SABİR RÜSTƏMXANLININ ŞEİRLƏRİNDƏ PEYZAJ

SABİR RÜSTƏMXANLININ ŞEİRLƏRİNDƏ PEYZAJ

Vüsal Əli oğlu ŞABİZADƏ,
Sumqayıt Dövlət Universiteti.



Rəngarəng Azərbaycan ədəbiyyatı tarixinə qiyabi səyahət etsək hər addımda mütləq gözəl lirika nümunəsinə rast gələcəyik. Bu xüsusiyyət həm qədim, həm orta, həm yeni dövrdə belədir. Bu ənənə hal-hazırda da davam etməkdədədir. Hələ qədimdən xalqımız qiymətli sənətkarlar yaratmaq qabiliyyətinə malikdir.

N.Gəncəvi, M.P.Vaqif, Aşıq Ələsgər, S.Vurğun kimi sənətkarlarımızın şeirləri bu gün də öz aktuallığını itirməmişdir. Müasir dövrdə isə Z.Yaqub, C.Novruz, R.Rövşən, V.Səmədoğlu, H.Arif, N.Xəzri kimi sənətkarlar ön sırada durur.Bunlardan biri də Azərbaycan xalq şairi Sabir Rüstəmxanlıdır.
S.Rüstəmxanlı da digər şairlər kimi öz lirik əsərlərini,əsasən, üç yarusdan yazır.Bunlar ictimai-fəlsəfi məzmunlu şeirləri,sevgi-məhəbbət mövzulu şeirləri və peyzaj lirikasıdır. Şairin peyzaj lirikası-yəni təbiətlə bağlı olan,onun təsvir və tərənnümünə dair şeirləri onun lirikasının əsasını təşkil edir. Çünki şairin bu qəbildən olan şeirlərində insanı təbiətlə bağlayan bağlar aşkarlanır və sanki onun təbiətlə bağlı olan şeirlərini oxuyan oxucu təbiətlə daha yaxın olmaq istəyir.Bunun səbəbi isə həmin şeirlərdə şairin insanın təbiətin mühüm tərkib hissəsi olması məsələsinin aşılanması istəyidir. Digər tərəfdən isə S.Rüstəmxanlının təbiətlə bağlı şeirləri insanda təbiət haqda narahatlığı yox, əksinə,ruh yüksəkliyi, emosiya və estetik zövq yaradır. Şairin bu növ şeirlərini daha oxunaqlı edən,onun peyzaj lirikasında məhz təbiətin komponentlərindən istifadə edilməsidir. Bu cəhət onun şeirlərinin orijinallığına dəlalət edir. Orijinallığı qorumaq üçün isə şair ən azı bir rəssam kimi həssas, heykəltaraş kimi diqqətli olmalı və təbiətlə birbaşa və ya dolayısıyla əlaqədə olmalıdır. Bu incə detallar Sabir Rüstəmxanlının şeirlərində duyulduğu üçün, şeirləri belə orijinallığı ilə diqqəti cəlb edir.Bunun tutarlı səbəbi kimi isə, şairin uşaqlıq və yeniyetməlik illərinin Yardımlı rayonu ilə bağlı olmasını göstərmək olar. Yardımlıdahiss olunan Şuşa havası S.Rüstəmxanlını da şair etməyə bilməzdi.
Bədii əsərdə təbiət sadəcə canlıların mövcud olduğu ətraf-aləmdən daha çox,çiyinlərində bəşəriyyətin yükünü daşıyan üzvi kainatdır.Tənqidçi və yazıçı prof.Rafiq Yusifoğlu da təbiətə maraqlı tərif vemişdir.” Bədii əsərdə təbiət insanın fəaliyyət meydanı və peyzaj kimi canlandırılır.Müvəffəqiyyətli lövhələr həm sənətkarın özünün,həm də qəhrəmanın hiss və həyəcanlarının,əhvali-ruhiyyəsinin ifadəsinə çevrilir”. ( 3.54)
Sabir Rüstəmxanlının peyzaj lirikası da öz-özlüyündə rəngarəngdir. Təbiətin hər bir komponentini gözdən qaçırmayan şair,onları böyük ustalıqla misralara sığışdırır.Onun peyzaj lirikasını müxtəlif illərdə qələmə aldığı “Günəbaxan zəmisində”, “İstisuyun səhəri”,” Bulaq”, “Yaylaq yoluna”,” Kəpənək”,”Dağlar”,”Yardımlı dağları”,”Biçin nəğməsi” və.s. kimi şeirləri təşkil edir.Şairin bu cür şeirlərindəinsanla təbiət və onun ünsürləri həmişə vəhdətdə verilir.“İstisuyun səhəri” adlı şeirində də insan-təbiət əlaqəsi daha qabarıq təsvir edilmişdir. Aşağıdakı nümunələrdə bunun əyani şahidi ola bilərik.

Sübhün dumanını bir şüa kəsir,
Qara sərinində alatoran.
Səhərəaçılan ürək tələsir.
Ağaran dağ yolu çılpaq budaq tək,
Yenə təkəmseyrək meyvə gətirir.
Qırmızı şalları çəkib başına,
Qızlar obalardan qaymaq gətirir.(1.137).

Misal gətirilən bənddə ən əvvəl gözə çarpan,oxucuya zövq verən əlamət şeirdə istifadə edilən şux təşbeh nümunəsidir. Belə ki, dördüncü misrada şair ağaran dağ yolunu çılpaq budağa bənzətmişdir.Axırıncı misrada isə qırmızı şallı qızları,budaq üzərində qızaran meyvəyə bənzətmişdir. Diqqəti cəlb edən başqa bir cəhət isə şalların qırmızı rəngdə olmasıdır. Ola bilər ki, şair burada qırmzı rəngi verməklə,budaq üzərində qırmızı almanı ya da narı işarə etmişdir. Həmin bənddə tək-bənzətmə qoşmasını və çılpaq-bənzətmə əlamətindən istifadə etməklə şair burada gözəl müfəssəl təşbehnümunəsi yaratmışdır.
Ümumiyyətlə, dağ məfhumu şairlərin və yazıçıların əsərlərində məğrurluq, yenilməzlik simvolunu ifadə edən bir stereotipdir. Dağ mövzusuna bir çox şairlərimiz müraciət etmişdir. Misal üçün A.İldırım, S.Vurğun, Aşıq Ələsgər, M.Araz və.s. Sabir Rüstəmxanlı isə onlardan fərqli olaraq bəzi şablonlardan çıxmış, “Dağlar” şeirində ənənəvi obrazları yeni-yeni çalarda təqdim etmişdir.

Ağ duman, barışıq bayrağı kimi.
Şəlalə, çağlayan sorağım kimi.
Ayı soxulmayan çırağım kimi,
Gecələr üstümdən asarsan,dağlar! (1.263)

Bu şeirlə Aşıq Ələsgərin dağların tərifinə həsr edilmiş “Dağlar”rədifli şeiri arasında bəzi oxşarlıqlar və fərqlər mövcuddur. A.Ələsgərin “Dağlar” şeirinə nisbətən S.Rüstəmxalının şeiri daha qubarlı səslənir.Amma şair şeirin birinci bəndində daha dəqiq desək bəndin birinci misrasında duman motivi üzərindən qaragüruhçuluq xüsusiyyətini qaldıraraq ona tam yeni keyfiyyət-ağ bayraq yəni barışıqsimvolu keyfiyyətini qazandırmışdır. Bu keyfiyyəti həm də ikinci misrada hiss edə bilərik. Şairin şeirlərinin bu keyfiyyəti poeziyanın pridmeti olan sözə novatorluq xüsusiyyətləri qazandırmış olur.
Şairin “Yardımlının dağları” şeiri də öz orijinallığı ilə seçilir. Təsvir və tərənnümdən layiqincə bəhrələnən şairin bu şeirini nəzərdən keçirək.

Yardımlının ay dumanlı dağları,
Həm o yanlı, həm bu yanlı dağları.
O gədiyi bu gədiyə qatmağa,
Çox ümidli,çox gümanlı dağları.
İlxı ötər,el yoluna toz elər .
Qəmli dursa,yadlar baxıb göz elər .
Gün gələr ki, əyri qəddi düzələr .
Biz qoymarıq ah-amanlı dağları.(1.35).

Şair birinci və ikinci misralarında Yardımlı dumanlı dağlarına müraciət etmişdir. Üçüncü və dördüncü misralarda isə şair sanki,dərələrə,gədikləri bir-birinə qovuşdurmaq ümidi ilə yaşayan dağların poetik rəsmini çəkmişdir.Birinci bənddən fərqli olaraq şair şeirin ikinci bəndində təsəlli nidalarından istifadə etmişdir.Məğrur,lakin bir az da başı dumanlı dağları qəm dəryasından çıxarmaq üçün “yadlar baxıb söz elər”deyərək ovundurmağa çalışmışdır. Ona gələcəyi xatırlatmış,dağları heç vaxt əlacsız qoymayacağını bildirmişdir. Daha sonra “Dağdan danışa bilmirəm” şeirinin birinci və üçüncü bəndlərinə diqqət edək.

Harda qaldı buz bulaqlar,
Çağlayıb, daşa bilmirəm.
Yurd yerləri mənsiz ağlar,
Səsimi qoşa bilmirəm. (1.285)
.
Əgər fikir versək şahidi olarıq ki, bu şeirin məzmunu M.P.Vaqifin “Hayıf ki,yoxdur” ictimai məzmunlu şeiri iləsəsləşir. Aradakı fərq ondadır ki, S.Rüstəmxanlının şeiri peyzaj lirikasıdır. Amma birinci misrada eyni ilə M.P.Vaqifin şeirində olduğu kimi zəmanədən şikayət motivi vardır. Aradakı oxşarlıq və fərqi aşağıdakı nümunədən müşahidə edə bilərik.

Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası,hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin.
Hər dəm tamaşası, hayıf ki, yoxdur! (5.261)

Sabir Rüstəmxanlı öz şeirində sanki,onun ilham pərisini coşdurub-çağladan motivlər buz bulaqlar,başıqarlı uca dağlar kimi təbiət ünsürləri hesab edir. Xalqın həmişə dərd-sərini sevə- sevə dinləyən şairin 3-cü və 4-cü misrasında sadəcə əlacsızlığından şikayət edir. Qüvvətli nisgil şeirin 3-cü bəndində daha qüvvətlidir. Həmin bəndi nəzərdən keçirməklə buna aydınlıq gətirə bilərik.

Bostanları uralanıb,
Köçü-karvanı talanıb.
Bu el dağdan aralanıb,
Dağdan danışa bilmirəm.(1.285)
.
Bənddə kənd camaatının eldən aralanmasını dərin təəssüfkarlıq hissi ilə qeyd edən şair,viran qalmış bostanları, bağları, talanmış köç karvanlarını göstərərək boşalmış kənd mənzərəsini yaratmışdır. Sanki uşaqlıq və yeniyetməlik dövründə gördüyü kənd mənzərələrini indi görə bilmədiyi üçün, əhalisinin azalmasını,bəzi səbəblərə görə şəhərə marağın artmasını təəssüf hissi ilə vuğulamışdır. Bu cür xırda detalları gözdən qaçırmayan şair maraqlı əsərlər yaratmağa nail olmuşdur.
Şairin lirikasının əsasını təşkil edən təbiət-insan dostluğu bəzi məqamlarda uğursuzluqlarla da rastlaşa bilər. Bəzi məqamlarda bu zəncir qırıla bilər. Onun bəzi şeirlərində insanın təbiətlə barışmaz mövqedə dayanması, təbiətə zidd əməllər, insanın təbiətin qanunlarına qarşı biganəliyi kimi xüsuslar mənalandırılır. Buna səbəb isə müasir dövrün yenilikləri, texnika və sairədir. Məhz bu kimi səbəblər insan təbiət arasındakı uçulmaz körpüyə xətər yetirir. Belə bu və ya digər qlobal problemlərə S.Rüstəmxanlı da toxunmuşdur. Şairin bu qəbildən olan şeirlərindən biri də Mingəçevir su anbarının inşası ilə bağlıdır. “Mingəçevir dənizi ilə söhbət” adlı bu şeir adıçəkilən su anbarının inşası ilə başlanan təbiət genosidi və onun nəticələri kimi qiymətləndirilir. O, bu şeirdə anbarın tikintisi ilə su altında qalan ətraf-mühitdən söhbət açır. Onun bu təəssübkeşliyi təkcə Mingəçevir şəhəri üçün deyil, Azərbaycan təbiəti üçün olan hissidir. Bu cür problemlər təbiətin bağrından qopan,onun tərkib hissəsi olan şairi maraqlandırmaya bilməzdi.

Bağışla bizi bağışla
Dənizin altında qalan dünya
Qayığı belə arxayın sürürük üstündən
Belə arxayın üzürük.
Gözünə ağ pərdə çəkən sularda.
Xəbərimiz yox dənizdə boğulan
Köməksiz arzulardan!
Beş-üç nəfərin xatirəsində ,
Ötən çayların xatirəsində canlısan....

Sabir Rüstəmxanlı təkcə füsunkar Azərbaycan təbiətini deyil, onun mühüm tərkib hissələri olan bitki və heyvanat aləmini də vəsf etmişdir. Onun bu qəbildən olan şeirlərindən biri də “Kəpənək” şeiridir. Ümumiyyətlə, kəpənək təbiətin bütün incəliklərini, gözəlliklərini özündə ehtiva edən bir məfhum olduğu üçün, şairlərin də diqqətini cəlb etmişdir. S.Rüstəmxanlının bu şeiri çox sadə və anlaşıqlıdır.Qısa cümlələrlə kəpənəyin bütün fəlsəfəsini açan şairin bu şeirini gözdən keçirək.

Göy deyir ki, bizimdi,
Çəmən deyir yox bizim.
Nə çiçəksən,nə quşsan,
Əlimə qon, əzizim!(2.215)

Şeirin birinci və ikinci bəndində şair yer və çəmən sözləri ilə orijinal bədii təzad nümunəsi yaratmışdır. Kəpənəyin uçuşunun çəmən ilə göy arasındakı polemika səbəbi kimi verən şair, göy və çəməni danışdırmaqla şeirdə bədii təsvir vasitəsi olan-metafordan istifadə etmişdir.Üçüncü misrada kəpənəyin qanadlarını çiçəyin ləçəyinə, onu həm də quşun qanadlarına da bənzətməklə təzad yaratmışdır.Sonuncu misrada ona müraciət etməklə xitab yaratmışdır. Şairin peyzaj lirikasının maraqlı nümunəsi olan “Biçin nəğməsi” şeiri öz spesifik xüsusiyyələri ilə seçilir. Zəmi biçən kişilərin əmək himni kimi səslənən bu şeirdə həm də kənd kişilərinin zəhməti dəyərləndirilmişdir. Şeirdə payız qabağı biçinçilərin əllərində oraqla çox böyük həvəslə biçinə başlamaları,ömrünü-gününü bir tikə halal çörək üçün xərcləmələri böyük ustalıqla təsvir edilmişdir.

Biçin başlamamış, əllərində çin,
Zəminin ağzında vərə düzülən.
Ömrünü əridib neçə nəsilçün,
Ancaq indi-indi şeirə düzülən
Kişilər ömrünə borcum var mənim.
Sözlə qaytarılmaz,alqışlar yetməz.
Səsim səslərinə bənzəsə belə,
Qışqırsam səsimi onlar eşitməz.(1.74)

Sabir Rüstəmxamlının sadə, aydın, səmimiliyi ilə oxucuların qəlbinə yol tapan ritmik, ahəngdar səviyyəyə malik olan şeirlərindən biri də “Günəbaxan zəmisində” şeiridir. Günəbaxan motivinə də bir çox şairlərimiz toxunmuşdur. Musa Yaqubun “Günəbaxan zəmisinin son mahnısı” şeiri ilə səsləşən “Günəbaxan zəmisində “şeiri mövzu, məzmun xüsusiyyətləri cəhətdən üst-üstdə düşür. M.Yaqubun bir bəndli bu şeirini S.Rüstəmxanlının “Günəbaxan zəmisində” adlı şeiri ilə müqayisə edək. Əvvəla, daha çox bədiiliyi ilə seçilən bu şeir S.Rüstəmxanlının şeirinə nisbətən daha aydın,axıcı,ahəngdar olsa da, həm də azacıq primitivdir. Burada daha çox sadə bənzətmələrdən istifadə edilmişdir. Şair küləyin yeli ilə müşaiət olunan zəminin dalğalanmasını dənizin çalxalanmasına bənzətmişdir. Və dənizin üzərində ağ gəminin bədii təsvirini yaratmışdır. Aşağıdakı nümunəni gözdən keçirməklə bunun əyani şahidi ola bilərik.

Dalğalanır,çalxalanır,
Günəbaxan zəmisi.
Çatışmır bu dənizin
Bircə bəyaz gəmisi.(6.165)

Lakin S.Rüstəmxanlının şeirindəki bənzətmələr çox orijinaldır. Səhər-səhər şehli günəbaxan zəmisinin, kiçik günəşlərə bənzədilməsi daha maraqlıdır. Şeirin birinci bəndi aşağıdakı kimidir.

Səhər günəbaxan zəmisi şehli,
Körpə günəşlərdi odsuz yananlar.
Bir boyda düzülən əsgərlər kimi,
Üzü üfüqdədi günəbaxanlar.
Həyatın,zamanın üzü günəşə.(1.141)

Üçüncü misrada günəbaxaların düzülüşü əsgərlərin birboya düzülüşü kimi mənalandırılmışdır. Əlbəttə ki, təbiət və təbiət hadisələrinin belə obrazlı təsviri şairdə yüksək sənətkarlıq bacarığı tələb edir. Bundan başqa, sənətkar təbiət barədə gözəl, qeyri-adi, maraqlı fikirlər söyləyə bilməsi, təbiət həqqında oxucuda müsbət fikir formalaşdırmağı bacarmaq üçün gərək varlığı bütün incilərlərinə qədər duya bilsin, hər şeyə yaradıcı sənətkar gözü ilə baxsın, həssas, qayğıkeş, mərd və cəsarətli olsun, təbiətə təkcə öz gözü ilə deyil, həm də oxucunun gözü ilə baxsın. Yalnız bu keyfiyyətləri özündə ehtiva edən şeir peyzaj lirikası nümunəsi sayıla bilər. Şairin “Günəbaxan zəmisində” şeirinin birinci bəndinin axır iki misrasını bu şeirin “şah beyt”i də adlandırmaq olar.
Sabir Rüstəmxanlının təbiət şeirləri onun “Gəncə qapısı” (Yazıçı, 1981), ”Sağ ol, ana dilim” (Gənclik, 1983), “Qan yaddaşı” (Yazıçı, 1986) və digər kitablarında toplanmışdır. 2004-cü ildə Sabir Rüstəmxanlının, onun seçilmiş şeirlərindən ibarət olan və Xəlil Rza Ulutürkün ön söz yazdığı kitabında şair belə qiymətləndirilir: “Sabir Rüstəmxanlı poeziyası milli şüur poeziyasıdır, xalqın, millətin öz mənliyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizənin, bütün rəsmi və qeyri-rəsmi yalanları, saxtakarlıqları darmadağın etmək yolunda səfərbər olunmuş iradə gücünün, mətanət və mərdanəliyin, qarşısıalınmaz ruh qüvvəsinin poeziyasıdır.....” (1.9).
Nümunə və misallardan da aydın oldu ki, Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatının lirikasına verdiyi tövhələr danılmazdır.
Şairə yaradıcılığında uğurlar arzu edirik!

Ədəbiyyat siyahısı:
1.Rüstəmxanlı S.Seçilmiş əsərləri.”Şərq-qərb” nəşriyyatı.Bakı-2004.343 s.
2.Rüstəmxanlı S.”Qan yaddaşı”.”Yazıçı” nəşriyyatı.Bakı-1986.263 s.
3.Yusifoğlu R.”Ədəbiyyatşünaslığın əsasları”.”Sabah” nəşriyyatı.Bakı-2001.227 s.
4.Rüstəmxanlı S.”Sağ ol,ana dilim”.”Gənclik “nəşriyyatı.Bakı-1983.206 s.
5.Vaqif M.P.Seçilmiş əsərləri.”Şərq-qərb “nəşriyyatı.Bakı-2004.261 s.
6.Yaqub M.Seçilmiş əsərləri.”Yazıçı “nəşriyyatı.Bakı-1983.254 s.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

SİMUZƏR NÜSRƏTBƏYLİ ŞEİRİNİN İDEYA İSTİQAMƏTLƏRİ

Sumqayıt, Ədəbi tənqid
B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

B.Vahabzadə yaradıcılığında ana dilimizin mövqeyi

"Şərqin səsi"
Sabir Rüstəmxanlının şeirləri  gürcü dilində

Sabir Rüstəmxanlının şeirləri gürcü dilində

"Şərqin səsi", Ədəbi əlaqələr, Bədii Tərcümə
Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Naxçıvan, Elm
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Rəşad Məcidin özü və sözü və yaxud Gənc yazarların dayağı

Ədəbi tənqid, Köşə yazılar
Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab

Allah, Təbiət, İnsan, Elm və Poeziyanın vəhdətindən yaranan kitab

Yeni nəşrlər, BDU
Qürbət elin yanğısı!

Qürbət elin yanğısı!

Sumqayıt, Ədəbi tənqid
Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Səməd QARAÇÖP: SIXIRAM QƏLƏMƏ BÜTÜN CANIMI...

Qaraçöp
Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Telman Budaqlının «MƏN UNUTSAM…» şeirlər kitabı haqqında

Yeni nəşrlər, ADPU, Başkeçid, Ağbulaq
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq

"SİNƏMDƏ DƏNİZTƏK FİKİR ÇAĞLAYIR" - Telli Sənəm BORÇALI

Yeni nəşrlər, Ədəbi tənqid, Başkeçid
Dilimizin Səməd Vurğun zirvəsi!

Dilimizin Səməd Vurğun zirvəsi!

AzTU, Tarix
Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Saz, söz sərrafı – şair NƏBİ FAXRALI

Bolus
Elçin İsgəndərzadənin poeziyası

Elçin İsgəndərzadənin poeziyası

Qarabağ, Humanitar elmlər, Elmi Məqalələr
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə
Səadət Şahpələngova:

Səadət Şahpələngova: "ƏTRAF ALƏMLƏ TANIŞLIĞIN MƏZMUNU VƏ ƏHƏMİYYƏTİ”

Elmi Məqalələr, Uşaq bağçaları, "Elm və Təhsil"
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
VAQİF VƏ GÜRCÜSTAN

VAQİF VƏ GÜRCÜSTAN

Bədii Tərcümə
Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Azərbaycanın tanınmış qələm adamlarının kitabları gürcü dilinə tərcümə olun ...

Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis
Rəy yazın: