Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze

Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyasını tərcümə edərək keçən il oz hesabıma “Universal” nəşriyyatında nəşr etdirdim.
Azərbaycanın tanınmış alimlərindən biri, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyyasının vitse-prezideni, millət vəkili, akademik İsa Həbibbəyli professor Bədirxan Əhmədov ilə birlikdə beynəlxaq konfransda iştirak etmək üçün Tiflisdə olanda akademik Elizbar Cavelidzeni onlarla görüşdürdüm. Xudmani bir yerdə oturub, ədəbi əlaqələrdən söhbət apardıq.
Azərbaycan alimləri belə bir şəxslə, daha doğrusu, Azərbaycan ədəbiyyatının yaxın dostu olan akademik Elizbar Cavelidze ilə tanışlıqdan məmnun olduqlarını bildirdilər.
Onlar bu kitabın bu il fevral ayında Bakıda nəşr olunacağını və onun təqdimatının yüksək səviyyədə geçiriləcəyini xüsusulə vuğuladılar.

Akademil Elizbar Cavelidze barədə dostlarıma məlumat vermək istəyirəm.

** *

Elizbar Dimitriyeviç Cavelidze 1938-ci il dekabrın 15-də Tbilisi şəhərində anadan olub.
Bolnisi orta məktəbinə gedib, sonra təhsilini Tbilisi Oğlanlar Gimnaziyasında davam etdirib.
Sonralar Tbilisidəki 42 saylı orta məktəbə keçib.
Yenidən Bolnisi orta məktəbinə qayıdaraq, 1956-cı ildə Kazreti (indiki Madneuli) orta məktəbini bitirib.

1956-1961-ci illərdə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində şərqşünaslıq faküləstində təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib.
Tələbəlik illərində A.Sereteli adına təqaüdçü, şərqşünaslıq fakültəsinin tələbə elmi şurasının sədri olub.

1962-2006-cı illərdə akademik Q.Sereteli adına Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi (1962-1966-cı illər); elmi işçi (1966-1975-ci illər); böyük elmi işçi (1975-1988-ci illər), baş elmi işçi (1988-2066-cı illər) işləyib. Paralel olaraq Tbilisi Dövlət Universitetində mühazirələr oxuyub.

1966-cı ildə «Ruhi Bağdadi» (həyatı, dünyagörüşü, lirikası) mövzusunda dissertasiya müdafiə edib.

1972-ci ildlə Tbilisi Dövlət Universitetinin türkologiya kafedrasının dosenti seçilib.

1975-ci ildə «Cəlaləddin Rumi» (dünyagörüşü məsələləri) mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

1985-1986-cı illərdə «Tənqid» jurnalının baş redaktoru olub.

1986-1990-cı illərdə «Literaturuli qazeta» («Ədəbi Gürcüstan») qəzetinin baş redaktoru olub.

1988-ci ildə Tbilisi Dövlət Universitetinin türkologiya kafedrasının professoru adına layiq görülüb.
Elə həmin il Gürcüstan Milli Elmlər Akademiyasının müxbir uzvu seçilib.

1989-cu ildə Azərbaycan Respublikası Ali Sovetinin fərmanı ilə «Azərbaycanın əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

1991-ci ildə Gürcüstan Respublikasının təhsil və elm naziri olub.

1992-1995-ci illərdə «Gürcüstanın zəng qülləsi», «Kolx qülləsi»«Zəng qülləsi» qəzetlərinin naşiri və redaktoru olub.

1996-1999-cu illərdə Almaniya Federativ Respublikasında yaşayıb.

1999-2003-cü illərdə Gürcüstan parlamentinin üzvü seçilib və «XXI əsr» parlament fraksiyasına başçılıq edib.
Elə bu dövrlər «Yeni dövr» qəzetinin naşiri və redaktoru olub.
Azərbaycan Ədəbiyyatının yaxın dostu Elizbar Cavelidze
2005-2007-ci illərdə «Aisi» qəzetinin naşiri və baş redaktoru olub.

2013-cü ildə Gürcüstan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Elizbar Cavelidze 16 monoqrafiyanın, 300-dən artıq elmi məqalənin və publististik yazının müəllifidir.

Elizbar Cavelidze görkəmli orta əsr Azərbaycan şairi və mütəfəkkiri Füzulinin həyat və yaradıcılığı barəsində «Füzuli» monoqrafiyasını yazmış, milli ədəbi abidəmiz və incimiz olan «Dədə Qorqud» əsərini Azərbaycan ədəbiyyatının bilicisi Georgi Şağulaşvili ilə birlikdə gürcü dilinə tərcümə etmişdir.

Mirzə Məmmədoğlu


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Badano Elizbar Cavelidze!

Badano Elizbar Cavelidze!

Ədəbi əlaqələr, Tiflis
AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik  ...

AMEA-nın vitse-prezidenti Tbilisidə akademik Elizbar Cavelidzenin 80 illik ...

"Zirvə", Ədəbi əlaqələr, Tiflis
Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

Gürcü aliminin Məhəmməd Füzuliyə həsr olunan kitabı Azərbaycanda nəşr olunu ...

"Zirvə", Ədəbi əlaqələr
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Akademik Elizbar Cavelidze və Azərbaycan

Akademik Elizbar Cavelidze və Azərbaycan

Ədəbi əlaqələr
Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Sabir Əlim XƏLİLOĞLU (1935-2007)

Tv, Qarayazı
Professor Rafiq Feyzullayev (1943-2001)

Professor Rafiq Feyzullayev (1943-2001)

UNUTSAQ, UNUDULARIQ!....
Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Tanınmış türkoloq, görkəmli dilçi-alim və millət vəkili NİZAMİ CƏFƏROV AMEA ...

Humanitar elmlər
AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

AMEA-nın müxbir üzvü Kamran Əliyevin 65 yaşı tamam olur

Humanitar elmlər, Təbriklər
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Ədəbiyyatşünas Tehran Əlişanoğlu AMEA-nın müxbir üzvü seçilib

Humanitar elmlər
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflisdə “Azərbaycan-Gürcüstan dostluğu günləri” adlı tədbir keçirilib

Tiflis, QHT
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
GÜLYAZ ƏLIYEVA  (1957-2011)

GÜLYAZ ƏLIYEVA (1957-2011)

TDPİ-nin Azərbaycan bölməsi, Kaspi
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MAHİRƏ XANIM!..

"Zirvə", Təbriklər
Professor Məmməd Xası oğlu Əliyev (1956)

Professor Məmməd Xası oğlu Əliyev (1956)

Səhiyyə, "XXI əsrin Ziyalıları", Darvaz
Professor FİKRƏT BABAYEV vəfat edib

Professor FİKRƏT BABAYEV vəfat edib

AzTU, Nekroloqlar
AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU-nun dekanı ƏHMƏD MƏMMƏDOV (1958)

AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Qarayazı
Həkim lor-cərrah Şakir QUVALOV

Həkim lor-cərrah Şakir QUVALOV

Səhiyyə, Bolus
Rəy yazın: