LƏNKƏRAN BÖLGƏSİNİN ZOOTOPONİMLƏRİ Regionlar, Elmi Məqalələr 19 октября 2016 Toponim yunanca topos-“yer” və onoma-“ad” sözlərinin birləşməsindən yaranaraq Azərbaycan dilinə tərcümədə “yer adı” mənasını verir. Ünvan bildirən toponimlərin yaranmasında fitonim (bitki adı), patronim (nəsil, tirə adı), antroponim (şəxs adı) və etnonimlərlə (tayfa, xalq adı) yanaşı zoonimlərdə mühüm rol oynayır. Yunan dilində zoonim “heyvan adı”, zootoponim isə “heyvan adı ilə bağlı olan yer adı” deməkdir. Zootoponimlər həm də fauna – heyvanat aləmini özündə əks etdirir. Heyvanat aləmi iki qrupa: heyvan və quş adlarına bölünür. Heyvan adları da eyni zamanda özündə çöl heyvan adları və ev heyvan adlarını birləşdirir. Son hesablamalara görə Yer üzündə 2 milyondan artıq heyvan və 9 minə yaxın quş növü vardır. Ölkəmizin digər bölgələrində olduğu kimi Lənkəran bölgəsində də çoxlu sayda zootoponimlər vardır.Bölgədə olan zootoonimlərdən 10-u oykonim (yaşayış məntəqəsi), digərləri isə mikrotoponimlərdir.Zooykonimlər aşağıdakılardır: Kijəbə qəsəbəsi, Şağlazuzə, Lobır, Qəcimardə (Astara r.), Kaqəlonə/Kərgəlan, Şağlakücə, Şağlaser, Siyobili (Lənkəran r.),Lodə (Lerik r.) və Qarğalıq (Masallı r.) kəndləri.Talış dilində Kijəbə -“quş qapısı”, Şağlazuzə - “çaqqal ulayan yer”,Lobır – “qarğa olan tikanlıq”, Qəcimardə - “qartal ölən yer”, Kaqəlonə - “toyuq yuvası”, Şağlakücə - “çaqqal məhəlləsi”, Şağlaser – “çaqqal olan istil”, Siyobili – “qara ördək”, Lodə - “qarğa dərə” deməkdir. Məlumat üçün qeyd edək ki, Rusiya işğalına qədər Lənkəranda Gamışavan/Qomuşəvon, 2013-cü ilə qədər isə Cəlilabad rayonunda Tülkülü adında kənd olmuşdur. Gamışavan/Qomuşəvon işğaldan sonra general P.S.Kotloyarevskinin doğulduğu kəndin adı ilə Olxovka (Xarkov quberniyasınını Kupyan qəzası – müəllif) adlandırılmışdır. 1992-ci ildə Olxovkanın adı dəyişdirilərək kəndə Göyşaban (?!) adı verilmişdir.Eyni zamanda sənədlər əsasında məlum olmuşdur ki, Tülkülü kəndinin adı Tülkülü yox, Türklüdür. 1922-ci ildə “Türklü” sözü təhrif edilərək Tülkülü şəklində yazılmışdır. Kənd sakinlərinin haqlı tələbi ilə 2013-cü ilin iyununda kəndin adı dəyişdirilərək Türkelli adlandırılmışdır. Bölgənin mikrozootoponimlərinə misal olaraq aşağıdakıları göstərmək olar: Lənkəran rayonu: Asbonəband – atlar olan dağ (Havzava kəndi), Asbəxıl – at xəndəyi (Şağlakücə k.), Kaftehoni – göyərçin bulağı (Hirkan Milli Parkı), Kafteəlınqə - göyərçin ayağı (Horavenc k.), Şəğləkon – çaqqal evləri (Gəgiran k.),Qəcətük – qartal olan bicar (Mamusta k.), Həxıl – eşşək batan dərinlik (Osakücə); Lerik rayonu: İt təpəsi (Camaşair k.), Eşşək dərəsi (Əliabad k.), Aspihoni – at bulağı (Cəngəmiran k.), Küəzinkitəpə - sərçə təpə (Günəşli k.), Həvuşəhiyon – dovşan olan sahə, Dəvəhal – dəvə təpə, Neçiyəhal – çaqqal təpə, Asbəhal – at olan təpə, Bilihoni – ördək bulağı, Biliçöl – ördək olan çöl, Pələnqovaşt – pələng keçən yer (Mondigah k.), Qartal dağı, Keçi dağı, Qoduq yamacı (Lerik rayonu); Masallı rayonu: Pələngküştə məhəlləsi – pələng öldürülən məhəllə, Öküz dərəsi (Ərkivan qəs.), Buzov dərəsi (Sığdaş k.), Donuzütülən dərə (Şıxlar k.),Biləkumə - ördək tövləsi, Qumuşə ğahal – camış qahalı, Qumuşqıron – camış ölən yer, Şağlaku – çaqqallı təpə (Mahmudavar k.), Dovşan dərəsi, Tülki təpəsi (Masallı r.); Yardımlı rayonu: Dəvə yatan daş, Qoyun yatan dərə (Anzov k.), Canavar yuvası, Mal yatağı (Alar k.), Qızılquş yuvası (Yardımlı rayonu); Cəlilabad rayonu: Torağaytəpə (Üçtəpə k.), Qarğalıq, Keçibulağı (Zopun k.), Tülkülü təpə (Şıxlar k.), Tülkü dərəsi (Şatırlı k.), Qaraquş talası, Atölən (Sadatlı k.), Göyərçinlik (Musalı k.), Şirli poca (Əsədli k.), Donuzluq (Eçara k.), Canavar mərəsi (Burovar k.), Milçəkli yurd (Astanlı k.) və s. Lənkəran bölgəsinin zootoponimləri arasında çöl heyvanlarından çaqqal (tal.-şəğol) və tülkü,ev heyvanlarından at, quşlardan isə qarğa adı nisbətən geniş yayılmışdır. Bölgənin zootoponimləri talış və türk mənşəlidir. Bu toponimlər heyvan və quş adları ilə bağlı olduqları üçün hər iki dildə şəffaf toponimlər hesab olunurlar. Toponimlərin tərkib hissəsi sayılan zootoponimlər təkcə ünvan yox, eyni zamanda heyvanat aləmini (faunasını) özündə əks etdirir. Lənkəran bölgəsində olan zootoponimlər də bölgənin zəngin faunasından xəbər verir. İldırım ŞÜKÜRZADƏ, tədqiqatçı-tarixçiƏdəbiyyat:1. B.Hüseynbalaoğlu, M.Talışlı. Lənkəran. B-19902. M.Mirzəyev, Ş. Ağayev. Masallı toponimləri. B-1992 3. M.Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. B-19934. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti, 2 cildlik. B-20075. B.Budaqov, N. Məmmədov. Azərbaycan Respublikasının Lənkəran regionu toponimlərinin qısa izahlı lüğəti. B- 20086. İ.Şükürzadə. Lənkəran toponimləri. B-20127. M.Qasımov. Cəlilabadın tarixi, etnonim və toponimləri. B-20148. B.Alarlı. Viləş çayı boyunca. Cəlilabad-20159. Ş.İsayev, M.Balaşov. Oğuz eli Anzov. B-201210. C.P.Muxtari. Mondiqo-Mondigah. B-2013 Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.