İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən bir parça

İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən  bir parça Aşıqlar bayram günlərində

Bohema yalnız Tiflisdə ola bilər.
Gürcüstanın hüdudları daxilində Tiflis bohemaya müvafiq sahənin ayrıldığı yeganə şəhərdir.


Hər bir dövrün öz poeziyası vardır, amma bu poeziya həmişə ədəbiyyatla yayılmır. Tiflis aşıqları və sazandarlar mahnılar ilə və şifahi nitqlə öz poeziyalarını yayırdılar.
Şatobrian (Fransız yazıçısı Fransua Rene de Şatobrian - M.M.) söyləyir:

“Hələ mahnı oxuyurlar, sonra yazırlar”.

Bizim aşıqlar isə bir-ikisini çıxmaqla, heç bir zaman yazmırdılar. Onlar özlərinin şüur valında şifahi olaraq bütün əsrin zehni xəzinəsini daşıyırdılar və bu tükənməz material mahnı şəklində bizə qədər gəlib çatırdı. Köhnə vaxtlar Tiflisin küçələrində ovsunlanmış gəlib keçənlərin nəfəsini qısmış halda dinlədiyi mahnı eşidilirdi.

İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən  bir parça“Açıq havada təşkil olunmuş konsertlər yerli əhalinin musiqi istedadını aşkarlayırdı. Bu konsertlər adi olaraq gündəlik zəhmətdən yorulub evə qayıdan dükançılar, sənətkarlar və başqa əmək adamları tərəfindən keçirilirdi” (Kavkaz”, 1894-cü il, №52).

Mahnı şifahi ədəbiyatın yayılmasında ən güclü vasitədir. Mahnı təkcə insana deyil, eləcə də zəhərli ilanlara da təsir göstərir. Musiqini eşidəndə bu ilanlar bəzən rəqs edirlər və sakitləşirlər. Budur, Şota da deyir: ”Şirin dil ilə ilanı da yuvasından çıxarmaq olar”. Kəndi, istərsə də qəsəbə-şəhərləri dolaşan, el şənliklərində, qəhvəxanalarda mahnının vasitəsi ilə xalq poeziyasının nümunələrini yayan “şirin dillilər” bizim aşıqlar idilər.
İosif Qrişaşvilinin “Qədim Tiflisin ədəbi boheması” əsərindən  bir parçaAkademik N.Marr yazır:” gürcü ədəbiyyatının populyarlaşmasına kilsə bayramları güclü yardım göstərirdi... Gürcüstanın bütün guşələrindən ən yaxşı müğənnilər və xalq nəğməkarları (zurnaçı, sazandar) bu bayrama toplaşırdılar. Bu müğənnilərin vasitəsi ilə gürcü ədəbiyyatının, az, istərsə də çox, görkəmli və arzu olunan nümunələri xalq arasına çıxırdı”.

Tiflis yaxınlığında ikonaıarı ilə Tiflisdən çoxlu camaatı özünə cəlb edən çoxlu kilsə vardır. Bolnisoba, Barbaroba, Şavnabatoba, Teletoba, Ğvtaeoba, Elioba, Tsinanauroba və sair.
Tifıisin ğaracoxeliləri (qaracuxalıları) klerikalizmə aludəçiliklə hər halda günahlandıra bilmərik. Köhnə vaxtlarda şəhərətrafında yalnız iki əyləncə yeri mövcud idi: Sadə camaat üçün Ortacala bağları və Avropa tərbiyəsini almışıar üçün Müştəhid bağı. Buna görə bu bayram günləri də Ğaracoxelilər ünün sağlam təbiət qoynunda bir yerə yığılmış duyğuya tamamilə sərbəstlik verdiyi və bütün üç gün ərzində ürəkdən sərxoşluq etdikləri əyləncəli yer idi.
Onlar kef çəkdikləri barədə olduğu qədər kilsə duaları barəsində düşünmürdülər.

“Qadın əgər xəstə olarsa,
Aparacaqlar yüyürtmə.
Hər halda bir dəfə atılıb düşərsə,
Nə istəyirsən, ola bilməz ki, ona xeyri dəyməyə”.

Əgər bu günlərdə qadın üçün atılıb düşmək, illah da xəsət qadın üçün bir növ müalicəvi idi. Aydındır ki, Tiflisli ğaraçoxelilər necə bir eşqlə bu kilsə bayram günlərini qarşılayırdılar.
Ailənin ixtiyar üzvləri və ailə, arvad-uşaq kilim sərilmiş arabalar ilə, imkanlı qaraçoxelilər isə irəlicədən kirayələnmiş faytonla yola çıxırdılar.
Getməmişdən öncə əvvəlcə bir çərək şərabdan vurur, sonra qəlyanı ağızlarına alır və beləcə yaxşıca həvəsə gəlmiş halda xoşhallanar və zümzümə edərək əhd olunan ibadətxanaya gedirdilər.

“Mənim qəlbim məhz elə isti təndirdir,
Dostluq etməyi mən də bilirəm.”

Şübhəsiz, üç atın qoşulmalı olduğu faytonlar fövqəladə şəkildə yaşıl budaqlarla bəzədilirdi. Atların boğazlarından zınqırovlar asılırdı, yalmanlarından isə Bağdad yaylığı dəstə-dəstə bağlanırdı.
Bəziləri öz atları ilə yola çıxırdılar, bəziləri isə ələlxüsus, “niyyət edən”qadınlar ayaq yalın da gedirdilər.
Havaların əlverişsiz keçməsi heç kimə mane olmurdu.
Bu kilsələrin barısında bəzi dükançı, xüsusilə, belə “xoşbəxt gün üçün” daimi mənzillər də inşa etmişdi.
Bildiyimiz kimi, bu əhli-keflər allahdan qorxan deyildilər. Onların başları müxtəlif sufi cır-cındırlarından azad idi, amma onlar dədə-baba adətlərinə əməl edirdilər və bu kilsə bayramında yalnız və yalnız allah yolunda qurban kəsməyə inanırdılar.
Bir tiflisili şair- Xəyal Qazaxlı öz hisslərini ifadə etmək üçün bu cür müqayisəyə müraciət edir:

“Mənə səni qucaqlamaq çətin oldu,
Eşqinlə məni alçaltdın, mənim qatilim oldun,
İbadədgahsan, qüdrətli ikonasan,
Mən sənin qapına qurban kimi gəldim.”

Aşıqlar bu cür şənliklərdə lazım olan kefi, əyləncəni verirdilər.

Gürcü dilindən tərcümə edən:
Mirzə Məmmədoğlu.

Şəkillərdə:
1. Niko Pirosmani "Qaraçoxelilərin kef məclisi".
2. Qədim Tiflisin aşıqlarından biri Haziranın dəstəsi.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

---
Yakob Qoqebaşvili:

Yakob Qoqebaşvili: "Çar İrakli və inqilo qadın"

Ədəbi əlaqələr, Bədii Tərcümə
Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Elida Muxayeva: Qadın olmaq üçün bir gün...

Köşə yazılar
QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

QƏDİM TİFLİSİN QƏDİM MƏSCİDLƏRİ

Tiflis
«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

«BU QƏDİM TİFLİSİN QƏDİMLİYİNDƏ»

Folklor, Ədəbi əlaqələr, Tiflis

"1886-cı ildə Gürcüstan ərazisində 148 272 nəfər müsəlman yaşayırdı..."

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Tiflisin xanəndələrndən olan Səttara həsr olunmuş bir şeir

Bədii Tərcümə, Tiflis
XAQANİ VƏ GÜRCÜSTAN

XAQANİ VƏ GÜRCÜSTAN

Ədəbi əlaqələr, Tiflis
Yakob AXUAŞVİLİ:

Yakob AXUAŞVİLİ: "GÜRCÜSTANDA ERMƏNİ VƏ GÜRCÜLƏRİN ETNİK PROSESLƏRİ"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Gürcüstan
Tea Marxvaidze:

Tea Marxvaidze: "ERMƏNİLƏR ABXAZİYAYA NECƏ KÖÇÜRÜLDÜLƏR?"

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tarix
Xalq yazıçısı Elçinin

Xalq yazıçısı Elçinin "Sarı gəlin" hekayəsi gürcü dilində

Nəsr, Tiflis
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
QURBAN QURBANOV  (1927-2001)

QURBAN QURBANOV (1927-2001)

Başkeçid
Səadət BUTA: BAYATILAR

Səadət BUTA: BAYATILAR

Tiflis, Başkeçid
SƏRQİN  İLK  OPERA  YAZAN  QADIN  BƏSTƏKARI  ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

SƏRQİN İLK OPERA YAZAN QADIN BƏSTƏKARI ŞƏFİQƏ XANIM AXUNDOVANIN TALEH ...

Mədəniyyət
Abbas Abdulla: Borçalı elləri haqqında

Abbas Abdulla: Borçalı elləri haqqında

Bolus
Gənc müğənni İlahə Mələklə müsahibə

Gənc müğənni İlahə Mələklə müsahibə

Şou
İRAKLİ KENÇOŞVİLİ:

İRAKLİ KENÇOŞVİLİ: "Gürcü əlyazmaları toplularında Azərbaycan nəğmə liri ...

Ədəbi əlaqələr, Bədii Tərcümə
AZƏRRBAYCANLILARIN DOSTU - Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili

AZƏRRBAYCANLILARIN DOSTU - Böyük gürcü yazıçısı Mixeil Cavaxişvili

Ədəbi əlaqələr, Bədii Tərcümə
Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

Tiflisdə gürcü şairi Nikoloz Barataşvilinin anadan olmasının 200 illiyinə h ...

M.F.Axundzadə adına Muzey, Ədəbi əlaqələr
Rəy yazın: