Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub

Fransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olubFransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olubFransa nümayəndə heyəti Fransız-Azərbaycan Universitetində olub 2017-ci il Yanvarın 11-də Fransa Respublikasının nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetində (UFAZ) olub.

Təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen, Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis Fransız-Azərbaycan Universitetində tələbələrlə görüşüb.

ADNSU-dan Yusif Ağayev xəbər verib ki, görüş çərçivəsində, həmçinin Strasburq Universitetinin prezidenti Mişel Deneken, Ren 1 Universitetinin prezidenti David Alis və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlının iştirakı ilə universitetlərarası əməkdaşlığa dair anlaşma sənədləri imzalanıb.

Sonra təhsil naziri Mikayıl Cabbarov, Fransa Respublikasının Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin İnkişaf və Frankofoniya məsələləri üzrə Dövlət katibi Jan-Mari Lö Quen media üçün brifinq keçirib.

2016-2017-ci tədris ilində tələbə qəbul edən UFAZ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Fransa Respublikasının Prezidenti Fransua Ollandın birgə təşəbbüsü ilə yaradılıb.

ADNSU ilə Fransanın Strasburq Universiteti arasında imzalanan beynəlxalq tərəfdaşlıq anlaşması əsasında fəaliyyət göstərən UFAZ-da hazırda 141 nəfər tələbə təhsil alır. Universitetdə kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi və neft-qaz mühəndisliyi ixtisasları tədris olunur.

Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında pedaqoji və  ...

ADNSU ilə Frasanın Strasburq və Ren 1 universitetləri arasında pedaqoji və ...

ADNSU
AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq

AzTU-da Fransa universitetlərinin təcrübəsindən istifadə olunacaq

AzTU
Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Təhsil naziri Mikayıl Cabbarov Macarıstanın nümayəndə heyətini qəbul edib

Nazirlik
ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU
Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Təhsil naziri Bakı Mühəndislik Universitetində olub

Nazirlik, BMU
“Bank of Baku”-nun nümayəndələri ADNSU-da olub

“Bank of Baku”-nun nümayəndələri ADNSU-da olub

ADNSU
AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Ankara Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU, Turan
AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib

AzTU-da Fransa mədəniyyəti və təhsili günü keçirilib

AzTU, Avropa
AzTU-nun nəzdində ESTIEM LG Baku Tələbə Taşkilatının ofisi açılmışdır

AzTU-nun nəzdində ESTIEM LG Baku Tələbə Taşkilatının ofisi açılmışdır

AzTU
AzTU-nun rektoru İspaniyada işgüzar səfərdə olub

AzTU-nun rektoru İspaniyada işgüzar səfərdə olub

AzTU
İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

İş axtaranlara Odlar Yurdu Universitetindən şad xəbər

Digər ali məktəblər
AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU-nun rektoru Almaniyada ikili diplom müqaviləsi imzaladı

AzTU
X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

X Beynəlxalq Təhsil Sərgisinə həsr olunan mətbuat konfransı keçirilib

Təhsil, Nazirlik
AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

AzTU ilə Karamanoğlu Mehmetbey Universiteti arasında memorandum imzalanıb

AzTU, Turan
Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub

Ardahan Universitetinin rektoru və nümayəndə heyəti AzTU-da olub

AzTU, Turan
AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU-nun müəllim və tələbələri “20 Oktyabr Energetiklər günü”nə həsr olunmu ...

AzTU
Azərbaycan Respublikasının Təhsil naziri

Azərbaycan Respublikasının Təhsil naziri

Təhsil, Nazirlik
Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

Gilan Universiteti AzTU ilə əməkdaşlıq edəcək

AzTU
Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

Azərbaycan Texniki Universitetində təhsil almaq istəyənlərin nəzərinə

AzTU, Elanlar
AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

AMEA və Türkiyənin Səlcuq Universiteti arasında anlaşma memorandumu imzalan ...

Elm, "Zirvə", ADPU, Turan
Rəy yazın: