Konstitusiya dövlətin ali qanunudur!..

12 noyabr - Konstitusiya günüdür!..

Konstitusiya dövlətin ali qanunudur!..12 noyabr 1995-ci il ölkəmizdə müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunması günü kimi qeyd olunur. Azərbaycan Demokratik Respublikasının mövcud olduğu 1918-20-ci illərdə dövlətin Əsas Qanununu qəbul etmək, tarixi səbəblərə görə mümkün olmamışdır. Lakin bu qanun dövlətimizin iqtisadi, siyasi və sosial sistemlərinin yeniləşməsinə, hüquqi dövlətin forlamaşmasına geniş yol açdı. Artıq 17 ildir ki, Konstitusiyamız milli dövlətimizə, ölkədə dərinləşən islahatlara, xalqın tərəqqisinə xidmət edir.

Müstəqillik aktı 1991-ci ildə qəbul edilsə də, onun hüquqi əsasını təşkil edən Konstitusiya 1995-ci ildə işlənib hazırlanmışdır. Bunun bir səbəbi Dağlıq Qarabağ problemi ilə bağlı idisə, digəri müstəqilliyin ilk illərində Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar edilməsinə mane olan bəzi hadisələrin baş verməsi ilə əlaqədar idi. Lakin müstəqil Azərbaycan Respublikasında Konstitusiyanın həqiqi mənada yaranması yalnız görkəmli dövlət xadim, möhtərəm Heydər Əliyevin xalqın tələb və istəyi ilə hakimiyyətə yenidən tarixi qayıdışından sonra mümkün olmuşdur.
1994-cü ilin avqustunda ulu öndər Heydər Əliyev Konstitusiyaya layihəsinin hazırlanaraq xüsusi komissiyanın müzakirəsinə verilməsinə dair müvafiq göstəriş verdi. Daha sonra komissiyanın tərkibi Prezident tərəfindən parlamentə təqdim olunmuş və Milli Məclis 2 may 1995-ci il tarixində müvafiq qərar qəbul etmişdir. Komissiyanın tərkibinə Prezidentin sədrliyi ilə 33 nəfər mütəxəssisdən ibarət işçi qrupu daxil idi. Buraya qanunvericilik, icra və məhkəmə hakimiyyətinin nümayəndələri ilə yanaşı, respublikanın hüquq elminin və ictimaiyyətin tanınmış simaları cəlb olunmuşdu. Bundan sonra komissiyanın qərarına əsasən yeni Konstitusiyanın layihəsi ümumxalq müzakirəsi üçün 15 oktyabr 1995-ciildə dərc edilmiş və 12 noyabr 1995-ci il tarixində keçirilmiş referendumda 4 milyon seçicidən 94.8 %-i Konstitusiyanın qəbul edilməsinin lehinə səs vermişdir. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası 27 noyabr 1995-ci il tarixindən qüvvəyə minmişdir. Deməli müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunması tarixi hadisə kimi qiymətləndirilməyə layiqdir. Çünki dövlətin Konstitusiyası onun hüquqi əsaslarını müəyyənləşdirən, ümumi inkişafının konturlarını özündə birləşdirən bir sənəddir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin məhz insan hüquq və azadlıqları ilə bağlı olması ümummilli liderimizin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir. Məhz möhtərəm Heydər Əliyevin müəllifi olduğu bu Konstitusiyaya Azərbaycanın hüquqi və siyasi, eyni zamanda iqtisadi baxımdan inkişafının sürətləndirilməsində də xüsusi rol oynamışdır.

Konstitusiya dövlətin ali qanunudur!.. Azərbaycan Konstitusiyasının özünə məxsus bir çox üstün cəhətləri vardır. Bunlardan ən əsası odur ki, Konstitusiya dünyanın ən mütərəqqi dövlətlərinin təcrübəsini özündə birləşdirir. Bu qanunun əsasını dövlətin müstəqilliyinin, suverenliyinin qorunması, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, hüquqi dövlət qurmaq, və s. mühüm məqamları təşkil edir.
Konstitusiyamızda ali hakimiyyətin xalqa məxsus olduğu bildirilir. Bu da Azərbaycanın məhz demokratik yolla inkişafının qaçılmazlığını nəzərdə tutur. Konstitusiyada öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyənləşdirmək, Azərbaycan xalqının suveren hüququ kimi təsbit olunubdur. Bu faktın özü Azərbaycanın bir dövlət kimi tamamilə demokratik prinsiplərə istinad etdiyini göstərir. Konstitusiyasının 3-cü maddəsində göstərilir ki, xalqın hüququ və mənafeyləri ilə bağlı bütün məsələlər referendum yolu ilə həll olunur. Əsas qanunumuzda yazılır ki, xalqı təmsil etmək hüququ yalnız xalqın seçdiyi nümayəndələrə məxsusdur. Bu ilk növbədə cəmiyyətin ümumi mənafeylərini ifadə edən və hüquqi müstəvidə onu gerçəkləşdirməyə qadir olan bir siyasi sistemin yaradılmasına xidmət edən mühüm prinsiplərdən biri kimi nəzərdən keçirilməlidir.

Ümimiyyətlə, Konstitusiyanın bütün müddəalarına diqqət yetirdikdə onun mükəmməl səviyyədə hazırlandıqının şahidi olursan. Baş müəllifi ulu öndər Heydər Əliyev olan Əsas Qanunumuzun Azərbaycanda dövlətçiliyin nəzəri əsaslarının formalaşdırılmasında və hüquqi baxımdan təkminləşdirilməsində müstəsna əhəmiyyət daşıyır. Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli dövlətçilik ənənələrinə əsaslanan bir Konstitusiya yaratmışdır və bu onun xalqımızın qarşısında ən böyük tarixi xidmətlərindən biri kimi yüksək qiymətləndirilir.

Beləliklə, keçən iyirmi il göstərmişdir ki, Azərbaycan Respublikasınınnın Konstitusiyası azadlıq və hüquq ideyaları əsasında Azərbaycan dövlətçiliyinin formalaşmasına və möhkəmləndirilməsinə xidmət etmişdir. Bu illər ərzində Konstitusiyamız özünü tam doğrultmuş, yüksək hüquqi keyfiyyətə malik bir sənəd kimi ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların əsasını təşkil etmişdir. Konstitusiya həm də qanunçuluğun və hüququn aliliyinin yüksəlməsi üçün şərait və imkan yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev möhtərəm Heydər Əliyevin demokratik dövlət quruçuluğu siyasətini davam etdirərək, ölkəmizdə vətəndaş həmrəyliyinin bərqərar olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə, cəmiyyətin bütün təbəqələrində sivil münasibətlərin inkişafına həlledici töhfə verəcəkdir.

Nurlanə BƏŞİRQIZI,
Azərbaycan Respublikası Prezidentinin
İşlər İdarəsi Siyasi Sənədlər Arxivinin
böyük mütəxəssisi
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

Azərbaycan, Regionlar, Tarix, Hüquq
Konstitusiya Gününə həsr olunan

Konstitusiya Gününə həsr olunan "dəyirmi masa" keçirilib

İctimai elmlər
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusudur

Köşə yazılar
Aydəm İsmayılov: Humanizim ölkəmizdə hüquqi dövlətin əsas demokratik prinsi ...

Aydəm İsmayılov: Humanizim ölkəmizdə hüquqi dövlətin əsas demokratik prinsi ...

Siyasət
AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU
XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

XALQIMIZIN MÜSTƏQİLLİK ARZUSUNU ULU ÖNDƏR HEYDƏR ƏLİYEV GERÇƏKLƏŞDİRDİ

Siyasət
BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU-da BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS

BDU, "Elm və Təhsil", Hüquq
Çingiz Qənizadə: İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifə ...

Çingiz Qənizadə: İnsanlara xidmət və qayğı dövlət qulluqçusunun əsas vəzifə ...

Siyasət

"Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövz ...

MEDİA
12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

12 NOYABR – KONSTİTUSİYA GÜNÜDÜR!..

Əsas xəbər
Reallıqdan doğan dəyişikliklər

Reallıqdan doğan dəyişikliklər

Azərbaycan, Naxçıvan, Elm, "Zirvə", Siyasət
Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Çingiz Qənizadə: BAYRAĞIMIZ QÜRURUMUZDUR!

Köşə yazılar
BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

BDU-nun Hüquq fakültəsində beynəlxalq elmi-praktiki konfrans

BDU, Hüquq
Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

Unudulmaz tarixi şəxsiyyət xalqın yaddaşında

İctimai elmlər, "Zirvə"
Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanda əmin-amanlığın tə ...

Heydər Əliyevin azərbaycançılıq ideologiyası Azərbaycanda əmin-amanlığın tə ...

ADPU, Köşə yazılar
Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Ulu öndər Heydər Əliyevin anadan olmasından 95 il ötür

Digər bölmələr
AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günlərinə ...

AzTU
Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Heydər Əliyev və müstəqil Azərbaycan mətbuatı

Azərbaycan, MEDİA
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
Rəy yazın: