MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 1 Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis, Cənubi Azərbaycan 19 мая 2016 Tiflisin D. Çonkadze küçəsinin 11 saylı ünvanında (keçmişdə İ.Qudoviç küçəsində) kiçik, qəşəng bir ev yerləşir. «İran konsulunun evi», «Almaz sarayı» adlanan bu ev, göründüyü kimi, artıq ev deyildir, ondan nəsə qalmışdır. Buna baxmayaraq o, yaddaşda İran konsulu Rza xanın adı ilə bağlıdır. Əvvəllər İran konsulluğu olan bu evdə konsul Mirzə Rza xan yaşayıb. Ev XIX əsrdə inşa olunub. Lap başdan bu ev Tiflisə işləməyə gələn alman mühəndisə məxsus olub. Sonra ondan İranın Gürcüstandakı konsulu Mirzə Rza xan İrəvani alıb. Gürcüstana əlahiddə şəkildə gətirilən azərbaycanlı ustalar tərəfindən yerinə yetirilən işlər nəticəsində ev şərq simasını alıb. Salonun qapısında və evin fasadında fars yazıları və İran rəmzləri əks olunub. Hazırda salondan başqa binanın yalnız bir otağında bir xətər yetirilmədən tavanın nadir naxışları qorunub saxlanılıbdır. Bəzədilmiş keramikada təsvir olunan heç bir peyjaz və güllər toplusu təkrar olunmur. Tiflisdə tavanın bu cür naxışları başqa yerdə bizə heç rast gəlmir. Borjomidə soydaşlarımızdan da istirahət edənlər və yaxud da onun «Firuzə» adını eşidənlər çoxdur. Mirzə Rza xanın istirahət evi şəhərdən kənar olub. Kiçik həyat yoldaşının şərəfinə bu evi tikdirmişdir. Onlar burada vadinin nağılvari mənzərəsində istirahət edirdilər. Tiflis memarlığından kəskin şəkildə fərqlənən, İran üsulunda firuzə rəngli, qəşəng naxışlarla bəzənmiş binanın fasadı bura gələnlərin diqqətini həmişə cəlb edib. Eyvanın içərisi, divarlar və tavan gözəl güzgü kimi parlaq naxışlar ilə bəzədilib. Hər iki ev İran konsulunun evi adlanır. Hər iki binanın divarında asılan kiçik lövhədə «Mirzə Rza xan» sözləri yazılıb.* * * * * Tiflisdə yaşayıb yaradan dəyərli soydaşımız, istedadlı qələm dostumuz, tanınmış tərcüməçi Mirzə Məmmədoğlu bu günlərdə mətbuata Mirzə Rza xan haqqında ətraflı məlumat verməklə yanaşı, onun xatirələrini də tapıb tərcümə edərək oxuculara təqdim etmişdir. M.Məmmədoğlu bu günlərdə bizə ünvanladığı məktubunda yazırmışdır:"Mirzə Rza xanın xatirələri çoxdur. Onun bir neçə xatirəsini əvvəllər tərcümə edib oxuculara çatdırmışdım. Və eyni zamanda İRAN ŞAHI ƏLAHƏZRƏTLƏRİNİN GENERAL-ADYUTANTI MİRZƏ RZA XAN DANEŞİN MEMUARLARI" adlı kitabını tapıb, onu tərcümə edəcəyimə və həm də öz hesabıma nəşr etdirəcəyimə söz vermişdim. Nəhayət, uzun çəkən axtarışdan sonra həmin kitabı tapdım. Onun bu yeganə kitabından məlum olur ki, o, həddsiz dərəcədə xeyirxah, humanist, nəcib bir şəxsiyyət olub. Kitabı oxuduqda onun həyatında qəribə, taleyüklü hadisələrin çox baş verdiyindən halı olursan. Enyi zamanda insanda nəcib hisslər baş qaldırır ki, bunlar da insanı xeyirxah işlər görməyə, yaxşılıqlar etməyə çağırır. Odur ki, çox çətinliklərlə əldə etdiyim həmin nadir kitabın tərcüməsini “Zim.Az" saytının oxucularının nəzərinə çatdırıram." Biz də, böyük məmnuniyyətlə həmin tərcüməni oxucularımıza təqdim etməklə yanaşı, həm də ZiM.Az-ın bütün Yaradıcı Heyəti və oxucuları adından, istedadlı qələm dostumuz, hörmətli Mirzə Məmmədoğluna təşəkkür edir və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!.. Müşfiq BORÇALI,ZiM.Az İRAN ŞAHI ƏLAHƏZRƏTLƏRİNİN GENERAL-ADYUTANTI MİRZƏ RZA XAN DANEŞİN M E M U A R L A R I = ÖN SÖZ =Asudə vaxtlarımda mənim həyatımda baş verən, məndə çox böyük təəssürat yaradan sərgüzəştləri xatırlayaraq həyatımın müxtəlif dövrələrində daha çox maraqlı olan faktları qeydə almaq, onlardan bir toplu tərtib etmək qərarına gəldim. Mən Təbrizdə anadan olmuşam. Burada atamın kiçik bir mülkü var idi ki, bu da onun bütün var-dövlətini təşkil edirdi. Bizim dinə səylə qulluq edən atam bütün həyatını müqəddəs yerlərə ziyarətə həsr edib və belə səfərlərin birində, məhz elə Kərbala ziyatəində o məzar önündə nəzir-niyaz verərək Tanrıdan bir oğul diləyib və deyib ki, əgər oğlu olarsa mütləq onu müctəhid kimi yetişdirəcək. Odur ki, mən hələ dünyaya gəlməmişdən öncə uşaqlıq vaxtlarımda mənim son dərəcə arzuladığım və mənim özümün seçdiyim deyil, tamamilə başqa karyer üçün nəzərdə tutulmuşdum. I FƏSİL Mən həmişə yuxunun irəlicədən xəbər verməsinə, onun çin olmasına, gerçəkləşməsinə həmişə inanmışam. Budur, onun labüdlüyünə inamımı daha da artıran hadisə. Mən Təbrizdə məktəbə gedəndə on bir yaşım var idi. Bir dəfə, tənəffüs zamanı mənim yoldaşlarım bir-birilərindən məktəbdə kursu başa vurandan sonra nə olmaq istətikləri barəsində soruşdular. Biri həkimlik peşəsini seçdi, digəri polis rəisi olmağı arzuladı, üçüncüsü tacir olmaq istədiyini bildirdi. Bir söz, onların hər birisi arzu etdiyi peşəni seçdi. Mən də öz müqabilimində, soruşulan zaman öz uşaqlıq anlamıma görə adı ilə dövlətdə ən nüfuzlu şəxsi göstərmək üçün təntənəli şəkildə bəyan etdim ki, vəzir olmaq istəyirəm. Etiraf etmək lazımdır ki, mən həmişə şöhrətpərəst olmuşam və mənim uşaqlıq xəyallarımda özümü nazir vəzifəsindən savayı başqa bir vəzifədə hiss etməyə yol verməzdim. Yoldaşlarımdan biri nüfuzlu şəxs olduğum zaman ona himayəçilik göstərməkdən imtina etməməyi xahiş edərək mənə yaxınlaşdı və gülərək bu arzunu onun qeyd kitabçasına yazmağımı təklif etdi. Mən bu xahişin istehza avazında deyildiyinə fikir verməyərək, onun qeyd kitabçasında hər şeyin belə olacağı və yerinə yetiriləcəyi barədə böyük əminliklə arzumu yazdım. İllər keçdi, uşaqlığı gənclik əvəz etdi və sonra yetkin yaşa çatdım. Xorasanın hüdüd qoyulması üzrə komissiyada öz işimi başa çatdırandan sonra, mən şah əlahəzrətlərinin general-adyutantı olaraq Tehrana gəldim. Həmin vaxlar Xarici İşlər Nazirliyində mənim üçün təəccüblü hal idi ki, qeyd kitabçasına öz arzumu yazdığım uşaqlıq yoldaşımla rastlaşdım. Onun sifətindən məyusluq yağırdı. O mənə söylədi ki, 800 tümən borc alıb, nəticədə onu nazirlikdə tutublar. Onun məsuliyyətini öz üzərinə götürən bir kimsə yoxdur. Onun söylədikləri mənə güclü təsir göstərdi və mən elə həmin an nazirliyə bu məbləğ barədə məsuliyyəti öz üzərimə götürmək təklifini bildirdim. Bunu etdikdən sonra mən dostuma yanımda yaşamağı təklif etdim, Sank-Peterburqda təyinat alan zaman isə onu bir yerə yerləşdirdim və borc pul da verdim. Bir söz, onun işinin sahmana düşməsi üçün hər şeyi etdim. Məndən ayrılan zaman o həyəcandan titrəyən bir səslə dedi: «Mən uşaqlıq zarafatının nə vaxtsa gerçəkliyə çevrilə biləcəyinə heç bir vaxt inanmazdım. II FƏSİL Bir dəfə mənim on dörd yaşım heç olmazdı ki, bir yuxu gördüm. Bu yuxu da düz iyirmi ildən sonra gerçəkləşdi. Mən yuxumda gördüm ki, ənənəvi olaraq şərq dəbdəbəsi ilə əhatə olunmuş Nəsrəddin şah əlahəzrətləri Təbrizə gəldi. Bütün şəhər onun pişvazına çıxdı. Birdən mənim gözümə parad formasında iki nəfər kuryer sataşdı. Onlar məni əlahəzrətlərinin yanına aparmaq üçün mənə yaxınlaşdılar. Onlar məni saraya apardılar. Burada salonların birində öz əyanlarının əhatəsində olan və masa arxasında oturan şahı gördüm. Böyük vəzir, vəliəhd şahzadə və bütün nazirlər orda idi. Əlahəzrətlərinin önündə bol-bol boşqablar düzülmüş masa dururdu. O məni yanına çağırdı və süfrədən nəsə bir meyvə götürüb mənə verdi. Sonra mən oyadım. Demək lazımdır ki, İranda yuxuya çox inanırlar. Orada hətta peşəsi yuxunu yozmaq olan müəbbir adlanan insanlar da vardır. O birisi gün bu yuxunun güclü təəssüratı altında bu yuxunu danışmaq və ondan bunun izah edilməsini xahiş etmək üçün dayımın gəlişindən istifadə etdim. Ona görə ki, mən öz valideynlərinə onların istehzasından qorxaraq söyləməmək qərarına gəldim. Eyni zamanda bu yuxunun mənasını bilmək istəyi o qədər böyük idi ki, onu bir kimsəyə danışmamaqdan özümü saxlaya bilmədim. Məni diqqətlə dinləyən dayım mənə dedi ki, bu yuxu mənim heç bir zaman atamın arzu etdiyi kimi müctəhid olmayacağımı irəlicədən xəbər verir. Belə ki, gözəl günlərin birində mən mühüm bir şəxs olcağam, şahın dəstəsinə qatılacağam və əlahəzrətləri bütün dövlət adamları arasında mənə xüsusi mərhəmət göstərəcək. Mənə belə bir izahı verəndən sonra dayım onu da əlavə etdi: «Bu xoşbəxt gün yetişəndə mənim irəlicədən dediklərimi xatırla və həmin vaxt məni də yaddan çıxartma». Çox illər keçdi. Şah əlahəzrətləri Avropa üzrə özünün üçüncü səyahətini həyata keçirəndə mən onun fliqel-adyutandı olaraq əlbəttə, onun dəstəsində idim. Şah İrana qayıdanda bir neçə gün Təbrizdə qaldı. Mən öz valideynlərimin evində qərar tutdum. Öz ölkəmin adəti olaraq üç gün ərzində mənə baş çəkən dost və tanışları qəbul etməli idim. Bizim gəlişimizin o biri günü tarixi qırmızı geyimdə iki nəfər xidmətçi yanıma gələrək şah əlahəzrətlərinin məni yanına çağırdığını bildirdilər. Onlar məni vəliəhd şahzadənin iqamətgahına apardılar və orada ortasında fantanın olduğu möhtəşəm salonda nağılvari cah-calal içində öz əyanlarının əhatəsində, bütün növlərdən əla meyvələrin olduğu süfrə arxasında oturan şahı gördüm. Əlahəzrətləri mənim onu görməyimdən valideynlərimin razı olub-olmadığını soruşdu. Eləcə də mənim ailəmə aid bir neçə sual da verdi və mənimlə xeyli söhbətdən sonra öz misilsiz dadı ilə şöhrət qazanan Təbriz üzümünü indiyədək yemiş olduğumu buyurub soruşdu. Mən ona cavab verdim ki, artıq onun dadına baxmışam. Bu zaman əlahəzrətləri etiraz edərək dedi ki, guman ki, sən bu süfrədə olan bu üzümdən heç bir zaman yeməmişsən. Özünün böyük lütvkarlığının əlaməti olaraq üzümdən bir salxım götürüb mənə verdi. Mən həmin an uşaqlıq vaxtı gördüyüm yuxumu xatırladım. Evə qayıdan kimi dayımı çağırtdırdım. Bütün bu olanların hamısını ona nəql etdim. Onu da əlavə etdim ki, onun irəlicədən mənə söylədiklərini unutmamışam. Onun hər bir xahişini ardıcıl olaraq böyük bir məmnuniyyətlə yerinə yetirəcəyəm. III FƏSİL 1888-ci ildə mən Peterburqda səfirliyin katibi vəzifəsində idim. Şərqin yumşaq iqliminə öyrəndiyimdən qışda bu paytaxtın sərt soyuğuna çox çətinliklə dözürdüm. Həkim mənə hər gün piyada gəzintiyə çıxmağı məsləhət görmüşdü. Budur, bir dəfə mən bir qayda olaraq Peterburqun mərkəzi küçələrindən biri ilə gedərkən birdən bu zaman küçəni keçmək istəyən iki qız uşağını gördüm. Onlardan birinin əlində nəsə bir bağlama var idi. Qəflətən sürətlə gedən ata qoşulmuş xizəklər göründü. Qızlar özlərini itirdilər, küçənin ortasında hərəkətsiz qaldılar. Bir anın içində xizək sürənin onları saxlamaq səyinə baxmayaraq atlar qızlardan birini ayağının altına aldı. Xoşbəxtlikdən onu elə həmin an qaldırmaq mümkün oldu, yazıq uşaq dəhşətli qorxudan azad oldu. Eyni zamanda toplamış camaat dağıldı və qızlar hönkür-hönkür ağlayaraq qarda nəyisə axtaraq tənha küçənin ortasında qaldılar. Mən onlara yaxınlaşaraq niyə ağladıqlarını soruşdum. Onlar mənə cavab verdilər ki, xəstə anaları 20 qəpiklik yarma almağa göndərib. Elə bu hücum zamanı bağlama əllərindən düşür və yarma qarın üzərində səpələnir. Bunu mənə onlar danışarkən o qədər bərkdən ağlayırdılar ki, dözə bilmədim, mən də kövrəldim, gözlərimdə yaş da əmələ gəldi. Mən onları bacardığım qədər sakitləşdirməyə cəhd göstərdim və yenə də özlərinə yarma almaları üçün onlara manat təklif etdim. Lakin qızlar ağlamaqlarına ara vermirdilər və pulu da almaq istəmirdilər. Mən nə qədər onlara təkib etdimsə, onlar analarının yalnız 20 qəpik verdiklərini söyləyərək qətiyyətlə manatdan imtina edirdilər. Onda mən onlara yarmanı özüm alacağımı təklif etdim ki, buna da onlar həvəslə razılaşdılar. Nəhayət, mən iki qızcığazın müşaiyəti ilə gedərək onlara 20 qəpiklik yarma aldım. Sonra mən yenə də manatdan qalan xurdanı almaqlarını əmin etməyə cəhd göstərdim. Lakin onlar kəskinliklə rədd cavabı verdilər və Tanrıdan mənə bu yaxşılıqların əvəzini verməsini diləyərək çox məmnun halda məndən ayrıldılar. Hər iki qızın ayrılarkən baxışlarından yağan minnətdarlıq hissləri mənə güclü təsir göstərmişdi. Onların mənə dikildiyi nəzərlər məmnunluq hissi ilə dolu idi. Mənə çox təsir etmişdi və evə qəribə əminliklə qayıdırdım ki, bu hadisə mənə xoşbəxtlik gətirəcək. Həmin gecə, yuxumda mən gördüm ki camaatla dolu olan geniş bir meydançadayam. Ortada uca bir yerdə lütvkarlıqla əlini yellədərək məni yanına çağıran şahı gördüm. Bütün nəzərlər mənə tikilmişdi. Mən özümü yüksəkliklərdə hiss edirdim. Əlahəzrətlərinin mənə qarşı həddindən artıq olan diqqətindən başım gicəllənmişdi. Lakin şah mənə parıltısı və gözəlliyi hər şeyi geridə qoyan, yalnız xəyallarda təsəvvür edə biləcəyin bir neçə brilliantı bağışlayanda mənim təntənəm özünün ən yüksək nöqtəsinə çatmışdı. Elə bu zaman mən oyandım. Səhər yataqdan güc-bəla ilə qalxdım. Səfirliyin tərcüməçilərindən biri mənə teleqram verdi. Onu oxuyanda necə bir təəccüb hissləri keçirdiyimi sözlə ifadə etmək çətindir. Əlahəzrətləri mənə min manat bəxşiş göndərmişdi və Avropaya səfər zamanı onun əyanlarının tərkibində olmağım üçün məni çağırırdı. Bu səfər zamanı şah Varşavaya çatanda mənə yüksək ehtiram göstərərək brilliantlarla bəzədilmiş qılınc bağışladı. Mən iki qızcığazla sərgüzəştimin olduğu günü, irəlicədən hiss etdiklərimi və sonra demək olar ki, tamamilə gerçəkləşən yuxumu xatırladım. IV FƏSİL 1884-cü ildə, Xorasan ilə Axal arasında torpaqları ayırma üzrə komissiyanın üzvü olanda komissiyanın digər üzvləri arasında Bujnurta gəldim. Belə ki, bu, yay aylarında idi, Bujnurd cah-calallı bağlar ilə əhatə olunmuşdu. Bizim üçün bağda qubernatora məxsus olan çadırı qurdular. Biz bu hazırlıqsız düzəldilimiş düşərgədə yerləşdik. Belə ki, Xorasan ilə Axal arasında sərhədin çəkilməsi üçün getməli olduğumuz yol son dərəcə uzaq idi, karvansarayın həyətinə çox nadir halda gəlirdilər. Ona görə də dəvələrə yüklənmiş bütün şey-şüylərimizi kiçik mətbəx ləvazimatlarına qədər özümüzlə daşımalı idik. Bujnurta gələndə mən heç kimə əziyyət vermək istəmədim və onsuz da onlar bu uzun yolda yorulmuşdular. Bütün yeşikləri bağa aparmaq üçün öz işlər müdirimə o birisi günün səhərisinə qədər pullarımın və bahalı şeylərimin olduğu və özümlə gətidiyim iki yeşikdən başqa hamısını bağın qapısı yanında düzdürməsini tapşırdım. O birisi gün mənim işlər müdirim rəngi qaçmış, təlaş içində yanıma gəldi və etiraf etdi ki, bir gün əvvəl uzun çəkən səfər zamanı yorulduğundan mənim dediyim iki yeşiyi bağa aparmağa halı olmayıb. Bu gün səhər hamısının orda olmasına əmin olmaq üçün onlardan birini açmış, baxıb görmüş ki, 500 krona olan kisə, tapança və qızıl ekselbant yoxdur. Belə ki, yeşikdə üç akselbant:onlardan bir xalis qızıl, qalan ikisi isə qızıl suyuna çəkilimşdi. Hərəsində 500 krona olan iki kisə var idi. Odur ki, üç akselbantdan məhz elə qızıl olanı və kisələrdən birini oğurlayıblar. Bu oğurluq mənim üçün şübhəli idi: oğru akselbantların hansının qızıl olduğunu necə bilərdi və o nə dərəcədə alicənab idi ki, pul olan kisələri mənə saxladı? Mən öz işlər müdirimdən şübhələndim və bu barədə qubernatora məlumat verdim. O təstiqlədi ki, etimal ki, oğru işlər müdiri olardı və mənə mənə təklif etdi ki, onu 24 saat ərzində öz cinayətini etiraf etməyə məcbur edim, sonra həbs etdirim. Lakin mən ciddi cəzanın əleyhinə idim. Belə ki, o, çoxdan mənim yanımda xidmət edirdi. Tamamilə tanış olmayan şəhərdə onun türmədə oturması mənim üçün çox ağır olardı. Odur ki, onu yanıma çağırtdırdım və təcili işdən çıxmasını əmr etdim. O, bir söz demədən çıxıb getdi. Elə həmin gün mənə məktub göndərdi ki, orada da onun Təbrizdə olduğu evin alqı-satqı sənədi barəsində də yazmışdı. Bu məktubda o çox təsirli ifadələrlə mənə yazırdı ki, onu oğurluqda nahaqdan təqsirləndiriblər. Onun yeganə günahı ondan ibarətdir ki, bir gün əvvəl bu iki yeşiyi bağa aparmadı. O onu da əlavə etmişdi ki, Təbrizə onun kiçik bir evi vardır, mənə vurulan ziyanı ödəmək məqsədi ilə mənə təklif edir. Tanış olmayan şəhərdə tək qalmamaq üçün mənim yanımda, ən sonu mənim Tehrana gəlməyimə qədər işdə qalmasını da, eləcə də oğurluq barədə bütün qonşu qəzaların rəislərinə məlumat verilməsini xahiş edirdi. Məktub mənə çox təsir etdi və mən öz işlər müdirimi yanımda saxladım. Bundan sonra öz səfərimizi davam etdirdik və üç ay keçəndən sonra balta dəyməmiş sıx meşələr ilə əhatə olunmuş gözəl bir vadiyə gəlib çıxdıq. Görünür heç bir zaman buraya insan ayağı dəyməmişdi. Ona görə ki, yolda bizə çoxlu qırqovullar rast gəlirdi. Onlar cüzi qorxu hiss etdiklərini belə bizə büruzə vermədilər. Özünün günəş şüaları altında bərq vurduğu, gümüş pula bənzədiyi şəffaf şırnağı ilə dağ çayı vadi ilə axırdı. Biz bu gözəl çayın kənarıda tünd yaşıl rəngi yumşaq otun üzərində düşərgə saldıq. Bu füsunkar yer Sumbar adlanır. Biz hamımız Komissiya rəisinin çadırına toplaşdıq. Birdən bizə tərəfə gələn atlı peyda oldu. Biz çox götür-qoy etdik, bunun kim olduğunu düşündük, heç cür anşıra bilmədik. Nəhayət, atlı bizim düşərgənin yanına gəldi və soruşdu ki, Mirza Rza xan hardadır. Ona mənim çadırımı göstərdilər. Mən də ora getdim. O atdan düşüb mənə məktub verdi. Bu məktub Şirvanda şəhər rəisindən idi. O, mənə Bujnurtda mənim başıma gələn oğurluqdan ətraflı danışdı. Şirvanda onun polis komissarı olan oğlu bir dəfə şəhərin traktirlərinin birində olub. Orada çay içən pırtlaşıq saçlı bir nəfər gözünə sataşır. Çayın haqqını ödəyən zaman cibindən gümüş sikkələr ilə dolu pul kisəsini çıxardır. Komissarın bu qədər pulun onda hardan olduğunu soruşanda səfil kobudcasına cavab verib deyir ki, bunun heç kimə dəxli yoxdur. Onun özünü itirməsi və kobud cavabı komissarın bu dilənçidə bu qədər pulun olmasına şübhəsini təstiqləyib. Səfil tezcə həbs olunur və qəza rəisinin yanına aparılır. Rəis onu sorğu edərək türməyə salır ki, burada da o tezliklə mənim başıma gələn oğurluğu etiraf edir. Bədbəxtlikdən o artıq 70 kronanı xərcləmiş, akselbantı zərgərə satmış ki, o da onu əritməyə müvəffəq olmuşdur. Qalan pula və tapançaya gəldkdə, qəza rəisi onu xidmətçinin vasitəsi ilə göndərib. Mən işlər müdirimin günahsız olduğuna çox sevindim. Elə həmin an 30 kronanı bu şad xəbəri gətirənə verdim, 400 kronanı isə yenicə xilas olmuş oz işlər müdirimə o haqsız ittihamın əvəzini çıxmaq üçün bağışladım. Bu hadisədən sonra heç bir sübut olmadan heç kimi heç bir zaman gunahlandırmamağı bir qayda olaraq qarşıma məsqəd qoydum. V FƏSİL Tiflisdə xanım Stasyuleviçin pansionunda rus dilini öyrəndiyim vaxtlar rus dili dərslərinə Vano Əlixanov adlı balaca oğlan da gəzirdi. O, hər dəfə gələndə özü ilə səhər yeməyi, ələlxüsus, şirniyyat gətirərdi və halallıqla öz dostlarına paylayardı. Onu da qeyd edim ki, ən çox hallarda mənimlə bölüşərdi. Bir dəfə mənə o bir neçə konfet verən zaman xanım Stasyuleviçdən dərs alan və nədənsə məndən xoşu gəlməyən bir qız ona dedi: «Tatara məgər konfetlər vermək olarmı?..»Balaca Vano ona tamamilə ciddi şəkildə amiranə avazla dedi: «Ona niyə konfetlər verməyim? Nə vaxtsa o, Tiflisdə baş konsul olacaq və Tiflisdə yaşayacaq, şahın anadan olduğu günü qeyd edəcək, fişəngbazlıq təşkil edəcək, məni bu ziyafətə dəvət edəcək və öz növbəsində məni şirniyata qonaq edəcək!»Təxminən 20 ildən sonra mən yenə də Tiflisə qayıtdım, amma bu dəfə bir baş konsul kimi. İlk dəfə şah əlahəzrətlərinin anadan olduğu günü qeyd edəndə öz məktəb yoldaşım Əlixanovu xatırladım. Əla bir ziyafət təşkil etdim. Vano Əlixanovu yanıma dəvət etdim. Evimin eyvanından fişəngbazlığı göstərərək ona şirniyyat təklif etdim və uşaqlıq illərində peyğəmbərcəsinə söylədiyi sözünü ona xatırlatdım». VI FƏSİL Təbrizdə, ilahiyyat öyrəndiyim mədrəsədə tələbə Molla Məhəmməd də var idi. O nümunəvi idi. Elmə çox həvəs göstərirdi, həyatın mənasını təkcə təhsil almaqda görürdü. Ciddi və adama yovuşmayan xarakterə malik olan bu oğlan həmişə bizdən aralı bir kənara çəkilərdi. Ona xüsusi hörmət etdiyimizdən həyatı barədə ondan soruşmaqda çətinlik çəkirdik. Müntəzəm olaraq həftədə bir dəfə mədərsədə dərs buraxırdı. Biz bilmirdik ki, onun bu metotik dərs buraxmasına nə ad verək. Onun müntəzəm şəkildə həftədə bir dəfə dərs buraxması hamımız üçün müəmma idi və fövqəladə şəkildə bizi maraqlandırırdı. Bundan əlavə bizdən heç kim ondan bunu soruşmaq qərarına gəlmirdi. Bir dəfə mən şəhərin mərkəzindən olduqca uzaqda olan yerdə yaşayan bacımın yanına yollandım. Xəlvət bir küçə ilə gedərkən gözəl bir tikinti mənim diqqətimi cəlb etdi. Öz işləri ilə məşğul olan işçi kütləsi ora-bura vurnuxurdular. Bu evin memarlığı ilə maraqlanarkən nəzərim təsadüfən fəhlələrdən birinə tikildi. o məni görən kimi əlindəki alətlər ilə sifətini gizlətdi. Bu, məni çox təəccübləndirdi və onun sifətini görməyə cəhd göstərdim. Mən ona diqqətlə baxanda sadə işçi geyimində Molla Məhəmmədi tanıdım. Mən çevrilib görməməzliyə vuraraq öz yoluma davam etdim. O birisi gün mədrəsəyə gələndə onu bir kənara çəkərək orada gördüyümü söylədim. Ondan xahiş etdim ki, bunun nə demək olduğunu mənə açıqca danışsın. Uzun çəkən tərəddüddən sonra o mənə etiraf etdi ki, oxumağa son dərəcə marağı vardır. Heç bir vəsaiti olmadığından adi dülgər olaraq həftədə iki dəfə ( cümə günü və başqa daha bir gün) hər halda özünə bir az pul qazanmaq və bütün həftəni dolana bilmək üçün işləmək qərarına gəlib. Ondan gündə nə qədər qazandığını soruşanda o mənə dedi ki, onun sutkalıq gəliri 10 şaadan (15 qəpik) artıq deyil. Onun dedikləri mənə çox təsir etdi. Axşam evə gələndə yazıq Molla Məhəmməd barəsində bilməsi üçün bütün bunları öz atama danışdım. Atam onu yanına çağırdı və bütün ayı dolanmaq, adi işçi kimi işləməmək üçün ona nə qədər məbləğ lazım olduğunu ondan soruşdu. Molla Məhəmməd cavab verdi ki, ona ayda 5 frank kifayət edərdi. Atam ona mədrəsədə oxuduğu müddət ərzində ayda 10 frank təyin etdi və mən tam vaxtında hər ay Molla Məhəmmədə vermək üçün atamdan 10 frank alırdım. İl yarımdan sonra o doğulduğu kəndə getdi. Bir neçə il keçəndən sonra Təbrizdə vəba xəstəliyi əmələ gəldi. Biz ordan çıxıb Qaradağa getməli olduq. Belə ki, mən Konstantinopola getməli idim. Hacı Seyid Mumtaz bələdçilik etmək üçün öz adamlarından birini mənə etibar etdi. Getməli olduğumuz yol keçilməz idi. Biz canımıza cəfa verməklə dik dağlara qalxmalı, yanları qorxulu uçurum olan nazik çığırlardan, sürətli dalğalarının apara bilmək qorxusu olan çaydan keçməli idik. Lakin biz bütün bu müqavimətlərə baxmayaraq təbiətin bu füsunkar, əsrarəngiz gözəlliyini sevməyə bilməzdik. Bizim ilk dayanacağımız bu gecə getməli olduğumuz Ordubadda olmalı idi. Atla keçilməz yol ilə getmək mümkün olmadığından demək olar ki, yolun yarısını piyada getdik. Axşam düşdü, bizim gedəcəyimiz yer yenə çox aralı idi. Bu zaman bələdçim qarşımıza çıxan kənddə gecələyimizi mənə təklif etdi. Səyahətimi davam etdirməyə güc verən bu təklifi mən sevinclə qarşıladım. Belə ki, yorğunluqdan haldan düşmüşdüm. Birdən sakit çöllükdə kəndə yaxınlaşmağımızdan xəbər verən itin hürmə səsini eşitdik. Sevinərək biz var gücümüzü toplayaraq həmin istiqamədə doğru irəlilədik. Biz tezliklə kəndə çataraq gecələmək üçün karvansara axtamağa başladıq. Bizə bu kənddə karvansaranın olmadığını və məsciddə gecələməli olduğumuzu söyləyəndə çox təəccübləndik. Odur ki, istər-istəməz bununla biz razılaşmalı idik. Biz məsciddə yerləşdik. Bu, kəndin ortasında təpədə yerləşən gildən tikilmiş kiçik tikili idi. Məscidin çıraq ilə (ortasında fitil, yağla dolu olan dolçaya bənzər) cüzi işıqlanan ıçi məndə təsiredici təəssürat yaratdı. Döşəmədə tozu örtmək üçün xalça əvəzinə adi həsir sərilmişdi. Mən eyvanda yerləşdim və özümün qəmli fikirlərimə daldım. Mənim bələdçim atların ikisini də eyvanın dirəyinə bağlayaraq azuqə dalınca getdi. Mən tənha qalaraq özümü yaxşı hiss etmirdim. Bizim səyahətimizin elə ilk günündə bu hüznlü məsciddə gecələməyimiz mənə axmaqlıq əlaməti kimi görünürdü. Bir neçə həmkəndlisi ilə buraya namaz qılmaq üçün ( axşam ibadəti) mollanın gəlişi mənim qəmli fikirlərimi dağıtdı. Mən qəmginlənmiş ürəyimi ibadət ilə yüngülləşdirməyə çox sevindim. Abdəst alaraq mən məscidə daxil oldum. Mənim görünməyim kəndlilər arasında mollanın diqqətini cəlb etdi: Mənə nəzər yetirərək o birdən ucadan sevinc nidası ifadə edərək sürətlə mənə yaxınlaşdı. Bu zaman mən onun Molla Məhəmməd olduğuna əmin oldum. O elə həmin an məni öz evinə dəvət etdi və iki gün ərzində məni öz evində saxladı. Bundan daha artıq qonaqpərvər və lütvkar ev sahibi mənə rast gəlməmişdi. O mənim üçün xoş olan hər şeyi etdi. Və hər bir boş şeyə o qədər diqqət yetirir və minnətdarlıq edirdi ki. yolda məruz qaldığım xoşagəlməzliklərdən sonra özümü daha yaxşı hiss edirdim. Üçüncü gün belə ki, biz hökmən getməli idik. O, yolumuz üçün müxtəlif azuqə hazırladı və bizi yola salmaq üçün bir neçə nəfər ilə bizi yola salmaq üçün sərhədə qədər bizimlə gəldi. Orada mənə xoş yolçuluqlar arzuladı. Tanrıdan mənə xoş günlər və xoşbəxtliklər dilədi. Molla Məhəmməd tərəfindən bu cür minnətdarlıq hisslərindən əlahiddə şəkildə vəcdə gələrək mən bir fars atalar sözünü xatırladım. «Yaxşılıq et, at dəyraya balıq bilməsə də, Xaliq bilər». VII FƏSİL Molla Məhəmməddən ayrılandan sonra mən və mənim bələdçim Ordubada getdk. Orada mehmanxananın olmadığına görə, karvansarada dayandın. Elə həmin gecə öz otağımdan çıxarkən mən Təbrizdə bizim evdə işləyən xarrat ilə rastlaşdım. O elə həmin an məni tanıdı və bizim görüşməyimizə həddindən artıq çox sevindi.Bir müddət mənimlə söhbət edəndən sonra gəlişim barədə Hacı Mirzə Cəfərə məlumat verməyə tələsdi. Elə bu karvansaranın sahbi olan Hacı Mirzə Cəfər tezliklə bizim yanımıza gəldi. Mənə lütvkarlıq göstərək məni və bələdçisi öz evinə dəvət etdi ki, burada da məni üç gün saxladı. Mənim onun yanına gəldiym vaxtlar mənim üçün əlindən gələni etməyə çalışırdı. Seyrə çıxardırdı, evinə qonaqlar dəvət etdirdi. Məni bütün tanışlarının yanına aparırdı. Bir söz, onun qonaqpərvərliyinin və lütvkarlığının həddi-hüdudu yox idi. Bu üç gün ərzində o məni tapşıracağı, çox cavan olanı, bir yerdə gedəcəyimiz yolçuları axtarırdı. Nəhayət, məni kimi Naxçıvana gedən iki nəfər tacir tapdı. Bu qonaqpərvər ev sahibinə dərin minnətdarlığımı bildirərək biz dörd nəfər yolumuza davam etdik. 20 verst getmişdik ki, Naxçıvandan gələn üç atlıya rast gəldik. Onlardan biri qohumu olan tacirlıərdən brinin qulağına pıçıldadı ki, bu tərəflərdə quldurlar dolaşırlar və heç bir vəchlə gecə yol getməyəsiniz. Bu xəbərin taciri çox narahat etdiyini hiss etdik. O bizə dedi ki, doğrudan da gecə yol getmək bizim üçün çox təhlükəlidir. Belə ki, quldurlar bizi soya bilərlər, məhkəməlik olmamaq üçün bizi hətta öldürə də bilərlər. Birdən o sevincdən qışqırdı, onun ağlına gözəl bir fikir gəlmişdi. O mənə bu xoşagəlməz haldan uzaq olmaq üçün məni Tiflisdə baş konsul Əsədulla xanın qardaşı kimi qələmə verməyi təklif etdi. O, stansiyaya irəlicədən gedərək poçtun sahibi Əlağaya Əsəddulla xanının qardaşının Naxçıvana yola düşdüyünü və çox yorulduğuna görə bir az istirahət etmək istədində olduğunu deyəcəyini təklif etdi. Bununla da hər bir təhlükədən sovuşacağımızı söylədi. Bizim hamımız bu təklifi alqışladıq və onun məsləhətinə əməl etməyə başladıq. Əlağa əlahiddə şəkildə bizi ürəkdən qəbul etdi. O hörmət-izzətlə yanaşaraq öz otağını mənə veidi. Tacir öz rolunu əla yerinə yetirdi, o mənimlə bir yerdə oturmadı, mənə qarşı dərin hörmət əlamətini ifadə etdi. Əlağa bizi təmtaraqlı şam yeməyinə apardı. Belə ki, mən bədbəxtlikdən öz qürurumu saxlamaq üçün tək yeməli idim. O birisi günün səhərisi dan yeri sökülən kimi tacir mənim bələdçimi məni oyatmaq üçün yanıma gətirərək dedi ki, yolçülar gələcək, onlardan kimsə bizi tanıya bilər. Odur ki, bizim saxtakarlığımızın aşkar olmaması üçün getməyə tələsməliyik. Gedərkən bizə dərin ehtiram göstərən, qardaşım Əsədulla xana xahişini çatdırmağı xahiş edən post rəisini tacir bolluca mükafatlandırdı. Mən axıra kimi yalançı rolumu oynadım və nəhayət, Naxçıvan istiqamətində yolumuza davam etməyə başlayanda nahatca dərindən nəfəs aldım. Bu şəhərə gələrək və quldurların hücum təhlükəsindən sovuşaraq tacir mənə etiraf etdi ki, onun iki min eküsü var idi və buna görə də belə bir hala düşməyimizə məcbur etdi. Altı il keçəndən sonra mən Baş konsulluğun dilmancının katibi kimi Avropa üzrə özünün ikinci səyahətini həyata keçirən şah əlahəzrətlərinin görüşü üçün Culfa sərhədinə getməli idim. Mən öz qardaşı Əsədulla xanı Tiflisdə baş konsul vəzifəsini əvəz edən Mahmud xan ilə getdim. Odur ki, bizim gedəcəyimiz yer Əlağanın rəis olduğu stansiyadan uzaq deyildi. Mən onu xatırlayaraq bu sərgüzəşt barəsində Mahmud xana nəql etdim və Əsədullanın yalançı qardaşına ürəkdən qulluq göstərən bu ləyaqətli insan üçün müxtəlif hədiyələr aldım. Mənimlə stansiyaya gələn Mahmud xan mənim hər halda postun rəisinin gözü önündə rolunu oynadığım qardaşına qarşı göstərdiyi bütün diqqətə görə minnətdarlığını bildird. Mən də öz müqabilimdə ürəkdən Əlağaya təşəkkürlərimi bildirərək çoxlu hədiyyələr verdim. Özünün Culfadan qayıtması zamanı Mahmud xan şah əlahəzrətlərindən qonaqpərvər poçt rəisini medalla təltif olunmasını xahiş etdi. Gözləri yaşla dolaraq poçt rəisi dedi ki, onlara göstərilən adiı qəbul üçün belə bir böyük mükafatı heç bir zaman gözləməzdi. VIII FƏSİL Mənim Tiflisə baş konsulun katibi olaraq qayıtığım vaxtlar bir dəfə gecə saat iki radələrində xeyriyyə məqsədi ilə «dərnəkdə» təşkil edilmiş baldan qayıdırdım. Konsulluqda yerləşən mənzilimə daxil olanda qonaq otağından yataq otağına açılan qapının önündə döşəməyə sərilən və yuxuya gedən bizim kuryer Məmmədəlini gördüm. Belə bir cürətdən qəzəblənərək xidmətçidən bunun səbəbini soruşanda, mənə cavab verərək dedi ki, həyat yoldaşı ilə dalaşıb və evdən çıxıb gəlib. Gecələmək məqsədi ilə buraya gəlib və bütün qulluqçular yatdığına görə nökər otağında yer tapmayıb. Bayır soyuq olduğundan bir az qızınmaq üçün mənim otağıma gəlib və burada yanan sobanın istisindən xumarlanıb və stuldan sürüşüb döşəməyə düşərək yuxuya gedib. Elə burada da yatıb. Mən qətiyyətsiz idim. Bu adama bilmirdim nə edəm. Onu oyatmaq istədim, lakin nəcib hisslər hirsimi üstələdi. Fikrimdən vaz keçdim. Bayırda güclü şaxta idi və onu qova bilmədim, yazığım gəldi. Onunla danışığımı səhərə təxirə saldım və yataq otağına daxil oldum. Qonaq otağına açılan qapını içəridən açarla bağladım. Yorğunluqdan özümü haldan düşdüyümü hiss edərək uzanan kimi gözümə yuxu getdi. Çox yatdığımı deyə bilmərəm. Bircə o yadımdadır ki, beynimdə küt ağrılar baş qaldırmışdı, sanki mismar ilə saçımdan göydən asırdlılar. Beynimə belə bir fikir gəldi ki, oğrular məni öldürmək məqsədi ilə otağıma soxulublar. Beynimi əzən dəmir məngənədən azad olmaq üçün mən görünməz düşmən ilə mübarizə aparmağa başladım. ( bütün gecəni yanan şamlar sönmüşdü) və nəhayət, haldan düşərək bərkdən qışqırdım və huşsuz halda döşəməyə yıxıldım. Özümə gələndə başının üstündə dayanan Məmmədəlinin həyəcanlı sifətini gördüm. Ətrafıma boylananda gördüm ki, konsulluğa məxsus bağda yerə sərilmişəm. Təəccüblə niyə orda olduğumu soruşdum. O mənə bunları nəql etdi: Göründüyü kimi, xidmətçi sobanı qalayaraq borunu çox erkən bağlayıb və bundan sonra biri yataq otağına, o birisi qonaq otağına açılan nəfəsliyi açıb. Qonaq otağı geniş olduğundan burada dəm qazının təsiri çox kiçik olan yataq otağında olduğu kimi güclü ola bilməzdi. Bayaq dediyim kimi, Məmmədəli qonaq otağının döşəməsində yatmışdı. Dəm qazından əmələ gələn baş ağrısından oyanaraq bütün pəncərələri açmış, mənim gəlişimi bilməyərək onlardan birinin önündə oturmuş. Mənim qışqırığımı eşidəndə hiss edib ki, mən artıq yataq otağındayam və tez özünü qapıya salmış, bədbəxtçilikdən qapı içərindən bağlı imiş. Bu zaman o var gücünü toplayaraq qapını sındırmış. Məni huşsuz halda görəndə və otağın tamamilə dəm qazı ilə dolu olduğunu biləndə məni bağa aparıb ki, burada da mən bir müddət keçəndən sonra özümə gəlmişəm. Bu, səhər təxminən saat 5 radələrində olub. Məmmədəlinin hekayəti məndə dərin təəssürat hissi yaratdı. Əgər mən qonaq otağımda yatan yazıq kuryeri görən zaman məni çulğayan qəzəbimi cilovlaya bilməsə idim, mənim ölümüm labüd idi. Mən dəm qazından boğulacaqdım. Mən rəhm etmədən belə bir güclü soyuqda küçəyə qovmaq istədiyim insana həyatım boyu borclu idim. Tanrının yolları bəlli deyil və Allahın istəyi olsa biz də bütün mümkün təhlükələrdən sovuşa bilərik. IX FƏSİL Mənim cəmisi yeddi və yaxud səkkiz yaşım olardı. Bir dəfə qışda dilənçi evimizin doqqazını döyərək mərhəmət dilədi. Anam böyük çörək parçasını mənə verərək dedi ki, bunu apar o dilənçiyə ver. Belə ki, isti otaqdan soyuq bayıra çıxmağı həddindən atrıq istəmirdim. Alaqapıya düşmək üçün evimizi əhatə edən bağdan getməli idim. Odur ki, mən anama dedim ki, nökərdən göndərmək olardı. Bu zaman anam mənə dedi ki, öz əllərimizlə verilən çörək nökər tərəfindən göndərilən bir ovuc qızıldan on dəfə artıq dəyərləndirilir. Mən yenə də etiraz etmək istədim, ancaq anama susmağı əmr etdi və mən istər- istəməz ona tabe olmalı idim. Çox pis əhval-ruhiyyədə mən həyət ilə gedərək dilənçiyə çörəyi verdim. Mən bərk mısmırığımı sallayıb, donquldanaraq otağa qayıtdım. Lakin tezliklə ağlıma gəldi ki, bu çox sıxıcıdır və Həsənağa ilə oynamağa üstünlük verdim. Biz qar topu düzəldir, dilxoşluq edir, bir birimizə qar topu atırdıq. Qar topu oyunundan bezəndən sonra əllərimiz qardan donanda, qazın ayaqları kimi qırmızı olandan sonra biz divara söykənərək qızınmaq üçün özümüzü günəşə verdik. Qəflətən gördük ki, qonşunun t xoruzu həyətə daxil olaraq həyətin xoruzu ilə boğuşmağa başladı. Belə bir cürətdən qəzəblənən Həsənağa mənə təklif etdi ki, qar topu hazırlayaraq bu dalaşanlardan müdafiə olunmağa başlayaq. Mən bu təklifi sevinclə qəbul etdim. Budur, qar topu düzələdərək dostumuz olmayanlara qarşı cəbhədən hücum etmək üçün divardan xeyli aralandıq. Birdən bu zaman dəhşətli gurultu qopdu. Bizim bayaq söykəndiyimiz divar uçdu. Əgər bu bir neçə dəqiqə əvvəl baş versə idi, artıq biz məhv olmuşduq. Bu sərgüzəşt mənə çox böyük təsir etdi. Evə qayıdan kimi, bu barədə anama danışdım. O, Tanrıya yalvararaq məni labüd ölümdən xilas etdiyinə görə öz minnətdarlığın bildirdi və mənə dedi ki, sənin özünün çörəyi dilənçiyə aparmağını mükafatlandıran ilahi qüvəyə həyatın boyu borclu olmalısan. X FƏSİL Bir dəfə mən Təbrizdə öz iki xalam oğlum ilə qohumlarımdan birinin toyuna dəvət edilmişdim. Onda mən on dörd yaşına qədər olardım. Həmin gün bizim bu gün üçün tikilimş yeni əla kostyumlarımız var idi. Ona görə ki, bizdə belə bir adət mövcuddur ki, toya mütləq təzə paltar geyinməlisən. Yolda biz Şütürbaran məhəlləsində keçmiş məktəb yoldaşlarımızdan birinə rast gəldik. Oğlan təxminən mənim yaşımda olardı. O varlı bir tacirin oğlu idi, lakin onun iflasa uğrayan atası bir neçə vaxt bundan əvvəl dünyasını dəyişmişdi və yazıq uşaq hər bir vəsaitdən məhrum olmuşdu. Həmin gün onun çoz yazıq görkəmi var idi. Paltarı cırıq-cındır idi. Başmaqları didilmişdi. Olduqca çox imkanlı ailədən olan oğlan dilənçiyə bənzəyirdi. Belə ki, məktəbdə, onun durumu yaxşı olan vaxtlar bizə yuxarıdan aşağıya baxırdı. Onu bu vəziyyətdə görəndə onun ustunə gülmək üçün biz çox sevinirdik.Ona baxaraq biz qəh-qəhə çəkərək dedik ki, onun paltarında yırtıq çox olduğundan əgər başına on funtluq taxıl səpələnsə, bir dənəsi də yerə düşməzdi. Uşaqlığımızın intiqam arzusunu təmin edəndən sonra və onun üstünə doyunca güləndən sonra biz yolumuza dava etdik. İki il keçəndən sonra Təbrizdə böyük daşqın baş verdi. Şəhərin yarısını sel basdı. Onu da qeyd edim ki, bizim yaşadığımız məhəllədə daşqın günü nahardan sonra mən üst paltarımı soyunmuşdum. Belə ki, çox isti idi. Bircə arxalıqda öz otağımda yatmaq üçün uzanmışdım. Birdən gözlənilmədən öz anam məni oyatdı, dəhşətli səslə mənə dedi ki, evimizə su dolub. Mən doğrudan da pəncərədən gördüm ki, su doqqazdan bağa dolurdu. Mən onu da deməyi unutdum ki, həmin gün səhər tufan qopdu, sonra güclü leysan yağışı yağdı. Şəhərin ortası ilə axan çay məcrasından çıxaraq sahilləri basdı. Belə ki, biz bağın içi ilə gedə bilmirdik. Bizim yeganə xilas olmaq yolumuz taxtapuşa çıxmaq və orda suyun aşağı düşməsinə qədər səbrlə gözləmək idi. Biz hamımız dəhşətə gəlmişdik. Anam əlində Quran bizim xilas olmağımız üçün Tarnırya yalvarırdı. Ayaqlarımız sunun içindəd idi. Evin bir tərəfində su demək olar ki, taxtapuşa kimi çatmışdı, belə ki, ev kiçik bir təpəyə bənzəyirdi, o biri tərəfində isə su yerdən bir arşın yuxarı idi. Belə ki, belə bir duruma təkcə biz düşməmişdik. Məhəllənin polis idarəsi rəisi və bir neçə adam öz yardımlarını alicənablıqla təklif edərək bütün küçələri dolanırdılar. Məhəllə nəzarətçisi küçənin o biri tərəfində hündür yerdən qoyulmuş nərdivanın vasitəsi ilə bizim hamımızın taxtapuşdan enməyimizə yardım etdi. Biz ayağımızı yerə qoyanda qurşağa kimi suyun içinə düşdük. Sonra o bizi Şütürban qəbiristanlığına apardı ki, bir neçə saat da biz burada qaldıq. Ara vermədən fəğan qoparan və ümidsizliklərə düçar olan bu insanlar ürək parçalayan mənzərəni əks etdirirdilər. Onlardan bəziləri bu amansız təlatümdən tamamilə talan olmuşdular, digərləri daha ağır itkilərə məruz qalmışdlar. Onlar doğmalarını, uşaqlarını, tanışlarını itirmişdilər. Günəşin batmasına az qalmış atamın dostlarından biri Hacı Sadıq bizim arxamızca gəldi. O bizi öz evinə apardı, bizə quru paltar verdi, bacardığı qədər bizi rahatladı və ümumiyyətlə, bizə çox mehribançılıq göstərdi. Səhər su azalmağa başladı. Odur ki, atamın olmaması və evimizin düşdüyü vəziyyət bizi çox narahat etdi. Təxminən saat səkkiz radələrində mənə öz paltarını verən Hacı Sadıq ilə evdən çıxdım. Belə ki, daşqın olan vaxtlar mən bircə arxalıqda idim. Onun mənə həddindən artıq böyük olan paltosunda bir məni görmək lazım idi. Paltonun ucları yerlə sürünürdü. Onun papağı gözümün üstünə düşürdü. Ayaqqabılar hər addımda ayaqlarımdan çıxırdı. Bir söz, mən ən komik bir hala düşmüşdüm. Qəflətən iki il bundan əvvəl üstünə güldüyüm oğlanın mənə tərəf gəldiyini gördüm. Məni görən kimi qəh-qəhə ilə gülməyə başladı. İndi mənim üstümə gülmək onun sırası idi. Ona görə ki, mən olduqca çox gülməli idim. Həmin an mən gördüm ki, başqasının üstünə gülmək heç də yaxşı deyildir və mən Tanrı qarşısında heç bir zaman başqasının bədbəxtliyinə gülməcəyimə söz verdim. Davamı"MİRZƏ RZA XAN İRƏVANİ, ONUN «FİRUZƏ»Sİ VƏ «ALMAZI» - 2"-də.... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.