TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Vaqif MAHMUDOV,
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ Bakıdakı 177 saylı məktəbin müəllimi.
Ceyhun AĞABƏYOV,
Qusar rayon Balaqusar kənd
tam orta məktəbinin müəllimi.

Cəmiyyətin inkişaf tarixi göstərir ki, məlum elmi biliklər əsasında yaradılan texniki vəsaitlərin inkişafı yeni elmi nəzəriyyələrin dəqiqləşdirilməsinə və zənginləşdirilməsinə səbəb olmuşdur. Bu isə pedaqogika elminin
təlim nəzəriyyəsində öz güclü
təsirini göstərmişdir.

Müəllimlə şagirdlərin qarşılıqlı təsir proseslərini qismən də olsa avtomatlaşdırmağa imkan verən qurğuların, «öyrədici cihazların» yaradılması və onların tədricən məktəb təcrübəsində tətbiqi təlim keyfiyyətinin yüksəlməsində az rol oynamır. Hazırda respublika məktəblərinin müəyyən bir qismində proqramlaşdırılmış təlim kabinetləri, öyrədici, yoxlayıcı qurğuların müxtəlif tipləri ilə təhciz edilmiş vasitələrlə avtomatlaşdırılmış siniflər, tədris-əyani vasitələr və texniki vasitələrlə təhciz edilmiş fənn kabinetləri fəaliyyət göstərir. Bu imkanlardan təlim prosesində bacarıqla istifadə edən müəllimlər az deyil.
Gələcəyin məktəbi haqqında müxtəlif fikirlər var. Lakin bütün onları bir cəhət birləşdirir: kompyuterlər məktəbdə görkəmli yer tutur. Bütövlükdə xalq təhsilinin və ayrılıqda məktəbin idarə edilməsindən başlamış, dərsdənkənar vaxtlarda şagirdlərlə müxtəlif işlərin təşkilinə qədər hər yerdə kompyuterlər mühüm rol oynayır.
Kompyuterlərin tədris prosesində əsas funksiyalarını iki qrupa ayırmaq olar. Bunlardan birincisi müxtəlif məsələlərin həllində kompyuterdən istifadə üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmək, kompyuter savadına malik olmaq, ikincisi isə kompyuterdən təlim vasitəsi kimi istifadə etməkdir. Bu iki funksiya birlikdə təlimin kompyuterləşdirilməsinin əsasını təşkil edir.

Bütün dünyada təlimin kompyuterləşdirilməsinə tədris prosesinin səmərliliyinin yüusəldilməsi vasitəsi kimi böyük əhəmiyyət verilir. Belə yanaşma əsasında cəmiyyətdə yetişən gənc nəsil qarşısında qoyulmuş tələblərə cavab verən müasir məktəbin verdiyi bilik, bacarıq və vərdişlər arasındakı uyğunsuzluğu aradan qaldırmaq mümkündür.
Aydın həqiqətdir ki, kompyuter bütün təlim problemlərini həll etməyə qadir deyildir. Bununla bərabər, kompyuterin təlim imkanlarını qiymətləndirməmək də olmaz. Hələ indiyə kimi müəllim bu qədər güclü təlim vasitəsinə malik olmamışdır. Heç bir texniki vasitə öz didaktik imkanlarına görə kompyuterlə müqayisə edilə bilməz. Əlbəttə, bu imkanlar axıra qədər araşdırılmalı və onlardan səmərəli istifadə edilməlidir.
Şagirdlərin kompyuterlə dialoq fəaliyyətini idarə etmək üçün də kompyuter böyük imkanlara malikdir.
Məhz bu imkanları ilə kompyuter təlimin keyfiyyətini daha çox yüksəldə bilər.
Məktəbli kompyuterdən müxtəlif məlumatlar almaq imkanı əldə edir. Kompyuter bu məlumatların biliyə çevrilməsinə, onların təlim və əməkdə tətbiqinə kömək göstərir.

Aşağıdakı suallar hazırda böyük maraq doğurur:
Kompyuter müəlimi sıxışdırıb aradan çıxarırmı? Kompyuter şəraitində müəllimin rolu nədən ibarətdir?
O, təlim prosesinin mərkəzi siması olaraq qalacaqmı? Sıravi müəllim təlimdə kompyuteri tətbiq edə bilərmi? Onun hazırlığı necə olmalıdır?


Həmin suallara əlaqədar fikirləri qısaca qeyd edək:


Kompyuter müəllimin qismən əvəzçisi, şagirdi çətinliklərdən çıxaran, onun əməyini qiymətləndirən və onu məşq etdirən vasitə kimi çıxış edir. Müəllim mühüm simadır, təlimdə əvəzedilməzdir. Qeyd kdək ki, hazırda kompyuter müəllimi əvəz etmək vəzifəsini qarşıya qoymur.
Bəziləri yalnış olaraq belə düşünürlər ki, kompyuterləşdirmə guya müəllimin hüququnu əlindən alır. O, tədris materialını zəruri hesab etdiyi metodika ilə öyrənmək imkanı verir, şagirdlər isə öz fərdi qabiliyyətləri daxilində işləməkdən çəkindirirlər. Bu fikir də əsassızdır və bir çox mütəxəssislərdə haqlı olaraq etiraz doğurmuşdur. Eyni zamanda kompyuter həm də şagirdlə müəllimin şəxsi ünsiyyətini əvəz edə bilməz.
Mütəxəssislərin fikrinə görə, gələn yüz illiyin başlanğıcında kompyuterlə iş bütün təlim vaxtının yalnız 50 faizə qədərini təşkil edəcəkdir. Beləliklə, müəllimə hagirdlərin şəxsi ünsiyyət imkanı saxlanılır. Müəllimin bəzi funksiyalardan azad olması onun daha çox şəxsi ünsiyyətə girməsinə şərait yaradacaqdır.
Kompyuter təliminin ənənəvi təlimə nisbətən daha səmərəli olması haqqında aşkar sübut yoxdur. Kompyuter üçün tərtib edilmiş proqramların pedaqoji məqsədlərin yerinə yetirilməsini təmin etmədiyi, şagirdlərdə darıxdırıcı əhval-ruhiyyəni yaradılması haqqında çoxlu ıakt vardır. Bir sıra Qərb ölkələrinin az səmərəli proqramlar istehsalını genişləndirib, xarici bazara ixrac etməsi təsadüfi deyil. Rəqabət nəticəsində kompyuter və kompyuter proqramlarının qiyməti artır, onlar gəlir mənbəyinə çevrilir. Iş o yerə çatmışdır ki, ştamplar yolu ilə öyrədici, xüsusilə, müxtəlif oyun proqramları hazırlayan çoxlu firma yaranmışdır. Nəticədə bir çox kapitalist ölkələrində, o cümlədən, ABŞ və Ingiltərədə öyrədici proqramların tərtibi ilə çox vaxt təlim psixologiyası və metodikası sahəsində lazımi hazırlığı olmayan adamlar məşğul olur. Bəlkə də ona görə kompyuterin təlim imkanları proqramların tərtibində öz əksini tapmır.
Hazırda öyrədici proqramların tərtibində müəllimlərin fəal iştirak etməsi fikri ilə hamı razılaşır. Lakin bu hələ o demək deyildir ki, müəllimlər kifayət qədər səmərəli tədris materialı yarada bilərlər. Şübhəsiz ki, qabaqcıl müəllimlər müəyyən mövzunun və ya laboratoriya işinin mənimsənilməsinə yönəldilmiş proqram tərtib etmək bacarığına malikdirlər.
Müəllimin bütöv bir təlim kursu üçün kompyuter təlimi proqramı hazırlaması üçün o, muvafiq biliklər sahəsində eyni zamanda yüksək mütəxəsis, psixoloq, didakt, metodist, proqramçı, həmçinin redaktor, rəssam olub, bütün sutkanı fasiləsiz işləməyi bacarmalıdır. Yalnız yuxarıda göstərilən bütün ixtisasları özündə birləşdirən kollektiv bu cür məsələnin həllini öz üzərinə götürməyə və şagirdlər üçün keyfiyyətli öyrədici proqramlar tərtib etməyə qabildir.
Kompyuter təlimində müəllimin əsas rolu başqaları tərəfindən hazırlanmış dərslikdən, dərs vəsaitlərindən, texniki vasitələrdən yaradıcı istifadə etməkdir. Kompyuter təlimində öyrədici proqramdan nə vaxt və necə istifadə etmə, onu müəyyən şagirdlər qrupuna uyğunlaşdırma və ya dəyişmədən tətbiq etmə və s. müəllimdən asılı olacaqdır.
Onu da qeyd edək ki, kompyuterdən təlim prosesində istifadə edəcək müəllimlər bu sahədə daha əsaslı məlumat almalı, dərin bilik və bacarıqlara yiyələnməlidirlər.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kompyuter mühəndisi olmaq arzusundadır

Kompyuter mühəndisi olmaq arzusundadır

"Elm və Təhsil", Gənc istedadlar
Yeni təhsil proqramları və fizika

Yeni təhsil proqramları və fizika

Regionlar, Məktəblər
Təbrik edirik, DAVİD MÜƏLLİM!..

Təbrik edirik, DAVİD MÜƏLLİM!..

Elm, Təbriklər
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "UŞAQ ŞƏXSİYYƏTİNİN İNKİŞAFINDA OYUNLARIN ROLU"

Elmi Məqalələr, Uşaq bağçaları
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Psixoloqların insan həyatında fəaliyyəti"

Elmi Məqalələr, Digər ali məktəblər
FƏRQANƏ MƏHYƏDDİNQIZI:

FƏRQANƏ MƏHYƏDDİNQIZI: "Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkiş ...

Elmi Məqalələr, Müsabiqə
Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir

Obyektivlik, şəffaflıq və keyfiyyət diqqət mərkəzindədir

ADPU
ANCAQ MÜƏLLİMLƏR ÜÇÜN YAY TƏLİM TURU (QUSARDA):

ANCAQ MÜƏLLİMLƏR ÜÇÜN YAY TƏLİM TURU (QUSARDA): "HƏM ÖYRƏNƏK, HƏM DİNCƏLƏK ...

Regionlar, Məktəblər
“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc  ...

“SABAH qrupları” gələcək üçün yüksəkixtisaslı, intellektual səviyyəli gənc ...

AzTU
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Təlim məqsədlərinin taksanomiyası"

Elmi Məqalələr
Jurnalistlər üçün təlim başa çatıb

Jurnalistlər üçün təlim başa çatıb

Nazirlik
Azərbaycan “Təhsil” Cəmiyyəti

Azərbaycan “Təhsil” Cəmiyyəti

"Təhsil" EİM
ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

ÇƏKİLƏN ZƏHMƏTİN BƏHRƏSİ

Regionlar, Məktəblər

"Xitab" mövzusunda açıq dərs

Bakı, Məktəblər
İnteraktiv mühazirə peşə  hazırlığının səmərəliliyinin artırılmasında  mühü ...

İnteraktiv mühazirə peşə hazırlığının səmərəliliyinin artırılmasında mühü ...

ADPU
Leyla Quliyeva:

Leyla Quliyeva: "Öyrənənin Qiymətləndirilməsi"

Elmi Məqalələr, Turan
Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Təhsil, Sosial, Köşə yazılar
ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

ECAR layihəsi çərçivəsində növbəti təlim keçirilib

AzTU
Azərbaycanda EYUDER-çilərin nailiyyətləri

Azərbaycanda EYUDER-çilərin nailiyyətləri

QHT, Köşə yazılar
Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsull ...

Qərbi Kaspi Universitetində “Veb tədrisin keyfiyyətinin yüksəldilməsi üsull ...

Digər ali məktəblər
Rəy yazın: