının şıltaqlıq etdiyi pəncərəsindən sarısı getdikcə yaşılını üstələyən ağacları seyr edir, yaddaş sıramıza əlavə olunacaq yeni yazar, şair haqqında düşünürdüm.
Xaçmazda Heydər Əliyev Mərkəzində keçiriləcəkdi tədbir. Yaşıllığa qərq olmuş parkda yerləşən böyük daş və rəngli mərmər üzlüklü binanın pillərini qalxdım. Məni ilk qarşılayan Fərzalı müəllim oldu. Öz işini, sənətini sevən, insanlara, yaradıcı adamlara dərin rəğbət və sayqı göstərən bu insan həmişə olduğu kimi bu gün də sevimli işinin başında idi... Könül xanımla birgə tədbirlə bağlı hər işə dəqiqliklə nəzarət edir, diqqət yetirirdi. Məni elə uzaqdan, Sevincimiz xoş gəlib, - deyə rəğbətlə, mehribanlıqla qarşılayıb, Könül xanıma təqdim etdi. Onunla bir qədər hal -əhval edib möhtəşəm binanı, bütün rahatlığı ilə göz oxşayan səliqəli foyeni nəzərdən keçirməyə, divardan asılaraq dünənimizi və bu günümüzü əks etdirən rəsm tablolarını seyr elədim. Dəvət olunanlar yavaş-yavaş toplaşırdılar. Tezliklə qonaqlar da gəlib yetişdi.
Tədbirə müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən, ömür yolunu işıqlandıran stendlərlə, sənəd və fotoşəkillərlə tanışlqla başladıq. Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım Əsgərova ümummilli lider, onun həyat yolu, fəaliyyəti haqqında ətraflı məlumat verərək, ölkəyə rəhbərlik etdiyi zaman kəsiyində əldə olunan uğurlar, həmçinin görkəmli şəxsiyyətin xatirəsi əbədiləşdirilən mərkəzin fəaliyyəti barədə danışdı. Sonra tədbir keçiriləcək zala daxil olaraq Azərbaycan bayrağının başında dövrə vurduq...
Səbri Quşqonmazla görüşə uca sözün çəkisini bilən, Şimal bölgəsi üzrə sənətdə imzası və dəsti xətti ilə tanınmış sənət adamlarımız toplaşmışdılar. Bizləri “Gecədən gündüzə” aparan yolun bircə addımlığındaydıq...

Qonaqları və tədbir iştirakçılarını salamlayan dəyərli şairimiz, Xaçmazda fəaliyyət göstərən “Ulduzlar” ədəbi məclisinin sədri Fərzalı Ziyanur çıxış edərək, tanıtım üçün sözü kitabın redaktoru və tərcüməçisi şairə Nazilə Gültaca verdi. Nazilə xanım iştirk edənləri hərarətlə salamlayaraq, müasir türk ədəbi mühitində öz dəsti xətti, fəlsəfi düşüncə tərzi ilə fərqlənən Səbri Quşqonmazı özünəməxsus bir tərzdə, sevə-sevə təlqin və təqdim etdi. O bildirdi ki, tərcümə etdiyi bu kitab Səbri Quşqonmazın azərbaycan oxucusu ilə ilk görüşü olsa da, maraq dairəsi böyük olacaq. İxtisasca hüquqşünas olan şair şeirlərində dövrün haqsızlıqlarına, insanlığa və haqq-ədalətə zidd olan hər şeyə qarşı durur, özünəməxsus bir tərzdə insanları qəflət yuxusundan ayılmağa səsləyir. Nazilə xanımın ürəkdən gələn, alovlu çıxışını dinlədikcə onun şairə, yaradıcılığına ehtiramını, rəğbətini mən, baxışlarımla vərəqləyərək, kitabına yazdığı ön sözü ilə davam etdirirdim: “Bu qadalı, qovğalı dövranda təmiz ürəklərə və təmiz şeirlərə daha çox möhtacdı dünya. Döşəyimiz sər, yorğanımız qayğı, yuxularımızda yetim, kimsəsiz uşaqların çığırtıları olan zamanda, şeir də, şair də yatmamalı! - deyir şair Səbri Quşqonmaz. O yaradılanları məhv etmək, parçalamaq istəyənlərə üzünü tutub deyir ki, siz dünyanı deyil, bu günü və sabah yaşayacağınız zamanı parçalayıb məhv edəcəksiniz. Yəni, öz ömrünüzün saatları donub qalacaq, indiki zamanın parçalanması ilə birlikdə gələcək də məhv olacaq”.
Şairin kitabı stol arxasında əldən-ələ gəzirdi... Şeirlərini vərəqləyib oxuduqca misralarında “alnını kədərə ev sayan, alnında bir ömürlük yük, yorğun atlar daşıyan” şair obrazı canlanır, düşüncələrimizə, yaddaşımıza “zamanı “ikiayaqlı” atların ayaqları altında inlədən tarix, dördayaqlı dırnaqları ilə yeni əsr yazan” məfkurəçi hakim kəsilirdi.

Çıxış edənlər, ustad şair, Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin sədri Ramiz Qusarçaylı, Şabrandakı Xaqani adına Poeziya evinin direktoru şair Aybəniz Əliyar, Əməkdar jurnalist, Milli Mətbuat şurasının üzvü Azər Həsrət, AYB üzvlərindən şair Məmməd Qədir, Mehrəli Qulu, AJB nin üzvü, AMEA-nın müxbir üzvü yazıçı Məhərrəm Mustafa, şair Telman Təravət, Aynur Vətənqızı, Saçlı Məlikməmmədova, Nəcimə Xıdırova, Enfira Tağıyeva, Pənah Dilqəm, Böyükağa Ağa, Vüsal Yurdoğlu, Sabir Nemətov, Nəzər Mirzəyev, Mövlan Şahid, Rafail Agah, Heydər Əliyev Muzeyinin direktoru Könül Əsgərova, Xaçmazdakı Xalça Muzeyinin əməkdaşı Dilarə Rüstəmova fikirlərini Səbri Quşqonmazın şeirləri üzərində qurur, misralarına istinad edərək şairin yaradıcılığını təhlil edirdilər. Zamanın daş yaddaşını fəlsəfi düşüncəsinin fikir ələyindən keçirən şair yazır:

... atacaq tək bir daşın var əlində,
Sor daşa, gedib baxaq çatacağı yolun sonuna,
bəlkə də unutduğun bir ünvandır,
daşın ağlında qalan.

Və yaxud:

Səsləri insana verdi Tanrılar!
Yalvarışlar Tanrıya əsa.
Insan dağlara səs saldı,
dağları, dünyayı,
kainatı səsiylə aşdı.
Şairin eşq dünyası da bir fərqlidir, ürək titrədəndir:
Sözə uzanır titrəyən barmaqlarım,
düşür arasından və tutulmur söylənənlər.
Eşqi oxşayıram çox yumşaqlıqla...
Yazıq...
Qalır ovcumda bir nəfərlik boşluq.

Getməklər bir qayıdışdır şairlər üçün özlərinə. Beləcə üsyan edərlər onlar ruhlarını incidənlərə. Belə vurğulayır Səbri Quşqonmaz “getməklərdə” özünü:

Getmək dəyərlidir,
bazarda kimsən olmasa da.
Dəyər sənin qəlbindəsə,
sevgi payın az da olsa,
özünü tənha qoymadınsa,
mənini özünlə götürməyi öyrəndinsə...

Kitabda mənim diqqətimi çəkən şeirlərdən biri də “Alma” oldu. Şair böyük Türk poeziyasını alma dadına, alma gözəlliyinə, alma kövrəkliyinə çəkirdi:

Duyduğun səs
bəlkə, bir gül budağı,
budağın suya əyilməsi.
Bəlkə, bir gilas qabığının
incə teli öpməsi.
Duyduğun səs
illah da illah,
insan səsi
gül qoxusunda,
alma dadında
dünya ağacının altında.

Hərarətli çıxışlar səngimək, tükənmək bilmirdi. Ürəklər duyğulanıb çiçk kimi açılmış, şairlərin ilhamı coşmuşdu! Xeyli davam edən tədbirin sonunda hamıya təşəkkür edərək, ürək sözlərini söyləyən Səbri Quşqonmaz məclis üzvlərinə kitablarını və ilə hədiyyələr təqdim etdi. Onun ən dəyərli hədiyyəsi isə Fərzalı Ziyanura təqdim etdiyi böyük Türkün enməyən uca bayrağı idi! Bu tədbirin ən gözəl anı, heç zaman unudulmayacaq bir məqamı idi...
Hamımızın ürəyindən keçən arzunu ifadə etdi Nazilə xanım tədbirin sonunda. Bu ustad şair, bütün türk dünyasının sevimlisi Ramiz Qusarçaylının “Azərbaycan bayrağı” şeiri idi! Yeri vardı!..


Sevinc MƏMMƏDOVA
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
ZiM.Az-in Şimal bölgəsi üzrə xüsusi müxbiri

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ŞİMAL BÖLGƏMİZDƏN...

ŞİMAL BÖLGƏMİZDƏN...

Regionlar
SEVGİ KÜLƏYİ...

SEVGİ KÜLƏYİ...

Regionlar
BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

BİR YANI ŞAH DAĞI, BİR YANI XƏZƏR...

Regionlar, Köşə yazılar
ŞAİRƏ LEYLA VƏKİLQIZININ

ŞAİRƏ LEYLA VƏKİLQIZININ "YURDUM GƏYLİYƏNDİ, ELİM BORÇALI..." ADLI İLK ŞE ...

Başkeçid, Müşfiq Borçalı

"ŞEİR DÜNYAMIZ" ədəbi məclisinin növbəti poeziya gecəsi keçirilib

Sumqayıt
“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

“VƏTƏN OĞULSUZ OLMASIN” KİTABI NƏŞR OLUNUB

Yeni nəşrlər
İstadadlı gənc yazarların Sumqayıtda görüşü

İstadadlı gənc yazarların Sumqayıtda görüşü

MEDİA, Ədəbi əlaqələr
Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

Əməkdar müəllim, şair Nəcməddin Mürvətovun yeni kitablarının imza günü keçi ...

QHT
Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Səxavət Ənvəroğlunun yeni kitabı çıxıb

Yeni nəşrlər
Qubada Kitab bağışlama günü qeyd olunub

Qubada Kitab bağışlama günü qeyd olunub

Regionlar, ADPU
Şair Ağaveyis Şirvaninin  yaradıcılığının 60 illiyi qeyd olunub

Şair Ağaveyis Şirvaninin yaradıcılığının 60 illiyi qeyd olunub

Yeni nəşrlər, Regionlar

"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin səkkizinci toplantısı

"SAZLI-SÖZLÜ BORÇALI"
Yeni poetik toplu:

Yeni poetik toplu: "HƏKİMLƏRİN SÖZ DÜNYASI"

Səhiyyə, MEDİA
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
XAÇMAZ XATİRƏLƏRİ

XAÇMAZ XATİRƏLƏRİ

Regionlar

"NUR OCAĞI"NIN NURLU YOLUNUN 3 İLLİK HESABATI...

"NUR OCAĞI", QHT
Natella Asenanın (Hacıyeva) “Komandanım, əmrindəyik” kitabının təqdimat mər ...

Natella Asenanın (Hacıyeva) “Komandanım, əmrindəyik” kitabının təqdimat mər ...

Mədəniyyət

"Məktəbli ömrünün Səməd Vurğunu" adlı kitabın təqdimatı keçirilib

Yeni nəşrlər
CƏNUBDAN BOYLANIŞ: GÜLBALA TEYMURDAN

CƏNUBDAN BOYLANIŞ: GÜLBALA TEYMURDAN

Regionlar

"Payız məktubları"-nın təqdimatı keçirilib

Yeni nəşrlər, Poeziya, Təbriklər
Rəy yazın: