ALEKSANDR POTSXİŞVİLİ: "BİR DAHA SAYAT NOVANIN VƏFATININ TARİXİ VƏ MÖVCUD OLMAYAN QƏBRİ BARƏSİNDƏ"

ALEKSANDR POTSXİŞVİLİ: "BİR DAHA SAYAT NOVANIN  VƏFATININ TARİXİ VƏ MÖVCUD OLMAYAN QƏBRİ BARƏSİNDƏ"
PROFESSOR PARUYR MURADYANA
CAVAB

«Sakartvelo» («Gürcüstan») qəzetinin 1997-ci il 17-20 mart tarixli sayında mənim «1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı 1801-ci ildə öz əcəli ilə vəfat etmiş Sayat Nova özünü necə fəda etdi?» başlıqlı məqaləm dərc olundu.
Elə bu məqalənin ardınca «Asavali-Dasavali»(«Olaylar») qəzetində (25-31 mart 1997-ci il) Maya Kaxidze tərəfindən məndən alınmış «Sayat Novanın vəfat etməsinin saxta versiyasını kim yaratdı və yaxud nə vaxta qədər «gic vratsuların» ( «gic gürcülərin») itəatkarlığı davam etməlidir?» adlı müsahibə dərc olunmuşdur.
Bu məqalələrə hələ keçən il iyulun 17-də professor Paruyr Muradyan Yerevanda nəşr olunan «Qolos Armeniya» qəzetində əks-səda verdi. Bu əks-səda mənə yalnız bir neçə gün bundan əvvəl gəlib çatdı. Təəssüf ki, kseroks-surətini aldığım faks o qədər keyfiyyətsiz idi ki, bütün sözlərin düzgün oxumağıma əmin deyiləm, lakin tənqidi məqalənin ümumi məğzi mənə aydındır və cavab verməyi hər halda gec də olsa, lazım hesab edirəm.

Yazının müəllifi hər şeydən öncə gürcü dilində dərc olunmuş məqalələrin başlıqlarına qarşı çıxır.
«Bu ittihamedici və təhqiredici üsulda olan başlıqları şərh etməkdən tərəddüd edirəm. Deyilən fikrin məğzini qavramağa, ikinci qəzetin (Asavali-Dasavali» qəzeti nəzərdə tutulur-A.P.) redaksiyasının verdiyi dəyərə görə, «sensayialı informasiya?» olması yeniliyini üzərə çıxartmağa çalışacağam».

Belə bir baxışla , cənab Muradyanın töhməti əsassız deyildir. Bu cür başlıqlar, halbuki onlarda «ittihamedici-təhqiredici» heç nə yox idi, elmi məqalələrin üsuluna doğrudan da uyğun gəlmir, lakin onun qeyri-obyektliyi, qüsurluluğu məhz elə burdan başlayır. Onu bir az diqqətlə oxumaq kiyayət idi. «Sakartvelo» qəzetində dərc olunmuş məqalənin başlığını oxuyub düzgün anlasa idi, (gürcü dilini əla bilir) onu əlahiddə şəkildə eybəcərləşdiməsə idi, açıqca görərdi ki, bu başlıq mənə məxsus deyildir. Bu, ümumiyyətlə, müasir mətbuat üçün, xarakterikdir, oxucuları maraqlandırmaq məqsədi ilə, redaksiyada düşünülmüşdür və bütün məqalənin məğzini təşkil edir. Elə olmasa idi, elmi məqalə üçün belə geniş başlığı verərdimmi. Həm də başlığın sonunda « vəfat etmiş» felini işlətmişəm.
Mənim məqaləmdə Axverdovun əfsanəsinin əleyhinə məhz o fakt xüsusilə göstərilmişdir ki, P. İoselianinin və alim-şahzadələrin verdiyi məlumata görə, Sayat Nova 1801-ci ildə öz əcəli ilə vəfat etmişdir. Bundan sonra başlıqda niyə də «vəfat etməsini» deyə bilməzdim. Belə bir deyim onu göstərir ki, sanki mən deyilənin həqiqiliyinə əmin deyiləm?
Mənim məqaləmin başlığı Muradyanın xoşuna gəlmir. Öz məqaləsinə isə belə bir başlıq qoyur: «Komu meşaet Sayat Nova?») ( «Sayat Nova kimə maneçilik törədir?») bununla da başdan oxucunu xəbərdar edir ki, kimlərsə ( Bu kimlərsə deyəndə, sözsüz ki, hər şeydən öncə, ilk növbədə mən nəzərdə tutulmuşam) Sayat Novaya qarşı mübarizə aparır.
Halbuki, yaxşı bilir ki, mənim məqaləmdə Sayat Novaya toxunulası bir şey deyilməmişdir. İllah da ki, hər iki məqalədə fövqəladə şəkildə yazıların nə məqsəd güddüyü göstərilmişdir : «Məqalənin ( «Sakartvelo» da dərc olunan məqalə nəzərdə tutulur. ) məqsədi bir dəfəlik hər il Tbilisidə, «Sayat Novanın qəbri önündə, əgər yanılmıramsa mayın 14-də keçirilən saxtalıqlara əsaslanan «Dostluq bayramı»na son qoymaq idi. Mitinqə Ermənistandan gələn qonaqlarla birlikdə Gürcüstan Yazıçılar İttifaqının, elmlər akademiyasının və hakimiyyətin nümayəndədəri də alovlu nitqlə çıxış edirlər. Məhz elə buna deyərlər, «İnsan öz anasını unudub, ögey anasının başına and içir». Bunun əksinə deyəcəyim elə bir şey yoxdur, Sayat Novanın bioqrafiyasında yuvarlaq tarixi qeyd edək, lakin başa düşə bilmirəm, hər il niyə bu mövcud olmayan qəbrin ətrafına toplaşmalıyıq. Özü də bu, Qalaktionun anadan olmasının 100 illiyini və Akakinin ölümünün 80-ci ildönümünü çox bir çətinliklə qeyd etdiyimiz bir vaxtda baş verir.
Qəzetin müxbiri isə soruşur: «Sizin kitabın adında «əfsanələr» göstərilmişdir. Belə ki, bir neçə əfsanə mövcuddurmu?»
Cavab verirəm: « Sayat Novanın ətrafında əfsanələrə zəmini kommunist ideologiyası da yaratdı. Yalanlar və saxtakarlıqlar üzərində bərqərar olmuş quruluş üçün o, həddindən artıq münasib bir sima oldu.
Sayat Nova- mənşəcə təhkimli kəndli - Tiflisdə sığınacaq tapmış hələbli erməninin oğlu, əvvəlcə adi peşəkarlıqla, sonra isə sazəndəliklə özünü və ailəsini dolandıran bir Allah bəndəsidir. Bu, « Fövqəladə şəkildə Tanrı tərəfindən göndərilmiş arzu olunan şəxsi» ədəbiyyatşünasların bir qrupu Gürcüstanda da, Ermənistanda da «poetik» zirvəyə qaldırmağa başladılar. İş o yerə çatdı ki, dosent Mkrtçyan Sayat Novanı Geote, Dante, Şekspir, Balzak, Tolstoy... ilə yanaşı tutdu. Məgər nə gürcülər ola bilərdik ki, əcnəbiləri tərifləməkdə başqalarından geridə qala idik. Odur ki, əfsanələr yarandı: Sayat Nova- II İraklinin saray şairi, Sayat Nova- İraklinin bacısı Annanın aşiqi, Sayat Nova- sosial ədaləçtsizliyə qarşı mübariz, Sayat Nova- beynəlmiləlçi, Sayat Nova- gürcü tavad-aznaurların pisliklərinin ifşaedicisi və sair.
Bessarion Jgentin dediyinə görə, yer üzündə ta qədimdən yaşayan (!) aşıqlar arasında Sayat Nova ən böyük və görkəmli şairdir». Bir sözlə, məqalələrim ədəbiyyatşünasların adi aşıq-sazəndənin nəğmələrindən «dünya poetik düha yaradıcılığı» yaradan qrupuna, bir tərəfdən, eləcə də o biri tərəfdən Sayat Novanın vəfatının saxta versiyasını uyduran və bu saxtakarlıq üzərində yeni saxtakarlığın- «Dostluq bayramı»nın qeyd olunmasınının əsasını qoyanlara qarşı yönəldilmişdir. Bəli, mən təkcə Sayat Novaya qarşı deyil, eləcə də sazəndənin şəxsiyyətinə halə çəkən və onun mövcud olmayan qəbri ətrafında «Yalan bayramın» əsasını qoyanlara qarşı mübarizə aparıram.
Mənə qarşı mübarizəyə qalxan Muradyan daha bir saxtakarlığın üzünü açdı: Sən demə, « Sayat Novanın qəbri ətrafına toplaşan ermənilər, «Qızılgül bayramı»nı qeyd edirlər( Buna görə də bayram qızılgül ayında- may ayında keçirilirdi). Sayat Novanın isə, göründüyü kimi, bununla nə əlaqəsi var idi.
Mən də sizinləyəm, Cənab Paruyr, yazdığım kimi, Sayat Novanın hər hansı kor olmuş tarixinin fövqəladə şəkildə qeyd edilməsinin əleyhinə deiyləm. İllah da ki, məndə ona qarşı nə olasıdır. Tiflisin erməni əhalisinin öz dini «Qızılgül» bayramını qeyd etsin, lakin Sayat Novanın başını buraxaq, onun tərcümeyi -halını eybəcərləşdirməyək, həqiqi olduğunu, uydurma oloduğunu da. Aşıq-sazəndənin nəğmələrindən «klassik poeziyanın təkrar olunmaz incilərini» yaratmayaq.
Bütün bunları biz edirik, Sayat Novanın belə dəyərləndirmələrə» heç bir vəchlə iddiası olmamışdır. Bax, nəyin əleyhinə mübarizə aparıram və başdan ayağa qədər mən doğruyam.
Kitabda da yazıram və indi də təkrar edirəm. Sayat Novanı gürcü şairi kimi qələmə vermək və onu gürcü ədəbiyyatı tarixinə daxil etmək səhvdir. Sayat Nova tiflisli qeyri-gürcülər arasında gürcü dilli folklorun mühüm nümayəndəsidir və biz gürcülər onun xidmətlərinə, çox da olmasa, az da qiymət qoymarıq, lakin bizi qəbrin ətrafına toplaşmağı tələb etməsinlər, illah da ki, onun harda dəfn olunmasını bilmirik.
Professor Paruyr Muradyan gürcü ictimaiyyətinə kifayət qədər tanış olan şəxsdir. O, aspiranturada oxuyarkən Tbilisidə akademik K. Kekelidzenin rəhbərliyi ilə təcrübə keçmişdir. Lakin müəllimlərinə, gürcü xalqına öz minnətdarlıq hissini bildirməsini deyə bilmərəm. Bu Muradyan, gürcü toponimlərində mövcud «isi» sonluğunun erməni dilinin adlıq halında verilmiş təsirlik halının formasıdır» deyən həmin Paruyr Muradyandır. Bu baxımdan toponimlərdən: Tbilisi, Manqlisi, Bolnisi, Dmanisi, Niçbisi, Zalisi, Xertvisi, Qornisi və bir çox başqaları ...erməni toponimləridir və «nəzərdə tutur»ki, bu yaşayış yerlərinin adları qoyulanda bu yerlər ermənilər ilə məskunlaşmışdı. «Bizim yetişdirdiyimiz və dostumuz» Muradyan yalnız Kutaisini istisna etmişdir. O yunan sözüdür,- deyərək böyük bir səxafətlə onu bizə güzəştə getmişdir.
Bu elmi sərsəmliklərə professorlardan Aleksandr Oniani və Zurab Şarcveladze layiqli cavabını vermişlər, lakin Muradyan öz dedyindən dönmür, erməni üstünlüyünü bizə sübut etmək, nəsə bizə qarşı bir irad irəli sürmək üçün fürsətli və ya fürsətsiz məqamı heç bir zaman əldən vermir.
Muradyan mənim gümanımın səbrini daşırmışdır: «Şübhəsiz, Sayat Novanın «qəhrəmanlığı» barəsində əfsanəni Tiflisə hücum edən Ağa Məhəmməd şah Qacarın qoşununun bələdçiləri- iki qarabağlı erməninin kimliyi məlum olandan sonra uydurulmuşdur. Bu iyrəncliyi törədənlərin hərəkətlərini elə həmin xalqın başqa övladının «qəhrəmanlığı» ilə ört-bastır etmək lazım idi.
Mənim bu gümanımı faktlar ilə və ya da elə götürək nəzəri məntiqi mühakimə ilə xətm etmək əvəzinə Muradyan adət etdiyi kimi, dolama yolla üstümə cumaraq «Potsxişvilinin nəzərində kim tutulmuşdur?» -deyə soruşur. Əgər Aleksandr Orbelianinin məlumatını nəzərdə tutursa, ( A. Orbelianinin verdiyi məlumata görə, ermənilər ağa Məhəmməd şah Qacara gürcülərin qoşununun az olması barəsində məlumat aparan İran səfirini- girovu Tiflisdən qaçırdıb aparmışlar) o ki, bir erməni barəsində danışır. Bir erməni iki qarabağlıya necə çevrildi,- deyə soruşur. Sonra, göründüyü kimi, özü qeyd etmişdir ki, bu cür mübahisə aparmaq adi məntiqi qanuna zidd çıxır. ( A ya V-yə bərabər olmalıdır, ya da S-yə bərabər olmamalıdır mühakiməsi istisna olunur) – Mən tamamilə aydın şəkildə iki qarabağlı erməni haqqında yazmışam. O da birisi barəsində deyil, ikisi barəsində mühakimə yürütməli idi. Yeni «faktları» uydurub bu tərəfə hücuma keçmişdir: Ağa Məhəmməd şah Qacara yolu dinindən çıxmış iki nəfər gürcü «göstərmişdir»,-deyir. Həm də ələ alınmış şəxsin ifadələri şəklinə düşmüşdür: « Təstiq edirəm ki, satqınlar gürcülər idilər, mən belələrinin ermənilər arasında heç də olmadığını demək istəmirəm. Mənim tərəfindən gətirilən xəbərin müəllifi ermənidir, ( Bu barədə delə desək yerinə düşərdi, «Tülkü öz quyruğunu şahid tutur»- A.P.) o, İran qoşunun tərkibində olub». Sonda isə yasa batmış adamın səsilə məni tanış edir: «Öz gürcü həmkarıma xatırlatmaq istəyirəm ki, 1795-ci ilin ölüm-dirim mübarizəsi zamanı Gürcüstan paytaxtında ermənilər Tiflisin bütün əhalisinin üçdə iki hissəsini təşkil etdiyindən ən çox onlar ziyana düçar oldular».
Beləcə nəvazişlə, üzrhaqlıqla və səssiz-səmirsiz cənab Muradyan tamamilə yuksək çıxartmadan və aləmə car çəkmədən, lakin küncdə-bucaqqa əlini sinəsinə vuraraq, bütün gəlib gedənlərin qulağına « Bilirsinizmi, Tiflis erməni şəhəri idi!!»deyə pıçıldadıqları başlıca şeyi bizə sırıyır.
Odur ki, hörmətli müəlliflə mübahisə aparmıram və o dövrkü Tiflis əhalisinin milli tərkibini belə dəqiq bilməsini, bu rəqəmləri sübut edən hansı sənədlərin olmasını tələb etmirəm. Mən də razılaşıram və öz müqabilimdə artırıram: Yalnız Tiflisdə deyil, Qoridə də, Telavidə də və Gürcüstanın digər guşələrində də erməni əhalisi çox idi. Lakin hər şeyi güzəştə gedə bilmərəm. Hər halda bir şeyi deməliyəm: Tiflisi, Telavini, Qorini «Qərəzsiz erməni alimləri» Böyük Ermənistanın varisi olaraq» Ermənistanın şəhəri kimi vaxtaşırı məktəblərdə tədris atlasları kimi nəşr etdikləri, Kürün sağ sahilində olan Gürcüstan torpaqlarının, ümumiyyətlə, erməni ərazisi kimi göstərildiyi xəritələrə daxil edə bilməmişlər. Belə ki, sözügedən şəhərlər ta qədimdən Gürcüstan ərazisində yerləşir. Odur ki, bu şəhərlərin erməni əhalisi aborigen ola bilməz. Güman ki, onu da deyə bilməzlər ki, bir vaxtlar Gürcüstanı Ermənistan işğal etmişdi və bu xalq da o vaxtdan qalmışdır. Bəs, bizim şəhərlərə ermənilər hardan düşmüşdür? Gürcüstana qəyyum kimi, qaçqın kimi və ya nəsə əldə etmək üçün gəlirdilər. İlk növbədə, qonaq kimi, köçərilər kimi. «Gic vratsular» ( gic-gürcülər) adlandırdığı yerli gürcü əhalisi onları geniş ürək açıqlığı ilə qəbul edir, onlara layiqli nəvaziş göstəridi. Könlündən keçənlərin qonşu kimi məskunlaqmasına da maneçilik törətmirdi. Gələn də tezliklə özünü öz evində olduğu kimi hiss edirdi. Yerli adamın hüquqlarına sahib olurdu. Nəsil yetişdirir və Gürcüstan torpağını öz torpağı kimi hesab edirdi.
İndi qayıdaq 1795-ci il müharibəsi zamanı Tiflis əhalisinin ümumi miqdarının üçdə iki hissəsi olan ermənilərə və «öz şəhərləri»nin müdafiəsi işində onların xidmətlərini araşdıraq. Əgər əhalinin üçdə iki hissəsi erməni idisə, belə çıxır ki, onların ümumi miqdarı bir neçə on minlərə bərabər idi. Tarixi məlumatlara görə, Ağa Məhəmməd şah Qacara qarşı vuruşan İraklinin qoşunu cəmisi 5.000 nəfərdən ibarət idi. Şərqi Gürcüstanda İrakli 3.000 nəfər döyüşçü toplamışdı. 2.000 nəfərlə isə İmereti çarı köməklik göstərmişdir.
Cənab Paruyr, deyə bilərsinizmi, bu müharibəyə Tiflisdə on minlərlə yaşayan ermənilər neçə min adam çıxartmışlar? Lap elə deyək ki, neçə yüz?!
Tarix İraklinin qoşununda Tiflisin müdafiəsi zamanı heç bir, lap elə olsun ki, kiçik erməni birləşməsini açıqlamır.
Bəli, təəssüf ki, bu belə idi. Gürcüstanda yaşayan erməni əhalisi öz ev-eşiklərinin qorunmasını «gic vratsulara» etibar edirdi və onların boynuna qoyurdu. Erməni tarixçisi isə, bizimlə mübahisə aparır və bizi töhmətləndirir: « Ağa Məhəmməd şah Qacarın hücumu zamanı tiflisli ermənilər çox zərər çəkdilər». Onu da soruşmur ki, elə həmin əhali «öz şəhərinin» müdafiəsinə qalxmalı idilər. İllah da ki, onların gözü önündə diqqətə layiq nümunə nümayiş olunurdu, müdafiəçilər arasında Maçabelinin başçılığı ilə çar sarayının aktyorlar dəstəsi ön cərgədə dayanmışdı.
Belə ki, erməni xadimləri belə acınacaqlı tarixi faktlar qarşısında qalmalı olanda, onlar mənim güman etdiyimə görə, həlim hiyləgərliyə əl atmışlar: tərcümeyi-halı demək olar ki, məlum olmayan, tiflislilər üçün sevimli sazəndənı əvvəlcə Ağa Məhəmməd şah Qacara qarşı vuruşan qəhrəman kimi qələmə vermiş, yarım əsrdən sonra isə onun « qəbrini aşkarlamış» və təşkil etmişlər. Daha sonralar «Qızılgül» bayramını Sayat Novanın adı idə əlaqələndirmişlər. Belə ki, hər may ayında onu təntənəli şəkildə qeyd etməyə başladılar ki, buna da ( Oldu, əzizim, ermənilərin gürcüləri adlandırdığı və mənim tərəfimdən dəfələrlə xatırlanması da Muradyanı belə qıcıqlandırdığından, həmin adla daha xatırlamıram) ağıllı və müdrik gürcülər qoşulmuşdur.
Mənim bu gümanımı, şübhəsiz, son məqam gerçəkliyi kimi hesab etmirəm və həmişə əl götürməyə hazıram, yalnız o şərtlə ki, mənim opponentlərim məşhur alimlər P. İoseliani və İ. Baqrationinin məlumatlarına xitam verilməsi üçün nəsə tutarlı bir sənədi təqdim etsinlər ki, mən də həqiqətən əmin olum ki, Axpat monastrının rahibi Sayat Nova doğrudan da vəfat etməsindən beş il əvvəl düşmən Gürcüstana hücum edən zamanlar canından keçmişdir.
Mənim məqalələrimdə elə bir mühüm tutarlı bir şey tapmayanda Muradyan sadə bir iradı mənə ünvanlamışdır: « Başqasını təəccübləndirmək sanki təsəvvür olunmayan duruma da səbəb olur; professor Potsxişvili, sən demə, 1991-ci ildə « Sayat Nova- əfsanələr və həqiqət» başlığı altında kitab nəşr etdirmişdir. Yeddi ildən sonra isə elə həmin Sayat Nova barəsində yazır ki, « Düşünüldüyünə görə, yazı-pozu bilirdi». Bu nə deməkdir, adam Sayat Nova haqqında kitab yazır, Sayat Novanın Ekzel şəhərindəki karvansarasında yazdığı və mütəxəssislərə yaxşı məlum olan avtoqrafiq «yaddaş»(pomyatnik) yazılarının avtoqrafiq nəşrini bilmir ( Burada təəssüf ki, söz oxunmur- A. P. ). Belə ki, bütün bunları bu bilmir, lakin kimsə böyük həfəslə Sayat Nova haqqında deməyi özünə rəva görür ki, « yazı-pozu bilirdi».
Sonra Sayat Novanın əlyazmalarını nəşr edənlərin və ( özünü də daxtl etməklə) bu barədə hardasa məruzə oxuyanların və bu məruzə oxunan zaman iştirak edənlərin hamısı sadalaniışdır. Bir sözlə, əlindən gələni əsirgəməmişdir. Oxucunu əmin etməyə çalışaraq qeyd edir ki, Potsxişvilinin elmi ədəbiyyatdan məlumatı yoxdur, hələ bir kitab da yazır. Məhz elə beləsinə deyərlər: « Ər ordudadır, arvad müharidən xəbər verir». Başa düşə bilmirəm, kitabın müəllifi kimdir, mən, yoxsa üzünü görmədiyi, hansı elmi əsərləri nəzərə almaqla bu kitabı yazdığımı mənə təstiq edən Muradyanmı?!
İndi də mənim bildiklərim və Muradyanın bilmədikləri barəsində: Təsadüfi bir məqam olmasa idi, Sayat-Nova haqqında ktiab yazmaq heç ağlıma da gəlməzdi (Mənim ixtisasım dilçilikdir): O dövrkü Ümumittifaq Elmlər Akademiyasının Leninqrad filialı akademiklərinin, mənşəcə isveç akademik Andriya Şeqrenin arxivində doktorluq dissertasiyası mövzusu üzərində işləyərkən Sayat Novanın gürcü dilində yazılmış nəğmələr dəftərini aşkar etdim. ( Btr neçə nəğmə alman dilinə də tərcümə olunmuşdur, güman ki, bu, Sayat Novanın xarici dilə ilk tərcüməsidir). Bu dəftəri A. Şeqren onun həmvətəni, əsrimizin əvvəllərində Qafqaz üzrə ipəkçilik müfəttişinin muavini, sonralar Krımdakı tanınmış Nikita bağının əsasını qoyan və onu gözəlləşdirən, Rusiya Akademiyasının müxbir üzvü, Xristian Stevenin arxivindən əldə etmişdir. Belə ki Xristian Şteven 1837-ci ildə Simferopolda görüş zamanı , bunu da Andriya Şeqrenə vermişdir. Arxivlərdə mühafizə olunan gürcü materialları barəsində 1971-ci ildə «Kommunisti» qəzetinin 142 sayında «akademik Andriya şeqrenin arxivində gürcü materialları» məqaləsini dərc etdirdim.Bu məqaləyə Tbilisidə çıxan «Sovetakan Vrastan» («Sovet Gürcüstanı») və Moskva radiosu da- İsves üçün ayrılmış rus verilişində əks-səda verdi.
Aşkar edilmiş mətnlərin ( O cümlədən onlardan ikisi naməlum mahnıdır, biri isə məşhur «Dənizi nə ilə qurudarsan»mahnısının ən yaxşı variantıdır) nəşrinin lüzumluluğu məni nəzməkarın yaradıcılığı ilə tanış olmağa vadar etdi, sözsüz ki, mətnşünaslıq baxımından. Lakin kitabı ələ götürəndə maraqlı mövzuya aid olan səhifələri ayırd etmək çətindir. Buna görə də əlim çata bildiyi qalaq-qalaq ədəbiyyata müraciət etməli oldum. Ktiabın əvvəlində də yazıram: «Az-çoz tanınan aşıqlar kimi Sayat Nova da poliqlot nəğməkar idi. Onun azərbaycan, erməni və gürcü dillərində ifa olunan nəğmələrinin mətninindən hələlik ən az gürcü dilində tapılmışdır. Variantların müəyyən edilməsini də nəzərdə tutan mətnlərin nəşr olunması lüzumluluğu məni nəğməkarın yaradıcılığına gətirib çıxartdı. Sayat Nova haqqında mövcud olan çoxlu ədəbiyyatın sonunu nəzərə almaq mümkün deyildir. Bu ədəbiyyat erməni, azərbaycan, gürcü, rus dillərindədir. Kifayət qədər xarici dilllərdə də vardır.
L. Melikset-bek, Q. Şağulaşvili, B. Arveladze və başqalarının vasitəsi ilə erməni- azərbaycan elmi ədəbiyyatı ilə tanış oldum və buna da gürcü və rus dillərində dərc olunmuş məlumatlar da əlavə olundu. Aşkar olundu ki, Sayat Novanın tərcümeyi-halının və irsinin öyrənilməsi işində uydurmalar gerçəkliklərdən çoxdur.
İndi Sayat Novanın yaradıcılığına dəyər verilməsində belə bir daha həddindən artıq şişirdilmənin əsasını qoyan bütün səbəbləri araşdırmaq və müəyyən etmək çətindir. Lakin bir şey aydındır ki, nəgməkarın yaradıcılığı həddindən artıq lupa ilə gözdən keçirilmiş və sözsüz ki, həqiqi siması ilə müqayisədə eybəcər şəkildə təqdim olunmuşdur». Kitab 80-ci illərin əvvəllərində yazılırdı və oxucu güman ki, məni başa düşəcəkdir, onda bundan artıq yazmaq tamamilə istisna olunurdu.
Sayat Novanın yaradıcılığı ilə tanış olanda, elmə qarşı kommunist ideologiyasının sırf metodları ilə mübarizənin bariz nümunəsi, necə deyərlər, ovucumun içində idi. I Anton Baqrationinin böyük xidmətlərini inkar edənlərə qarşı əsas mübarizəni aparmışdım. Qəribə bir faktın şahidi oldum - gürcü dilçilik fikrinin yaradıcısı, ilk əsaslı gürcü qrammatikasının müəllifinə qarşı başda da Antonun durduğu bu elmə elə özlərinin də xidmət etdiyi nəhəng nümayənldələri mübarizə aparırdılar.
Antona qarşı mübarizəni hər heşdən öncə kommunist ideologiyasının başlıca əsasnamələrindən birinin dilçiliyə qarşı müvafiq cəhdi şərtləndirmişdir. Marksist nəzəriyyəsinin məhək daşı olan- «Cəmiyyətin inkişaf tarixi sinfi mübarizə tarixidir» fəlsəfəsini nəzərdə tuturam.
Antonun yaradıcılığı məhz elə bu nəzəriyyənin kortəbii davamçıları tərəfindən inkar edilmiş və yalnız o səbəb görə ki, Antoq «hökmran» sinfin nümayəndəsi idi ki, buna da onun katalikosluğu - eləcə də marksist nəzəriyyəçilərinin ateist mövqeyindən ikinci «cinayət» də əlavə olunurdu.
Sayat Novanın yaradıcılığının saxtalaşdırılması səbəbi də elə həmin ideologiyanın elə həmin motivi ilə şərtlənmişdir, lakin nəticə tamamilə bunun əksinədir. Ən böyük xidmətlərə malik Anton adi dilçilər arasında yada düşmürdüsə də, adi aşıq-sazandə dünya klassik ədəbiyyatı korifeyləri ilə yanaşı qoyulmuşdu. Sayat Novanın yaradıcılığına dəyər verəndə çıxarılan nəticə sadə və bir tərəfli idi. – O, böyükdür, ona görə ki, təhkimli kəndli sinfinin uşağı idi, odur ki, belə olduğundan bütün onun yaradıcılığı yalnız bu baxımdan dəyərləndirilməli idi. İş o yerə çatmışdır ki, gürcü ədəbiyyatşünasları tiflisli peşəkar- sazəndəni kəndli zümrəsinin nümayəndəsi kimi qələmə vermişlər və feodal sinfinə qarşı çıxan mübarizlərin önünə qoymuşlar. Bu açıq-aşkar saxtakarlıqları hiss edə bilməmələrini və Sayat-Novanın nəğmələri mətnlərinin özüzünəməxsus «ədəbi- tənqidi təhlili» həqiqi elm kimi hesab etmələrini və yaxud hər şeyi gördüklərini mən deməyə çətinlik çəkirəm. Lakin ideoloji məngənə onları belə hərəkət etməyə məcbur edirdi. Necə deyərlər, bunun elə bir fərqi yoxdur- hər iki halda cinayət törədirdilər.
Antonun müdafiə edilməsi mübarizəsində olduğu kimi Sayat Novanın həyat və yaradıcılığınnın saxtalaşdırılmasına qarşı çıxış edərkən də demək olar ki, bütün məndən əvvəl gələn alimlərin əleyhinə getməyə məcbur oldum. Belələri isə gürcü ədəbiyyatı tarixinin görkəmli tədqiqatçı akademikləri: K.Kekelidze, A. Baramidze, Q. Cibladze, G. Leonidze, İ. Qrişaşvili, məşhur tənqidçilər B. Jgenti, Q. Natroşvili və başqaları idi.
Buna görə də elə oldu ki, 1984-cü ildə İ. Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəşriyyatına aparılmış kitab 1991-ci ildə güc-bəla ilə nəşr olundu. Nəşriyyatın müdriyyəti öx tarixində güman ki, ilk dəfə olaraq artıq bir dəfə rəy verilmiş ( rəyi folklor kafedrası təqdim etdi) və elmi hissə tərəfindən zəmanətlənmiş kitabı təkrar rəy üçün geri qaytarmışdır. Rəyi gürcü ədəbiyyatı tarixi kafedrası yazmasını fövqəladə şəkildə tələb etdilər.
Bu hadisəni xatırlayanda qədim gürcü ədəbiyyatı tarixi kafedrasının müdiri professor Levan Menabdenin alicənablığını böyük minnətdarlıq hissi ilə qeyd etməməyə bilmərəm. Kitabda əks olunan fikirlərin onun müəllimlərinin və elə özünün də illər boyu müdafiə etdiyi fikirlərə tamamilə zidd çıxmasına baxmayaraq kitabın nəşrinə yaşıl işıq yandırdı.
Buna görə də təəssüf hissi ilə cənab Muradyanı tanış etmək istəyirəm ki, bu dəfə də onun həddən artıq hiyləgərcəsinə hesablanmış zərbəsi də hədəfə dəymədi. Tamamilə nahaqdan gürcü alimlərini təqlid etdim: « Podobaet li qruzinovedeniy v kaçestve prodoljeniy trudov blajenniy pomyati akademikov Korneliya Kekelidze, A. Baramidze, İosifa Qrişaşvili, Georgiya Leonidze – proizvodit (!) na svet soçineniya podobnoqo roda?!».
Təsəvvür edin ki, proizvodim(!) bənzəri əsərləri bu günkü Gürcüstanda xoşbəxtlikdən düşünürəm ki, sizi təqlid etsə idik, pis olmazdı, ilk növbədə elə sizin üçün, cənab Paruyr!
İndi əgər yenə onun əks-səda verməsinə qayıtsaq , aydındır ki, mənim opponentimin mövqeyi onun halına bənzəyir ki, biririn başını kəsirlər, sızanağımı ağırtdın deyərək narahat olur. « Potsxişvili özünə nəyi rəva gördü, Sayat Novaya nəyi ərk etdi,- deyərək yazır: «Düşündükləri kimi, Sayat Nova yazıb-oxumaq bilirdi»- deyə «təhqir olunmuş» Muradyan qəzəblənir. Onun barəsində, elə həmin Potsxişvili ermənilərin, eləcə də gürcü ədəbiyyatşünasların Sayat Novanı oturtduğu bərbəzəklə bəzədilmiş taxtını, nəhayət, götürüb atdığını demir, daha doğrusu, deyə bilmir. Daha bir şey: Paytaxt üstündə mənimlə mubahisə edən şəxs mənə ixtiyar vermir ki, elə həmin şəhərdə böyüyən Sayat Novaya rəva görəm ki, «deyilənə görə, yazmaq-oxumaq bilirdi . Bir şeyin həddi olmalıdır, ya yox...
Potsxişvili elmi ədəbiyyatı ya bilmir, ya da bir şeyə saymır,- deyə mənim opponentim təstiq edir və elə bu dəfə də yanılır. Mən Sayat Nova haqqında yazılanların demək olar ki, hamısını bilirəm. (hər halda kitab yazmağı başa çatdırdığım1980-ci ilədək) . Lakin dediyim kimi, mənim ən başlıca məqsədim aşkar olunmuş mətnlərin nəşri və onların şərh edilməsindən ibarət idi. Sayat-Nova ətrafında ədəbiyyatşünasların, təkcə ədəbiyyatşünasların boğazdan aşağı söylədikləri ilə üst-üstə yığdığı sicilləmələr ilə tanış olanda, ona kommunist ideologiyasının qorxusundamı, sevgidənmi vurulmuş damğaları üzaqlaşdırmağa cəhd etdim və nəğmələrdən o yana nəğməkarın mövcud şəxsi dünyasını təhqiq etməmişəm. Cözəl nəğmə oxuyan sazəndənin nə yazıb yazmamasını bilmək nəyimə lazım idi. Bu məsələ ilə heç də maraqlanmamışam. İllah da ki, bilirəm ki, bütün alimlər qondarma avtoqrafların
şübhəsizliyini qəbul etmir. Lakin Muradyanı bu məsələ ilə əlaqədar hər halda mənim fikrim maraqlandırırsa, deyə bilərəm ki, avtoqrafların şübhəsizliyinə mən də inanmıram. Ona görə inanmıram ki, mənim üçün anlaşılmazdır ki, Sayat Nova özünün heç bir nəğməsinin mətnini (əsasən üç dildə ifa olunmuş) heç bir dildə yazmamışdır və hardasa « itirilmiş yerdə» ( kim bilir, bura nə zaman və nə məqsədlə düşmüşdür) başqasının yazdığı avtoqrafları nüsxələmək üçün gecəni gündüzə qatmışdır.
Kim buna inanırsa, Tanrı ona yardımçı olsun. Bunun əksinə deməyə bir sözüm yoxdur.
Oxucunun qeyd edəcəyi kimi, məqalənin başlığına çıxarılmış əfsanə barəsində, Muradyanın əks-səda verməsinə mühüm yer tutan məsələ barəsində də demək olar ki, bir şey deməmişəm. Bu məsələ ilə əlaqədar kitabımdan dəlillər gətirməyə üstünlük verdim.
Orda mövqeyi Muradyanın mövqeyi ilə tamamilə uyğun gəldiyi İ. Yenikolopov ilə mübahisə edirəm.

Sayat Novanın həyat və yaradıcılığı barəsində yaranmış çoxlu əfsanələrdən mən yalnız səkkizini müzakirə etdim. Həm də bu kitabın adını əlahiddə bir şəkildə seçdim: Necə deyərlər, «Dostunun üzünə de».
Odur ki, Sayat Novaya, «nə elədiklərini bilməyən» kəslərə qarşı da öz xoş məramlı münasibətimi bir daha açıqladım.

Birinci əfsanə - Sayat-Nova Ağa Məhəmməd xan şah Qacarın 1795-ci ildə hücumu zamanı işgəncə ilə öldürülmüşdür.
Bu əfsanənin yaranması Sayat-Novanın erməni şeirlərinin ilk toplayıcısı və naşiri həkim G. Axverdovdan gəlir. G. Axverdovun yazdığına görə, Sayat Nova Axpat monastrının rahibi olmuşdur. «İranlılar Tiflisə hücum edəndə ... Axpatla üzbəüz olan qalanın böyük kilsəsinin həyətinə də düşmən soxularaq qırıb dağıtmağa və soyğunçuluğa başladı. Onlar kilsədə ibadət edən Sayat Nova ilə də qarşılaşdılar. İranlılar ondan bayıra çızmağı və öz dinindən üz döndərməyi tələb etmişlər, lakin rahib onlara belə cavab vermişdir:
«Kilsədən çıxmaram, İsaya üz döndərmərəm». İranlılar onu qılıncla öldürmüşlər. Odur ki, xalqın qulu, Tanrı bəndəsi Sayat Novanı dininə görə öldürmüşlər- Bu hadisə 1795-ci ilin sentyabr ayında baş vermişdir. İranlıların Tiflisdən getməsindəndən bir neçə gün sonra onun meyitini götürüb qalanın böyük kilsəsinin şimal darvazası önündə dəfn etdilər. Sayat Novanın məzarına halbuki daş qoyulmamışdır, lakin onun dəfnini yazanlar belə nəql edirlər».
Tədqiqatçı Bondo Arveladze bu əfsanəni bəzi müəyyən məğzli dəyişikliklərlə təkrar edən müəllifləri sadalayır: İ. Polonski, Z. Mtasmindeli, S. Kişmişev, Potto, O. Tumanyan, A. Xaxanaşvili, E.Brussov, İ. Qrişaşvili, P. Sevak, S. Arutunyan, V. Nalbandyan və başqaları.
Hələ 1930-cu il «Sayat Novanın kimliyi» tədqiqatında Ermənistan Elmlər Akademiyasının müxbir üzü, professor L. Melikset-bek tamamilə inandırıcı şəkildə təstiq etmişdir ki, «Ağa Məhəmməd şah Qacar tərəfindən 1795-ci ildə Tiflisin darmadağın edilməsini qələmə alan nə bir kəs: nə gürcü, nə də erməni Sayat Nova barəsində bir şey demişdir».

Buna baxmayaraq İ.Yenikolopov 1963-cü ildə «Droşa» («Bayraq») jurnalında yazırdı: «Sayat Novanın vəfat etdiyi tarix bü günə qədər məlum deyildir. Burada da illər ərzində çoxlu mübahisəli və şübhəli fikirlər söylənilmişdir. Belə ki, məsələn, məşhur gürcü tarixçisi Platon İoseliani öz monoqrafiyasında XII Georgi barəsində qeyd edirdi ki, «Görkəmli ozan, saz-söz ustası, dedikləri gürcülər tərəfindən bu gün də atalar sözü kimi işlədilən Sayat Nova 1801-ci ildə vəfat etdi (müəllif öz atası - gürcü çarlarının mürəbbisi olan Eqnatenin dediklərinə istinad edirdi)»...
«Öz aramızdır,- Yenikolopov davam edərək,-şifahi xalq deyimlərinə, eləcə də yazılı mənbələrə uyğun olaraq Sayat Novanı Tiflisdə Müqəddəs Georgi istehkamının kandarında İran şahı ağa Məhəmməd şah Qacarın qoşunlarının hücumu zamanı qətlə yetirmişlər».
Ovanes Tumanyan həmin yerdə 1914-cü ildə Sayat Novanın xatirəsini əbədiləşdirmək məqsədilə abidə qoydurmuşdur.
Hər şeydən oncə, geniş yayılmış rəvayəti nəzərə almasaq, Sayat Novanın harda, nə zaman və hansı vəziyyətdə öldürülməsi barəsində məlumatları ustad aşığın həyat və yaradıcılığının ilk tədqiqatçısı 1852-ci ildə Moskvada Sayat Novanın erməni şeirlərinin məcmuəsini nəşr etdirən və ona müvafiq ön söz də yazan həkim Yuri Axverdov ( Elə həmin Georgi Axverdov) toplamış və nəşr etdirmişdir.
Yuri Axverdov Tiflis yaxınlığında yerləşən Teleti kəndindən idi. 1813-cü ildə anadan olmuş bu şəxsin öz gənclik illərində Yenikolopovun qeyd etdiyi kimi o dövrlər kifayət qədər savadlı olan öz atasından( onun praporşik rütbəsi var idi ) Sayat Novanın taleyi barəsində çox şey öyrənməyə imkanı var idi. Bundan başqa elə həmin illərdə o, Tiflisin1795-ci ilin dəhşətli faciəsində şəxsən iştirak edən əhalisi arasında bunun üçün lazım olan məlumatları toplaya bilərdi. Axverdov bir daha qeyd edir ki, bütün məlumatları insanlardan (!) eşidərək yazmışdır.
Odur ki, Axverdovun məlumatlarına inamlı şəkildə yanaşmaq üçün bizim əlimizdə əsas vardır.
Axverdovun məlumatlarını bütün tam cizgiləri ilə general Kişmişev özünün 1795-ci ildə İran qoşunları tərəfindən Tiflisin alınmasına geniş yer verildiyi «Nadir şahın yurüşləri» adlı kitabında təstiq edir. Ən çox nüfuza malik mənbə olan «Böyük Sovet Ensiklopediyası» qeyd edir ki, «Ağa Məhəmməd şah Qacarın əsgərləri Tiflisi alarkən Sayat Novanı vəhşicəsinə qətlə yetrimişlər»- deyə Yenikolopov nəticə çıxardır.
Yenikolopov, birincisi, heç bir dəlil olmadan bildirmişdir ki, « Yazılı mənbələrə uyğun olaraq Sayat-Novanı qətlə yetirmişlər... Ağa Məhəmməd şah Qacarın hücumu zamanı», halbuki, artıq deyildiyi kimi, heç bir «yazılı mənbə» bu cür faktı təstiq etmir. Lakin daha maraqlısı Yenikolopovun mühakiməsinin başqa tərəfidir. O bilir ki, tarixçi P. İoselianinin verdiyi məlumata gorə, Sayat Nova 1801-ci ildə öz əcəli ilə vəfat etmişdir. Onu da bilir ki, P. İoselianinin atası Eqnate XII Georginin sarayının mürəbbisi və Krtsanisi faciəsinin şahidi olub. (P. İoselianinin məlumatları isə öz atasının söylədiklərinə istinad olunur). İkinci tərəfdən, Yenikolopov məlumat verir ki, Y. Axverdov teletlidir, 1913-cü ildə anadan olmuşdur və Tiflisdə Ağa Məhəmməd şah Qacarın hücumu zamanı iştirak edənlər görə bilərdi. Buna görə hesab edir ki, G. Axverdovun məlumatlarına daha inamla yanaşmalıyıq.
Burası belə, lakin, Eqnatenin söylədiklərinin başını buraxaq, Axverdovdan 4 yaş böyük, Tbilisidə anadan olmuş, böyüyüb boya-başa çatmış tarixçi P. İoselianinin eləcə də öz gözləri ilə 1795-ci ilin fəlakətlərinin iştirakçılarını görməyə və Sayat Novanın həyatının faciəli sonluğunu, belə bir şey doğrudan da həqiqətən olmuşdursa, onu da təstiq etməyə nisbətən daha artıq imkanı var idi.
İndi görək, Axverdovun məlumatını general Kişmişev necə bir «cizgiləri ilə təstiq elir»? O yazır: « İlk zərbəyə qala istehkamın daxilində yerləşən erməni kilsəsi (!) məruz qaldı. Soldatlar içəri daxil olanda el aşığı Sayat Nova və məbədə sığınmış mominlər qarşısına çıxdılar. Nə çonqurinin melodik musiqisi və şirin mahnı , nə də insanların fəryadları vəhşiləri saxlayaya bildi. Bütün möminlər qətlə yetirildi, məbəb təhqir olundu, qiymətli əşyalar aparıldı».
Gördüyümüz kimi, bu məlumatlar nəinki «cizgiləri ilə» Axverdovun əfsanəsinə uyğun gəlir, burada Sayat Novanın öldürülüb-öldürülməməsi heç görünmür də.
Hekayətin əvvəlində onlara rast gələnlər arasında bir tərəfdən el aşığı Sayat Novanın adı çəkildiyindən, digər tərəfdən momin camaatın qırılıb məhv edilməsi ilə yanaşı eləcə də Sayat Novanın taleyindən də deyilməli idi.
Bundan başqa o da ələlxüsus əhəmiyyətli haldır ki, Kişmişev tərəfindən yazıya alınmış Sayat-Nova mülki şəxsdir, onun əlində çonquri vardır və mahnı ilə işğalçılara özünü yağıqlayır. Biz də ki, bilirik ki, bu zaman Axpat monastrında rahib idi. – Belə ki, Axverdovun versiyasına görə, o əlində xaçla ora soxulanlara qarşı durur, həm də deyir: «Kilsədən bayra çıxmaram. İsa peyğəmbərə uz döndərmərəm».
Elə burada onu da qeyd etmək lazımdır ki, Sayat Novanın bu əfsanəsini gürcü tədqiqatçıları arasında heç kim həqiqət kimi qəbul etməmişdir. Ona İ. Qrişaşvili də şübhə ilə yanaşırdı. Akademik K. Kekelidze «Gürcü ədəbiyyatı tarixi»nin II cildinin ikinci nəşrində isə yazırdı: «Sayat Novanın işgəncə ilə qətlə yetirilməsi hadisəsi əfsanədir. «Sayat Nova Georginin çarlığı ( 1798-1800-ci illər) dövründə də sağdır. Bu çarlıq dövründə Axpat morastrında onunla İona Xelaşvili görüşür. P. İoselianinin qeyd etdiyi kimi, o gərək ki, 1801-ci ilə öz əcəli ilə vəfat edib».
Akademik A. Baramidzeyə gəldikdə isə, o, həmişə Sayat Novanın öz əcəli ilə 1801-ci ildə vəfat etməsi fikri üzərində dayanmışdır.
Bondo Arveladzenin yuxarıda xatırlanan məqaləsi əsasən bu məsələyə həsr olunmuşdur. Belə ki, bu məqalədə İohane Baqrationi tərəfindən «Kalmasoba» əsərində Sayat-Novanın 1800-ci ildə də sağ olması barəsində məlumat tutarlı olaraq təstiq olunmuşdur(səh.12).
Belədir faktlar. Onlar «Ağa Məhəmməd şah Qacara qarşı mübarizə aparan» Sayat Novanın kimlərsə tərəfindən əlahiddə olaraq uydurulduğunu açıqca göstərir ki, bu da ədəbiyyatın və ictimaiyyətin tarixinin düzgün öyrənilməsi və dərk edilməsi işinə «doğrudan da meşayet» ( maneçilik törədir). Bu yerdə necə deyərlər: « Qara qaranı basınca, mən qaranı basım» prinsipini əldə rəhbər tutmuşdur. «Professor «gic vratsular» kuçə ifadəsini bir neçə dəfə istifadə etməkdən çəkinmir ki, bununla da Kita Abaşidzenin iyrənc «Qara kitab»ının ( 120 minlik tirajdan 400 ədədini «Gürcüstan patriarxlığı qapmışdır»), Bondo Arveladzenin və Aleksandr Abdaladzenin yolunu tutur, antierməni ehtiraslarının çoşmasını arzulayır. Onda siyasi və mədəni əlaqələr ilə dolu olan birgə tarixi niyə qarışdırırıq,- deyə özünü quzu kimi yazıqlayaraq Muradyan yazır.
Şübhəsiz, mənimlə mübahisə aparan belə mənəviyyata malik şəxsin asanca qələbə çalmağa ümidi vardır. O, hər şeyi özünə rəva görür, səni isə, öz vicdanından başqa, doğrudan da əsrlər boyu bərabər yaşadığın xalqın əksəriyyətinin hörməti məhdudlaşdırır. Onların Muradyan kimi oğulları sənə lazım gəlmir. Daimi olaraq nəyisə səndən qoprtmaq istəyənləri, həmişə sənin düşməninin yanında duranları( halbuki, bu iradlara cavab olaraq bir şey deyə bilməzlər) çox əzablar görmüş, istedadlı və əməksevər bütün erməni xalqı ilə yanaşı qoysaq, onun da mütləq əksəriyyəti, əminəm ki, sənin duz-çörəyin ilə harınlaşan, sonra isə nankor olan bir neçə huşu dağılmış( elə götürək bir neçə yüz) nakişinin fikrini qəbul etmir.

«Sakartvelo» qəzeti. 23-30 yanvar 1998-ci il

Gürcü dilindən tərcümə edəni:
Mirzə Məmmədoğlu.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Sayat Novanın Azərbaycan dilində yazdığı şeirlərlər

Sayat Novanın Azərbaycan dilində yazdığı şeirlərlər

Ədəbi əlaqələr, Tiflis
SƏYYADIN NƏVƏSİ  SAYAT-NOVA

SƏYYADIN NƏVƏSİ SAYAT-NOVA

Ədəbi əlaqələr, Tiflis
QƏDİM TİFLİSİN SAZ VƏ SÖZ USTALARI

QƏDİM TİFLİSİN SAZ VƏ SÖZ USTALARI

Tiflis
İRAKLİ KENÇOŞVİLİ:

İRAKLİ KENÇOŞVİLİ: "Gürcü əlyazmaları toplularında Azərbaycan nəğmə liri ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Aleksandr Abdaladze: ERMƏNİSTAN İLƏ GÜRCÜSTAN ARASINDA «GÖRÜNMƏMİŞ» MÜHARİB ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan, Tiflis, Tarix
STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

STALİN LORENİ ERMƏNİLƏRƏ NECƏ VERDİ

Bədii Tərcümə, Gürcüstan, Tarix, Qərbi Azərbaycan
Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Gürcü alim 1915-ci ildə Osmanlı Türkiyəsində baş verən hadisələrin Ermənist ...

Elm, Gürcüstan, Tiflis
BONDO ARVELADZE:

BONDO ARVELADZE: "Bütün ermənilərin katolikosu II Qarenin Tanrıdan və gürc ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

BİZİM FƏXRİMİZ ELDAR İSMAYILOV

Tiflis
Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Tbilisidə Füzuli haqqında yeni kitab nəşr olunub

Ədəbi əlaqələr, Tiflis
Tiflisli “Salman Mümtaz”

Tiflisli “Salman Mümtaz”

Tiflis
Əziz ŞƏRİF:

Əziz ŞƏRİF: "Orta əsrlərdə Azərbaycanın ən populyar lirik şairi Molla Pəna ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

VIII əsrdə və IX əsrin birinci yarısında Zaqafqaziya ölkələri və Xəzəristan

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Platon İoselianinin «XIII Georginin həyatı» əsəri və Azərbaycan mövzusu

Ədəbi əlaqələr, Bədii Tərcümə
“Molla Pənah Vaqifin şeirləri” iki dildə

“Molla Pənah Vaqifin şeirləri” iki dildə

Ədəbi əlaqələr, Bədii Tərcümə
Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ  ERMƏNİLƏRİN ROLU

Vaja Şubitidze: GÜRCÜ DÖVLƏTÇİLİYİNİN SÜQUTU İŞİNDƏ ERMƏNİLƏRİN ROLU

Bədii Tərcümə, Tiflis
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr  ...

Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri gürcü dilində təkrar nəşr ...

Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə
Rəy yazın: