Hacı MALİK XƏLİL AĞAGÜLOĞLU (1956): Rübailər... Müsabiqə, RÜBAİLƏR 3 октября 2018 "ƏN YAXŞI RÜBAİLƏR" MÜSABİQƏSİNƏ !RÜBAİLƏRBƏSİRƏT GÖZLƏRİN BAĞLANIBSA BİNADAN,NƏFSİN DOYMAYACAQ NƏ MEYDƏN, NƏ ZİNADAN.FƏQƏT, GÜN GƏLƏCƏK, ÇƏKƏCƏKSƏN KÖÇÜNÜ,QOYMAĞA MİZANA DE, NƏYİN VAR, EY NADAN?!*****HAQQIN DƏRGAHINA GETSƏN BOŞ QABIN İLƏ ,BAŞ - BAŞA QALARSAN ORDA ƏZABIN İLƏ .ÜZÜNDƏN QARANI, SAĞ İKƏN ,SAVABLA YU,ÖLƏNDƏ YUYULMAZ NÖVBƏNÖV SABUN İLƏ .*****TANRI YARADIBDIR BƏŞƏRİ MƏCHULDAN ,GEDİRİK MƏCHULA , KİMİ QUL , KİMİ SULTAN .SAVABDIR - BU GÖDƏK ÖMÜRDƏN QAZANCIMIZ ,ÖLDÜKDƏ NƏ FƏRQİ AĞANIN QARA QULDAN ?!*****FƏLƏK ZİLDƏ ÇALIR BƏMLƏRİNİ DÜNYANIN,GÖRMƏDİM BİR YOL XOŞ DƏMLƏRİNİ DÜNYANIN !GƏL AĞLAMA, BƏSDİR, GÖZÜNÜN YAŞINI SİL,GÖZ YAŞLARI YUMAZ QƏMLƏRİNİ DÜNYANIN.*****GƏR ARASAN TƏSƏLLİNİ MEYXANƏLƏRDƏ,BAŞIN QALAR QEYLÜ- QALDA,YAXAN ƏLLƏRDƏ.QOY AÇILSIN HAQQA DOĞRU BƏSİRƏT GÖZÜN,QURTULUŞU ORDA TAPIR DİVANƏLƏR DƏ.*****QULAQLAR ALDADIR ÇOX VAXT İNSANI,HƏM ŞEYTANI DİNLƏR, HƏM DƏ RƏHMANI.QƏLBİNİN SƏSİNİN OLMA ƏSİRİ ,AĞILDIR SONUNDA VERƏN FƏRMANI .*****XALQINI ZİLLƏTDƏ SAXLAYAN ŞAHI ,TUTACAQ GEC , YA TEZ , MƏZLUMUN AHI !İŞTAHLA QUL HAQQI YEYİRSƏ , DEMƏK ,BAŞININ ÜSTÜNDƏ SAYMIR ALLAHI ! *****VƏZİFƏ HEÇ KİMƏ ƏBƏDİ DEYİL,KÖPƏK TƏK , YAL GÖRÜB, EYLƏMƏ MEYL !DOLDUR ZƏHMƏTİNLƏ RUZİ TƏKNƏNİ ,BAŞDAKI TACA YOX , AĞILA ƏYİL.*****SİNƏM DƏRDLƏRİMƏ HƏBSXANƏDİR,ONLARDAN QURTULMAQ ƏBƏS YANƏDİR .ŞEŞ ÜÇÜN ATIRAM TAXTAYA ZƏRİ,DÜŞÜR YEK TƏRƏFİ , NƏ PİS XANƏDİR !*****DÜNYANIN DƏRZİSİ ALDANMIR VARA.GAH ZƏR GEYİNDİRİR BİZƏ , GAH QARA.NƏ SƏRVƏT, NƏ ZÜRYƏT, YOLDAŞIN DEYİL ON QOLAC BEZ GEDİR SƏNİNLƏ GORA !*****DAİM ŞƏR TOXUMU SƏPƏRSƏN ,ƏGƏR ,ÖZ XEYİR BAĞÇANDAN PAYIN ƏKSİLƏR .ŞEYTANA XİDMƏTDƏ KEÇƏRSƏ ÖMRÜN ,YARADAN ÜSTÜNDƏN NƏZƏRİN ÇƏKƏR .*****HƏYAT MƏKTƏBİNDƏN HƏR AN DƏRS GÖTÜR,ZƏKANLA YOLUNA AYDINLIQ GƏTİR .İNSANA XİDMƏT ET XEYİR ƏMƏLLƏ ,ALNININ TƏRİNDƏN MEYVƏLƏR BİTİR .*****NƏFSİNƏ QUL OLMA , TOX OLSUN GÖZÜN,XALQIN ÜRƏYİNDƏ YAŞASIN SÖZÜN .UNUTMA KƏLMEYİ - ŞƏHADƏTİNİ ,RÜKUDA, SƏCDƏDƏ BÜKÜLSÜN DİZİN .*****HƏYATDA ÇALIŞ Kİ , DÜZ SÖZÜN OLSUN ,ƏSLA ÇOX DANIŞMA , NƏ DƏ Kİ , ÇOX SUS.YA YAXŞI ,YA YAMAN , BİR ÜZÜN OLSUN ,ÇOXÜZLÜLÜK HƏNDƏSİ CİSMƏ MƏXSUS !*****ZƏHMƏTLƏ YEYİLƏN ACI SARIMDSAQ,YAXŞIDIR ,MİNNƏTLƏ YEYİLƏN BALDAN .YAVAN DUZ - ÇÖRƏYİ ÇƏTİN DƏ TAPSAQ,DADLIDIR TƏNƏLİ YAĞLI QOĞALDAN !*****TİBBİ RÜBAİLƏRACLIQ SARMAYINCA TA Kİ BƏDƏNİ,TƏLƏSİB DOLDURMA YAZIQ MƏDƏNİ.SÜFRƏDƏN DOYMAMIŞ DURMASAN ƏGƏR,AZAR BÜRÜYƏCƏK BÜTÜN GÖVDƏNİ.*****TÜTÜNDƏN OLMAMIŞ BİR FAYDA DUYAN,ÇƏKƏNLƏR SONUNDA OLUR PEŞİMAN.HƏR DƏFƏ HAVAYA QALXAN TÜSTÜDƏ,UÇUR SAĞLAMLIĞIN, EY QAFİL, OYAN ! *****QİDANI ÇEYNƏYİB UDMASAN ƏGƏR.O, SƏNİ İÇİNDƏN ÇEYNƏYİB DİDƏR.AĞIZ İŞLƏMƏSƏ SÜFRƏ BAŞINDA,DİŞLƏRİN YÜKÜNÜ MƏDƏNİZ ÇƏKƏR.*****NƏFSİNİN HAKİMİ OLMASAN, ƏGƏR,QAPINI DAİMA XƏSTƏLİK DÖYƏR.MƏDƏNDƏ YER SAXLA, SUYA, HAVAYA,YOXSA BAĞRIN BAŞI ŞİŞƏR, GÖYNƏYƏR.*****BİR ZİBİL QABI TƏK BAXSAN MƏDƏYƏ,QALARSAN BAŞINA HEY DÖYƏ-DÖYƏ.ƏLİNƏ KEÇƏNİ ATSAN ORAYA,QOXUSU DƏRD VERƏR BÜTÜN GÖVDƏYƏ.*****AXTARMA QİDADA ÇOX DA GÖZƏLLİK,ƏSASDIR, SADƏLİK, BİR DƏ TƏZƏLİK.HƏR KƏS YEDİYİNƏ VERSƏYDİ FİKİR,ÖMÜR QAZANARDI, AZI YÜZİLLİK.*****DAİM OTURMAQLA KEÇSƏ GƏRDİŞİN,XƏSTƏLİK İÇİNDƏN GÖRƏR ÖZ İŞİN.SAĞLAM YAŞAMAQSA AMALIN ƏGƏR,GÜNBOYU HƏRƏKƏT OLSUN VƏRDİŞİN !*****SAĞLAMLIQ NƏ MEYDƏ, NƏ ŞƏRBƏTDƏDİR,NƏ YAĞLI PLOVDA, NƏ DƏ ƏTDƏDİR.BƏSİRƏT GÖZÜNLƏ BAXSAN, GÖRƏTSƏN,XƏSTƏ O KƏSDİR Kİ, ƏTALƏTDƏDİR.*****TANRIDAN ƏMANƏT OLAN BİR CANA,XƏYANƏT EDƏNLƏR DÜŞƏR ZİYANA.SÜFRƏYƏ NÖVBƏNÖV TƏAM DÜZƏNLƏR,YOLDAŞDIR NÖVBƏNÖV ACI DƏRMANA.*****BİR ŞEYTAN XİSLƏTİ VARSA NƏFSİNDƏ,CAN RAHAT OLARMI ÖZ QƏFƏSİNDƏ ?!RUHUN QİDASINI ARASAN, ƏGƏR,TAPARSAN BİR HƏZİN AZAN SƏSİNDƏ.*****Hacı MALİK XƏLİL AĞAGÜLOĞLU (XƏLİLOV MALİK AĞAGÜL OĞLU),həkim, şair, Hacı,Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB-nin XII Qurultayının nümayəndəsi,PREZİDENT Təqaüdçüsü,ŞABRAN Rayon Mərkəzi Xəstəxanasının ALİ DƏRƏCƏLİ həkim-terapevt-kardioloqu. ZiM.AzT Ə R C Ü M E Y İ – H A LMən – XƏLİLOV (HALİLOV) MALİK AĞAGÜL OĞLU (ədəbi aləmdə təxəllüsüm - MALİK XƏLİL (HALİL) AĞAGÜLOĞLU ) 08.12.1956-cı ildə Azərbaycan Respublikasının Dəvəçi (indiki adı: ŞABRAN) rayonunun PİRƏMSƏN kəndində( köyünde) anadan olmuşam. Orta məktəbin 8-ci sinif təhsilini 1972–ci ildə doğulduğum kənddə bitirdikdən sonra, Bakı şəhərindəki 8 saylı Musiqi Təmayüllü İnternat məktəbində (indiki: Milli Konservatoriyanın Tərkibindəİncəsənət Gimnaziyası) 9-10 cu sinif təhsilimi almışam və 1974 -cü ildə oranı bitirmişəm. Kimya - biologiya fənnlərindən “Fərqlənmə diplomu“ almışam. Elə həmin ili də N . Nərimanov ad. Azərbaycan Tibb İnst- na imtahan vermşəm . Müsabiqədən keçə bilmədiyim üçün 1974–cü ildə Bakı Soyuducular Zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlamışam. Bu zavodda işləyərkən həm də yorulmadan , biliklərimi təkmilləşdirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna hazırlaşırdım. 1976 – cı ildə həmin təhsil ocağının hazırlıq şöbəsinə ( o vaxt bu şöbəni Fəhlə Fakultəsi də adlandırırdılar) daxil oldum. 1977 – ci ildə həmin institutun Müalicə - profilaktika fakultəsinə daxil oldum. 1983 - cü ildə Tibb İnstitutunu “yaxşı” və “əla” qiymətlərlə başa vuraraq həkimlik diplomunu aldım. 1983-1987 – ci illərdə Xaçmaz Rayon Mərkəzi Xəstəxanası nəzdində Aşağı – zeyid Kənd Həkim Ambulatoriyasının baş həkimi işləmişəm. 1987-1989 –cu illərdə Quba Rayon Mərkəzi Xəstəxanasın nəzdində Alpan Kənd Xəstəxanasında həkim – terapevt kimi çalıçmışam. 1989-cu ildən etibarən indiki Şabran ( köhnə adı : Dəvəçi ) Rayon Mərkəzi Xəstəxanasında həkim – terapevt kimi işləyirəm. Bu illər ərzində dəfələrlə Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya və Kardiologiya kafedralarında təkmilləşmə kurslarında olmuşam.2011-ci ildə Həkimlərin Sertifikasiyası İmtahanından könüllü olaraq keçmişəm və yüksək bal ( 100 )toplamışam. Həmin ilin Dekabrında ,yenə də könüllü olaraq, Həkimlərin Attestasiyası İmtahanından keçərək “ALİ DƏRƏCƏ “almışam. Hazırda Şabran Rayon Mərkəzi Xəstəxanasında ( həm Poliklinikada, həm də Terapiya şöbəsində) həkim – terapevt – kardioloq kimi fəaliyyət göstərirəm.Bədii yaradıcılıqla – poeziya ilə hələ zavodda fəhlə işlərkən ara –sıra maraq -lanırdım. Şeirlər yazırdım. İlk şeirim – “Əmək” adlı şeir olub. İnstituta daxil olduqdan sonra dərslərin ağırlığı – çoxluğu ucbatından poeziya ilə bir neçə il məşğul ola bilmədim. Nəhayət ki , 1981-ci ildə yenidən poetik duyğularım oyandı , məni qələmə sarılmağa sövq etdi. Ədəbiyyat aləminə bu dəfəki qayı- dışım “ANA”şeirim ilə oldu. Bu şeir, cavan ikən ( 28 yaşında) , dünyasını dəyişən- üzünü xatırlamadığım, laylasına həsrət qaldığım ( mənim 4 yaşım olub) ANAMIN əziz xatirəsinə həsr olunub.Sonralar, yeni –yeni poetik nümunələrimlə dövri mətbuatda ara – sıra görünməyə başladım. 1987 – ci ildə ATAM dünyasını dəyişdi . Onun ölümündən həddən artıq sarsıldığım üçün lirik , şən poeziyadan uzaqlaşdım. Bir neçə il mətbuatla əlaqəni kəsdim. Ruh düşgünlüyündə olduğum üçün tək- tək qəmli şeirlər yazırdım. Bu minvalla yazdığım şeirlər elə evdə- arxivimdə yatıb qalırdı. Nəhayət ki , 2000- ci ildə özümü toparlayıb yazılarıma sahib çıxdım və ard-ardıyca 2 kitabımı nəşr etdirdim :1 “BƏXTİMİN SORAĞINDA“ – şeirlər kitabı ( Azərnəşr, 2000-ci il, 1000 nüsxə);2 “KAŞ Kİ QAYITMAYAYDIM...” – xatirə - povesti( Azərnəşr, 2000-ci il,1000 nüsxə)Sonralar yaradıcılıqla sıx məşğul olmağa başladım.Dövri mətbuatda, həm ədəbi – bədii , həm də tibbi (sağlamlıq mövzusunda) yazılarım dərc olunmağa başladı. 2003 – cü ildə folklor janrında yazdığım (bayatılardan, qəzəllərdən, yanıltmaclardan ,aforizmlərdən və s. ibarət ) yeni - 3-cü kitabım nəşr olundu.“ŞABRAN BAYATILARI VƏ...” ( OZAN nəşriyyatı, 2003-cü il, 500 nüsxə,) adlanan bu kitabıma böyük yazıçımız, professor – mərhum ƏZİZƏ CƏFƏRZADƏ ön söz yazmışdır. Həmin kitabım oxucular tərəfindən çox böyük maraqla qarşılandı. Sonralar 4 -cü kitabım- “BİZƏ İTKİN DEMƏYİN !..” – povestim( Azərnəşr 2005-ci il , 500 nüsxə ) çap olundu. Əsərimə ön sözü mərhum alimimiz – filologiya elmləri doktoru , professor VAQİF ARZUMANLI yazmışdır . 5 – ci kitabım - “GÖRƏN GÖZLƏR GÖZƏL GÖRSƏ“ adlı şeirlər kitabı ( Zərdabi LTD nəşriyyatı, 2016 – cı il , 500 nüsxə ) ; 6 –cı kitabım - “HƏKİM ADAMSAN ...”- adlı satirik – yumoristik hekayələr kitabı ( Çap ərəfəsindədir ).“ Herba Flora “ tibbi jurnalında, “ Tibb “ qəzetində ara – sıra tibbi mövzularda yazılarım çıxır. “ Ədəbiyyat “ qəzetində , “Azərbaycan “, jurnalında ŞABRANDA çıxan “ Şabran “ qəzetində poeziya nümunələrim dərc olunur ! Televiziya proqramlarına tez -tez çıxmaq çətin məsələ olduğundan ara- sıra efirlərdə yer alıram.Adım “AZƏRBAYCAN YAZIÇILARI XX - XXI YÜZİLLİKDƏ”adlı Ensiklopediyada ( “NURLAR”nəşriyyatı, 2011 – ci il ,BAKI) yer almışdır.Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayının nümayəndəsi olmuşam !Şeirlərim Türkiyədə nəşr olunan “ Avrasiya Şairləri Antolojisi” kitabında da yer almışdır .AYB – nin təqdimatına əsasən 2017- ci ildə Prezident təqaüdünə layiq görülmüşəm !ƏLAVƏ : Rus , Türk dillərində sərbast danışmağı , yazmağı və oxumağı bacarıram . Musiqi ilə çox maraqlanıram . Milli musiqilərimizi , muğam və təsniflərimizi ürəkdən sevirəm . Şəriət qaydaları ilə yaşayan, UCA ALLAHIN buyurduğu fərzlərə, MƏHƏMMƏD peyğəmbərin (S.Ə.V.) qoyduğu sünnətlərə bacardığım qədər riayət etməyə çalışan, oruc tutan , namaz qılan bir mömin bəndəyəm. Müsəlman olmağın 5 vacib şərtlərindən biri də HƏCC ziyarətinə səfər etməkdir ki ,bunu da ALLAH mənə 2014 – cü ildə nəsib etdi . HACI adini daşidiğim üçün özümü çox xoşbəxt hiss edirəm. Hazırda yeni kitabımın üzərində çalışıram . Ömür –gün yoldaşım – ASƏFLİ TURAN – həkim – ginekoloq kimi xalqımıza öz köməyini əsirgəmir və həm də həyatda mənim ən yaxın dostum və dayağımdır ! Əsasən qoşma , gəraylı , təcnis , müxəmməs və bayatı janrlarında yazıram . Xüsusən də bayatılar yazmağı çox sevirəm . Hazırda 400-dən çox bayatıla- rım var . Qəzəl janrında da bir neçə nümunələrim var . Lakin qəzəlin ağır janr olduğunu , onun məsuliyyətini dərk etdiyim üçün bu sahədə qələmimi geniş sınamağa ehtiyat edirəm . Yanıltmaclar , aforizmlər , alqışlar ,qarğışlar yazmağı da çox xoşlayıram .Bunların çoxusu , “ Şabran bayatıları və...” kitabımda dərc olunub. Amma yeni – yeni fikirlərim toplanıb ki , onları çap ərəfəsində olan kitabıma daxil etmək fikrindəyəm!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.