Günel Məmmədova: "ZƏLZƏLƏ, ZƏLZƏLƏLƏRİN YARANMASI VƏ PROQNOZLAŞDIRILMASI" Gəncə, Elmi Məqalələr 21 ноября 2021 Bəşəriyyət tarix boyu minlərlə insanların ölümünə, yaralanmasına və itkin düşməsinə səbəb olan təbii fəlakətlərə şahid olub. Belə təbii fəlakətlərdən biri də təkcə adıyla insanlarda vahimə yaradan zəlzələdir. Zəlzələ tektonik proseslər səbəbindən yeraltı təkanların yaranması və Yer titrəməsidir. Zəlzələlər Yerin müxtəlif sahələrində, dağlıq ərazilərdə, düzəlikdə, dəniz və okeanlarda baş verir ki, bəzən zəif titrəyişlə hiss olunur, bəzən də böyük fəlakətlərə və hətta relyefin dəyişməsinə səbəb olur... Zəlzələ ocaqlarının çox hissəsi Yer qabığının 20-30 km dərinliyindədir. Bəzən yüzlərlə km dərinlikdən gələn zəlzələ təkanları da qeydə alınır. Zəlzələ ocaqlarının mərkəzinə hiposentr, hiposentrin Yer səthindəki proyeksiyasına episentr deyilir. Episentrin ətrafında ən böyük dağıntılara məruz qalan sahə pleystoseyst adlanır. Yer səthinin eyni tərpənmə intensivliyinə malik məntəqələrini birləşdirən xətlərə izoseystlər deyilir. Zəlzələlər Yer səthində qeyri-bərabər yayılmışdır, əsas seysmik qurşaqlar Aralıq dənizi, Sakit ökean hövzəsi və Alp-Himalay qurşağıdır. Zəlzələnin gücünü təyin etmək üçün 12 ballıq beynəlxalq seysmik şkaladan – Rixter şkalasından istifadə edilir. Zəlzələnin gücünü ölçən cihaz seysmoqraf, Zəlzələni öyrənən xüsusi elm sahəsi isə seysmologiya adlanır. Bəs zəlzələnin əsl yaranma səbəbi nədir? Zəlzələ nədən yaranır? Çox təəssüfki, bu günümüzə qədər zəlzələnin yaranmasının səbəbi tam olaraq məlum deyil. Bir çox alimlər zəlzələnin yaranmasıyla baglı bir cox mülahizələr irəli yürütsələr də yenə də bu qəddar təbiət hadisəsinin sirrini aça bilməsələr də, ama zəlzələnin yaranmasıyla baglı bəzi mülahizələri irəli sürürlər. Nə qədər müəmmalı görünsə də, zəlzələ yerin altında baş versə də, səbəb göydən gəlir. Səbəbini aşkarlamaq üçün gəlin bir neçə fakta diqqət yetirək. Çoxdandır ki, müasir astroloqlar arasında bilicilik rəqabəti gedir. Özü də bu yarış fəlakətləri qabaqcadan söyləmək baxımından ölçülür. Ümumdünya təcrübəsi göstərir ki, bu sahədə Hind astroloqları başqa xalqlardan olan həmkarlarını əməlli başlı üstələyiblər. Məsələn Hindistan seysmoloqları əhalini arxayınlaşdırdıqları vaxt, astroloji yarışda birinci yerdə gedən Caypradkaş Madhan Raykot şəhərinin axşam qəzetində qarşıdakı güclü zəlzələdən xəbər verib. Onun yazısı yanvarın 13-də çıxıb , Hindistanda zəlzələ isə həmin ayın 26-da olub. Astroloq bildirib ki, Saturnun Mars və Plutonla xüsusi düzülüşündən 8 gün əvvəl belə bir fəlakət baş verəcək. O hətta bu planetlərin hərəkətləri ilə əlaqədar dəmiryol qəzalarının və bir sıra başqa bəlaların da artacağını bildirmişdi. Alimin söylədiyi proqnozların hamısı deyilən vaxt həyata keçdi. Qəzet astroloqu Dejan Daruvalla isə öz bəd proqnozlarını 2000ci ilin aprelindən söyləyib. O tək zəlzələlərdən yox, həm də ekoloji fəlakətlərdən, çaxnaxmalardan, radioaktiv qaz sızıntılarından, partlayışlardan, qəzalardan da xəbər verib. Bu astroloq da həmin bəlaları Saturnun Mars, Venera, Yupiter və Günəşlə əlaqədar hərəkətləri ilə izahlayıb. Burada maraqlı bir faktı nəzərə çatdırmaq yerinə düşərdi: seysmoloqlar ən müasir cihazlarla təmin olunmalarına baxmayaraq, hələ də zəlzələləri əvvəlcədən xəbər verə bilməyiblər. Onlar yalnız mövcud yer təkanlarını qeyd etməyi bacarırlar. Halbuki, astroloqlar ta qədimdən bu bəlanın vaxtını təxmini də olsa müəyyənləşdirə biliblər. Əslində tarixi hadisələr də zəlzələlərin planetlərin, Günəş və Ayın düzümündən törəməsini təsdiqləyir. Çox uzağa getməyək, götürək elə 1999cu ildə Günəş tutulmasını. Bütün qədim mənbələr Günəş və Ayın tutulmasının Yerdə fəlakətlərlə nəticələnəcəyindən xəbər verir. Bu da məlumdurki həmin il tam Günəş tutulması Türkiyədə, təxminən 80% Azərbaycanda, Türkmənistanda, həmin trayektoriyadakı bir sıra dövlətlərdə müşahidə olunub. Bu hadisədən az sonra Türkiyədəki 7.4 gücündəki zəlzələnin vüsətindən sözsüz ki, hamınız xəbərdarsız. Bir qədər gec isə Azərbaycandakı, Türkmənistandakı təkanlardan, o cümlədən həmin trayektoriyadakı digər zəlzələlər də hamının yaddaşındadı. Yalnız bir şey məlumdurki, Yerin bəzi ərazilərində vaxtaşırı zəlzələlər olur, bəzi yerlərdə (Ərəbitan yarımadası, Abş-ın mərkəzi və şimali ştatları, Afrikanın bir cox regionları və s. ) isə heç vaxt zəlzələ olmur. Həmin seysmoloji aktiv regionlarda zəlzələlər Günəş və Ay tutulması,o cümlədən planetlərin müəyyən düzümləri zamanı baş verir. Artıq çoxillik tarixdən məlumdur ki, İtaliya, Yunanıstan, Türkiyə, İran, Ermənistan, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan, Hindistan, Nikaraqua, Honduras, Yaponiya, Çili, ABŞ-ın Kaliforniya sahilləri və s. seysmoloji aktiv regionlardır. İndoneziya və Yaponiya isə xüsusilə seysmoaktiv ərazilərdir. Bəs, görəsən, bu zonalarda yer titrəyişlərinin səbəbi nədir? Nə üçün zəlzələlər əsasən dəniz və okeanlarda baş verir? Seysmoloqlar titrəyişlərin səbəbini Yerin altında axtararaq, dərin süxurlarda temperaturun yüksəkliyindən əriyib lava halına düşmüş qatların, isti qazların hərəkəti, onların yuxarı çıxmaq üçün yer axtarmaları və sairə kimi şeylərlə izah etməyə çalışırlar. Bəs əsl həqiqət haradadır? Bu bir faktdır ki, gecələr Ay cazibəsi sayəsində dəniz və okeanların suları qabarır, hətta sahildən də kənara çixir. Ay batandan sonra isə yenə də əvvəlki səviyyəsinə qayıdır. Əgər Ay, Yer suyunu “dartmaq” xüsusiyyətinə malikdirsə, deməli planetlər də Yer təkindəki hər hansısa elementi “dartıb” üst süxurları tərpədərək, zəlzələ yaratmaq imkanına malikdirllər. Elə seysmoloji aktiv regionları da bu nöqteyi nəzərdən izah etmək mümkündür: sadəcə olaraq, həmin ərazilərdə cazıbəyə məruz qalan müvafiq elementlər digər yerlərə nisbətən çoxdur. Bu əsasla da Günəş tutulmasının zəlzələlərə təsirini anlamaq mümkündür. Ola bilər ki Günəşin şüaları və ya elektromaqnit dalgaları planetlərin bu cazibə qüvvəsini neytrallaşdırır. Ay Günəşlə Yerin ortasında durarkən bu neytrallaşdırmadan məhrum olan Yer yenə də həmin cazibəyə məruz qaldığından zəlzələlər baş verir. Əlbəttəki Yer tərpənişlərinin az, Saturnun cazibəsinin isə daimi olduğunu, zəlzələlərin həmişə Günəş, Ay tutulmalarına təsadüf etməməsini nəzərə alsaq, bu fərziyyə bir qədər inandırıcı görünməyə bilər. Ancaq başqa planetlərin də Saturn qüvvələrinə maneciliyini və müəyyən düzümdə bu müqavimətin minimuma enməsini nəzərə alsaq, məsələ bir qədər aydınlaşar. Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, zəlzələni, vulkanı, sunamini və daşqınları doğuran səbəblər əsasən fəzadan gəlir. Bu isə ki, planetlərin Yer təkindəki bəzi elementləri cəzb edərək hərəkətə gətirməsi sayəsində üst süxurun tərpənməsindən yaranır. Sübut isə astroloqların verdikləri çoxsaylı proqnozların həyata keçməsidir. Zəlzələlərin elektromaqnit metodları ilə qısamüddətli proqnozlaşdırılması üsulu - Hazırda dünyanın bir çox ölkələrinin alimləri təbii fəlakətlərin, o cümlədən zəlzələlərin, elektromaqnit metodları ilə proqnozlaşdırılması ilə məşğuldurlar. Aparılan aparılan tədqiqatlar zamanı onlar həm aparatlar, həm də işin metodikası nöqteyi nəzərdən müsbət nəticələr əldə ediblər. Xüsusən, təcrübələr göstəribki süxurların yüksək təzyiq altında parçalanması zamanı elektromaqnit sahəsi yaranır. Həmçinin, gələcək zəlzələ mənbəyi zonasında elektrik müqaviməti, habelə mühitin elektrik və maqnit potensiallarının dəyişdiyi müəyyən edilib. Lakin güclü zəlzələlərin proqnozlaşdırılması üçün zəruri olan elə bu üç amil bu tədqiqatlar nəticəsində hələ aşkar edilməyib. Fəlakətli zəlzələlərin qısamüddətli proqnozlaşdırılması sahəsində əhəmiyyətli və kifayət qədər müsbət irəliləyiş ARDNŞ-nin keçmiş Geofizika və Mühəndis Geologiyası İB tərəfindən aparılan tədqiqatlar nəticəsində əldə edilib. Xüsusən, geodinamik proseslərin qısamüddətli proqnozlaşdırılması məqsədilə 2001-2002-ci illərdə Azərbaycan Geofizika ETİ-nin təcrübə-metodik poliqonunda (Fatmai kəndi) bu monoqrafiyanın müəllifinin rəhbərliyi altında xüsusi maqnitotellurik (MT) araşdırmalar aparılıb. Bu işlərin həyata keçirilməsi üçün hələ 1990-cı illərin əvvəllərində Azərbaycanda aparılmış MT sahə müşahidələrinin nəticələri əsas olub. Güclü zəlzələlərin maqnitotellurik sahə parametrlərinin dəyişikliklərinin xarakterinə və xüsusiyyətlərinə təsiri hələ 1980-1990-cı illərdə Böyük Qafqazın cənub yamacında fasiləsiz MT-müşahidələr nəticəsində müəyyən edilmişdi. Bu dövrdə MT-müşahidələrin materiallarında iki fəlakətli zəlzələ əks olunmuşdu: Spitak (Ermənistan, 1988) və Zəncan (İran, 1990) zəlzələləri. Hər iki zəlzələnin xüsusiyyəti ondan ibarət idi ki, proses başlamazdan 1-2 gün əvvəl maqnit sahəsinin parametrlərinin qeydlərində 10-12 saat ərzində ilk və ikinci 5-6 saata qədər MT-sahənin maqnit kanallarının göstəricilərinin adi fona nisbətdə kəskin qasırğası qeydə alınıb. Spitak və Zəncan zəlzələlərinin baş verdiyi an maqnit sahəsinin intensivliyi maksimum qiymətinə çatıb, növbəti 10-12 saatda isə o, azalaraq, fon səviyyəsinə çatıb. Ilkin materialın ilk dəfə tərəfimizdən aparılan məkan-zaman təhlili göstərib ki, gələcək zəlzələ mənbəyində potensial-geodinamik gərginlik artdıqca MT-sahənin maqnit hissələrinin vektor istiqaməti də kəskin şəkildə dəyişir. MT-sahənin bu qasırğalarının bilavasitə zəlzələlərlə əlaqəsini sübut etmək üçün Spitak zəlzələsinin sahə müşahidələrinin materialları Duşet geofizika observatoriyasının Gürcüstanda keçirdiyi analoji müşahidələrin nəticələri ilə, Zəncan zəlzələsi zamanı MT-sahədə müşahidələrin materialları isə İvanovka geofizika observatoriyası tərəfindən Türkmənistanda aparılan müşahidələrin nəticələri ilə ( 007087 saylı patentdə 4 və 5-ci fiq.) müqayisə olunub. Bu materialların müqayisəli təhlili MT-sahədə yaranan parametrlərin dəyişiklikləri ilə (Hx və Hy, bəzən isə hətta Hz) adı çəkilən dağıdıcı təbiət hadisələrinin hazırlığı və baş verməsi arasında əlaqə olduğundan əmin olmağa imkan verib.Yuxarıda göstərilən fasiləsiz MT-müşahidələr nəticəsində keçmişdə hətta bir sıra digər zəlzələlərin, o cümlədən Azərbaycanda və Xəzər dənizindəki zəlzələlərin, habelə Abşeron yarımadasında bir sıra palçıq vulkanlarının proqnozlaşdırılması mümkün olub. Mehri zəlzələsi (09. 04. 2001, 3.0-3.5 bal) Abşeron yarımadasında Fatmai kəndində quraşdırılmış MTL-72 stansiyasında MT-sahənin materiallarında da dəqiq əksini tapıb. Gələcək zəlzələ mənbəyində potensial enerjinin yığılması MT-sahənin nisbi sakitliyi ilə müşayiət olunurdu və bu proses 08.08. 2001-ci il saat 20-00-dan 09.04.2002-ci il 00-45-dək davam edib. Təxminən bu andan başlayaraq, MT-sahənin hər üç kanalında güclü qasırğalar qeydə alınıb, hadisənin baş verdiyi an bu qasırğalar maksimal qiymətinə çatıb.Bu zəlzələnin gücünün nisbətən az olmasına baxmayaraq, onu hadisə baş verməzdən 0.5 saat əvvəl proqnozlaşdırmaq mümkün olub. Mehri və regionda bir sıra digər zəlzələlərin müşahidələrinin nəticələrinə əsasən sahə materiallarının məkan-zaman təhlili həm də hadisənin hazırlığı və baş verməsi prosesində yaranan maqnit sahəsinin vektor istiqamətini müəyyən etməyə imkan verib. Bu istiqamət, gözlənildiyi kimi, Fatmai – Mehri xəttinin istiqaməti ilə tam üst-üstə düşüb, müşahidə məntəqələri və mənbə arasında məsafə, demək olar ki, 370 km təşkil edirdi. Palçıq vulkanlarının püskürməsi də geoloji mühitdə baş verən geodinamik proseslərlə əlaqəli olduğu üçün onların da MT-sahələrdə əksini yoxlamaq təbii olardı. Zəlzələlərin qısamüddətli proqnozlaşdırılması metodundan istifadə etməklə, həmçinin Keyrəki palçıq vulkanının püskürməsini hadisədən 22 saat əvvəl proqnozlaşdırmaq mümkün olub. Iki digər palçıq vulkanının hazırlıq və püskürmə prosesini maqnit qasırğası mürəkkəbləşdirib və bu, hadisələrin proqnozlaşdırılmasında çətinliklər yaradıb. Tədqiqat işlərində müşahidə olunan elektromaqnit sahəsində dəyişikliklərin fiziki əsasını kifayət qədər yaxşı öyrənilmiş seysmomaqnit, pyezomaqnit, elektrokinetik və digər effektlər olub. Bu proseslər süxurların təbii şəraitdə, o cümlədən yeraltı mühitdə sıxılması və parçalanması zamanı geodinamik gərginliyin təsiri altında maqnit sahəsinin yaranması ilə müşayiət olunub. Gözlənilən zəlzələnin mənbəyində tektonik gərginliyin artması nəticəsində çatəmələgəlmə prosesi baş verir. Ilkin mərhələdə, yəni zəlzələnin hazırlığının başlanğıcında bu proses adətən zəif gedir, amma sonradan, yəni kənar qüvvələrin gələcək zəlzələ mənbəyinə təsiri artdıqca çatəmələgəlmənin intensivliyi artmağa başlayır. Bu zaman yaranan maqnit sahəsinin intensivliyi getdikcə artır, amma istiqaməti ionosferin yaratdığı maqnit sahəsinin istiqamətinə əks olur, müəyyən anda onu əvəz edir. Çox vaxt zəlzələlərdən əvvəl müşahidə olunan nisbətən sakit elektromaqnit sahəsini məhz bu faktla izah etmək olar. Mənbə zonasında tektonik gərginliyin artması ilə əlaqədar olaraq, o, tədricən güclü dəyişkən maqnit sahəsi mənbəyinə çevrilir. Bu, sahə müşahidələrində sahənin nisbi sakitliyindən sonra güclü qasırğa kimi özünü göstərir. Spitak zəlzələsi zamanı gözlənilən hadisə mənbəyi ətrafında maqnit sahəsinin yaranmasını Yerin süni peykləri də qeydə alıb.Zəif zəlzələlərin hazırlıq və baş vermə prosesi nisbətən az davam edir, buna görə də zəif zəlzələlərin mənbəyində yaranan maqnit sahəsi maqnitometrlərdə mənbədən ən çoxu 200-300 km. qədər məsafədə qeydə alınır, güclü zəlzələlərdə isə bu məsafə 600-800 km-ə qədər ola bilər.. Maqnitometrlərin bəzi zəif zəlzələləri qeydə almamasının səbəbi, bir qayda olaraq, mənbənin dərinliyi, habelə yerləşdiyi mühitin geoloji-geofiziki, tektonik və geoelektrik xüsusiyyətləri ilə əlaqədardır. Zəlzələlərin yerinin, vaxtının və gücünün müəyyən edilməsi üçün maqnitotellurik sahənin ən azı üç müşahidə məntəqəsində qeydiyyat zəruridir. Maqnit sahəsində qasırğanın vertikal istiqaməti keçildikdən sonra gələcək zəlzələnin coğrafi koordinatları, qradientin ölçüsünə görə gücü, səhərdə qasırğanın başlanmasından onun maksimal qiymətinə qədər vaxtın yarımdövrü əsasında isə onun baş vermə vaxtı müəyyən edilir. Hər üç məntəqədə fasiləsiz qeydə alınan müşahidələr, əsasən, maqnitotellurik sahənin bütün tezlikləri diapazonunu əhatə edir. Elektrik sahəsinin mühitin müxtəlif tərkibliliyindən, ölçmə cihazlarının yerləşmə şəraitindən, habelə geokimyəvi, hidrogeodinamik və bir sıra digər amillərdən və litosferdə baş verən proseslərdən asılılığı ilə əlaqədar olaraq, elektrik sahəsinin ölçmələrinin nəticələri, əslində, sahə materiallarının emalına və təhlilinə cəlb edilməyib. Təhlil üçün yalnız maqnit sahəsinin yüksək informativliyə malik üfüqi hissələrindən istifadə olunub. Buna görə də təklif edilmiş üsulda zəlzələlərin qısamüddətli proqnozu iki mərhələyə bölünür:- Geomaqnit sahəsinin nisbətən sakit vəziyyətdə olduğu dövr və ya zəlzələnin hazırlıq prosesi;- maqnit sahəsində güclü qasırğa dövrü və ya hadisənin baş vermə anı.Birinci dövr sahə materiallarında maqnit sahəsinin nisbətən sakit vəziyyətdə olması ilə ifadə olunur. Bu dövr qarşıda duran hadisənin gücündən asılı olaraq bir neçə saatdan bir neçə günədək davam edə bilər. Ikinci dövr, yəni hadisənin baş vermə anı isə sahə müşahidələrinin materiallarında zamanın bilavasitə zəlzələdən əvvəl yaranan kvazisinusoidal siqnal amplitudunun maksimal qiymətinə uyğun anı kimi əks olunur. 7-8 ballıq zəlzələlərdə kvazisinusoidal siqnal seysmik hadisədən 10-12 saat əvvəl özünü büruzə verməyə başlayır. Tədqiq edilən problemin məntiqi həlli və bu və ya digər ərazi üçün fəlakətli zəlzələlərin üç əsas amili haqqında operativ və etibarlı məlumat verilməsi üçün, görünür, müasir rəqəmsal telemetrik sistemi olan müşahidə şəbəkəsinin yaradılması zəruri olacaq. Həm də, təklif edilmiş metodikanın orijinallığı sıx müşahidə şəbəkəsi və böyük xərclər tələb etməməsindədir.Zəlzələlərin proqnozlaşdırılması probleminin müsbət həllinin bütün bəşəriyyət üçün rolunu həddindən artıq çox qiymətləndirmək çətindir. Amma, bununla belə, bu aspektdə insanın məskunlaşdığı ekoloji mühitdə mövcud olan və çox vaxt təbii fəlakətlərdən sonra müşahidə olunan müvazinətsizliyi qeyd etmək lazımdır. Daha bir prinsipial suala cavab vermək vacibdir:MT-sahədə müşahidə olunan zəlzələlərin hazırlığı və baş verməsi ilə şərtlənən dəyişiklikləri zəlzələlərdə əlaqədar olmayan, amma, təqribən eyni parametrlərə, o cümlədən zəlzələ zamanı da olduğu kimi, fon səviyyəsindən çox yayınma amplitudlarına malik olan dəyişikliklərdən necə fərqləndirmək olar?Verilmiş sxemlərdən göründüyü kimi, belə yayınma amplitudları bəzən fon qiymətindən 20-30 dəfə və daha çox ola bilər. Belə yayınmaların törədicisi müxtəlif səbəblər və mənbələr, o cümlədən şimşək çaxması, müxtəlif ani texnogen proseslərin sahəyə təsiri vəs. ola bilər:Amma onların belə hazırlanan zəlzələlərdən əsas fərqi əksər hallarda onların heç bir xəbərdarlıq və ya qanunauyğunluq olmadan, qəfil baş verməsi olacaq.Buna görə də bu və ya digər ərazidə Yerin maqnit sahəsində dəyişikliklərin vəziyyətinin fasiləsiz müşahidələrinin təşkili məqsədilə ərazinin müxtəlif nöqtələrində quraşdırılmış, aralarındakı məsafə 50-100 km-dən az olmayan ən azı 2-3 stansiyadan daxil olan məlumatlardan istifadə etmək lazımdır.Inanmaq istərdik ki, bu mühüm və maraqlı tədqiqatın, nəticələri nəhayət ki, həyata keçiriləcək və bununla da bəşəriyyətə son dərəcədə qiymətsiz olan mənəvi və maddi yardım göstəriləcəkdir. Təəssüflər olsun ki müasir dünyamızda yüksək texnika tərəqqi etsə də, ən son yeniliklərə cavab verən cihazlar mövcud olsa da, hələki zəlzələnin tam proqnozunu, baş verəcəyi dəqiq tarixini verib, əhalinin təhlükəsizliyini təmin etmək qeyri-mümkündür. Ədəbiyyat:Kərim M. Kərimov - “Azərbaycanın neft-qaz resursları və zəlzələlərin proqnozlaşdırılması” – Sumqayıt 2016“Azərbaycan Sovet Ensiklopediyası” – IV cild. Bakı -1980E. Əlizadə, N. Əyyubov, Ə. Həsənov, E. Qurbanov, G. Əliyeva, S. Abdullayeva, M. Babayeva, M. Müseyibov, R. Daşdiyev, H. Fətullayev – “Coğrafiya” – Bakı- 2012“Oxu məni”qəzeti – sentyabr, 1998Günel MƏMMƏDOVA,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.