MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2

MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2 MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2 MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2 MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2
"MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 1"-in Davamı


MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2

XI FƏSİL

Artıq əvvəlki söhbətlərimin birində xatırladığım Xorasan komissiyası ilə səyahətim zamanı Teharandan dağlarda bizi yaxalayan sərt soyuqlara görə işimizin davam etdirilməsinə maneçilik törədildiyinə görə Bujnurtda bir neçə həftə qalmaq əmrini aldıq və biz son dərəcə lütvkar, qonaqpərvər olan Bujnurt qubernatorunun evində yerləşdik. O, bizim bu şəhərə gəlişimizin çox xoş olması üçün əlindən gələni edirdi. Vaxt aşırı ov da təşkil etdi ki, bunda da, etiraf etdim ki. iştirak etməyi sevmirdim. Belə ki, yeganə öz kefiniı sürmək məqsədi ilə öldürdükləri yazıq heyvanlara həyacansız və rəhmsiz halda baxa bilmirdim. Bir dəfə komissiyanın rəisi Süleyman xan Sahibi İxtiyar mənim şərəfimə möhtəşəm bir ov təşkil etdi. Mən bu fərq qoyma əlamətindən, şübhəsiz, əlahiddə şəkildə ruhlanmışdım və əlbəttə, onun dəvətindən imtina edə bilməzdm. Şəhərin bütün əsilzadələri bu ovda iştirak edirdi və onların hər biri xalasının əri olan şah əlahəzrətlərinin sevimlisi, Əfşar tayfasının ulu babası, mötəbər 70 yaşlı qoca tərəfindən dəvət olunmaq şərəfinə nail olmaqlarından çox məmnun idilər. Onların hamısı bər-bəzəkli, yəhərli atla gəldilər. Onlardan bir neçəsi bir sürü ov iti ilə, digəri öyrədilmiş şahin ilə idilər. Qubernator özünün bütün dəstəsinin müşaiyəti ilə çox dəbdəbəli şəkildə bəzədilmiş atla gəldi. Duracaq gətirəcəyimiz yerə getməmiş Sahibi İxtiryar elan etdi ki, o mənim şərəfinə ilk atəşi açır. Ov başladı; buraxılan itlər müxtəlif istiqamətlərə dağılaraq kol dibində gizlənən ov quşlarını hürkütməyə başladılar.
Birdən itlərinin birinin hürmə səsi eşidildi və elə həmin an möhtəşəm bir qırqovul sıx meşəlikdən havaya qalxdı. Mən heç bir zaman belə bir növ gözəl quş görməmişdim. Göründüyü kimi, üfüqün bütün rəngləri günəş şüaları altında bahalı daşlar kimi işıldayan parlaq lələklərinə hopmuşdu. Başındaklı bəzəkli kəkil onun mütənasib bədənini məğrurcasına gözəlləşdirirdi. Ürəyim belə bir fikirdən sıxılırdı ki, haqlı olaraq onu təbiətin ən gözəl bəzəyi kimi adlandırdığımız bu gözəl məxluq bir andan sonra torpaq üzərində hərəkətsiz qalacaqdır. Məgər Tanrı onu bu qədər gözəl, parlaq yaratmışdır ki, insan əli rəhm etmədən onu özünün bir ani xülyası üçün oldürsün. Sahibi İxtiyar əlində tüfəng atəş açmağa hazırlaşırdı ki, həmin an nə etdiyim barədə özümə hesabat vermədən onun üstünə atılaraq bu quşu öldürməməsi üçün yalvardım, onu da əlavə etdim ki, belə ki, o quş mənə məxsusdur, mən onun həyatının bağışlanmasını istərdim. Bütün orda olanlar ovçuların zövqündə qəribə ziddiyəti göstərən bu fövqəladə xahişdən təəccüblənmişdilər və ovun sonuna kimi söhbət yalınz bu barədə idi.
İki həftədən sonra Bujnurtdan getməli olduğumuz gün mən səhər tezdən oyandım. Çox soyuq idi, qalanmış buxarıya yaxınlaşdım. Közü qarışdırmaq istəyirdim ki, birdən həyət tərəfdən güclü səs-küy eşitdim. Mən pəncərə önündə divar tərəfdən bir neçə kərpic və yer üzərində dalaşan iki pişik gördüm. Göründüyü kimi, heyvanlar divarda öz savaşlarını başlayıblar ki, kərpic onların ağırlığından dağılanda onlar yerə yıxılıblar. Mən pəncərəyə yaxınlaşan kimi tapançadan atəş səsi eşidildi. Güllə mənim qulağımın dibindən vıyıltı ilə keçərək pəncərənin çərçivəsini deşdi. Nədir baş verən: Bu ərəfədə mən tapançanı doldurmağı işlər müdirinə tapşırdım. Belə ki, o birisi gün biz yola düşməliyik. Güman ki, onu dolduran zaman fikir verməndən patronu əlindən yerə salıb, iş görüləndən sonra təmizlik işləri aparan xidmətçilərdən biri onun nə olduğuna məhəl qoymayaraq buxarıya atıb. Alov patrona düşən kimi şübsüz ki, partlayış baş verib. Buxarıdan aranlanmasa idim, həyətdə nəyin baş verməsinə qə baxmasa idim, onun qurbanı da mən ola bilərdim. Bu barədə xəbər bütün şəhərə yayıldı və hamı inandı ki, Tanrı məni ov günü həmin o yazıq quşun həyatını xilas etməyə məcbur edən humanist hisslərimə rəğmən bu labüd ölümdən xilas etdi.

XII FƏSİL

Tehrana qayıdan zaman İranın Konstantinopoldakı səfirliyinin birinci katibi ilə tanış oldum. Mən onunla ilk dəfə xarici işlər nazirliyində rastlaşdım. O, həmişə çox gözəl geyinirdi və varlı ailədən olduğu görünürdü. Belə ki, o da məni kimi əslən Təbrizdən idi. Eyni zamanda başqlarından seçilən ağıla, gözəl əxlaqa malk idi. Odur ki, onunla mən də söhbət etməyi çox sevirdim və tezliklə bizim tanışlığımız dostluğa çevrildi.
Biz tez-tez bir-birimizə baş çəkirdik. Söhbətimiz həmişə qızğın keçirdi. Konstantinopolda səfirliyin katibi təyin olunana kimi o, Parisdə İran missiyasının katibi idi. Avropa üzrə çox səyahət etmiş, ümumiyyətlə, fövqəladə savada malik və dərrakəli bir insan idi. Bir axşam mənim yanımda oturaraq intihardan söhbət saldı. Qəmli vaxtlarında həyatına qəsd edən insanlara haqq qazandırması məni çox təəccübləndirdi. O intiharı qəhrəmanlıq hərəkəti adlandırır və əmin edirdi ki, həyat həddindən artıq məşəqətli olanda, onunla haqq-hesab çürütmək üçün çox böyük cəsarət olmalıdır. O dedi ki, bundan böyük nə ola bilər ki, rəzil bir həyat sürməkdənsə və halal insanın üstünə gülən taleyin qabağında baş əyməkdənsə, insan bədbinliyin ağrıları altında haldan düşən zaman yaxınlara və cəmiyyətə tam xeyirli olmaq niyyəti ilə fədakarcasına ölməyə üstünlük verir. Mən tamamilə bunun əksi olan fikirdə idim. Mən sübut etdim ki, həyatın bütün çətinliklərini səbrlə və təmkinlə dəf edərək, taleyin zərbəsini mətanətlə rədd edən insan xarakterin gücünü üzərə çıxardır və bu bərabər olmayan mübarizədə qalib çıxır.

Onu əmin etmək üçün aşağıdakı tarixi hekayəti sübut olaraq ona misal gətirdim: «Çox qədim bir zamanlarda İran sakinləri Turan əhalisi ilə müharibəyə qalxdı. Günlərin bir günü Turan şahı müharibədə qələbə çaldı, iranlıların paytaxtını ələ keçirdli, onların şahını qətlə yetirdi və İran taxt-tacının varisini, ölən şahın oğlunu əsir götürdü. Bədbəxt şahzadəni Turana göndərməli idilər. Budur, bu gediş zamanı xoşbəxt hadisə üzündən o, öz gözətçilərini aldatmağa və qaçmağa müvəffəq olur. O, qonşu tayfada gizlənir ki, bu tayfa da ona əsgər dəstəsi verir. O bunun köməyi ilə öz ata taxt-tacını qaytarmaq işğalçıları qovmaq istəyir. Lakin bədbəxtlikdən o müharibədə məğlub olur və yenidən qaçmaqla xilas olmağa məcbur olur. Onun iti qaçan sədaqətli atı olmasa idi, düşmənin oxuna tuş gələcəkdi. Bir neçə saatdan sonra bu iti qaçan, əsil heyvan təpənin ətəyində yıxılıb ölür. Şahzadə ən yaxın dost kimi sevdiyi atının halına acı-acı ağlayır və öz yoluna piyada davam etməyə məcbur olur. Yorğunluqdan, aclıqdan, susuzluqdan haldan düşən bu qonaqsevməz düzənlikdə bəbbəxt şahzadə ayağını güclə çəkib aparırdı. Bir kiçiçik bulud belə yox idi ki, günəşin yandırıcı şüalarından xilas ola idi, bir damçı su yox idi ki, qurumuş dodaqlarını islada idi. O artıq ölməyə hazırlaşırdı ki, Uzaqda bir sıx meşəlik gördü, son gücünü toplayaq özünü ora yetirdi və orada bir neçə giləmeyvə dərib yığaraq bir az hala gəldi. Yalnız giləmeyvə ilə qidalanaraq və gecələri nəmli torpağın üzərində gecələyək İki gün ərzində bu meşəlikdə veyilləndi. Nəhayət, darıxdırıcı bir surətdə acınacaqlı həyat sürdüyündən, aclıqdan əziyyət çəkdiyindən və paltarı çırıq-cındır hala düşdüyündən, bürünməyə bir şeyi olmadığından ölmək qərarına gəlir, lakin özünü intihar etmək üçün yanında heç bir silah yox idi. O, meşəliyin yaxınlığında yerləşən, yüksək dağa, sıldırım qayalıqlara çıxmaq və oradan özünü atmaq qərarına gəlir. O, gedərək dağa çatır və ona dırmaşmağa başlayır. Lakin günəş onu rəhimsizcəsinə yandırır, isti hava dözülməz idi. O, tamamilə bütün imkanlardan məhrum olur, tamamilə taqətdən düşür və öz yolunu davam etdirə bilmir. Xoşbəxtlikdən onun qarşısına bir mağara çıxır. O bu mağaraya girir ki, bir az dincəlsin və sonra yenə də dağın zirvəsinə doğru yolunu dava etdirsin. Yorğunluqdan taqətdən düşərək yerə yıxılır və bir neçə vaxtdan sonra özündən iki qat böyük olan buğdanı yarıqda olan qarışqa yuvasına aparan qarışqa gözünə sataşır. Bu həşərat üç dəfə öz cəhdini göstərir və üçüncü dəfə onun mətinliyi mükafatlandırılır, o buğdanı istədiyi yerə çıxartmağa nail olur. Bu mənzərəni seyr edən şahzadə br anlığa öz bədbəxtliklərini unudur. Həşəratın hərəkətini izləyən şahzadənin gözunə istər-istəməz mağaranın tavanında öz torunu hörən hörümçəyi görür. Tor hazır olanda milçək uçub gələrək bu incə toxumanı qarışdırıb dağıdaraq vızıltı ilə ordan uzaqlaşır. Hörümçək yenə də öz işinə başlayır.

Bir neçə dəqiqədən sonra ikinci bi milçək torun üstünə qonur və birinci milçək kimi toru dağıdaraq uçub gedir. Hörumçək yenə də səbrlə öz torunu təmir etməyə başlayır. Nəhayət, üçüncü milçək uçub gələrək tora qonur və tordan xilas olmaq üçün əbəs yerə göstərdiyi cəhdlərdən sonra hər tərəfdən tora dolaşaraq hörümçəyə yem olur. Böyük maraqla bu səhnəni izləyən şahzadənin beyninə qəflətən belə bir fikir gəlir: «Hər şeydən öncə buğdanı yarıqdakı yuvaya çıxartmaq istəyən qarışqa iki dəfə onu əlindən yerə salır və yenidən özünün əziyyətli işini görməyə başlayır və yalnız üçünçü cəhddən sonra o öz niyyətinə çatmağa müvəffəq olur. Məgər buğda dənəsini aparmağın qarışqa üçün çətin olması qədərmi mənə taxt tacı almaq çətindir? Məgər hörümçək onun torunu milçək hər dağıdanda həmişə səbrlə dözməyibmi? Nəhayət, öz məqsədinə nail olmayıbmı? Əgər mən qarışqanın və hörümçəyin səbr və mətanətini yamsılasam, onda mənə talenin göndərdiyi bütün sınaqlar üzərində mən də qələbə çala bilməyəcəyəmmi? Şahzadənin qeyrəti Tanrı tərəfindən göndərilən bu iki nümunə onu çoşdurur və o bütün maniələri dəf etmək qərarına gəlir və iknci dəfə öz hüququq qarymağa cəhd göstərir. O elə həmin an dağlardan aşağı enərək meşəliyə qayıdır, burada bir neçə ağac kökündən yeyərək və kollar arasında axan şəffaf çaydan su içərək özünü bir az toxtayır. O qonşu bir tayfaya gəlib çıxır, bu tayfa ona kömək etməyə razılaşır və bu dəfə ona öz paytaxtından Turan fırıldaqçısını qovmağa nail olur».
Öz hekayətimi başa çatdırandan sonra mən Məmmədağa tərəfindən etirazı eşitməyə hazırlaşdım, lakin mən çox təəccübləndim ki, o heç nə demədi və bir neçə dəqiqəlik sükutdan sonra söhbətin mövzusunu dəyişdi. Bir neçə gündən sonra mən Tiflisə getməli idim. Mən Məmmədağanı bir daha görmədim.
Bundan bir il sonra mən hökumətin əmri ilə Tfilisdən Ənzəliyə gəlməli idim. Ora gedərək şahın sarayında duruş gətirdim. Burada dostum Məmmədağa ilə rastlaşdım. O məni görəndə olduqça çox sevindi. Biz bir yerdə nahar etdik, nahardan sonra Tehranda birgə keçirdiyimiz son gecəni xatırlayıb xatırlamadığımı və nədən söhbət etdiyimizi məndən soruşdu. Mən ona müsbət cavab verdim. –Deməli,- o mənə üz tutaraq,- indi mən sizə mənim üçün həmin o unudulmaz gecədə olan söhbətimizimin nəticəsi barəsində danışacağam,- dedi və o sonra bunları nəql etdi.

Diplomatik nümayəndə ilə bəzi anlaşılmazlıq üzündən Konstantinopolda İran səfirliyində öz yerini tərk etməyə məcbur olan bu adam özünə başqa iş tapmaq üçün Tehrana gedir. Lakin vaxt keçir, boş vakansiya olmur. Belə ki, özünün bütün pulunu az-az xərcləyir və nəhayət, tamamilə yoxsul bir vəziyyətə düşür. O bütün qiymətli şeylərini satır və nəhayət, onun yalnız tapançası qalır ki, bunu da son ümidini itirən zaman alnına vurmaq üçün saxlayırmış. Həmin axşam qəti olaraq o həyatı ilə vidalaşmaq qərarına gəlir və ən yaxşı bir dostu olaraq son dəfə məni görmək üçün yanıma gəlir və buna görə də intihardan söz salır. Lakin mənim söhbətim ona güclü təsir edir və o öz niyyətini təxirə salır və son cəhdi də sınamaq qərarına gəlir. O tapançanı satır, əldə etdyi pulu xərcləyəndən sonra həyatda heç bir vəsait əldə edə bilmədiyi zaman özünü zəhərləmək qərarına gəlir. İki gün ərzində onun bu məbləği tükənməli idi ki, yanına xarici işlər nazirliyindən kuryer gələrək ona bildirir ki, nazir onu öz yanına çagırtdırıb. O elə həmin an nazirliyə yola düşür və orada öyrənir ki, nazir onu bu günlərdə Xorosanda təyin olunan şəxsin yerinə türk şöbəsinin rəiisi təyin edib. Belə ki, o, Türkiyə işlərinin gedişi ilə yaxşı tanış imiş. O, nazirin getdikcə daha çox etibarını qazanır və İsveçin fövqəladə səfirliyi şah əlahəzrətlərinə İsveçin yüksək ordenini vermək üçün Tehrana yollanaraq Ənzəliyə gələndə o Tehrana kimi müşaiyət etməli olduğundan səfirliyi qarşılamaq üçün ora göndərilir. Deməli belə, o niyə Ənzəliyə gəlib çıxıb. Bütün bunları mənə danışaraq ilk fürsət düşən kimi Tiflisdə mənə göndərmək üçün Tehranda sifariş etdiyi əla bir qələmdanı hədiyyə etdi. Qılafı açan kimi, onu da qeyd edim ki, mən zinətli qızıl ilə naxışlanmış mürəkkəb qabını gördüm. Onun üzərində bu sözlər həkk olunmuşdu:

«Bədbəxtin həyatını xilas edən söz xeyir-dualıdır.»

MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 1

MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 1

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Cənubi Azərbaycan
Yakob Qoqebaşvili:

Yakob Qoqebaşvili: "Çar İrakli və inqilo qadın"

Ədəbi əlaqələr, Bədii Tərcümə
Millət vəkili QƏNİRƏ PAŞAYEVA:  -

Millət vəkili QƏNİRƏ PAŞAYEVA: - "Mənim “Əsrdən uzun gün”üm…"

Milli Məclis, Publisistika
Zurab Kobaliya:

Zurab Kobaliya: "BALIQÇI" (hekayə)

Bədii Tərcümə
Sevgi... (Hekayə)

Sevgi... (Hekayə)

Nəsr, Müsabiqə
İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

İlk qonorarını şagird olanda alan jurnalist - Keçmişdəki mən

BDU, Borçalı
Əflatun KEŞƏLİ  -  BEŞ QƏPİK (Xatirə-yazı)

Əflatun KEŞƏLİ - BEŞ QƏPİK (Xatirə-yazı)

Nəsr, Borçalı
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Təranə Yusifqızının hekayələri

Təranə Yusifqızının hekayələri

Nəsr, Müsabiqə
Sadiq GÖZƏLOV:

Sadiq GÖZƏLOV: "Hüquq və filologiya fakültələri qaldı bir kənarda, jurnali ...

Hüquq
Səkinə  ananın  baxışları  (Hekayə)

Səkinə ananın baxışları (Hekayə)

AzTU, Nəsr
Gənc istedad: Aysu Arpaçaylı

Gənc istedad: Aysu Arpaçaylı

Nəsr
Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Moskvada xüsusi saxlanma məntəqəsində saxlanılan FUAD ABBASOVla müsahibə

Rusiya, Diaspora
N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

N.MƏMMƏDZADƏ: Fikrətin ruh qardaşı...

Borçalı
Meyxoş Abdullah:

Meyxoş Abdullah: "Gecə qapısı döyülən qadın..." (hekayə)

Nəsr, Müsabiqə
Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Nurlan Süleymanlı: “Əsas odur ki, ilk addımı atmışam” - Debüt

Mədəniyyət
Ondan öyrənir və ona bənzəməyə çalışıram

Ondan öyrənir və ona bənzəməyə çalışıram

"Elm və Təhsil", Başkeçid
Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Ə.Vəzirovun 29 ildən sonra KİV-ə verdiyi ilk müsahibə

Bakı, MEDİA, Tarix, Rusiya
Lavrenti Çiçinadze: “NADİR ŞAHIN QILINCI”   (Tarixi hekayə)

Lavrenti Çiçinadze: “NADİR ŞAHIN QILINCI” (Tarixi hekayə)

Bədii Tərcümə, Müsabiqə
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Rəy yazın: